Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-88/2024 12.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə Sabirabad Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(056)-82/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 dekabr 2021-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan “TOYOTA PRİUS (HİBRİD) MİNİK” markalı ** DK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 20 avqust 2022-ci il tarixli yolnəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 1500 (bir min beş yüz) manatın, ödənilməmiş icarə haqqı üzrə 975 (doqquz yüz yetmiş beş) manatın, cavabdehin istifadəsində\icarəsində olan müddət ərzində “TOYOTA PRİUS (HİBRİD) MİNİK” markalı ** DK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətalara görə ödənilmiş cərimənin əvəzi olaraq 364 (üç yüz altmış dörd) manatın, ümumilikdə 2839 (iki min səkkiz yüz otuz doqquz) manat pulun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,44 (qırx səkkiz manat 44 qəpik) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(056)-82/2023 saylı qətnaməsi ilə (hakim Səlim Allahverdiyev) İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilərək Cavabdeh “TOYOTA PRİUS (HİBRİD) MİNİK” markalı ** DK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 20 avqust 2022-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 1500 (bir min beş yüz) manat, ödənilməmiş icarə haqqı üzrə 975 (doqquz yüz yetmiş beş) manat, cavabdehin istifadəsində icarəsində olan müddət ərzində TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı ** DK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətalara görə ödənilmiş cərimənin əvəzi olaraq 364 (üç yüz altmış dörd) manat və 48,44 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2887.44 (iki min səkkiz yüz səksən yeddi manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Sabirabad Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(056)- 82/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə (eyni zamanda apellyasiya şikayəti) ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, buraxılmış prosessual müddət üzrlü səbəbdən buraxıldığına görə onun bərpa edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(056)-82/2023 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-82/2023 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsi və apellyasiya şikayətinin 7 gün müddətində işlə birlikdə baxılmasından ötrü aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Sabirabad Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(056)-82/2023 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin qeyd olunan ünvanda yaşamamasını, eləcə də başqa ünvanda yaşamasını məhkəmə araşdırmamışdır. Belə ki, bununla bağlı cavabdehin iddiada göstərilən ünvan deyil, özünün bildirdiyi ünvanda yaşamasını sübut edən sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(056)- 82/2023 saylı mülki iş xx.xx.2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Sabirabad Rayon Məhkəməsi (hakim Səlim Allahverdiyev) tərəfindən məhkəməyə ünvanlanan məktubla şikayətə münasibət bildirilmədən işin apellyasiya məhkəməsinə göndərilməsi səbəbindən sözügedən mülki işin məhkəmə baxışından çıxarılaraq Sabirabad Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2023-cü il tarixli 2(106)-1168/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işin icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla Sabirabad Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(056)- 82/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sabirabad Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 2(056)-82/2023 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, Sabirabad Rayon Məhkəməsinin 25 may 2023cü il tarixli 2(056)-82/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində cavabdehin poçt ünvanı kimi göstərdiyi ünvana rəsmi qaydada məhkəmə bildirişləri və məhkəmə qətnaməsi ünvanlanmış, lakin cavabdehə ünvanlanmış zərflər çatdırılmadan (“ünvan düzgün deyil” əsası ilə) geri qaytarılmışdır. Bu halın özü cavabdehin məhkəmə qətnaməsini rəsmi qaydada əldə etməməsinin göstəricisi kimi nəzərə alınmalı və qiymətləndirilməlidir. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(056)- 82/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. MPM-in 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Göründüyü kimi, prosessual qanunvericilikdə apellyasiya şikayətinin verilməsi müddəti və prosessual müddətin buraxılması səbəbinin məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda onun bərpa edilə bilməsi də qanunvericilikdə öz əksini tapmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının şikayətini təmin etməməklə düzgün qənaətə gəlmişdir. Belə ki, iddia ərizəsində qeyd edilən ünvanda cavabdehin yaşamaması və bu səbəbdən də, qətnamədən sonradan xəbərdar olması və bundan sonra isə dərhal şikayət verməsi iş materiallarının araşdırılması zamanı müəyyən edilir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Habelə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsi aşkar edilmir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(056)-82/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-88/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-88/2024
12.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver