Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-881/2025 09.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, X20 oğlunun katibliyi, Cavabdeh* iştirakı ilə, İddiaçı Cavabdeh*, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin *6 saylı Ucar Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, icarə müqaviləsinin, çıxarışın ləğv edilməsi və Cavabdeh* torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(04*)-7*3/2023 saylı qətnaməsindən Cavabdeh* tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Kürdəmir rayonu, X7 və Müsabiqənin keçirilməsi barədə 26.**.20*9-cu il tarixli, *2 saylı protokol-qərarına əsasən bələdiyyənin icarə predmeti olan 40,9 ha torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlıq) üçün icarəyə verilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başa çatdırıldığı nəzərə alınmaqla, bələdiyyənin icarəyə verilən 40,90 ha torpaq sahəsinin kənd təsərrüfatı ilə (heyvandarlıqla) məşğul olmaq üçün açıq müsabiqəyə çıxarılması, müsabiqədə icarənin aşağı həddinin hər hektar üçün 26 manat olmaqla, ümumi məbləğinin *063,40 manat, icarə müddətinin *5 il müəyyən edilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Torpaq, Müsabiqə və Hərrac Komissiyası arasında müqavilənin bağlanması qərara alınmışdır. İddiaçı tərəfindən X29 və Hərrac komissiyasına ünvanlanmış 26.**.20*9-cu il tarixli, *35 saylı məktuba əsasən bələdiyyənin kənd təsərrüfatı (heyvandarlıq) üçün icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılacaq 40,9 ha torpaq sahəsinin plan-ölçü sənədi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsi tərəfindən 25.**.20*9-cu il tarixdə qeydiyyata alınmışdır. 26.**.20*9-cu il tarixdə bələdiyyə tərəfindən *2 saylı protokol-qərar qəbul edilmiş və torpaq sahəsinin müsabiqəyə çıxarılması üçün sənədlər X29 və Hərrac komissiyasına təqdim edilmişdir. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.**.20*9-cu il tarixli Çıxarışa əsasən Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində yerləşən 40,9 ha torpaq sahəsi ehtiyat fondu torpaqlarına aid olmaqla bələdiyyənin mülkiyyətindədir. 28 dekabr 20*9-cu il tarixdə müsabiqə və hərracda iştirak etmək üçün X**, X*2 və Cavabdeh* yazılı ərizələr vermiş və Kürdəmir rayonun ərazisində yerləşən bələdiyyənin mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X23 Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 09.0*.2020-ci il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştiraklarının təmin edilməsini xahiş etmişlər. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X23 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının “Müsabiqə və hərracın nəticələri haqqında” 09.0*.2020-ci il tarixli, 02 saylı protokol-qərarına əsasən Cavabdeh* 09.0*.2020-ci il tarixdə keçirilən torpaq müsabiqəsinin qalibi elan edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 0*0485 saylı Şəhadətnaməsinə əsasən Kürdəmir rayonu ərazisində yerləşən bələdiyyənin mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin icarəyə verilməsi ilə Müsabiqə və hərrac komissiyası tərəfindən 09.0*.2020-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olduğuna görə Cavabdeh* adına Şəhadətnamə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 2*.0*.2020-ci il tarixli Çıxarışa əsasən Kürdəmir rayonu, Sor-Sor bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində Cavabdeh* adına qeydiyyata alınmışdır. Kürdəmir rayonu, Sor-Sor bələdiyyəsinin 05.05.202*-ci il tarixli, *2 nömrəli məktubuna əsasən bələdiyyənin Çöl-Ərəb kəndində 97 fərdi yaşayış evində 677 nəfər sakin yaşayır. Çöl-Ərəb kəndinin ümumi torpaq sahəsi *349,0 hektardır. Bundan xüsusi mülkiyyətdə 278,0 ha, dövlət mülkiyyətində 20,0 ha, icarədə 2*0,0 ha, həyətyanı sahədə *00,0 ha, bələdiyyənin örüş təyinatlı torpaq sahəsi 350,0 ha, digər sahələr isə 258 ha təşkil edir. Kürdəmir rayonu, Sor-Sor bələdiyyəsinin Çöl-Ərəb kəndində 350,0 ha örüş təyinatlı torpaq sahəsi kənd əhalisinin sərbəst istifadəsindədir. Kürdəmir rayonu, Sor-Sor bələdiyyəsinin adından X25 Aslanov arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən bələdiyyənin mülkiyyətində olan 40,9 ha torpaq sahəsi *4.0*.2035-ci il tarixədək Cavabdeh* icarəsinə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2*.0*.2020ci il tarixli Çıxarışa əsasən Kürdəmir rayonu, Sor-Sor kəndində yerləşən bələdiyyənin mülkiyyətində olan ehtiyyat fondu torpaqlarından (örüş-otlaq) Cavabdeh* icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində Cavabdeh* adına qeydiyyata alınmışdır. *4.0*.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh* tərəfindən Sor-Sor bələdiyyəsinin hesabına **86,00 manat məbləğində icarə haqqı ödənilmişdir. 3*.03.202*-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh* tərəfindən Sor-Sor bələdiyyəsinin hesabına **86,00 manat məbləğində icarə haqqı ödənilmişdir. Kürdəmir rayonu, Sor-Sor bələdiyyəsi tərəfindən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışa əsasən 40,9 ha ərazi Sor- Sor bələdiyyəsinin örüş-otlaq kateqoriyasına aid olmaqla *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh* *5 il müddətinə icarəyə verilmişdir. Həmin ərazidə əvvəllər baş vermiş yanğın hadisəsi həmin ərazidən keçən qrunt suları üçün nəzərdə tutulmuş kanalla həmsərhəd olmaqla Cavabdeh* icarəyə verilmiş 40,9 ha torpaq sahəsinin ərazisinə aid deyildir. İcarəyə verilmiş torpaq sahəsində çoban evinin yaxınlığında uzunluğu *5 metr, eni *0 metr olan su hovuzu mal-qaraların suvarılması və yanğından mühafizə məqsədi üçün nəzərdə tutulmuşdur. İcarəyə verilmiş torpaq sahəsinin daxilində mövcud olan əvvəllər qazılmış uzunluğu 80 metr, eni *2 metr, dərinliyi *,5 metr olan su hovuzu vardır. Kürdəmir rayonu, Sor-Sor bələdiyyəsinin 2*.04.202*-ci il tarixli, 06 saylı protokol qərarına əsasən 40,9 ha torpaq sahəsinin Cavabdeh* icarəyə verilməsi barədə bələdiyyənin qərarı və sözügedən icarə müqaviləsi ləğv edilmiş və torpaq sahəsi Çöl-Ərəb kənd sakinlərinin istifadəsinə qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı sədri X*5 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı ilə Cavabdeh* arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh* icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin (hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, bunun əsasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin və 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh* arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və bunun əsasında verilmiş 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, cavabdehlərin və digər şəxslərin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması və qeyd olunan torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı yenidən iddia ərizəsinə əlavə və iddia tələbinin həcminin artırılması haqqında ərizə-vəsatətlə məhkəməyə müraciət edərək İddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh* icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, bunun əsasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin və 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh* arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilərək icarə hüququna xitam verilməsi və bunun əsasında verilmiş 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlərin və digər şəxslərin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması və qeyd olunan torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, hüquqi yardım üçün ödənilmiş 500 manat və ekspertiza keçirilməsi üçün ödənilmiş 637,04 manat, cəmi **37,04 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçı Sor-Sor Bələdiyyəsinin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayonunun Sor-Sor Bələdiyyəsinin *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh* icarəsinə Kürdəmir rayonunun Çöl-Ərəb kəndi ərazisindən 40,9 ha torpaq sahəsi icarəyə verilmişdir. Bununla bağlı Sor- Sor Bələdiyyəsi ilə Cavabdeh* arasında *4.0*.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi əsasında Cavabdeh* torpaq sahəsində tikinti işləri aparmış, oradan istifadə etməyə başlamışdır. Torpaq sahəsi cavabdehin icarəsinə verilərkən Sor-Sor Bələdiyyəsi tərəfindən torpaq sahəsinin hüquqi statusu dəqiq müəyyən edilməmişdir. Həmçinin Sor-Sor Bələdiyyəsi mülkiyyətində olan 40,9 ha torpaq sahəsini icarəyə vermək məqsədi ilə Hərracların Təşkili üzrə X23 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən təşkil olunmuş müsabiqədə Cavabdeh*, X* və X2 adları göstərilsə də, Cavabdeh* müsabiqədə tək iştirak edərək formal qalib elan olunmuş, digər iştirakçılar T.M.Cəbrayılovun və Şahid müsabiqədə iştirak etmələri formal qeyd olunmuş və onlar həmin müsabiqədə iştirak etməmişlər. Belə ki, cavabdehə icarəyə verilən torpaq sahəsi Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olmaqla kənd əhalisinin örüş sahəsi kimi nəzərdə tutulmuşdur. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Həmin qanunun 6.6-cı maddəsinə görə torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Göründüyü kimi, Sor-Sor Bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqların idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri pozulmuş, cavabdeh isə qanunvericiliyin tələbləri pozulmaqla onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etmir. Torpaq sahəsində tikinti işləri və digər işlər görməklə torpağın təyinatını pozur. İddia tələbində qeyd olunan *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallar və faktlar mövcuddur. Belə ki, Kürdəmir rayonu Sor- Sor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh* icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı guya 09.0*.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinin Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən keçirilmiş müsabiqə formal, əsassız və buna aid qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirilmişdir. Cavabdeh* ilə İddiaçı arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsi qanunsuz bağlanmaqla yanaşı, cavabdeh həmin icarə müqaviləsinin şərtlərini Azərbaycan Respublikası Torpaq Məcəlləsinə münasibətdə kobud surətdə pozmuş, eyni zamanda, qeyd olunan torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09.0*.2020-ci il tarixdə keçirilən müsabiqə qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən, həm həmin müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi, həm də bunun əsasında bağlanmış icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsi üçün kifayət qədər ciddi əsaslar var. *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallardan biri onun Sor-Sor Bələdiyyəsinin keçmiş sədri X*3 tərəfindən faktiki olaraq səlahiyyətlərinin olmadığı tarixdə imzalanmasıdır. Belə ki, Azərbaycan Respublikasında 20*9-cu ilin dekabr ayının 23-də keçirilən bələdiyyə seçkiləri üzrə İddiaçınə də seçkilər keçirilmiş və mövcud 9 yer üzrə bələdiyyə üzvlərinin seçilməsi təsdiq edilmiş, həmin üzvlər sırasında keçmiş sədr X3 adı həmin siyahıda mövcud olmamış və ümumiyyətlə, Sor-Sor Bələdiyyəsinə keçiriləcək seçkilərdə namizədliyini belə irəli sürməmişdir. Belə olan halda keçmiş bələdiyyə sədri X3 *6.0*.2020-ci il tarixədək deyure səlahiyyəti olsa da, 23.*2.20*9-cu il tarixdən de-fakto səlahiyyətləri bitmişdir və bunu özü də əvvəlcədən bildirmişdir. T.İsmayılov bələdiyyə sədri kimi səlahiyyətləri bitəndən xeyli müddət sonra, yəni *4.0*.2020-ci il tarixdə mübahisələndirilən icarə müqaviləsini bağlamış, bu isə həmin icarə müqaviləsinin formal və qanunsuz olmasına dəlalət etməklə yanaşı, onun bu hərəkətləri, təmsil etdiyi və rəhbəri olduğu hüquqi şəxsin maraqlarına ziddir. Cavabdeh* həmin torpaq sahəsini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməklə torpağın üst qatını müəyyən dərinliklərdə qazaraq orada torpaq bəndlər, su hovuzları, balıq saxlamaq üçün süni göl yaratmaqla, torpağın təyinatına zidd üzərində daşınmaz obyektlər-tikililər tikməklə həmin ərazidə olan ağac və kol bitkilərini yandıraraq tamamilə məhv etmişdir. Cavabdeh* icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi Çöl-Ərəb kəndi ərazisində yerləşməklə həmin kənddə yaşayan əhalinin ümumi örüş sahəsi olmuş, lakin Sor-Sor Bələdiyyəsinin keçmiş rəhbərliyi tərəfindən həmin torpaq sahəsinin saxta sənədlərə əsasən Cavabdeh* icarəsinə verilməsi nəticəsində kənd camaatı qanuni istifadəsində olan ümumi örüş sahəhəsindən məhrum olmuşlar. Ona görə də İddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh* icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin (hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, bunun əsasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin və 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh* arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilərək icarə hüququna xitam verilməsi və bunun əsasında verilmiş 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlərin və digər şəxslərin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması və qeyd olunan torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, hüquqi yardım üçün ödənilmiş 500 manat və ekspertiza keçirilməsi üçün ödənilmiş 637,04 manat, cəmi **37,04 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçı Sor-Sor Bələdiyyəsinin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı sədri X*6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh* iddia tələbini qəbul etməyərək göstərmişdir ki, icarəyə torpaq götürmək üçün İddiaçınə müraciət etmiş və Sor-Sor Bələdiyyəsinin *4.0*.2020-ci il tarixli, 3M-3 saylı qərarı ilə ona Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fondundan 40,9 ha torpaq sahəsi verilmiş və o, həmin torpaq sahəsinə görə Sor-Sor Bələdiyyəsi ilə *4.0*.2020-ci il tarixdə icarə müqaviləsi bağlamışdır. Torpaq sahəsini icarəyə götürəndən sonra torpaqdan istifadəyə görə icarə haqqını vaxtlıvaxtında Sor-Sor Bələdiyyəsinin hesabına ödəmiş və torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. İcarəsində olan torpaq sahəsi ona verilərkən qanunvericiliyin tələbləri pozulmamış və o, icarəsinə verilmiş torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2*.0*.2020-ci il qeydiyyat tarixli çıxarış almışdır. İcarəsində olan torpaq sahəsindən istifadə sahəsində heç bir qanun pozuntusuna yol verməmişdir. Həmin torpaq sahəsində heyvan saxlamaq üçün qanunvericiliyin tələblərinə uyğun olaraq yüngül konstruksiyalı tikinti işləri aparsa da, əlavə heç bir iş görməmiş, həmçinin torpaq sahəsinin üst qatının götürülməsi ilə əlaqədar heç bir iş görməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin *6 saylı Ucar Ərazi İdarəsinə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında X*4 publik hüquqi şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatların nümayəndələri heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(04*)-7*3/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh* icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin (hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh* verilmiş 2*.0*.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, Cavabdeh* və digər şəxslərin əmlakları ilə birlikdə Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin boşaldılaraq Sor-Sor Bələdiyyəsinə təhvil verilməsi, hüquqi yardım üçün ödənilmiş 500 manat və ekspertiza keçirilməsi üçün ödənilmiş 637,04 manatın, cəmi **37,04 manat məbləğində pul vəsaitinin Cavabdeh* alınaraq iddiaçı Sor-Sor Bələdiyyəsinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh* 50 (əlli) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: *42595, büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, kodu 2*0005, VÖEN *40*555507*, Müxbir hesab AZ4*NABZ0*360*0000**********, SFİFT BİK CTREAZ22 VÖEN *70032662*, hesab AZ34CTRE**********000208850* nömrəli hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, Kürdəmir rayonu, Çöl-Ərəb kəndi ərazisində yerləşən 40,9 ha torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. Bununla bağlı tərəflər arasında *4.0*.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi əsasında cavabdeh torpaq sahəsində tikinti işləri aparmış və oradan istifadə etməyə başlamışdır. Torpaq sahəsi cavabdehin icarəsinə verilərkən iddiaçı tərəfindən torpaq sahəsinin hüquqi statusu dəqiq müəyyən edilməmişdir. Həmçinin iddiaçı, mülkiyyətində olan 40,9 ha torpaq sahəsini icarəyə vermək üçün Müsabiqə və hərrac komissiyası tərəfindən təşkil olunmuş müsabiqədə cavabdeh, habelə X** və X2 adları göstərilsə də, cavabdeh müsabiqədə tək iştirak edərək formal qalib elan olunmuş, digər iştirakçılar Taleh Cəbrayılov və Suriddin Əmirovun müsabiqədə iştirak etmələri formal qeyd olunmuş və onlar həmin müsabiqədə iştirak etməmişlər. Belə ki, cavabdehə icarəyə verilən torpaq sahəsi cavabdehin mülkiyyətində olmaqla kənd əhalisinin örüş sahəsi kimi nəzərdə tutulmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.6-cı maddəsinə görə torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyəyə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. İddiaçı tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqların idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri pozulmuş, cavabdeh isə qanunvericiliyin tələbləri pozulmaqla onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etmir. Torpaq sahəsində tikinti işləri və digər işlər görməklə torpağın təyinatını pozur. İddia tələbində qeyd olunan *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallar və faktlar mövcuddur. Eyni zamanda, iddiaçının mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin cavabdehə icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı guya 09.0*.2020-ci il tarixdə müsabiqə və hərrac komissiyası tərəfindən keçirilmiş müsabiqə formal, əsassız və buna aid qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirilmişdir. Tərəflər arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsi qanunsuz bağlanmaqla yanaşı, cavabdeh həmin icarə müqaviləsinin şərtlərini Torpaq Məcəlləsinə münasibətdə kobud surətdə pozmuş, eyni zamanda, qeyd olunan torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09.0*.2020ci il tarixdə keçirilən müsabiqə qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən, həm həmin müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi, həm də bunun əsasında bağlanmış icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsi üçün kifayət qədər əsaslar vardır. *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallardan biri onun iddiaçının keçmiş sədri Tofiq İsmayılov tərəfindən faktiki olaraq səlahiyyətlərinin olmadığı tarixdə imzalanmasıdır. Belə ki, Azərbaycan Respublikasında 20*9-cu ilin dekabr ayının 23-də keçirilən bələdiyyə seçkiləri üzrə Sor-Sor bələdiyyəsinə seçkilər keçirilmiş və mövcud 9 yer üzrə bələdiyyə üzvlərinin seçilməsi təsdiq edilmiş və həmin üzvlər sırasında keçmiş sədr Tofiq İsmayılovun adı həmin mövcud olmamış və ümumiyyətlə Sor-Sor bələdiyyəsinə keçiriləcək seçkilərdə namizədliyini belə irəli sürməmişdir. Belə olan halda keçmiş bələdiyyə sədri Tofiq İsmayılovun *6.0*.2020-ci il tarixədək de-yure səlahiyyəti olsa da, 23.*2.20*9-cu il tarixdən de-fakto səlahiyyətləri bitmişdir və bunu özüdə əvvəlcədən bilmişdir. Bələdiyyə sədri kimi Tofiq İsmayılov səlahiyyətləri bitəndən xeyli müddət sonra, yəni *4.0*.2020-ci il tarixdə mübahisələndirilən icarə müqaviləsini bağlamış, bu isə həmin icarə müqaviləsinin formal və qanunsuz olmasına dəlalət etməklə yanaşı, onun bu hərəkətləri, təmsil etdiyi və rəhbəri olduğu hüquqi şəxsin maraqlarına ziddir. Cavabdeh həmin torpaq sahəsini Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməklə torpağın üst qatını müəyyən dərinliklərdə qazaraq orada bəndlər, su hovuzları, balıq saxlamaq üçün süni göl yaratmaqla, torpağın təyinatına zidd üzərində daşınmaz obyektlər, tikililər tikməklə həmin ərazidə olan ağac və kol bitkilərini yandıraraq tamamilə məhv etmişdir. Cavabdehin icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi Çöl-Ərəb kəndi ərazisində yerləşməklə həmin kənddə yaşayan əhalinin ümumi örüş sahəsi olmuş, lakin bələdiyyənin keçmiş rəhbərliyi tərəfindən həmin torpaq sahəsinin saxta sənədlərə əsasən cavabdehin icarəsinə verilməsi nəticəsində kənd camaatı qanuni istifadəsində olan ümumi örüş sahəsindən məhrum olmuşlar. Məhkəmə qeyd etmişdir ki, bələdiyyə tərəfindən cavabdehin icarəsinə Çöl-Ərəb kəndi ərazisində yerləşən bələdiyyənin ehtiyat fond torpaqlarından 40,9 ha torpaq sahəsi verilərkən Çöl-Ərəb kəndində yaşayan kənd sakinlərinin maraqları nəzərə alınmamış, bu da haqlı olaraq onların narazılığına səbəb olmuşdur. Bələdiyyənin mülkiyyətində olan və Çöl-Ərəb kəndi ərazisində yerləşən 40,9 ha mübahisəli torpaq sahəsi müsabiqə və hərrac komissiyasına çıxarılarkən, həmin torpaq sahəsinin yerləşdiyi Çöl-Ərəb kəndində yaşayan kənd sakinlərindən bir nəfər də olsun torpaq müsabiqəsində iştirak etmək üçün ərizə vermədiyi halda, torpaq müsabiqəsində Mingəçevir şəhərində yaşayan hazırkı iş üzrə cavabdeh və digər iki nəfər Sor-Sor kənd sakinləri Taleh Cəbrayılov ilə Suriddin Əmirov ərizə ilə müraciət etmişlər. Bələdiyyənin keçmiş rəhbəri bələdiyyənin mülkiyyətində olan Çöl-Ərəb kəndi ərazisində yerləşən 40,9 ha torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlıq) məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsinin yerləşdiyi Çöl-Ərəb kənd sakinlərinə heç bir məlumat verməmiş və həmin sənədlər keçmiş bələdiyyə sədrinin özü tərəfindən cavabdehin mənafeyinə xidmət göstərmək şərti ilə hazırlanmış müsabiqədə iştirak edəcək digər iki iştirakçı isə şərti olaraq seçilmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, bələdiyyənin ümumi iclasının 2*.04.202*-ci il tarixli, 06 nömrəli protokol-qərarına əsasən cavabdehlə bələdiyyə arasında 40,9 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında qərarı və *4.0*.2020-ci il tarixli icarə müqaviləsi ləğv edilmişdir. Qeyd edilən icarə müqaviləsi bələdiyyənin qərarına əsasən ləğv edildiyindən, həmin icarə müqaviləsinə əsasən cavabdehin adına verilmiş 2*.0*.2020ci il tarixli Çıxarış da ləğv edilməlidir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsi bələdiyyənin 2*.04.202*-ci il tarixli, 06 saylı protokol-qərarı ləğv eldiyindən, bu hal cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, iddia tələbi qismən təmin edilməlidir. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınır və Reyestrdən Çıxarışla rəsmiləşdirilir. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Torpaq Məcəlləsinin *6-cı maddəsinin *, 2, 4, 5-ci bəndlərinə, 5*-ci maddəsinin *-ci bəndinə, 55-ci maddəsinə, 66-cı maddəsinin 2-ci bəndinə, *03-cü maddəsinin *-ci bəndinə, Mülki Məcəllənin *57.2-ci maddəsinə, İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun *-ci maddəsinə, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun *4.02.2003-cü il tarixli, 2 saylı Qərarının 3-cü bəndinə, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 3, 6.3, 6.6, **.*-ci maddələrinə, “Torpaq İcarəsi haqqında“ Qanunun 9-cu maddəsinə istinad edərək əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 4 oktyabr 2024-cü il tarixli, 2(*06)- *06/2024 saylı qətnaməsi ilə (hakimlər C.İmanov (sədrlik edən və məruzəçi), T.Kərimov və P.Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və Azərbaycan Respublikası MPM-in 4*7.*.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(*02)-296/2025 saylı qərarı ilə Cavabdeh* kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 4 oktyabr 2024-cü il tarixli, 2(*06)-*06/2024 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərar alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin məhkəmə hazırkı mübahisə üzrə baxışı zamanı bu normanın tələbini pozmaqla 2 dəfə iddia tələbinin həcmini artırmaqla verilmiş iddia tələbi üzrə işə baxmışdır. Məhkəmə hazırkı iş üzrə Cavabdeh* hazırkı iş üzrə iddiaçı Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsi arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəsində olan Kürdəmir rayonunun Çöl-Ərəb kəndi ərazisindəki 40,9 ha torpaq sahəsində qanunvericiliyin tələbləri pozulmaqla onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etməməsini, torpaq sahəsində tikinti işləri və digər işlər görməklə torpağın təyinatını pozmasını, həmin torpaq sahəsinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməklə torpağın üst qatını müəyyən dərinliklərdə qazaraq orada torpaq bəndlər, su hovuzları, balıq saxlamaq üçün süni göl yaratmaqla, torpağın təyinatına zidd üzərində daşınmaz obyektlər-tikililər tikməklə həmin ərazidə olan ağac və kol bitkilərini yandıraraq məhv etməsini göstərsə də həmin tikintilərin (çoban evi və fermanın, torpaq bəndin, su hovuzun və balıq saxlamaq üçün süni gölün) hansı ərazidə yerləşməsini, nə vaxt inşa edilməsini aydınlaşdırmamışdır. Əgər aydınlaşdırsaydı, çoban evi və fermanın X5 xüsusi mülkiyyətində olmasını, torpaq bəndin, su hovuzun və balıq saxlamaq üçün süni gölün mübahisə predmeti olan Kürdəmir rayonunun Çöl-Ərəb kəndi ərazisindəki 40,9 ha torpaq sahəsinə aid olmamasını müəyyən edərdi. Hazırkı iş üzrə Cavabdeh* hazırkı iş üzrə iddiaçı Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsi arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəsində olan Kürdəmir rayonunun Çöl-Ərəb kəndi ərazisindəki 40,9 ha torpaq sahəsində qanunvericiliyin tələbləri pozulmaqla onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etməməsi, torpaq sahəsində tikinti işləri və digər işlər görməklə torpağın təyinatını pozması, həmin torpaq sahəsini Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməklə torpağın üst qatını müəyyən dərinliklərdə qazaraq orada torpaq bəndlər, su hovuzları, balıq saxlamaq üçün süni göl yaratmaqla, torpağın təyinatına zidd üzərində daşınmaz obyektlər - tikililər tikməklə həmin ərazidə olan ağac və kol bitkilərini yandıraraq məhv etməsi sübuta yetirilməmişdir. Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsini icarəyə vermək məqsədi ilə Hərracların Təşkili üzrə X23 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən təşkil olunmuş müsabiqənin formal, əsassız və qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirilməsi, icarə müqaviləsinin qanunsuz bağlanması, icarə müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə münasibətdə kobud surətdə pozulması, eyni zamanda, qeyd olunan torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09.0*.2020-ci il tarixdə keçirilən müsabiqə qanunvericiliyin tələblərini pozmaqla keçirilməsi, hazırkı iş üzrə Cavabdeh* müsabiqədə tək iştirak edərək, formal qalib elan olunması, digər iştirakçılar Taleh Cəbrayılovun və Suriddin Əmirovun həmin müsabiqədə iştirak etməməsi barədə məhkəmənin qənaəti heç bir sübuta əsaslanmamışdır. Ona görə də Kürdəmir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(04*)-7*3/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh* apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Kürdəmir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(04*)-7*3/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil4 məhkəməyə təkrarən elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə baxışının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin *6 saylı Ucar Ərazi İdarəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında X*4 publik hüquqi şəxsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: *6-cı maddəsinin birinci bəndinə əsasən yay və qış otlaqları xırda buynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür. *6-cı maddəsinin ikinci bəndinə əsasən yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə “Torpaq icarəsi haqqında” Qanunun *0-*-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırda buynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir. *6-cı maddəsinin dördüncü bəndinə əsasən yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkili istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. *6-cı maddəsinin beşinci bəndinə əsasən örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 5*-cı maddəsinin birinci bəndinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin maddənin 3-cü hissəinə əsasən icarəyə verən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları ilə onlarla bağlanan müqavilələrlə yaranır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının *44-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səs vermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: Torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi, torpaqların münbit qatının bərpasının artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması, torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi, torpaqlardan haqqı ödənilməklə istifadə edilməsi və müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsipləridir. 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl etməklə icarəyə verilir. 6.6-cı maddəsinə istinadən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. **.*-ci maddəsinə əsasən bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 9-cu maddəsinə əsasən torpaqlar icarəyə verilərkən ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması, torpaqların təyinatı üzrə istifadə edilməsi, torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi, torpaq sahələrinin yerqurluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsinə əməl edilməlidir. 66-cı maddəsinin ikinci bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınır və reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri: İddiaçının apellyasiya şikayətindən görünür ki, apellyator Kürdəmir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(04*)-7*3/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20**-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.* və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə kollegiyası Kürdəmir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(04*)-7*3/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Kassasiya instansiya məhkəməsi işi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, işə yenidən baxılarkən, apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd olunan normaların tələblərini nəzərə almaqla, mübahisəli torpaq sahəsində dair hərracın Mülki Məcəllədə müəyyənəşdirilmiş qaydaları pozmaqla keçirilib-keçirilmədiyini, hərracın etibarsız sayılması üçün əsasların olub-olmadığını, habelə Sor-Sor kəndində yerləşən 40,9 ha ehtiyat fondu torpaq sahəsinə münasibətdə Çöl-Ərəb kənd sakinlərinin hansı hüquqlarının pozulduğunu araşdırmalı, mübahisəli 40,9 ha torpaq sahəsinin olduğu yer barədə ekseprtin rəyləri ilə cavabdehin adına verilmiş Çıxarış arasında olan ziddiyyətə aydınlıq gətirməli və bundan sonra iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq etdiyi maddi hüquq normalarını düzgün təfsir etməmiş, prosessual hüquq normaların pozulması ilə müşayiət olunan qətnamə qəbul etməklə həmin qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(04*)-7*3/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə obyektiv nəticəyə gəlinməsi baxımından, ilk növbədə, bələdiyyəyə məxsus 40,90 ha torpaq sahəsinin mövcud qanunvericilik normalarının tələbləri baxımından icarə predmeti olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.**.20*9-cu il tarixli, 27*9008072 nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində yerləşən ha torpaq sahəsi ehtiyyat fond torpaqları(örüş otlaq) olmaqla Sor-Sor Bələdiyyəsinin mülkiyyətindədir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir. Həmin Məcəllənin *6-cı maddəsinin: *-ci bəndinə əsasən yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür. 2-ci bəndinə əsasən yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun *0-*ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir. 3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir. 4-cü bəndinə əsasən yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və malqara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. 5-ci bəndinə əsasən örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Torpaq icarəsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları və fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar icarəyə verilə bilər. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Göründüyü kimi, qanunvericilikdə bələdiyyəyə məxsus ehtiyyat fond torpaqlarının (örüş otlaq) heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilməsi ilə bağlı qadağa mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda Kürdəmir rayonu Sor-Sor bələdiyyəsinə məxsus 40,90 ha ehtiyat fonduna aid örüş-otlaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar olaraq keçirilmiş hərrac prosedurunun qanuni olub-olmamasına aydınlıq gətirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*4.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Müsabiqə sözünün leksik mənası və izahı iştirakçıların içərisindən ən yaxşılarını seçib ayırmaq üçün keçirilən yarış hesab olunur. Hərrac sözünün leksik mənası və izahı isə bir mülkün, əşyanın ən çox pul verənə təqdim etmək üzrə açıq satışa çıxarılması başa düşülür. Bələdiyyə torpaqları üzərində mülkiyyət (icarə) hüquqlarının əldə edilməsi ilə bağlı torpaq hərracları və müsabiqələrinin keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 3-cü bəndinin 2-ci hissəsinə görə bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir. Həmin Qaydaların 6-cı bəndinə əsasən təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra - "bildiriş") hazırlayıb və onun kütləvi informasiya vasitələri iləyayılmasını təşkil edir. Həmin Qaydaların 8-ci bəndinə əsasən elan olunmuş bildirişə görə istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Sor-Sor Bələdiyyəsi tərəfindən Cavabdeh* icarəsinə Çöl-Ərəb kəndi ərazisində yerləşən bələdiyyənin ehtiyat fond torpaqlarından 40,9 ha torpaq sahəsi verilərkən Çöl-Ərəb kəndində yaşayan kənd sakinlərinin maraqları nəzərə alınmamış və bu da haqlı olaraq onların narazılığına səbəb olmuşdur. Belə ki, Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan və Çöl-Ərəb kəndi ərazisində yerləşən 40,9 ha mübahisəli torpaq sahəsi Hərracların Təşkili üzrə X23 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına çıxarılarkən həmin torpaq sahəsinin yerləşdiyi Çöl-Ərəb kəndində yaşayan kənd sakinlərindən bir nəfər də olsun torpaq müsabiqəsində iştirak etmək üçün ərizə vermədiyi halda, torpaq müsabiqəsində Mingəçevir şəhərində yaşayan hazırki iş üzrə cavabdeh olan Cavabdeh*, digər iki nəfər isə Sor-Sor kənd sakinləri, X** ilə X9 ərizə ilə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, Sor-Sor Bələdiyyəsinin keçmiş rəhbərliyi Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan Çöl-Ərəb kəndi ərazisində yerləşən icarə predmeti olan 40,9 ha torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlıq) məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi həmin torpaq sahəsinin yerləşdiyi Çöl- Ərəb kənd sakinlərinə heç bir məlumat verilməmiş və həmin sənədlər keçmiş bələdiyyə sədrinin özü tərəfindən Cavabdeh* mənafeyinə xidmət göstərmək şərti ilə hazırlanmış müsabiqədə iştirak edəcək digər iki iştirakçı isə şərti olaraq seçilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, müsabiqə və hərrac - əşyanın, o cümlədən əşyaya hüququn ən çox pul verənə təqdim etmək üzrə açıq satışa qoyulmasından ibarətdir və hərrac təşkilatçısı tərəfindən elan olunmuş bildirişə görə istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər və sözügedən “Qaydalar”da hərrac təşkilatçısının müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun mediada yayılmasını təşkil etməsindən başqa, hərracda iştirak etmək istəyən şəxslərin başqa digər qaydada məlumatlandırılması nəzərdə tutulmayıb. Yalnız “Qaydalar”ın 3-cü bəndinin və “Torpaq bazarı haqqında” Qanunun 9-cu maddəsində göstərilir ki, bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına o, halda üstünlük verilir ki, hərracın iştirakçıları tərəfindən bərabər təkliflər irəli sürülmüş olsun. Hazırkı işdə, qeyd olunan hallar istisna olunur, yəni hərrac təşkilatçısı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun mediada yayılmasını təşkil etməsinə baxmayaraq, Çöl-Ərəb kənd sakinləri, ümumiyyətlə, müsabiqə və hərracda iştirak etmək üçün hərrac təşkilatçısına yazılı ərizə belə verməyiblər. Belə olan halda, mübahisəli torpaq sahəsinə dair müsabiqə və hərracın keçirilməsi zamanı Çöl-Ərəb kənd sakinlərinin mənafelərinin nəzərə almaması, orada yaşayan sakinlərin məlumatlandırmaması, torpaq sahəsinin icarəyə verilməsi zamanı qanunvericiliyə əməl edilməməsi barədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı sayıla bilməz. Həmçinin qanunun mənasına görə hərrac təşkilatçısı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun mediada yayılmasını təşkil etdikdən sonra, yalnız Sor-Sor bələdiyyəsinin inzibati ərazində daimi yaşayan şəxslər deyil, istənilən fiziki və ya hüquqi şəxslər müsabiqə və ya hərracda iştirak edə bilərlər. Eyni zamanda, hərracın nəticələrinə görə hərracda 3 nəfər iştirak etsə də, cavabdeh hərracın qalibi elan olunub və hərracın iştirakçıları tərəfindən hərrac təşkilatçısına hər hansı bərabər təkliflər irəli sürülməyib. Belə olan halda mübahisəli 40,9 ha torpaq sahəsinin hərracdan icarəyə verilməsi zamanı bələdiyyənin ərazisində daimi yaşayan şəxslərin, o cümlədən Çöl-Ərəb kənd sakinlərinin hər hansı üstünlükləri olmayıb və onların hər hansı mənafeyi pozulmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, *0/6033 nömrəli ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 9060*2000845 reyestr nömrəsi ilə icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi (torpaq sahəsinin planı və ölçüsü sənədi - AN 4*8673) elektron baza məlumatlarına əsasən Çöl-Ərəb kənd ərazi vahidinin sərhədləri daxilində yerləşir. Məhkəmə kollegiyası icarəyə verilmiş 40,9 ha torpaq sahəsinin qeyd olunan ekspert rəyinə əsasən Çöl-Ərəb kənd ərazi vahidinin sərhədləri daxilində yerləşməsi ilə bağlı qeyd edir ki, MPM-in *03.*-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin *40-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu daşınmaz əmlak üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verilməsini tələb edə bilər. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.**.20*9-cu il tarixli çıxarışa əsasən, Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində yerləşən 40,9 ha torpaq sahəsi ehtiyyat fondu torpaqlarına aid olmaqla bələdiyyənin mülkiyyətindədir. Sor-Sor kəndinin inzibati ərazisində yerləşməsinə dair reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayılır. Odur ki, sözügedən ekspert rəyi qeyd olunan hissədə mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallardan biri onun iddiaçının keçmiş sədr Tofiq İsmayılov tərəfindən faktiki olaraq səlahiyyətlərinin olmadığı tarixdə imzalanmasıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2**.* və 2**.2-ci maddələri bələdiyyələrin səlahiyyət müddətini və bu müddətin necə hesablanmasını müəyyən edir: Seçki Məcəlləsinin 2**.*-ci maddəsinə əsasən bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Həmin Məcəllənin 2**.2-ci maddəsində göstərilir ki, bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Nəticə olaraq, əvvəlki sədr (Tofiq İsmayılov) 23 dekabr 20*9-cu il tarixli seçkilərdən sonra belə, yeni bələdiyyə ilk iclasını keçirənədək, yəni *6 yanvar 2020-ci ilə qədər tam hüquqla və qanuni səlahiyyətlə fəaliyyət göstərməkdə davam etmişdir. Mübahisəli icarə müqaviləsi *4 yanvar 2020-ci il tarixində bağlanmışdır. Tofiq İsmayılov hələ də səlahiyyətli bələdiyyə sədri idi və Seçki Məcəlləsinə əsasən səlahiyyətləri o tarixdə davam edirdi. Ona görə də onun həmin müqaviləni imzalaması qanunidir, heç bir səlahiyyət aşımı və ya suiistifadə halı yoxdur. Bu, "səlahiyyətdən sui-istifadə" deyil, əksinə, qanuni səlahiyyətlərin icrasıdır. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, səlahiyyət müddəti məsələsini qanunla düzgün müəyyən edilmiş, yəni icarə müqaviləsinin bağlanma şəraiti və tarixini düzgün təhlil edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin həmin torpaq sahəsini Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməsinə istinad etməsi ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Aparıcı-məsləhətçisi müfəttiş X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Cavabdeh* *5 il müddətinə verilmiş 40,9 ha torpaq sahəsinə Cavabdeh* və İddiaçı sədri X6 iştirakı ilə baxış keçirilmiş və torpağın üst qatının qazılmaması, bənd vurulması, arx (kanal) qazılması, süni su hovuzları və ya çalalar yaradılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə aid olmaması müəyyən edilmiş, ərazidə olan ağac və ya kol bitkilərinin (əvvəllər) məhvinə yönələn hərəkətlər (kəsilmə, çıxarılma) aşkar olunmamışdır. Həmin ərazidə qurunt suları üçün nəzərdə tutulmuş kanalla həmsərhəd sahədə əvvəllər yanğın hadisəsi baş verdiyi aşkar olunmuşdur. Baxış zamanı onların şifahi sorğusuna cavab olaraq Sor-Sor Bələdiyyəsinin rəhbərliyi tərəfindən əvvəllər baş vermiş yanğın hadisəsinin Cavabdeh* icarəyə verilmiş 40,9 ha torpaq sahəsinə aid olmaması barədə xx.xx.2022-ci il tarixli, 08 saylı təsdiqedici arayış verilmişdir. Göründüyü kimi, torpaq sahəsindən ona ziyan vuran şəkildə və təyinatına zidd istifadə olunması halları öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Kürdəmir rayonu X7 və Müsabiqə keçirilməsi barədə 26.**.20*9-cu il tarixli iclas protokolunun *2 nömrəli qərarına əsasən Sor-Sor Bələdiyyəsinin icarə predmeti olan 40,9 ha torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlıq) üçün icarəyə verilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınmaqla Sor-Sor Bələdiyyəsinin icarəyə verilən 40,90 ha torpaq sahəsinin kənd təsərrüfatı ilə (heyvandarlıq) məşğul olmaq məqsədilə açıq müsabiqə keçirilməsi, müsabiqədə icarənin aşağı həddi hər hektar üçün 26 manat ümumi məbləğ *063,40 manat, icarə müddəti *5 il müəyyən edilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Torpaq, Müsabiqə və Hərrac komissiyası arasında müqavilə bağlanması qərara alınmış, İddiaçı sədri Tofiq İsmayılov tərəfindən X29 və Hərrac komissiyasının sədri Nizami Qasımova ünvanlanmış 26.**.20*9cu il tarixli, *35 nömrəli məktubla İddiaçı kənd təsərrüfatı (heyvandarlıq) üçün icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılacaq 40,9 ha torpaq sahəsinin sənədləri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsində 27*9008072 saylı, 25.**.20*9-cu il tarixdə qeydiyyatdan keçmiş, planı ölçüsü qeydiyyata alınmış, Sor-Sor Bələdiyyəsinin 26.**.20*9-cu il tarixli, *2 nömrəli protokolundan çıxarış alınmış, həmin torpaq sahəsinin müsabiqəyə çıxarılması üçün sənədləri X29 və Hərrac komissiyasına təqdim edilmişdir. X*0, X*2 və Cavabdeh* 28.*2.20*9-cu il tarixli ərizə təqdim edərək Kürdəmir rayonu ərazisində Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan 409000 kv.metr və ya 40,9 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X23 Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 09.0*.2020-ci il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştiraklarının təmin edilməsini xahiş etmişlər. 09.0*.2020-ci il tarixdə müsabiqə keçirilmiş və Cavabdeh* 09.0*.2020-ci il həmin torpaq müsabiqəsinin qalibi olmuşdur. Cavabdeh* Sor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə X23 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 09.0*.2020-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olduğuna görə ona şəhadətnamə verilmişdir. Bundan sonra isə İddiaçı adından X*3 ilə Cavabdeh* arasında *4.0*.2020-ci il tarixli icarə müqaviləsi bağlanmış və torpaq sahəsi *4.0*.2035-ci il tarixə kimi Cavabdeh* icarəsinə verilmişdir. 40,9 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində Cavabdeh* adına qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinə dair hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması və hərracın etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsi ilə Cavabdeh* arasında bağlanmış*4.0*.2020-ci il tarixli icarə müqaviləsi isə etibarlı əqddir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.*-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin *-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.*.*, 385.*.2, 385.*.3 və 385.*.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(04*)-7*3/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-*-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh* tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(04*)-7*3/2023 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. İddiaçındən *00 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-881/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-881/2025
09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver