Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-883/2023 07.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)- 3468/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 30 sentyabr 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17910,15 ABŞ dolları əsas, 3805,14 ABŞ dolları faiz, 2059,12 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 796,80 ABŞ dolları faiz, olmaqla cəmi 24571,21 ABŞ dolları kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Lənkəran filialı ilə Cavabdeh1 arasında bağlanmış LAN-219465/17 nömrəli, 12 sentyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədilə 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 18550 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə Bank arasında 12 sentyabr 2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2021-ci il tarixə kredit üzrə cəmi borcu 24571,21 ABŞ dolları təşkil edir. Bundan 17910,15 ABŞ dolları əsas, 3805,14 ABŞ dolları faiz, 2059,12 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 796,80 ABŞ dolları faiz borcu təşkil edir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3468/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Mütəllim İsayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 17910,15 ABŞ dolları əsas, 3805,14 ABŞ dolları faiz, 2059,12 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 796,80 ABŞ dolları faiz, cəmi 24571,21 ABŞ dollarının və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-3468/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilib iddia tələbinin Cavabdeh2 aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə digər zamin olan cavabdehlər Cavabdeh4 və Cavabdeh5 münasibətdə qeyd etmişdir ki, onların öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2020-ci il tarixdə çatmış, lakin kreditor olaraq iddiaçı xx.xx.2021-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminlər Cavabdeh4 və Cavabdeh5 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Lənkəran Rayon Məhkəməsinin zaminliklə bağlı gəldiyi nəticə doğrudur, yəni qanunun imperativ norması hər kəs üçün eyni mənanı özündə ehtiva edir. Müqavilə eyni tərəflərlə eyni vaxtda bağlanmışdırsa, nə üçün iddia ilə bağlı kəsici müddət digər zaminlərə şamil olunmur? Halbuki zaminlik müqaviləsi bütün zaminlərlə eyni gündə, yəni 12 sentyabr 2017-ci il tarixdə bağlanmışdır. Əgər qanunun bir hissəsi digər zaminlər Cavabdeh4 və Cavabdeh5 şamil olunursa, digər zaminlər, yəni Cavabdeh2 və Cavabdeh3 da şamil olunmalı idi. Zaminlik müqaviləsinə xitam verilməsi ilə əlaqədar digər Cavabdeh3 ilə apellyator, yəni Cavabdeh2 rəsmi qaydada poçt vasitəsilə məhkəməyə müraciət etmişlər. Lakin məhkəmə onların müraciətlərinə ümumiyyətlə heç bir münasibət bildirməmiş, ərizədə göstərilən müddətlə bağlı xüsusatlar araşdırılmamışdır. Cavabdeh2 zaminlik müqaviləsinə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən xitam verilməli olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın ona aid olan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və məzmunundan görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini qismən – yalnız özünə aid olan hissədə mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 apellyasiya şikayətinə əsasən ona aid olan hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, qətnamə ona aid olan hissədə ləğv edilərək iddia tələbi ona münasibətdə rədd edilməlidir. Belə ki, işdəki İddiaçı ASC-nin Lənkəran filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, LAN-219465/17 saylı bank hesabı və kredit müqaviləsindən görünür ki, Bank borcalana 36 ay müddətinə illik 6 faiz ödənilməsi şərtilə 18550 ABŞ dolları məbləğində kredit verir, borcalan isə üzərinə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri Banka ödəməyə dair pul öhdəliyi götürür. Həmin müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, öhdəliyin son icrası müddəti 12 sentyabr 2020-ci il müəyyən edilmişdir. İşdəki İddiaçı ASC-nin Lənkəran filialı ilə zamin Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, LAN-219465/17 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Bank qarşısında borcalanın xx.xx.2017-ci il tarixli, LAN-219465/17 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam öz üzərinə götürür. Zaminlik müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqavilə 36 ay müddətinə bağlanılır. İş materiallarının 104-105-ci vərəqlərində olan iddia tələbinə Cavabdeh2 tərəfindən etiraz verilmiş, etirazda ona münasibətdə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 etirazda qeyd etmişdir ki, iddiaçı zamin kimi ona qarşı iddia irəli sürmək üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarından göründüyü kimi, xx.xx.2017-ci il tarixli, LAN-219465/17 saylı zaminlik müqaviləsi ilə zamin Cavabdeh2 Bank qarşısında borcalan Cavabdeh1 xx.xx.2017-ci il tarixli, LAN-219465/17 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 6.1-ci bəndində həmin müqavilənin 36 ay müddətinə bağlanıldığı qeyd edilmişdir. Bundan əlavə, zaminliklə təmin edilmiş əsas öhdəlik olan İddiaçı ASC-nin Lənkəran filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, LAN- 219465/17 saylı bank hesabı və kredit müqaviləsi üzrə öhdəliyin son icrası müddəti 12 sentyabr 2020-ci il müəyyən edilmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə 30 sentyabr 2021-ci il tarixində məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə Cavabdeh2 ilə bağlanılmış 12 sentyabr 2017-ci il tarixli zaminlik müqaviləsində onun 36 ay müddətinə bağlanıldığı qeyd edilmişdir. Bu isə o, deməkdir ki, zaminlik müqaviləsində onun verilməsi müddəti göstərilmişdir. Cavabdeh2 zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti isə 12 sentyabr 2020-ci il tarixində qurtarmışdır. Lakin iddiaçı tərəfindən həmin vaxtadək Cavabdeh2 qarşı hər hansı tələb irəli sürülmədiyinə görə, Cavabdeh2 zaminliyinə xitam verilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, əgər zaminlik müqaviləsində belə bir müddət göstərilməmiş olsaydı, o halda da zaminlik müqaviləsinə xitam verilməsi üçün hazırda əsas mövcuddur. Belə ki, zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtı 12 sentyabr 2020-ci il tarixində çatmış, lakin həmin gündən 1 il ərzində iddiaçı zamin olan Cavabdeh2 qarşı iddia irəli sürməmişdir. Belə ki, iddiaçı hazırkı iddia ərizəsini yalnız 30 sentyabr 2021-ci il tarixində məhkəməyə təqdim etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, Mülki Məcəllənin 477.0.4cü maddəsinin tələblərinə əsasən, İddiaçı ASC-nin Lənkəran filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, LAN-219465/17 saylı bank hesabı və kredit müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə müddətin keçməsi əsası ilə xitam verilmişdir. Birinci instansiya məhkəməsi isə qeyd edilən hala düzgün hüquqi qiymət verməmiş, Cavabdeh2 həmin maddənin tətbiq edilməsi ilə bağlı məhkəməyə müraciət etsə də, ona münasibətdə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Odur ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, onun apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid olan hissədə ləğv edilməlidir. İddiaçı ASC-nin Lənkəran filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, LAN-219465/17 saylı bank hesabı və kredit müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə müddətin keçməsi əsası ilə xitam verildiyindən, iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3468/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin. İddia tələbi Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-883/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-883/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver