Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-891/2025 29.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Bəhmənov Habil Xanoğlan oğlu ibarət tərkibdə, X2 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-284/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə tərkibi MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas borc 5117,82 manat, faiz borcuna görə 93,26 manat, cərimə borcuna görə 2439,50 manat, cəmi 7650,58 manat məbləğində borcun və 96,51 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin (hakim M.Sadıqov) xx.xx.2025-ci il tarixli, 2(055)- 284/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5117,82 manat əsas borc, 93,26 manat faiz borcu, 300 manat cərimə borcu olmaqla cəmi 5511,08 manat borc və 96,51 manat dövlət rüsumu, ümumilikdə 5607 (beş min altı yüz yeddi) manat 59 (əlli doqquz) qəpiyin alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-284/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. İş Şirvan Аpellyаsiyа Məhkəməsinə daxil olmuş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-891/2025 saylı qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Saatlı Rayon Məhkəməsi 27 may 2025-ci tarixli məktubu ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)- 284/2025 saylı qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən şikayət verildiyi üçün hazırkı mülki işin Saatlı Rayon Məhkəməsinə geri qaytarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 işin apellyasiya baxışından çıxarılması və Saatlı Rayon Məhkəməsinə qaytarılmasına etirazının olmadığını bildirmişdir. İddiaçı və digər cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil olunmamışdır (iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göründüyü kimi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-284/2025 saylı qərardadından şikayət vermişdir. Saatlı Rayon Məhkəməsinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin şikayətinə münasibət bildirməsi üçün iş baxışdan çıxarılmalı və mülki iş Saatlı Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-891/2025 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, Saatlı Rayon Məhkəməsinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin şikayətinə münasibət bildirməsi üçün iş baxışdan çıxarılmalı və mülki iş Saatlı Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366 və 400-cü mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə tərkibi Qərаrааldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 891/2025 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. İş apellyasiya baxışından çıxarılsın. Sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş Saatlı Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına “Elektron məhkəmə” informasiya sistemi qaydasında kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(106)-891/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-891/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver