Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-9/2025 30.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «qanunsuz qoyulmuş dəmir qapının sökülməsi, qurunt sularının axıdılması üçün boru xəttinin çəkilməsinə yaradılan maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair mülki iş Q Ə T N A M Ə S İ Açar sözlər : dəmir qağının sökülməsi, qurunt sularının axıdılması üçün boru xəttinin çəkilməsinə maneənin aradan qaldırılması. Şirvan şəhəri, 30 oktyabr 2025-ci il X12 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz qoyulmuş dəmir qapının sökülməsi, qurunt sularının axıdılması üçün boru xəttinin çəkilməsinə yaradılan maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(049)-380/2021 saylı qətnaməsindən (hakim Rəşad Məmmədov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixdə seriya MH ******* saylı çıxarışla ona verilmiş 0,0115 ha torpaq sahəsində yerləşən 29 nömrəli evinə bitişik qanunsuz qoyulmuş dəmir qapının sökülməsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixdə seriya MH ******* saylı çıxarışla ona verilmiş 0,0115 ha torpaq sahəsində yerləşən 29 nömrəli evin həyətindəki yağış suyunun axıdılması üçün nəzərdə tutulmuş kanalın (boru xətti ilə) çəkilməsinə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, onun qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyı izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkərən şəhəri Mir-Mustafaxan küçəsi 29 ünvanında yerləşən, 0.1150 ha torpaq sahəsində ümumi həyətdə tikilmiş evdə ailə üzvləri ilə birlikdə yaşayır. Həmin torpaq sahəsinin və fərdi yaşayış evinin ona məxsus olması barədə xx.xx.2007-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya MH ******* saylı çıxarış verilmişdir. Cavabdeh qonşudur. Hələ 1930-cu ildən yaşadığı ümumi həyətin yağış və qurunt suları evin sol tərəfindən, yəni Cavabdeh Məmməmsadıq oğlunun həyətyanı sahəsinə yaxın, lakin onlara aid olan boş sahədən keçərək küçəyə xəndək vasitəsi ilə axıdılmışdır. 1974-1975-ci illərdə dövlət tərəfindən həmin xəndək vasitəsilə axıdılan sular onlar üçün nəzərdə tutulan sahədən bir başa küçədəki xəndəyə birləşdirilməklə 20 metr uzunluğunda 25 diametrdə azbest tumbalarla əvəz edilmişdir. Yağış və qrunt suları həmin borular vasitəsi ilə əsas xəndəyə axıdılırdı. Bu gunki günlərə kimi həmin xəttin hesabına həyətdə yağış və qurunt suları toplanmamış və həyətin sakinləri üçün heç bir problem yaranmamışdır. X1 (1939-cu il təvəllüd) və X7 (1964-cü il təvəllüd) bu ünvanda doğulmuşlar. Onlar bütün bunları təsdiq edə bilərlər. Lakin Cavabdeh Məmməmsadıq oğlu ona aid olmayan sahədə onların həyətinin yağış qurunt sularının axıdılması üçün nəzərdə tutulmuş boru xəttləri çıxarmiş, boru xəttlərinin keçdiyi yerdən qanunsuz yaşadığı evin divarına qanunsuz olaraq bitişdirməklə özünün küçəyə gediş-gəlişini təmin etmək üçün dəmir qapı qoymuş, boru xəttinin küçədəki əsas xəndəyə keçən hissəsində xəndəyin üstünü betonlamaqla körpü qoymuş və onları çətin vəziyyətdə saxlamışdır. Həmin boru xəttlərini öz hesabına bərpa etmək istəsə də cavabdeh buna imkan verməmişdir. Nəticədə yağış və qurunt suları həyətdən birbaşa axaraq evinin altına yığılıb qalmış, ona maddi ziyan vurmuş, evdə rütubətin və nəmin artmasına səbəb olmuş, evin divarları bunun nətcəsində çartlamışdır. Boruları çəkmək istədiyi həmin hissə cavabdehin mülkiyyətində deyil, həmin yerin cavabdehə heç bir aidiyyəti yoxdur. Əgər boru xəttləri çəkilərsə bunun nəticəsində cavabdehin heç bir hüququ pozulmayacaq və ona heç bir ziyan dəyməyəcəkdir. Bundan əlavə cavabdeh həmin boru xəttlərinin keçdiyi yerdən qanunsuz tikinti aparmaq istəyir. Halbuki, onun tikinti aparmaq istədiyi yerin ona heç bir aidiyyatı yoxdur. Çünki, əvvəlki məhxəmə iclaslarında cavabdehin məhkəməyə təqdim etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı çıxarışa baxanda cavabdehin reyestr xidmətinin nümayəndəsini də aldadaraq həyətinin tam sahəsini kubiklə qardaşı arvadının ayırdığı hissəsini göstərmədən qeyd etdirməsinin şahidi olmuşdur. Bu hərəkətinə son qoymasını dəfələrlə cavadehdən tələb etsə də, cavabdeh buna əhəmiyyət erməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq etiraz verərək göstərmişdir ki, İddiaçı ona qarşı "qanunsuz hərəkətlərinə son qoyulması” qaldırmış olduğu iddiaını qəbul etmir. İddianı ona görə qəbul etmir ki, həmin iddia tamamilə əsassızdır. Belə ki, iddia ərizəsində qeyd etmişdir ki, onun mülkiyyətində olan 0,0115 ha torpaq sahəsində yerləşən 29 nömrəli evinə bitişik qanunsuz qoyulmuş dəmir qapının sökülməsi və 29 nömrəli evin həyətindəki yağış suyunun axıdılması üçün nəzərdə tutulmuş kanalın (boru xətti ilə) çəkilməsinə cavabdehin, yəni onun tərəfindən maneə aradan qaldırılsın və qanunsuz hərəkətlərinə son qoymağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı yanılmamalıdır ki, xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış ev və evin yerləşdiyi torpaq sahə mülkiyyət hüququna əsasən onun xüsusi mülkiyyətindədir, onun üzərində dövlət tərəfindən tanınan hüquqi sənədlər tamamilə rəsmiləşdirilmişdir. Fərdi yaşayış evinə daxil olmaq üçün ona məxsus olan torpaq sahədə hasara alınmış həyətyanı sahəyə dəmirdən hazırlanmış giriş qapı qoyulmuş, həmin dəmir qapının iddiaçının özünün mülahizəsinə əsaslansaq onun torpaq sahəsinə və arada olan hasara heç bir maneçilik törətmir, qeyd olunan dəmir qapı ona məxsus olan torpaq sahəsində qoyulmuşdur. Hesab edir ki, mülkiyyətində olan həyətyanı torpaq sahəsinə daxil olmaqdan ötrü qoyduğu dəmir qapı tam qanunu, həmin qapını qoymaqla heç bir qonşunun mülkiyyəti hüququnu məhdudlaşdırmayıb və hazırda da məhdudlaşdırmır. Digər tərəfdən İddiaçı yaşadığı Lənkəran şəhəri Mirmustafaxan küçəsi 29 nömrəli ev kommunal təsərrüfatına aid olan ev olmaqla həmin evdə bir neçə ailə yaşayır. Həmin evin yerləşdiyi torpaq sahə ilə onun mülkiyyətində olan fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsi daşdan hörülmüş 2 -3 metr hündürlükdə hasar ayırır. İddiaçı əvvəla onun razılığı olmadan evindən onun həyətinə açılan geniş bir pəncərə açıb, lakin o bir qonşu kimi onun bu hərəkətlərinə dözməli olub. İddiaçı onun ona qarşı dözümlüyünü görüb və hiss etdikdən sonra təzədən həyətinə tərəf hasarın üzərindən özünə hamam tikdirmiş, hamamın divarında həyətinə ikinci kiçık bir pənəcərə açaraq hamamın çirkab suların boru vasitəsilə həyətinə buraxmışdır. Onun bu qanunsuz hərəkətli barədə dəfələrlə özünə və kommunal Təsərrüfatı İdarəsinə şifahi olaraq şikayət edib. Oradan mutəxəssislər gəlmiş ona iradlarını bildirmişlər ki, “siz fərdi yaşayış evinin həyətinə daxil olub, çirkab suların axıdılması üçün qonşunun həyətindən istifadə edirsiniz”. Bütün bu iradlara baxmayaraq iddiaçı qonşu özü üçün bir nəticə çıxarmamış, hələ üstəlik onu cavabdeh kimi məhkəməyə vermişdir. Hesab edir ki, qonşulara qarşı onun hərəkətlərində heç bir qanuna zidd hərəkətlər olmamışdır. O, iddiaçı Alamzər Tahirovanın həyətinə daxil olub, hər hansı bir su kanalizasiya borularını sökməyib, çirkab suların axıdılmasının qarşısını almayıb. Ümumi istifadədə olan hasar üzərində, şəhərsalma qaydalarına uygun olmayan hamam tikməyib, qonşuların həyətinə qanunsuz pəncərə açmayıb. Qeyd etdiyi bütün sübutlar əsas verir ki, İddiaçı ona qarşı məhkəmədə qaldırdığı iddia tələbi tamamilə əsassız bir tələbdir. Odur ki, İddiaçı ona qarşı qaldırmış olduğu iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran rayon məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(049)-380/2021 saylı qətnaməsi ilə (sədrlik edən R.Məmmədov) iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsinə müvafiq orqanların mütəxəssisləri cəlb olunmuş, lakin mütəxəssislərin müvafiq rəyləri təqdim etməməsi səbəbindən ekspert rəyinin verilməsi mümkün olmamışdır. Mübahisənin həlli üçün ekspert rəyinin alınmasını xahiş etsə də ekspert rəyini almadan iddiasının rədd olunması barədə birinci instansiya məhkəməsi tərəfindən əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı məhkəməyə yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətini təmin edərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiyaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: “İnsan hüquqları vəəsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edəbilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanıçəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar faktlar ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarı No 25657/94, § 282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveşrəyə qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Hüquqları Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* No-li Çıxarışdan görünür ki, Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsində 0,0115 ha torpaq sahəsində yerləşən 29 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 52 kv.m ümumi, 41,4 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 3 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 121 nömrəli vərəqində qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, Lənkəran şəhəri, X13 küçəsi ev 15 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/4 hissə Cavabdeh, 1/2 hissə X4, 1/4 hissə isə X5 məxsusdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı özünə məxsus Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsində 0,0115 ha torpaq sahəsində yerləşən 29 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən mənzilin arxasında olan və cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşən yağış suyunun axıdılması üçün nəzərdə tutulmuş kanalın (boru xətti ilə) mövcudluğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, yalnız Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* No-li Çıxarışı təqdim edərək , Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsində 0,0115 ha torpaq sahəsində yerləşən 29 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən mənzilin ona məxsus olmasını bildirmişdir. Halbuki işin sübutlarla müəyyən edilməli halı həmin mənzilin arxasında olan və cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşən yağış suyunun axıdılması üçün nəzərdə tutulmuş kanalın mövcud olub-olmaması, mövcud olmadığı təqdirdə isə bunun iddaçının hansı hüquqları və mənafelərinə toxunması halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 77.1ci maddəsinin tələbi baxımından həmin halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür ki, iddiaçıda bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Göründüyü kimi iddia təmin edilməmiş, qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin etmədən, cavabdehin ona məxsus torpaq sahəsində dəmir qapı qoyması və sairə hallar araşdırılmadan iddianı rədd etməsindən ibarətdir. Müəyyən edilir ki, qeyd olunan halların araşdırılması üçün məhkəmənin təşəbbüsü ilə, məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsinə Lənkəran Şəhər Sukanal İdarəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Naziriyin Tikintidə X6 Agentliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri cəlb olunmuş, lakin qeyd olunan mütəxəssislərin müvafiq rəyləri təqdim etməməsi səbəbindən rəyin verilməsi mümkün olmamışdır. İddiaçının apellyasiya şikayətinin əsas dəlili də iş üzrə tikinti-texniki ekspertizanın təyin edilməməsi və mövcud mübahisənin əsaslı araşdırılmamasıdır. Apellyasiya baxışında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, müvafiq mütəxəssiuz və ekspert rəyi alınaraq işə əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 15 sentyabr 2025-ci il tarixli, 10/5827 saylı ekspert rəyində göstərilmişdir ki, Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2538/2025 saylı mütəxəssis rəyinə əsasən, araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat (Seriya MH 0002187) və **********96- 05101- 093002 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 52 kv.m ümumi sahədən ibarət mənzilin yerləşdiyi dövlət mülkiyyətinə aid 0,0115 ha torpaq sahəsi üzərində (və ya ona bitişik olaraq) Cavabdeh tərəfindən dəmir qapının quraşdırılmaması müəyyən olunmuşdur. Araşdırma zamanı İddiaçı mülkiyyətində olan 52 kv.m ümumi sahədən ibarət mənzilin yerləşdiyi yaşayış binasından 0,40 m aralı Cavabdeh tərəfindən dəmir qapının quraşdırılması müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2538/2025 saylı mütəxəssis rəyinə əsasən, araşdırma zamanı Cavabdeh tərəfindən quraşdırılmış dəmir qapının Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********35-10301 reyestr nömrəli Texniki Pasporta əsasən Cavabdeh və qeyrilərinin mülkiyyətlərində olan 0,03 ha torpaq sahəsinin sərhəd hüdudlarından 0,38 m kənarda, Cavabdeh və qeyrilərinin faktiki istifadələrində olan torpaq sahəsinin sərhəddində (faktiki istifadədə torpaq sahəsinə giriş-çıxış yerində) yerləşməsi müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2538/2025 saylı mütəxəssis rəyinə əsasən, araşdırma zamanı mövcud baza məlumatlarında və naturada İddiaçı mülkiyyətində olan 52 kv.m ümumi sahədən ibarət mənzilin yerləşdiyi yaşayış binası ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi arasında yağış sularının axıdılması üçün nəzərdə tutulmuş kanalın mövcud olmaması müəyyən olunmuşdur. Faktiki vəziyyətdə yağış sularının axıdılması üçün nəzərdə tutulan kanal kimi iddia edilən 0,0003 ha-dan ibarət torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********35-10301 reyestr nömrəli Texniki Pasporta əsasən Cavabdeh və qeyrilərinin mülkiyyətlərində olan 0,03 ha torpaq sahəsinə aid olması müəyyən olunmuşdur. Göründüyü kimi keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qoyulan dəmir darvaza İddiaçı mülkiyyətində olan 52 kv.m ümumi sahədən ibarət mənzilin yerləşdiyi yaşayış binasından 0,40 m aralı hissədə quraşdırılmışdır. Həmçinin iddiaçının faktiki vəziyyətdə yağış sularının axıdılması üçün nəzərdə tutulan kanal kimi iddia edilən 0,0003 ha-dan ibarət torpaq sahəsinin də xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********35-10301 reyestr nömrəli Texniki Pasporta əsasən Cavabdeh və qeyrilərinin mülkiyyətlərində olan 0,03 ha torpaq sahəsinə aid olması müəyyən olunmuşdur. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçının iddiası və birinci instansiya məhkəməsinin qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti əsassız olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 06 oktyabr 2021-cü il tarixli, 2(049)-380/2021 saylı qətnaməsin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-9/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-9/2025
30.10.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver