Məhkəmə qərarları › İş №2(106)-905/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-905/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-905/2024 04.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Fikrət Cilingir oğlu Hüseynov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, Biləsuvar Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Allahverdi qızının Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş 11.500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Allahverdi qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində əldə edilmiş 11.500 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırılmışdır: Onun oğlu “Vətən müharibəsi”ndə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olduğuna görə ona “Yaşat” Fondu və “Heydər Əliyev” Fondu tərəfindən müvafiq olaraq 11 min və 10 min manat məbləğində birdəfəlik ödəmələr edilmişdir. O, həmin vəsait hesabına digər övladına yaşayış evi inşa etmək məqsədilə, həmin pul vəsaitinin xərcləməyərək, özündə saxlamışdır. Cavabdeh onun əmisi oğludur. 2023-cü ilin fevral ayının ortalarında əmisi oğlu Cavabdeh onun qardaşı Şahid1 vasitəçiliyi ilə onun yaşadığı evə gələrək, Bakı şəhərində meyvə mağazası açmaq istədiyini bildirmiş, bu məqsədlə görə ondan borc pul istəmiş, borcunu həmin ilin sentyabr ayına qədər qaytaracağını vəd etmişdir. O, Cavabdeh inanaraq, şəhid övladının “qan pulu” qismində ödənilmiş vəsaitin 7.500 manat məbləğində hissəsini borc qismində cavabdehə verməyə razılaşmışdır. O, borcun payızda yağış mövsümü başlayanadək qaytarmalı olduğunu təkidlə Cavabdeh bildirmişdir. Cavabdeh isə borcunu 2023-cü ilin sentyabr ayınadək qaytaracağını ona vəd etmiş, onu inandırmaq üçün icarəyə götürdüyü meyvə- tərəvəz dükanının şəkillərini telefonda ona göstərmiş, hətta kiçik oğlunun həmin meyvə tərəvəz mağazasında satıcı işləməsinə icazə verməsini xahiş etmişdir. Buna görə də o, cavabdehə inanaraq, 2023-cü ilin fevral ayında 7.500 manat məbləğdə pul vəsaitini qardaşı Şahid1, sonuncunun oğlu Şahid2 və şərikli mal-qara alveri etdiyi X1 yanında nağd şəkildə Cavabdeh vermişdir. Bundan təxminən 1 ay sonra, mart ayının ortalarında Cavabdeh təkrarən onun yaşadığı evə gələrək, ondan daha 4.000 manat məbləğində borc istəmişdir. Cavabdeh bütün borcunu 2023-cü ilin sentyabr ayına qaytaracağını vəd etdiyinə görə o, özündə olan 4.000 manat məbləğində pul vəsaitini qardaşı Şahid1, sonuncunun şəriki B.H.Xammədovun yanında cavabdehə vermişdir. Həmin vaxt Cavabdeh qardaşı Şahid1 oğlu Şahid2 Bakı şəhərində açdığı mağazada fəhlə işinə götürdüyü üçün o, Cavabdeh borcunu qaytaracağına tam inanmışdır. 2023-cü ilin avqust ayında əri Şahid3 işlədiyi Şamaxı rayonundan yaşadığı evə qayıtdıqdan sonra o, Cavabdeh verdiyi borc vəsaitləri barədə ərinə məlumat vermişdir. Cavabdehin ona vəd etdiyi vaxtda, yəni 2023-cü ilin sentyabr ayında o, Cavabdehla əlaqə saxlamış və borcunu geri qaytarmasını tələb etmişdir. Bundan sonra Cavabdeh, təkrarən qardaşı Şahid1la birlikdə onun yaşadığı evə gələrək, borcunu qaytarması üçün ona 10 gün möhlət verməsini xahiş etmişdir. Belə ki, Cavabdeh əri Şahid3 və qardaşı Şahid1 yanında, namusuna və övladlarının canına and içərək ona olan borcunu 10 gün ərzində qaytaracağına dair vəd vermiş, ondan polisə şikayət etməməsini xahiş etmişdir. Həmin vaxt Cavabdeh Biləsuvar rayonu, Bəydili kəndində icarəyə götürdüyü 24 hektar torpaq sahəsində əkdiyi süpürgə məhsulunun yığımını həyata keçirdikdən sonra qaytaracağını bildirmişdir. O, cavabdehə mövsümün yağışlı olacağı təqdirdə əkin xarab olarsa, borcunu necə qaytaracağını soruşduqda, həmin şəxs təkrar-təkrar namusuna and içərək ona olan borcunu qaytaracağına dair vədlər vermişdir. Lakin həmin vaxtdan sonra cavabdeh onun heç bir telefon zənginə cavab verməmiş və borcunu ödəməkdən boyun qaçırmışdır. Buna görə də o, qardaşı Şahid1 cavabdehi onun evinə gətirdiyinə və sonuncuya zamin durduğuna görə məcbur etmişdir ki, polisə müraciət etsin. Aparılmış araşdırma zamanı Cavabdeh, o cümlədən onun və digər şahidlərin izahatı alınmış və 24 oktyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəməyə ünvanladığı 06 noyabr 2023cü il tarixli yazılı etiraz ərizəsində göstərmişdir ki, İddiaçı onun əmisinin qızıdır. O, iddiaçının şəhid övladının yas mərasimində 2020-ci ilin sentyabr ayında iştirak etmiş və həmin vaxtdan sonra İddiaçı ilə görüşməmişdir. O, 2023-cü ilin fevral ayında iddiaçıdan heç bir pul vəsaiti borc almamışdır. Cavabdehin etirazına görə, o, Şahid1 4.500 manat, sonradan daha 2.000 manat borc almışdır. Lakin Şahid1 ona həmin pulları sələmə götürdüyünü və buna görə də ona 14.500 manat qaytarmalı olduğunu bildirmişdir. O, həmin pul vəsaitinə görə Seyfəddinə əvvəlcə 1.600 manat ödəniş etmiş, sonra dostu Aqilə 1.500 manat verərək, həmin pul vəsaitinin üstünə 30 manat da qoyaraq, Şahid1 verməsini tapşırmışdır. Onun tanışı Aqil “Okoyl” yanacaq doldurma məntəqəsinin yanında həmin məbləğdə pul vəsaitini Şahid1 vermişdir. Sonradan o, Aqildən 2.000 manat borc almış və həmin pulu Aqilin və digər tanışı X3 yanında Şahid1 vermişdir. Həmçinin 2023-cü ilin iyun ayında Biləsuvar rayonu, Bəydili kəndində yerləşən, X4 məxsus fermanın yanında, M.S.Əzizov onun borcunun əvəzində 5.000 manat, daha sonra isə 2023-cü ilin iyul ayında “Ay işığı” restoranın yanında daha 5.000 manat məbləğində pul vəsaitlərini Şahid1 vermişdir. Onun mobil telefonunu Şahid1 oğlu Rəhman götürdükdən sonra həmin telefonda olan başqa bir qadının şəkillərini əsas tutaraq, Şahid1 həmin şəkilləri yaymaqla onu şantaj edərək, ondan daha 1.200 manat məbləğində pul istəmişdir. O isə daha həmin şəxsə pul verməyəcəyini bildirmiş və buna görə də Şahid1 onun barəsində polisə şikayət etmişdir. Şahid1 polis şöbəsində onun üzünə duraraq, guya onun bacısı İddiaçı borc pul aldığını bildirmişdir. O, İddiaçı nəinki 11.500 manat məbləğində borc almış, hətta həmin şəxslə 3 il ərzində heç vaxt görüşməmiş və ya əlaqə saxlamamışdır. Biləsuvar Rayon Məhkəməsinin (hakim R.Əliyev) 15 fevral 2024-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin əvəzi qismində 11.500 (on bir min beş yüz) manat məbləğində pul vəsaitinin İddiaçı Allahverdi qızının xeyrinə tutulması, Cavabdeh iş üzrə dövlət rüsumunun əvəzi qismində 124 (bir yüz iyirmi dörd) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi nəfinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 385.1, 427.3, 448.1, 739.1-ci maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verilmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, mübahisəni araşdıran Biləsuvar rayon məhkəməsi aralarında borc müqaviləsinin olmamasına, onun tərəfindən həmin borcun İddiaçı alınmamasına, 2020-ci ildən mübahisə başlanana qədər aralarında heç bir əlaqə və münasibət olmamasına diqqət yetirməmiş, onun borclu olmamağına və İddiaçı həmin pulu ondan tələb etməyə səlahiyyətli olmamasına lazımı hüquqi qiymət verməmişdir. Bununla məhkəmə yekunda yanlış nəticəyə gəlmişdir. Prosessualməsələlər Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı borc olaraq cavabdehə verdiyi 11500 manat məbləğində pulun qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında yazılı müqavilə olmamışdır. İddiaçının tələbinə görə cavabdeh ondan pulu götürərkən aralarında şifahi razılaşma olmuşdur. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən şahid ifadələrinə əsaslanmışdır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş, iddiaçının əri Şahid3 göstərmişdir ki, arvadı İddiaçı öz əmisi oğlu Cavabdeh 7.500 manat və 4.000 manat olmaqla, cəmi 11.500 manat borc verdiyini sonradan – 2023-cü ilin sentyabr ayında Biləsuvar rayonuna gəldiyi vaxt öyrənmişdir. Həmin hal barədə onun arvadı İddiaçı ona məlumat vermişdir. Buna görə də o, Cavabdeh evinə dəvət etmişdir. O, borcunu qaytarmayacağı təqdirdə polisə müraciət edəcəyini Cavabdeh bildirdikdən sonra cavabdeh namusu üzərinə and içərək, 24 hektarlıq torpaq sahəsində əkdiyi süpürgə məhsulunu biçdikdən sonra pulu qaytaracağını ona bildirmişdir. Həmin vaxt onların yanında Şahid1 da olmuşdur. Buna görə də o, polisə şikayət etməmişdir. Lakin Şahid1 sentyabr ayı bitdikdən sonra da onlara olan borcunu ödəməmiş və onların zənglərinə də cavab verməmişdir. Buna görə də İddiaçı qardaşı Şahid1 polisə şikayət etməyə məcbur etmişdir. Onun fikrincə Cavabdeh dəfələrlə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməməsi də həmin şəxsin təqsirkar olduğu və məhkəmə iclaslarında iddia tələbini təkzib etməyə üzünün gəlmədiyi qənaətinə gəlməyə əsas verir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 2023-cü ilin fevral ayının ortalarında cavabdeh onun yanına gələrək Bakı şəhərində meyvə-tərəvəz mağazası açmaq istədiyini, lakin mağazanın icarə haqqını ödəmək və meyvə-tərəvəz alıb mağazaya yığmaq üçün pulu olmadığını bildirmiş və ondan borc istəmişdir. O, Cavabdeh hazırda pulu olmadığını bildirərək, ona borc verə bilməyəcəyini söyləmişdir. Bundan sonra Cavabdeh onun bacısı İddiaçı onun üçün borc pul istəməsini ondan xahiş etmişdir. Buna görə də o, Cavabdeh ilə birlikdə bacısı İddiaçı evinə getmişdir. Həmin vaxt onların yanında onun oğlu Rəhman və şərilkli mal-qara alveri etdiyi B.H.Xammədov da olmuşdur. Cavabdeh İddiaçı Bakı şəhərində meyvə-tərəvəz mağazası açmaq istədiyini, lakin bunun üçün pulu olmadığını bildirmişdir. Buna görə də həmin şəxs İddiaçı borc pul istəmişdir. Cavabdeh həmin vaxt telefonunda olan həmin mağazaya dair fotoları da onlara göstərmişdir. İddiaçı da inanaraq, cavabdehə 7.500 manat məbləğində borc pul vermişdir. Sonradan, 2023-cü ilin mart ayında o, İddiaçı qonşusunun həyətində fəhləlik etdiyi vaxt Cavabdeh ona zəng vurmuş və onunla birlikdə iddiçının evinə getməsini ondan xahiş etmişdir. O, Cavabdeh ilə birlikdə təkrarən İddiaçı evinə getmiş və orada Cavabdeh İddiaçı 4.000 manat məbləğində borc istəmişdir. Həmin vaxt İddiaçı daha 4.000 manat məbləğində pul vəsaitini borc qismində Cavabdeh vermişdir. İddiaçı Cavabdeh 7.500 manat və 4.000 manat, ümumilikdə 11.500 manat məbləğində pul vəsaitlərini onun və B.H.Xammədovun yanında Cavabdeh vermişdir. Cavabdeh İddiaçı aldığı pul vəsaitlərini 2023cü ilin sentyabr ayınadək qaytaracığını vəd etsə də, iddiaçıya olan borcunu geri ödəməmişdir. Cavabdeh iddiaçıya olan borcunu vəd etdiyi vaxtadək geri qaytarmadığına görə 2023- cü ilin sentyabr ayında o, bacısı İddiaçı tələbi ilə, Cavabdehla birlikdə, iddiaçının yaşadığı evə getmişdir. Həmin vaxt cavabdeh borcunu qaytarması üçün ona daha 10 gün möhlət verməsini iddiaçıdan xahiş etmişdir. Belə ki, Cavabdeh İddiaçı və sonuncunun əri Şahid3 yanında namusuna və övladlarının canına and içərək, iddiaçıya olan borcunu 10 gün ərzində qaytaracağına dair vəd vermiş, ondan polisə şikayət etməməsini xahiş etmişdir. Həmin vaxt Cavabdeh Biləsuvar rayonu, Bəydili kəndində icarəyə götürdüyü 24 hektar torpaq sahəsində əkdiyi süpürgə məhsulunun yığımını həyata keçirdikdən sonra qaytaracağını bildirmişdir. O, Cavabdeh həmin vədinə də əməl etmədiyinə görə və borc məsələsində tərəflər arasında vasitəçilik etdiyi üçün bacısı İddiaçı təkidi ilə cavabdehdən Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. B.H.Xammədov onun şəriki olduğuna görə Cavabdeh iddiaçından borc pul vəsaitlərini alarkən, hər dəfə B.H.Xammədov da onlarla birlikdə iddiaçının evində gəlmişdir. Həmçinin Cavabdeh onun oğlu Şahid2 da özü ilə Bakı şəhərində açdığı meyvə-tərəvəz mağazasına aparmış və yanında aylıq 400 manat əməkhaqqı verməklə işlətmişdir. Onun Cavabdeh ilə heç bir şərikli işi və ya ticarəti olmamışdır. O, özü dəfələrlə İddiaçı borc pul almış və sonuncuya olan borcunu da qaytarmışdır. İddiaçı Cavabdeh borc verdiyi vaxt orada B.H.Xammədov da olmuşdur, lakin həmin şəxs hazırda Rusiya Federasiyasındadır və buna görə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 2023-cü ilin fevral ayının ortalarında Cavabdeh onların evinə gəlmişdir. Həmin vaxt onların evində ailə üzvləri ilə yanaşı onun dostu və atasının şəriki B.H.Xammədov da olmuşdur. Cavabdeh onun atası Şahid1 borc pul istəmiş, lakin atası həmin məbləğdə pulunun olmadığını cavabdehə bildirmişdir. Bundan sonra isə Cavabdeh onun bibisi İddiaçı pul istəməsini Şahid1 xahiş etmişdir. Buna görə də o, atası Şahid1, Cavabdeh və B.H.Xammədov ilə birlikdə İddiaçı evinə getmişdir. Cavabdeh Şahid1 zamin durması ilə iddiaçıdan borc pul istəmiş və İddiaçı 7.500 manat məbləğində pulu sayaraq, cavabdehə təqdim etmişdir. Bundan az sonra Cavabdeh onu da özü ilə birlikdə Abşeron rayonu, Masazır kəndində icarəyə götürdüyü meyvə-tərəvəz mağazasına aparmış və onun yanında işlədərək, ona ayda 400 manat məbləğində zəhməthaqqı vermişdir. 2023-cü ilin mart ayında Cavabdeh Biləsuvar rayonuna getmiş və geri gəldiyi vaxt onun bibisi İddiaçı daha 4.000 manat borc aldığını bildirmişdir. O, Cavabdeh İddiaçı 4.000 manat pulu aldığı vaxt orada olmamışdır. İddiaçı izahatında özünə məxsus pul vəsaitini cavabdehə borca verdiyini bildirmişdir. Cavabdeh etirazında borcu iddiaçıdan deyil, iddiaçının qardaşı Şahid1 aldığını bildirmişdir. Şahidlər ifadələrindən göstərmişlər ki, Cavabdeh 2023-cü ilin fevral və mart aylarında Şahid1 vasitəsilə İddiaçı borc adı ilə pul məbləği götürmüşdür. Beləliklə, Cavabdeh müəyyən məbləğdə pul vəsaitini borc adı ilə götürməsi faktı özlüyündə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Qanunun tələbinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (Maddə 777.2). Yaranan münasibətlərə hüquqi qiymət verərək Kollegiya hesab edir ki, 2023-cü iln fevral və mart aylarında sözügedən pul vəsaitinin alınması Cavabdeh xahişi (tapşırığı) ilə Şahid1 vasitəsilə həyata keçirilmiş olsa belə bu, mülkiyyətində olan pul vəsaitini verən iddiaçının hazırki tələb hüququnu istisna etmir. Yəni iddiaçının hazırki cavabdehə qarşı təzminat davası ilə məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı özünə məxsus pulu qaytarmaq şərti ilə cavabdehə vermişdir. Həmin pul vəsaiti Şahid1 məxsus olmamışdır. Beləliklə, iş üzrə təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh 2023-cü ilin fevral və mart aylarında Şahid1 borca pul istəmiş, sonuncu onda həmin məbləğin olmadığını bildirdikdən sonra birincinin xahişi (tapşırığı) ilə Şahid1 bacısı İddiaçı Cavabdeh üçün borca pul verməsini xahiş etmiş, İddiaçı şahidlərin yanında iki dəfə- 2023-cü ilin fevral və mart aylarında cavabdehə qaytarmaq şərti ilə cəmi 11.500 manat pul vermişdir. Tərəflər arasında yazılı müqavilə olmamışdır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Qanunun tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Pulun miqdarı barədə mübahisə olsa da müəyyən miqdarda pul vəsaitinin yazılı müqavilə və ya digər yazılı razılaşma olmadan cavabdehin sərəncamına verilməsi və cavabdehin həmin pulu qaytarmaması faktı mövcuddur. Kollegiya hesab edir ki, iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091-1092ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya hesab edir ki, cavabdeh iddiaçının hesabına heç bir əsas olmadan zənginləşən (varlanan) şəxsdir, bunun müqabilində iddiaçı yoxsullaşmışdır, tərəflərin arasında hər-hansı yazılı müqavilə olmamışdır, pulun verilməsi üçün yetərli bir səbəb də olmamışdır. Ona görə də əldə edilən məbləğ cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. İş üzrə mübahisəli hal pul vəsaitinin miqdarı ilə bağlıdır. İddiaçı cavabdehdə əsassız olaraq 11.500 manat pulun qaldığını iddia etməklə həmin məbləği tələb edir. Cavabdeh etirazında iddiaçı ilə borc münasibətində olmasa da Seyfəddindən hissəhissə pul aldığını, əvvəlcə 4500 manat, sonra 2000 manat aldığını, əvəzində 14500 manat qaytarmaq barədə razılaşdıqlarını bildirmişdir. Birinci instansiya məhkəməsi şahidlərin ifadələrini sübut kimi qəbul edərək mahiyyətcə belə hesab etmişdir ki, cavabdeh iddiaçıya məxsus (iddiaçının mülkiyyəti hesabına) 11.500 manat pul vəsaitini əsas olmadan borc adı ilə ələ keçirmişdir. Cavabdeh tərəf imkanı olsa da birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrinə qarşı hər hansı arqument irəli sürməmişdir. Kollegiya birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrini yalan hesab etmək üçün əsas tapmır. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yerirə bilmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının tələbi təmin edilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Məhkəmə mahiyyətcə doğru nəticəyə gəlmişdir Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(022)-103/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar