Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-909/2024 24.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-883/2023 saylı 17 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2013-cü il tarixli **********48213 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında xx.xx.2015-ci il tarixinə qədər illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş 214,52 (iki yüz on dörd manat 52 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2015-ci tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% (beş) dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 18% (on səkkiz) dərəcəsi ilə hesablanmış cəmi 10 703,46 (on min yeddi yüz üç manat 46 qəpik) manat məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 14 423,71 (on dörd min dörd yüz iyirmi üç manat 71 qəpik) məbləğində penya, cəmi 25 341,69 (iyirmi beş min üç yüz qırx bir manat 69 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 (on) manat məbləğində çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********48213 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Borc alana 24 (iyirmi dörd) ay müddətinə, kreditdən istifadəyə görə illik 19% ödənilməsi şərtilə, 50000 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı Bank ilə ipoteka qoyan X5 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 79.6 kv.m yaşayış, 182.3 kv.m yardımçı, 261.9 kv.m ümumi sahədən ibarət, 2 mərtəbəli, 4 otaqlı, 71 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 29 avqust 2013-cü il tarixli **********48213/01 №-li İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsinə görə iddiaçı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2016-cı il tarixli 2(049)- 89/2016 №-li qətnaməsi ilə iddia tələbləri təmin edilmiş və xx.xx.2013-cü il tarixli **********48213 №- li kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı qarşısında olan 20730,87 (iyirmi min yeddi yüz otuz manat 87 qəpik) manat əsas borc məbləği, 2608,24 (iki min altı yüz səkkiz manat 24 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, əsas borcun qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2015-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş) dərəcəsi ilə hesablanmış 955,32 (doqquz yüz əlli beş manat 32 qəpik) manat məbləğində cərimə faizləri, cəmi 24294,43 (iyirmi dörd min iki yüz doxsan dörd manat 43 qəpik) manat pul vəsaitinin, xx.xx.2015-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan cərimə faizləri, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq olunması üçün ödənilmiş 15 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat məbləğində çəkilmiş xərclər xx.xx.2013-cü il tarixli **********48213/01 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan iddiaçının qarşısında ipoteka ilə yüklü edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarxli, MA seriyalı ******* saylı Çıxarışa əsasən cavabdeh X3 məxsus Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 79.6 kv.m yaşayış, 182.3 kv.m yardımçı, 261.9 kv.m ümumi sahədən ibarət, 2 mərtəbəli, 4 otaqlı, 71 nömrəli fərdi yaşayış evinə yönəldilməklə onun dəyərindən iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunmuş onun likvid dəyəri olan 75000 (yetmiş beş min) manat məbləğində təyin edilməsi qət edilmişdir. Həmin işlə bağlı cavabdehlər X5, X6, Cavabdeh və üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-108/2018 №-li qətnaməsi ilə qismən təmin edilərək Cavabdeh kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc 2393,65 (iki min üç yüz doxsan üç manat 65 qəpik) manat məbləğinə endirilmiş, cərimə borcu 801,36 (səkkiz yüz bir manat 36 qəpik) manat məbləğində müəyyən edilmiş, Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 79.6 kv.m yaşayış, 182.3 kv.m yardımçı, 261.9 kv.m ümumi sahədən ibarət, 2 mərtəbəli, 4 otaqlı, 71 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti isə 90000 (doxsan min) manat məbləğində müəyyən edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(049)-89/2016 saylı qətnaməsi xx.xx.2015-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19% (on doqquz) dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, illik 15% (on beş) dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması hissəsində ləğv edilmişdir. Qalan hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən cavabdehlər X5, Cavabdeh, X6 və üçüncü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-6319/2018 №-li qərarı ilə təmin edilməmiş, apellyasiya instaniyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-108/2018 №-li qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "xxxx" MMC (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda həmin fərdi yaşayış evi satılmadığından onun alınması iddiaçıya təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alqı-satqısı Hərrac təşkilatçısı və iddiaçı tərəfindən imzalanmış Hərracın nəticələri haqqında № 48/05 nömrəli protokol və iddiaçı ilə Hərrac təşkilatçısı arasında 26 iyul 2019-cu il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 57375,00 (əlli yeddi min üç yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2015-ci il tarixinədək hesablanmış və ödənilməmiş 214,52 (iki yüz on dörd manat 52 qəpik) manat məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya ödəməlidir ki, əsas borcun tam şəkildə qaytarıldığı xx.xx.2021-ci il tarixinə bu məbləğ 14 423,71 (on dörd min dörd yüz iyirmi üç manat 71 qəpik) manat təşkil etmişdir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» 15 aprel 2005-ci il tarixli Qanunun 47.5-ci maddəsinə əsasən iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər hər hansı əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtlər müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki dövrlər ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunmuşdur. Təqdim edilmiş bu arayışdan (https://www.cbar.az/page188/credit-institutions saytdan çıxarış) göründüyü kimi, Mərkəzi Bankın “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta illik faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 18% (on səkkiz) təşkil edir. Kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə (yuxarıda qeyd edilən Arayışın tarixinə) kimi əldən çıxmış faydanın hesablanmasında isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyinə görə Bank MM-in 445.7-ci maddəsinə istinad edərək illik 5% (beş) dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunanlara əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixə (vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixə) kimi əldən çıxmış faydanın hesablanmasında MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş faiz dərəcəsini (illik 5%) və müvafiq arayışlarda göstərilmiş orta illik faiz dərəcəsini (illik 18%) əldə rəhbər tutmağı (müvafiq faiz dərəcələri yuxarıda qeyd edilmiş dövrlər üzrə nəzərə alınmaqla) əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (xx.xx.2015-ci il) vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixədək (xx.xx.2021-ci il) olan dövr üçün bu məbləğ 10703,46 (on min yeddi yüz üç manat 46 qəpik) manat təşkil edir. İddiaçı daha sonra məhkəməyə təqdim etdiyi ərizə ilə tələbinin həcmini azaldaraq Cavabdeh xx.xx.2013-cü il tarixli **********48213 №-li Kredit müqaviləsi üzrə ASC "xxxx" Bankı qarşısında xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% (beş) dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər isə illik 18% (on səkkiz) dərəcəsi ilə hesablanmış cəmi 10703,46 (on min yeddi yüz üç manat 46 qəpik) manat məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş) dərəcəsi ilə hesablanmış 14423,71 (on dörd min dörd yüz iyirmi üç manat 71 qəpik) manat məbləğində penya, cəmi 25127,17 (iyirmi beş min yüz iyirmi yeddi manat 69 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh "xxxx" Bank ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)883/2023 saylı 17 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Muradov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı eyni növlü və oxşar şərtlərlə verilən kreditlər barədə statistik məlumatlara istinad etməklə daşınmaz əmlakın girovu ilə verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsinin illik 18% təşkil etdiyini bildirərək cavabdehin iddiaçı qarşısında öz müqavilə öhdəliklərini gecikdirməsinə görə cavabdehdən vaxtı keçmiş əsas borc məbəğinə illik 18% dərəcəsi ilə hesablanmış 10.703.46 manat əldən çıxmış faydanın əvəzini tələb etsə də, əldən çıxmış faydanın hansı əsasla hesablanması, oxşar kredit müqavilələri üzrə iddiaçının əldə etdiyi real gəlirlərin mənbəyi və miqdarı ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə penya ilə bağlı hissəsində də mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2019-cu il tarixədək olan müddət üçün kredit borcu üzrə ödənilməsi gecikdirilmiş məbləğə hansı əsasla penya hesablanması barədə də iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1291/2023 saylı 2023-cü il 21 avqust tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi tələbi üzrə iddiası təmin edilmiş, həmin kredit müqaviləsi üzrə əsas borc, faiz borcu, cərimə təmin olunmuş, qət olunan borcun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilmiş, qanuni qüvvəsini alan məhkəmə aktları tam icra edilmişdir. Bununla da, tərəflər arasında olan kredit münasibətləri sona çatmışdır. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərindən də göründüyü kimi, faiz borcunun və cərimənin tutulması birmənalı olaraq borclunun təqsirli hərəkətləri müqabilində tətbiq edilən sanksiyadır. İş materiallarında olan Hərracın yekunları barədə 26 iyul 2019-cu il tarixli Protokoldan görünür ki, ipoteka predmeti olan Lənkəran şəhəri Mirhaşım Ağayev küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 79.6 kv.m yaşayış, 182.3 kv.m yardımçı, 261.9 kv.m ümumi sahədən ibarət, 2 mərtəbəli, 4 otaqlı, 71 nömrəli fərdi yaşayış evi 57375 manata iddiaçıya satılmışdır. İddiaçı hesab edir ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Bu hüququn həyata keçirilməsi qaydasını isə MM-in 21 və 443-cü maddələri tamamlayır. Hansı ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnaməsində qeyd olunan normaları pozmuşdur. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qeyd olunan dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına görə kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o, cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor mülki məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin-gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Göründüyü kimi, qanunverici belə vəziyyətdə iddiaçıya yalnız Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin-gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb hüququnu, borclunun müqavilə müddəti bitənədək öhdəliyi lazımınca yerinə yetirilməməsinin, təqsirli hərəkəti nəticəsində kreditorun müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağının itdiyinə görə imtina halında nəzərdə tutmuşdur. Halbuki, iddiaçı cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasından sonra yəni Cavabdeh xx.xx.2013-cü il tarixli **********48213 №-li Kredit müqaviləsi üzrə iddiaçı Bankı qarşısında xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% (beş faiz) dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış cəmi 10 703,46 (on min yeddi yüz üç manat 46 qəpik) manat məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 14 423,71 (on dörd min dörd yüz iyirmi üç manat 71 qəpik) manat məbləğində penya, cəmi 25 127,17 (iyirmi beş min bir yüz iyirmi yeddi manat 69 qəpik) manat məbləğində pul vəsaitini tələb edir. Belə bir tələbin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyil. Məhz bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı tərəfindən tələbini əsaslandıran halları sübut edə bilməməsi qənaətinə gəlmiş və iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankın xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% (beş) dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 18% (on səkkiz) dərəcəsi ilə hesablanmış cəmi 10703,46 (on min yeddi yüz üç manat 46 qəpik) manat məbləğində əldən çıxmış faydanın ödənilməsi barədə tələbləri Mülki Məcəllənin 21-ci və 443-cü maddələrindən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında nəzərdə tutulmuş hüquqi mövqedən və Kredit müqaviləsinin 6.1-ci bəndindən irəli gəlmişdir. Belə ki, MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin hüququn həyata keçirilməsi qaydası isə Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz əksini tapmışdır və bu barədə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe MM-in 21-ci və 443-cü maddələrini tamamlayır. Həmin qərara görə “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin) həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Konstitusiya məhkəməsi həmin qərarda göstərmişdir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (zərərin əldən çıxmış mücərrəd fayda qaydada formasında) hesablanmasını ödənilməsini həyata keçirmək üçün kifayətdir. Kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya məhkəməsi qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanmışdır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Hazırki iddia ərizəsində iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki dövrlər ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statiskik məlumatlar məhkəməyə təqdim edilmişdir.Təqdim edilmiş həmin məlumatlardan (https://www.cbar.az/page-188/credit-institutions) göründüyü kimi Mərkəzi Bankın “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta illik faiz dərəcələrinə dair Məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 18% (on səkkiz) təşkil etmişdir. Kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi əldən çıxmış faydanın hesablanmasında isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyinə görə Bank MM-in 445.7-ci maddəsinə istinad edərək illik 5% (beş) dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab etmişdir. Əldən çıxmış faydanın zərərin əvəzinin tutulmasına dair tələbini sübut etmək üçün iddiaçı tərəfindən Konstitusiya Məhkəməsinin müvafiq qərarında verilmiş şərhə uyğun olaraq Mərkəzi Bankın “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta illik faiz dərəcələrinə dair məlumat məhkəməyə təqdim edilmişdir. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı sübutlara (statistik arayışa) lazımı hüquqi qiymət verilmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin istinad edilən qərarında verilmiş şərh Mülki Prossesual Məcəllənin 13.7-ci maddəsinə uyğun olaraq məhkəmələr üçün məcburidir və qətnamə çıxarılarakən həmin şərhə məhkəmə tərəfindən mütləq qaydada riayət olunmaqla Bankın təqdim etdiyi kifayətedici sübut əsasında iddia tələbi müvafiq hissədə tam təmin edilməli idi. Bundan başqa qeyd edilmişdir ki, Bankın kredit üzrə gecikdirilmiş əsas borc məbləğə illik 15% (on beş) dərəcəsi ilə hesablanmış 14 423,71 (on dörd min dörd yüz iyirmi üç manat 71 qəpik) manat təşkil edən penyanın tutulması ilə bağlı tələbi MM-in 462-ci maddəsindən və Kredit müqaviləsinin 6.2-ci bəndindən irəli gəlmişdir. Belə ki, cavabdeh ilə Bank arasında bağlanmış Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən borc alan əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda kreditora vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% faiz dərəcəsi ilə hesablanan penya ödəməyi öz öhdəsinə götürmüşdür. MM-in 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirdisə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalı idi. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə Bankın penya barədə tələbini rədd edərkən MM-in 462-ci maddəsinin və Kredit müqaviləsinin 6.2-ci bəndinin tələblərini nəzərə almamışdır. Həmçinin məhkəmə tərəfindən MM-in 467-ci maddəsinin də tələbləri pozulmuşdur. Belə ki, cavabdeh ilə Bank arasında bağlanmış Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən borc alan əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda kreditora vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% faiz dərəcəsi ilə hesablanan penya ödəməyi öz öhdəsinə götürmüşdür. MM-in 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirdisə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalı idi. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə Bankın penya barədə tələbini rədd edərkən AR MM-nin 462-ci maddəsinin və Kredit müqaviləsinin 6.2-ci bəndinin tələblərini nəzərə almamışdır. Həmçinin məhkəmə tərəfindən MM-in 467-ci maddəsinin də tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-167/2024 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1291/2023 saylı 21 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası öz mövqeyində göstərmişdir ki, iddiaçının hazırkı iş üzrə irəli sürdüyü faiz tələblərinin (və ya hansısa bir tələbin) eyni kredit müqaviləsi üzrə daha əvvəl qaldırılmış iddia ilə üst-üstə düşüb düşmədiyi yoxlanılmamış, bu məsələyə lazımi şəkildə qiymət verilməmişdir. Belə ki, iddiaçı bu iş üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış zərəri (əldən çıxmış faydanı), habelə xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 14.423,71 manat penya məbləğini tələb edir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 aprel 2018-ci il tarixli 2(106)-108/2018 №-li qətnaməsindən görünür ki, ASC "xxxx" Bankın Cavabdeh qarşı daha əvvəl qaldırdığı iddiada xx.xx.2015-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması barədə irəli sürülmüş tələblərə baxılaraq həll edilmişdir. Belə olan halda, hazırkı iş üzrə tələblərə (və ya onların bir hissəsinə) Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 aprel 2018-ci il tarixli 2(106)-108/2018 №-li qətnaməsi ilə baxılıb-baxılmadığının müəyyən olunması hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb etmişdir. Bundan əlavə, ASC "xxxx" Bank xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər illik 18% dərəcəsi ilə hesablanmış zərəri də (əldən çıxmış faydanı) tələb edir. Apellyasiya instansiyası məhkəməsi isə yuxarıda göstərilən xüsusatları - hazırkı iş üzrə hər bir tələb üzrə faiz məbləğinin hansı tarixdən, hansı səbəblə və əsasla hesablandığını aydınlaşdırmamış, bu tələblərin (və ya onların bir qisminin) mahiyyətcə və əhatə etdiyi dövr baxımından daha əvvəl məhkəmə aktı çıxarılmış işdə irəli sürülmüş tələblərə üst-üstə düşüb-düşmədiyinə qanunvericiliyə uyğun qaydada hüquqi qiymət verməmişdir. Məlum olduğu kimi, daha əvvəl baxılmamış iddia tələbi üzrə müvafiq qətnamə çıxarılmalı, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilməlidir. Kollegiya mahiyyəti üzrə baxıla biləcək tələblərlə bağlı qeyd edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddianın faktiki halları nəzərə alınmaqla, həmin tələbin tam və ya qismən haqlı olub-olmadığını qanunda nəzərdə tutulan hüquqi əsaslara görə yoxlamaq və müvafiq hüququ tətbiq etmək məhkəmənin vəzifəsidir. Belə ki, hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil (“iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipi). Kredit münasibətləri üzrə faiz formasında zərər tələbinə baxılarkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən “bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi zamanı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim etmişlər. Həmin ərizənin mahiyyəti ondan ibarətdir ki, əvvəl faiz borcunu tələb etsələr də, sonradan əldən çıxmış fayda və cərimə borcunu istəmişlər. İddia tələbinin dəqiqləşməsi bununla bağlıdır. Onlar xx.xx.2015-ci il tarixdən kredit müqaviləsinin müddətinin başa çatdığı tarixdək hesablana faiz borcunu tələb edirlər. xx.xx.2019-cu il tarixədək illik 5%, həmin tarixdən xx.xx.2021-ci il tarixədək əldən çıxmış fayda kimi illik 18% tələb edirlər. Cavabdeh xx.xx.2021-ci il tarixədək arabir ödənişlər etmiş və bu ödənişlər bank tərəfindən nəzərə alınmışdır. Həmin tarixdən sonra cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. İllik 18% tələbini onunla əsaslandırırlar ki, bank digər əsaslarla çıxış edə bilir. Mərkəzi Bankın qaydalarına uyğun olaraq Respublika üzrə hər il üzrə orta illik faiz müəyyən olunur. Bank da faiz dərəcəsini həmin qaydalara uyğunlaşdırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 məhkəmə iclasında ekspert rəyi ilə razı olduğunu bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan: Lənkəran Rayon Məhkəməsinin 04 mart 2016-cı il tarixli 2(049)-89/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı ASC "xxxx" Bankın cavabdeh X3 qarşı 29 avqust 2013cü il tarixli **********48213/01 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh A.Ə.Şahverdiyevaya məxsus Lənkəran şəhəri Mirhaşım Ağayev küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 79.6 kv.m yaşayış, 182.3 kv.m yardımçı, 261.9 kv.m ümumi sahədən ibarət, 2 mərtəbəli 4 otaqlı 71 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, 29 avqust 2013-cü il tarixli **********48213 №-li Kredit müqaviləsi üzrə Borc alanın iddiaçı qarşısında 20730,87 (iyirmi min yeddi yüz otuz manat 87 qəpik) manat əsas borc məbləği, 2608,24 (iki min altı yüz səkkiz manat 24 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, əsas borcun qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2015-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 955,32 (doqquz yüz əlli beş manat 32 qəpik) manat məbləğində hesablanmış cərimə faizləri, cəmi 24294,43 (iyirmi dörd min iki yüz doxsan dörd manat 43 qəpik) və xx.xx.2015-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 19 faiz dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanan cərimə faizləri, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin cavabdehin buna etiraz etmədiyi təqdirdə ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 75000 (yetmiş beş min) manat məbləğində, cavabdehin etiraz etdiyi təqdirdə isə məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiririnin rəyi əsasında təyin edilməsi barədə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X7 isə iddiaçı ASC "xxxx" Bankı və cavabdeh Lənkəran 1 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran şəhəri, M.Ağayev küçəsi 71-də yerləşən 79.6 kv.m yaşayış, 182.3 kv.m yardımçı, 261,9 kv.m ümumi sahədən ibarət, 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin X5 tərəfindən ASC "xxxx" Bankının Lənkəran filialında ipotekaya qoyulması barədə xx.xx.2013-cü il tarixli **********48 213/01 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin evin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşə Lənkəran Rayon Məhkəməsində baxılaraq, iddia tələbləri təmin edilmiş və xx.xx.2013-cü il tarixli **********48213 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı qarşısında olan 20730,87 (iyirmi min yeddi yüz otuz manat 87 qəpik) manat əsas borc məbləği, 2608,24 (iki min altı yüz səkkiz manat 24 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, əsas borcun qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2015-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş) dərəcəsi ilə hesablanmış 955,32 (doqquz yüz əlli beş manat 32 qəpik) manat məbləğində cərimə faizləri, cəmi 24 294,43 (iyirmi dörd min iki yüz doxsan dörd manat 43 qəpik) manat pul vəsaitinin, xx.xx.2015-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19% (on doqquz) dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, illik 15% (on beş) dərəcəsi ilə hesablanan cərimə faizləri, dövlər rüsumu kimi ödənilmiş 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq olunması üçün ödənilmiş 15 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat məbləğində çəkilmiş xərclər xx.xx.2013-cü il tarixli **********48213/01 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan ASC "xxxx" Bankının qarşısında ipoteka ilə yüklü edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarxli, MA seriyalı ******* saylı Çıxarışa əsasən cavabdeh X3 məxsus Lənkəran şəhəri Mirhaşım Ağayev küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 79.6 kv.m yaşayış, 182.3 kv.m yardımçı, 261.9 kv.m ümumi sahədən ibarət, 2 mərtəbəli, 4 otaqlı, 71 nömrəli fərdi yaşayış evinə yönəldilməklə onun dəyərindən ASC "xxxx" Bankının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunmuş onun likvid dəyəri olan 75000 (yetmiş beş min) manat məbləğində təyin edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2018-ci il tarixli 2(106)- 108/2018 №-li qətnaməsindən görünür ki, cavabdehlər X5, X6, Cavabdeh və üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Cavabdeh kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc 2 393,65 (iki min üç yüz doxsan üç manat 65 qəpik) manat məbləğinə endirilmiş, cərimə borcu 801,36 (səkkiz yüz bir manat 36 qəpik) manat məbləğində müəyyən edilmiş, Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 79.6 kv.m yaşayış, 182.3 kv.m yardımçı, 261.9 kv.m ümumi sahədən ibarət, 2 mərtəbəli, 4 otaqlı, 71 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti isə 90 000 (doxsan min) manat məbləğində müəyyən edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(049)-89/2016 saylı qətnaməsi xx.xx.2015-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması hissəsində ləğv edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli 2(102)-6319/2018 №-li qərarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsindən cavabdehlər X5, Cavabdeh, X6 və üçüncü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayəti ilə təmin edilməmiş, apellyasiya instaniyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hərracın yekunları barədə 26 iyul 2019-cu il tarixli Protokoldan görünür ki, ipoteka predmeti olan Lənkəran şəhəri Mirhaşım Ağayev küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 79.6 kv.m yaşayış, 182.3 kv.m yardımçı, 261.9 kv.m ümumi sahədən ibarət, 2 mərtəbəli, 4 otaqlı, 71 nömrəli fərdi yaşayış evi 57375 manata iddiaçıya satılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)- 909/2024 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4449 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2013-cü il tarixli, **********48213 saylı kredit müqaviləsi üzrə olan 20.730,87 manat məbləğində əsas borcuna xx.xx.2015-ci il tarixdən (sualda göstərilən tarix) xx.xx.2021-ci 5%-lə hesablanmış əldən çıxmış fayda borcu 5.844,95 manat məbləğində müəyyən edilir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.2 və 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. MM-in 445.4-cü maddəsinə görə icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4449 nömrəli ekspertiza rəyinə əsasən Cavabdeh xx.xx.2013-cü il tarixli **********48213 №-li Kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC-yə xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilədək illik 5%-lə hesablanmış əldə çıxmış fayda borcu 5844 (beş min səkkiz yüz qırx dörd) manat 95 (doxsan beş) qəpik məbləğində müəyyən olunur. Rəyə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində təşkil edir. Kollegiya yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın əldən çıxmış faydanın tulumaması hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilməmişdir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, mülki işin hallarına Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-167/2024 saylı qərarında ehtiva olunan göstərişləri rəhbər tutaraq apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 883/2023 saylı 17 may 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilərək əldən çıxmış fayda qismində 5844,95 manat məbləğində pul vəsaiti cavabdehdən tutuluraq iddiaçıya verilməlidir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlillərinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iş üzrə xx.xx.2024-cü il tarixli qərarındakı göstərişlər üzrə hazırkı iddianın digər hissələrdə təmin edilməsi üçün əaslar müəyyən edilmir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Habelə MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Bundan başqa, MPM-in 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4449 nömrəli ekspert rəyinin verilməsi üzrə tədqiqatın dəyəri qismində 200 manat məbləğdə pul vəsaitinin 100 manatı "xxxx" ASC-dən, 100 manat hissəsi isə Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Habelə MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-883/2023 saylı 17 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnmə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh əldən çıxmış fayda qismində 5844 (beş min səkkiz yüz qırx dörd) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti alınaraq "xxxx" ASC-yə verilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4449 nömrəli ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 200 manat məbləğdə pul vəsaitinin 100 manatı "xxxx" ASC-dən, 100 manat hissəsi isə Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-909/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-909/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver