Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-910/2023 24.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, pul tələbi, evdən, qeydiyyatdan çıxarılma və öhdəliyin girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair Sabirabad Rayon Məhkəməsinin 15 fevral 2013-cü il tarixli 2(056)-102/2013 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh ərizəsinin təmin edilməməsinə dair Sabirabad Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(056)-102/2013 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: Sabirabad Rayon Məhkəməsinin 23 fevral 2012-cü il tarixli 2(056)-102/2013 saylı qətnaməsi ilə (hakim Nurəddin Bağırov) İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, pul tələbi, evdən, qeydiyyatdan çıxarılma və öhdəliyin girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 13 avqust 2012-cı ıl tarixli 12038-/192523 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh qətnamə icra olunan gün Azərbaycan manatı məzənnəsi 12700 ABŞ dolları əsas kredit, 1088,03 ABŞ dollan kreditdən istifadəyə görə faiz, 181,54 ABŞ dolları penya borcu cəmi 13969,57 ABŞ dollan, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair məktubun qeydə alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ödənilən 30 manat və ödənilmiş dövlət rüsumu əvəzində 20 manatın alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus Sabirabad şəhəri M.Hümbətov küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 100,2 kv.m. ümumi, 65,5 kv.m. yaşayış sahəsində ibarət 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan götürülmüş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasında artıq qalan hissəsinin cavabdehə verilməsi, iddianın ipoteka predmeti hesab olunan Cavabdeh məxsus Sabirabad şəhəri M.Hümbətov küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 100,2 kv.m. ümumi, 65,5 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evində qeydiyyatda olanların və orada yaşayan şəxslərin mülkiyyət və istifadə hüquqlarının itirilməsi və həmin mənzildən çıxarılması və mənzilin məcburi boşaldılmaqla ixtisaslaşdırılmış hərrac təşkilatının sahibliyinə təqdim edilməsi tələbinə dair hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Sabirabad Rayon Məhkəməsinin eyni tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, pul tələbi, evdən, qeydiyyatdan çıxarılma və öhdəliyin girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki işin Sabirabad şəhəri M.Hümbətov küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 100,2 kv.m. 65,5 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evində qeydiyyatda olanların və orada yaşayan şəxslərin rəsmi qeydiyyatdan çıxarılmalarına dair hissəsinin icraatına xitam verilməsi qərara alınmışdır. Cavabdeh Sabirabad Rayon Məhkəməsinin 15 fevral 2013-cü il tarixli 2(056)- 102/2013 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(056)-102/2013 saylı qərardadı ilə müddətin bərpasından imtina edilmişdir. Qərardadda göstərilmişdir ki, Cavabdeh vəsatətindəki dəlillər Sabirabad Rayon Məhkəməsinin 15 fevral 2013-cü il tarixli 2(056)-102/2013 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası üçün əsas ola bilməz. Belə ki icra işi materiallarına əsasən Cavabdeh qətnamənin icrasına etiraz etməsi barədə Sabirabad rayon İcra və Probasiya şöbəsində izahat vermiş, həmçinin tələbkarla aralarında razılıq olması barədə akt tərtib edilmiş və qətnamənin icrası təxirə salınmışdır. Odur ki, cavabdeh qeyd edilən qətnamədən və qətnamənin icrasından əvvəl xəbərdar olduğuna baxmayaraq, lakin qətnamədən apellyasiya şikayəti verməmişdir. Bu baxımdan apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi səbəbləri üzrlü səbəblər kimi qiymətləndirilə bilməz. Cavabdeh Sabirabad Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(056)- 102/2013 saylı qərardadından şikayəti həmin məhkəmənin 19 aprel 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(056)-102/2013 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunan prosessual normaların tələbindən görünür ki, işdə iştirak edən şəxsin məhkəmə qətnaməsini apellyasiya qaydasında mübahisələndirməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı qətnamənin ona rəsmi qaydada verildiyi gündən başlanır. İşin müəyyən edilmiş hallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin 15 fevral 2013-cü il tarixli 2(056)-102/2013 saylı qətnaməsi 18 fevral 2013-cü il tarixdə Cavabdeh göndərilmişdir. Cavabdeh müddətin bərpasına dair vəsatətində qətnamədən apellyasiya şikayəti vermək üçün müddəti buraxdığını bildirmişdir. O, ərizəsini ikinci qrup əlil olmaqla xəstə olması, birinci Qarabağ müharibəsində iştirak edərək yaralanması, hazırda səhhətində olan müxtəlif narahatçılıqlarla əsaslandırmışdır. Məhkəmə kollegiyası Sabirabad Rayon Məhkəməsinin 15 fevral 2013-cü il tarixli 2(056)-102/2013 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair göstərilən dəlilləri əsaslı hesab etmir. Belə ki, işdə olan Cavabdeh izahatından və Aktdan (səh. 112-113) görünür ki, cavabdeh qətnamədən ən geci 11 dekabr 2018-ci il tarixdən etibarən məlumatlı olmuş, habelə cavabdehə icra sənədinin icrası üzrə güzəştlər də edilmişdir. Beləliklə də, o, qətnamədən narazı olduğu təqdirdə, qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmişdir. Bununla yanaşı, hazırda məhkəmə tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi üçün hər hansı üzrlü səbəb müəyyən edilməmişdir. MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh Sabirabad Rayon Məhkəməsinin 15 fevral 2013-cü il tarixli 2(056)-102/2013 saylı qətnaməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. İş materiallarından görünür ki, Cavabdeh məhkəmənin mübahisə olunan qətnaməsindən apellyasiya şikayəti müddətini üzrlü səbəbdən ötürməsini göstərsə də, bu halı təsdiq edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Kollegiya eyni zamanda, diqqətə çatdırmağı zəruri hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, pul tələbi, evdən, qeydiyyatdan çıxarılma və öhdəliyin girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair Sabirabad Rayon Məhkəməsinin 15 fevral 2013-cü il tarixli 2(056)-102/2013 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh ərizəsinin təmin edilməməsinə dair Şirvan Şəhər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 2(032)-1474/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 2(032)-1474/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, pul tələbi, evdən, qeydiyyatdan çıxarılma və öhdəliyin girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair Sabirabad Rayon Məhkəməsinin 15 fevral 2013-cü il tarixli 2(056)-102/2013 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh ərizəsinin təmin edilməməsinə dair Sabirabad Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(056)-102/2013 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(056)-102/2013 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-910/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-910/2023
24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver