Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-910/2024 15.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət məhkəmə tərkibində, X14 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, İddiaçı QSC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X4 və Cavabdeh9 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işi üzrə Astara Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(018)-9/2022 saylı qətnaməsindən iddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh9 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X4 və Cavabdeh9 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və X2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 08R000010914 saylı kredit razılaşması üzrə 41351.38 ABŞ Dolları kredit borcu, 29947.87 ABŞ Dolları faiz borcu və 47397.96 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 116697,21 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 60 manat xidmət haqqının tutulması: tələbin Astara rayonu Ərçivan kəndində Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10, Cavabdeh2 paylı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi; tələbin "xxxx" MMC-nin mülkiyyətində olan Astara şəhəri Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 299.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi; tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 2 saylı evin 63 m2 ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzilinə yönəldilməsi; həmin əmlakların açıq hərracdan satılması və 116697 ABŞ Dolları 21 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqının əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin "xxxx" MMC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və X2 müştərək qaydada tutulması; Astara rayonu Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X3 və Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Astara şəhəri Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 299.5 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 01 ay sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 2 saylı evin 63 m2 ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzilinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh9 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə İddiaçı QSC ilə bağladıqları 07 sentyabr 2012-ci il tarixli 08L000005313 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 600000 ABŞ Dolları məbləğdə kredit xətti açılmışdır. Müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə "xxxx" MMC İddiaçı QSC ilə bağladığı 28 sentyabr 2012-ci il tarixli 08R000010914 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 17 aprel 2015-ci il tarixli 08R000010914S saylı, 05 noyabr 2015-ci il tarixli 08R000010914SA saylı, 19 fevral 2016-cı il tarixli 08R000010914SB saylı, 07 aprel 2017cı il tarixli 08R000010914SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Lakin "xxxx" MMC ilə kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05 oktyabr 2017-ci il tarixdən banka qaytarmamışdır. "xxxx" MMC götürdüyü kredit borcundan 158648.62 ABŞ dolları ödəmiş, onun 41351.38 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Nəticədə 27 dekabr 2018-ci il tarixə 448 gün üçün hesablanmış faiz borcu 29947.87 ABŞ dolları, 27 dekabr 2018-ci il tarixə 448 gün üçün hesablanmış cərimə 47397.96 ABŞ dolları təşkil etmişdir. Həmçinin kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və X10 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər - ipoteka verənlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10 və Cavabdeh2 ilə bank arasında bağlanılmış 10 sentyabr 2012-ci il tarixli, 08M000000906 saylı ipoteka müqaviləsi əsasında Astara rayonu Ərçivan qəsəbəsində Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10 və Cavabdeh2 paylı mülkiyyətlərində olan 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi Liter A tikilisi: (Yaşayış sahəsi) 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219.4 m2 yaşayış, 54.6 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, Liter B tikilisi: 1 mərtəbəli, 22,3 m2 tikintialtı sahədən ibarət qaraj, Liter C tikilisi: 1 mərtəbəli, 19,7 m2 tikintialtı sahədən ibarət hamam, Liter 1 tikilisi: 1 mərtəbəli, 2,1 m2 tikintialtı sahədən ibarət ayaqyolu, Liter 2 tikilisi: hasar, Liter 3 tikilisi: darvaza iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran ərazi idarəsi tərəfindən 6 nömrəli reyestr kitabının 62-ci vərəqində qeydiyyata alınmış və RX ******* nömrəli çıxarışa əsasən Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10 və Cavabdeh2 paylı mülkiyyətlərində olan 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evinin "xxxx" MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Bundan başqa, kredit xətt müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka verən "xxxx" MMC ilə İddiaçı QSC-nin bağladığı 10 sentyabr 2012-ci il tarixli 08M000000903 saylı sonrakı ipoteka müqaviləsi (Astara rayon notariat kontoru tərəfindən təsdiq edilib) əsasında Astara şəhəri Azərbaycan küçəsində istifadədə olan 0.0368 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 1 mərtəbəli 299.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasını iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən 2 №- li reyestr kitabının 8 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Astara şəhəri Azərbaycan küçəsində istifadədə olan 0.0368 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 1 mərtəbəli 299.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının "xxxx" MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka verən Cavabdeh2 AccessBank” QSC-i ilə bağladığı 10 sentyabr 2012-ci il tarixli 08M000000905 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı Notariat kontoru tərəfindən təsdiq edilib) əsasında Bakı səhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 2 saylı evin 63 kv/m ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 408 Nömrəli reyestr kitabının 37952 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən X5 məxsus Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 2 saylı evin 63 m2 ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzilini FAR-EL” MMCyə kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdehlərə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmişdir. Astara Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(018)-09/2022 saylı qətnaməsi ilə (hakim Z.İbrahimov) iddia qismən təmin edilərək cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X2 və Cavabdeh9 müştərək qaydada əsas borc üzrə 41351,38 ABŞ dolları, faiz borcu üzrə 8,504,41 ABŞ dolları ABŞ dolları və cərimə borcu olaraq 1000 ABŞ dolları, ümumilikdə 50.855,79 ABŞ dolları məbləğində (ödəniş gününə Azərbaycan manatına məzənnə ilə), ödənilmiş 30 manat dövlət rüsumunun 60 manat xidmət haqqına görə pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi,- cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219.4 m2 yaşayış, 54.6 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10 və Cavabdeh2 mülkiyyətlərində olan 0.06 ha torpaq sahəsi açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, - İpoteka predmeti olan fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti (likvid qiymət) 68000 manat müəyyən edilməsi, Astara şəhəri Azərbaycan küçəsində yerləşən 299.5 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasının açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması,- İpoteka predmeti olan Astara şəhəri, Azərbaycan küçəsində yerləşən 299.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiyməti (likvid qiymət) 93500 manat müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzil açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 9 nömrəli mənzilin ilkin satış qiymətinin (likvid qiymət) 119000 manat müəyyən edilməsi - ekspertiza xərcini təşkil edən 200 manat məbləğində pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X10 və Cavabdeh9 müştərək qaydada alınaraq dövlət büdcəsinə və mütəxəssis rəyi ilə əlaqədar 300 manat manat məbləğində xərcin (pul) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X10 və Cavabdeh9 müştərək qaydada alınaraq «X8» MMC-nin "xxxx" ASC-nin Sahil Filalına **********08 nömrəli hesaba ödənilməsi, iddia qalan hissələrdə əsassız olduğu üçün təmin edilməmişdir. Birinci instansiya məhkəməsi faiz borcunu qismən təmin edərkən müqavilə üzrə nəzərdə tutulmuş illik faiz dərəcələri ilə müqavilə müddətinin sonuna qədər hesablanmış götürmüş, müqavilə müddəti bitdikdən sonra iddiaçının tələb etdiyi gecikdirilmiş faizləri rədd etməyi qanuni və əsaslı saymışdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan 47397,96 ABŞ dolları cərimə pulunu azaldaraq 1000 ABŞ dollarə həcmində müəyyən etmişdir. Həmçinin məhkəmə əsas borcu ekspert rəyində göstərilən kimi deyil, iddia tələbində qeyd olunan həddə təmin edərək belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması ilə bağlı məhkəməyə müraciət edilməmişdir. Bundan başqa, məhkəmə tələbin yönəldildiyi ipoteka predmeti olan hər üç əmlakın dəyəri ilə təmin olunan və cavabdehlərdən alınmalı olan pul məbləği arasında olan fərqlə bağlı qeyd etmişdir ki, həmin əmlaklara qoyulmuş likvid qiymətlər qətnamə qanuni qüvvəsini aldıqdan və icra yönəldikdən sonra dəyişilə bilər. Belə ki, gələcəkdə əmlaklar açıq hərracdan satıldıqda, satış vaxtı əmlakların dəyəri azala bilər və belə olan halda, əgər əmlaklardan hər hansı birinə tutma yönəldilməyibsə, onda bu qətnamənin tam olaraq icrasına maneçilik yaratmış olar. Digər tərədən, hər üç əmlakın mülkiyyətçiləri olan cavabdehlər ayrı-ayrı şəxslərdir və tələbin əmlaklardan birinə yönəldilməsi, digər əmlakla bağlı isə iddianın təmin olunmaması ziddiyyətli olardı. Birinci instansiya məhkəməsi iddianın ipoteka predmetinin satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda, qətnamənin qalan hissədə cavabdehlərdən ümumi qaydada tutulması ilə bağlı hissəni təmin etməyərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra “İcra haqqında” Qanuna müvafiq olaraq icraya yönəldilməklə, müvafiq icra hərəkətləri aparılmalı və qətnamənin cavabdeh tərəfindən ümumi qaydada icra edilməsi də icra mərhələsində həyata keçirilməlidir. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin boşaldılması kimi öhdəliyin əmələ gəlməsi ipoteka predmetinə tutmanın yönəldiləməsi və onun satılması ilə şərtləndirilmişdir. Hazırki vəziyyətdə isə tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlanılsa da, həmin predmeti təşkil edən Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsində olan 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219 m2 yaşayış, 54.6 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, Astara şəhəri Azərbaycan küçəsində yerləşən 299.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası və ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzil satılmamışdır. Bu isə o deməkdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin boşaldılması yalnız həmin ev açıq hərracdan satıldıqdan sonra tərəflər 1 ay ərzində onu tərk etmədikdə mümkün ola bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı həmçinin qeyd etmişdir ki, ipoteka qoyan şəxs ipoteka predmeti satılanadək istənilən vaxt kredit öhdəliyini icra edib, ipotekaya xitam vermək hüququna malikdir və bu hüququnun məhdudlaşdırılması barədə hər hansı razılaşma etibarsızdır. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması və əmlakların boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər mülkiyyətində olan əmlakları kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün bank qarşısında yüklü edərkən həmin əmlaklara tutma yönəldiyi təqdirdə onu qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Belə ki, müvafiq qanunvericilik normalarının tələbləri baxımından cavabdehlərin ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcunun tutulması və ipoteka predmetləri olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m. ümumi, 219,4 kv.m. yaşayış, 54 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 68000 manat və Astara şəhəri Azərbaycan küçəsində yerləşən 299,5 kv.m. ümumi sahəsi olan qeyriyaşayış binasının isə ilkin satış qiymətinin 93500 manat müəyyən edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh6 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid olan hissəsində, yəni borcun, ekspertiza və digər xərclərin tutulması, tutmanın onun paylı mülkiyyət hüququ ilə məxsus olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsində olan payına yönəldilməsi hissələrində ləğv edilməsi və iddianın həmin hissələrdə təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid olan hissəsində, yəni borcun, ekspertiza və digər xərclərin tutulması, tutmanın onun paylı mülkiyyət hüququ ilə məxsus olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsində olan payına və ona mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi, ev 9 nömrəli mənzilə yönəldilməsi hissələrində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə təmin edilməməsini xahiş etmişdir. Cavabdeh9 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid olan hissəsində, yəni borcun, ekspertiza və mütəxəssis xərclərinin ondan tutulması hissələrində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə təmin edilməməsini xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2023-cü il tarixli 2(106)-196/2023 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi tutmanın ipoteka predmeti olan əmlaklara yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılması və əmlakların hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinin təmin olunmaması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, Astara rayonu Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m. ümumi, 219.4 kv.m. yaşayış, 54.6 kv.m. yardımçı sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4n, Cavabdeh6, X10, X11 və Cavabdeh7 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Astara şəhəri Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 299,5 (kv.m.) ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq hərracın nəticəsi üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri Xətai rayonu A.Cəlilov küçəsi 2 saylı evin 63 kv.m. sahəsindən ibarət 3 otaqlı 9 saylı mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh9 həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq hərracın nəticəsi üzrə alıcıya təhvil verilməsi, birinci instansiya məhkəmsinin qətnaməsinin Cavabdeh9 kredit müqaviləsi üzrə borcun, ekspertiza və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh6 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan kredit razılaşması ilə müəyyən edilən faiz dərəcəsi barədə onun zamin və ipoteka qoyan olaraq razılığı alınmamışdır. 17 aprel 2015-ci il, 05 noyabr 2015-ci il, 19 fevral 2016-cı il və 07 aprel 2017-ci il tarixli sazişlərlə həmin kredit razılaşması və ödəniş planına dəyişikliklər edilmişdir. Həmin dəyişikliklər barədə onun xəbəri olmamış və faiz dərəcəsi barədə razılığı alınmamışdır. Belə ki, bu hal onun zamin olaraq məsuliyyətinin artması kimi qiymətləndirilməli və zaminliyinə xitam verilməli, həmçinin onunla bağlanmış ipoteka müqavilələrinin "xxxx" MMC ilə bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit razılaşmasına və ona dəyişikliklərin edilməsi ilə əlaqədar bağlanmış sazişlərə münasibətdə bağlanmamış hesab edilməlidir. Məhkəmənin heç bir sübut olmadan cavabdehin razılığı olmasına dair əsaslandırma irəli sürməsi onun mövqeyinin əsaslı olmadığını göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(102)- 2081/2023 nömrəli qərarı ilə Cavabdeh6 kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsi qismən – “Cavabdeh6 əsas borc üzrə 41.351, 38 ABŞ dolları, faiz borcu üzrə 8.504.41 ABŞ dolları və cərimə borcu olaraq 1000 ABŞ dolları pulun alınıb iddiaçıya verilməsi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m. ümumi, 219.4 kv.m. yaşayış, 54.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu Ərçivan kəndində 0.06 ha torpaq sahəsinin açıq hərracdan satılması, satış pulundan əldə edilmiş vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, yönəldikdən bir ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, X10, X6 və Cavabdeh7 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti (likvid qiymət) 68000 manat müəyyən edilməsi” hissələrində ləğv edilmiş, həmin hissələrdə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi kredit xətt müqaviləsi, onun əlavəsi olan razılaşma və sazişlər üzrə borcun borclu və zaminlərdən kreditorun xeyrinə tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlıdır. Hazırkı iş üzrə iddianın faktiki əsasını təşkil edən 07 sentyabr 2012-ci il tarixli 08L000005313 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 600000 ABŞ dolları məbləğdə kredit xətti açılmışdır. xx.xx.2012-ci il tarixli kredit razılaşmasına əsasən 48 ay müddətinə aylıq faiz dərəcəsi 1.5833 % olmaqla, ödəniş planı üzrə MMC-yə hissəhissə qaytarmaq şərti ilə 200000 ABŞ dolları məbləğində kredit verilmişdir. 17 aprel 2015ci il tarixli 08R000010914S saylı, 05 noyabr 2015-ci il tarixli 08R000010914SA saylı, 19 fevral 2016-cı il tarixli 08R000010914SB saylı və 07 aprel 2017-ci il tarixli 08R000010914SD saylı sazişlə 28 sentyabr 2012-ci il razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Sazişlər əsasında kredit razılaşma ilə müəyyən olunmuş müddətdə müvafiq olaraq artırılmışdır. xx.xx.2012-ci il tarixdə Cavabdeh6 ilə bağlanmış zaminlik müqaviləsində kredit razılaşmasında nəzərdə tutulmuş şərtlər deyil, məhz kredit xətti müqaviləsində nəzərdə tutulmuş şərtlər (kredit xəttinin ümumi məbləği və kreditin müddəti) göstərilmişdir. Borcalanla borcverən arasında bağlanmış kredit razılaşması ilə şərtlər müəyyən edilmişdir. 10 sentyabr 2012-ci il tarixli 08M000000906 saylı ipoteka müqaviləsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi Liter A tikilisi: (Yaşayış sahəsi) 2 mərtəbəli, 8 otaqlı, 274 m² ümumi, 219.4 m² yaşayış, 54.6 m² yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, Liter B tikilisi: 1 mərtəbəli, 22,3 m² tikinti altı sahədən ibarət qaraj, Liter C tikilisi: 1 mərtəbəli, 19,7 m² tikinti altı sahədən ibarət hamam, Liter 1 tikilisi: 1 mərtəbəli, 2,1 m² tikinti altı sahədən ibarət ayaqyolu, Liter 2 tikilisi: hasar, Liter 3 tikilisi: darvaza iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müvafiq olaraq ipoteka müqaviləsində də kredit razılaşmasında nəzərdə tutulmuş şərtlər deyil, kredit xətt müqaviləsində nəzərdə tutulmuş şərtlər göstərilmişdir. Göründüyü kimi, kassasiyaçının ipoteka qoyan və zamin kimi məsuliyyət götürdüyü müqavilə kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış, həmin müqavilədə isə kreditin illik faiz dərəcəsinə dair şərtlər öz əksini tapmamış, həmin müqaviləyə görə borcluya hissələrlə veriləcək kreditin məbləği, faiz dərəcələri, məqsədi və müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunması şərtləşdirilmişdir. Sonradan isə sazişlərlə müddət müvafiq olaraq uzadılmışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlilləri ilə bağlı isə qeyd etmişdir ki, iş üzrə zaminlərin (ayrıca götürüldükdə Cavabdeh6) kredit xətt müqaviləsinin əlavə razılaşmasının bağlanması zamanı razılığı olmuşdur. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh6 şikayəti əsasında yoxlayarkən zaminin xx.xx.2012-ci il tarixli kredit razılaşmasında nəzərdə tutulan illik faiz dərəcəsi ilə bağlı razılığını təsdiqləyən hər hansı sənədin iş materiallarında mövcud olmamasına, bu halın zamin və ipoteka qoyan olaraq məsuliyyətinin artması kimi qiymətləndirilməsinə və Mülk Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin xitamına əsas olmasına diqqət yetirməmiş, belə razılığın olub-olmamasını araşdırmamış, həmin hissədə iş üzrə gəlinən nəticəni qanunvericiliyin tələblərinə, Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə və iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 avqust 2023-cü il tarixli 2(106)-1230/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməmiş, Cavabdeh6 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(018)-09/2022 saylı qətnaməsi “Cavabdeh6 əsas borc, faiz borcu və cərimə borcunun, eləcə də məhkəmə xərcləri qismində dövlət rüsumunun və xidmət haqqının tutulması, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi - 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m.ümumi, 219.4 kv.m.yaşayış, 54.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu Ərçivan kəndində 0.06 ha torpaq sahəsinin açıq hərracdan satılması, satış pulundan əldə edilmiş vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, yönəldikdən bir ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, X10, X6 və Cavabdeh7 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin (likvid qiymət) 68000 manat müəyyən edilməsi” hissələrində ləğv edilmiş və həmin hissələrdə iddia təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər eyni ailənin üzvləri olmaqla eyni ünvanda qeydiyyatdadır və birlikdə yaşayırlar. Cavabdehlər paylı mülkiyyət üzrə ipoteka qoyan olmaqla həm də zamindirlər. Onlar həm bağlanmış kredit müqaviləsindən, həm də sazişlərdən məlumatlı olmuşlar və məsuliyyətlərinin ağırlaşmasına əsas verən hal mövcud olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2(102)- 172/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2023-cü il tarixli qətnaməsinin qismən - “Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi - 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m ümumi, 219.4 kv.m yaşayış, 54.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu Ərçivan kəndində 0.06 ha torpaq sahəsinin açıq hərracdan satılması, satış pulundan əldə edilmiş vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, yönəldikdən bir ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, X10, X6 və Cavabdeh7 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin (likvid qiymət) 68000 manat müəyyən edilməsi” tələblərinin təmin edilmədiyi hissələrdə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, qətnamə ipoteka predmetinə aid hissədə işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması isə həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2(102)-172/2024 nömrəli qərarında göstərilən halların nəzərə alınmasını və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli 2(017)-1218/2017 saylı qətnaməsi qismən ləğv edilməli, kredit borcunun tutulması hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı QSC ilə bağladığı 07 sentyabr 2012-ci il tarixli 08L000005313 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 600000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı QSC-nin bağladığı 28 sentyabr 2012-ci il tarixli 08R000010914 saylı kredit kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 200000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 17 aprel 2015-ci il tarixli 08R000010914S saylı, 05 noyabr 2015-ci il tarixli 08R000010914SA saylı, 19 fevral 2016-cı il tarixli 08R000010914SB saylı, 07 aprel 2017cı il tarixli 08R000010914SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İşdə olan 28 sentyabr 2012-ci il tarixli 08S000010335 saylı, 08S000010334 saylı, 08S000010333 saylı, 08S000010332 saylı, 08S000010490 saylı, 08S000010491 saylı, və 24 oktyabr 2012-ci il tarixli 08S000010331 saylı zaminlik müqavilələrinə əsasən kredit xətti müqaviləsi üzrə FAR-EL» Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X4 və Cavabdeh9 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İşdə olan Xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X4 və Cavabdeh9 borcların olması barədə bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/1557 saylı rəyindən görünür ki, xx.xx.2012-ci il tarixli 08R000010914 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, cavabdeh FAR-EL» Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 yanvar 2019-cu il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 63,367,95 ABŞ dolları əsas borc, 8,504,41 ABŞ dolları faiz borcu müəyyən olunmuşdur. İşdə olan 10 sentyabr 2012-ci il tarixli 08M000000906 saylı ipoteka müqaviləsindən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi Liter A tikilisi: (Yaşayış sahəsi) 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219.4 m2 yaşayış, 54.6 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, Liter B tikilisi: 1 mərtəbəli, 22,3 m2 tikintialtı sahədən ibarət qaraj, Liter C tikilisi: 1 mərtəbəli, 19,7 m2 tikintialtı sahədən ibarət hamam, Liter 1 tikilisi: 1 mərtəbəli, 2,1 m2 tikintialtı sahədən ibarət ayaqyolu, Liter 2 tikilisi: hasar, Liter 3 tikilisi: darvaza iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran ərazi idarəsi tərəfindən 6 nömrəli reyestr kitabının 62-ci vərəqində qeydiyyata alınmış və RX ******* nömrəli çıxarışa əsasən Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10 və Cavabdeh2 paylı mülkiyyətlərində olan 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı QSC-nin bağladığı 10 sentyabr 2012-ci il tarixli 08M000000903 saylı sonrakı ipoteka müqaviləsi əsasında Astara şəhəri Azərbaycan küçəsində istifadədə olan 0.0368 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 1 mərtəbəli 299.5 m2 ümumi sahədən ibarət qeyri yaşayış binasının "xxxx" MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən 2 №- li reyestr kitabının 8 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Astara şəhəri, Azərbaycan küçəsində istifadədə olan 0.0368 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 1 mərtəbəli 299.5 m2 ümumi sahədən ibarət qeyri yaşayış binasının "xxxx" MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh2 İddiaçı QSC-nin bağladığı 10 sentyabr 2012-ci il tarixli, 08M000000905 saylı ipoteka müqaviləsi əsasında Bakı səhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 2 saylı evin 63 m2 ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında İ işınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 408 Nömrəli reyestr kitabının 37952 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Cavabdeh2 məxsus Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 2 saylı evin 63 m2 ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzilini «FAR-EL” MMCyə kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdırdır. İşdə olan "xxxx" QSC tərfindən cavabdehlərə ünvanlanan 11 noyabr 2016-ci il tarixli bildiriş məktublarından görünür ki, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamağı barədə cavabdehlər xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası «X8» tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli, 440 saylı mütəxəssis rəyindən görünür ki, Astara rayonu Ərçivan kəndində olan 0.06 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 274.0 kv.m, yaşayış sahəsi 219.4 kv.m, yardımçı sahəsi 54.6 kv.m, tərkib hissəsi olan 22.3 kv.m qaraj, 19.7 kv.m hamam, 2.1 kv.m ayaqyolu, darvaza, hasardan ibarət 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 62687 manat müəyyən edilir. Qeyd: Astara rayonu Ərçivan kəndində və ona yaxın ərazilərdə yerləşən fərdi yaşayış evlərinin daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və eləcə də, tələb-təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmir. Astara şəhəri Azərbaycan küçəsində yerləşən 299.5 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasının ilkin satış qiyməti (likvid dəyəri) 106250 manat müəyyən edilir. Qeyd: Astara şəhəri Azərbaycan küçəsində və ona yaxın ərazilərdə yerləşən qeyri-yaşayış binalarının daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və eləcə də tələb-təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmir. ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 111010 manat müəyyən edilir. Qeyd: Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsində və ona yaxın ərazilərdə yerləşən mənzillərin daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və eləcə də tələb-təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmir . İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə mühəndis-texniki ekspertizasının 31 may 2022-ci il tarixli 10/7304 saylı rəyindən görünür ki, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla yüklü edilmiş və Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh6 məxsus Astara rayonu Ərçivan kəndində 0.06 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti təqribən 85500 manat və RX seriyalı ******* nömrəli hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla yüklü edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Astara şəhəri Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 299.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 112500 manat məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla çıxarışla yüklü edilmiş və Cavabdeh2 məxsus ünvan 1, 9 saylı mənzilin ilkin satış qiymətinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 05 sentyabr 2022- ci il tarixli 01/22-425 nömrəli ekspert rəyindən görünür ki, Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 274.0 kv.m, yaşayış sahəsi 219.4 kv.m, yardımçı sahəsi 54.6 kv.m, tərkib hissəsi olan 22.3 kv.m qaraj, 19.7 kv.m hamam, 2.1 kv.m ayaqyolu, darvaza, hasardan ibarət 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 68000 manat müəyyən edilir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 05 sentyabr 2022- ci il tarixli 01/22-430 nömrəli ekspert rəyindən görünür ki, Astara şəhəri Azərbaycan küçəsində yerləşən 299.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiyməti (likvid dəyəri) 93500 manat müəyyən edilir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 05 sentyabr 2022- ci il tarixli 01/22-424 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 119000 manat müəyyən edilir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə kollegiyası hazırkı mülki işin hallarına apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq hüquqi qiymət verərək bildirir ki, qətnamənin əsaslılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2(102)-172/2024 nömrəli qərarına əsasən araşdırma predmeti olduğu hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa, MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-cü maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 22 iyun 2023-cü il tarixli № 02/2023 Qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının adıçəkilən qərarlarında öz əksini tapmış məcburi göstərişlərə uyğun baxılan mülki işin faktiki hallarına apellyasiya baxışının predmetini təşkil edən hissədə hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı QSC və "xxxx" MM-nin bağladığı 28 sentyabr 2012-ci il tarixli 08R000010914 saylı kredit kredit razılaşması əsasında 48 ay müddətinə aylıq faiz dərəcəsi 1.5833 % olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə "xxxx" sonuncuya 200000 ABŞ dolları məbləğində kredit verilmiş, 28 sentyabr 2012-ci il tarixli 08S000010335 saylı, 08S000010334 saylı, 08S000010333 saylı, 08S000010332 saylı, 08S000010490 saylı, 08S000010491 saylı və 24 oktyabr 2012-ci il tarixli 08S000010331 saylı zaminlik müqavilələrinə əsasən kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X4 və Cavabdeh9 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Habelə 17 aprel 2015-ci il tarixli 08R000010914S saylı, 05 noyabr 2015-ci il tarixli 08R000010914SA saylı, 19 fevral 2016cı il tarixli 08R000010914SB saylı, 07 aprel 2017-ci il tarixli 08R000010914SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıdakılara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının yuxarıda qeyd edilən qərarlarında ehtiva olunmuş məcburi göstərişləri nəzərə alıb, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Astara Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(018)-09/2022 saylı qətnaməsi iddia tələbinin “cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219.4 m2 yaşayış, 54.6 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən bir ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, X10, X11 və Cavabdeh7 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi”nin təmin edilmədiyi hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219.4 m2 yaşayış, 54.6 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən bir ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, X10, X11 və Cavabdeh7 həmin əmlakdan çıxarılmalı və əmlak boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Habelə MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Astara Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(018)-09/2022 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə - iddia tələbinin “cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219.4 m2 yaşayış, 54.6 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən bir ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, X10, X11 və Cavabdeh7 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi”nin təmin edilmədiyi hissədə ləğv edilsin və iddia tələbi həmin hissədə təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, X10 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219.4 m2 yaşayış, 54.6 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən bir ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, X10, X11 və Cavabdeh7 həmin əmlakdan çıxarılsın və əmlak boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-910/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-910/2024
15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver