Məhkəmə qərarları › İş №2(106)-911/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-911/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-911/2023 05.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-898/2017 saylı, 12 aprel 2023-cü il tarixli qərardadından İddiaçı QSC-nin nümayəndəsi X9 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-898/2017 saylı, 09 yanvar 2017-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, 12889,17 ABŞ dolları məbləğində əsas borc, 4775,27 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində cərimə, cəmi 19664,44 ABŞ dolları borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, X3, X5, X2 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Cavabdeh Ağayev X4 Rayon Məhkəməsinin 2(049)-898/2017 saylı, 09 yanvar 2017ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş, ərizəsinə həmin qətnamədən verdiyi apellyasiya şikayətini əlavə etmişdir. Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(049)-898/2017 saylı qərardadı ilə Cavabdeh3 Lənkəran Rayon Məhkəməsinin 2(049)-898/2017 saylı, 09 yanvar 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş, onun həmin qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxması üzrlü hesab edilmiş və prosessual müddət bərpa edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-898/2017 saylı, 09 yanvar 2017-ci il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətinə əsasən mülki iş apellyasiya qaydasında baxılması üçün məhkəmənin 25 aprel 2023-cü il tarixli məktubu ilə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, həmin mülki iş 08 may 2023-cü ildə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Mülki iş Şirvan Apellyasiya Məhkəməsinə daxil olduqdan sonra apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına dair məhkəmə iclası 16 may 2023-cü il tarixə, saat 09:20-yə təyin edilmişdir. Lakin bundan sonra Lənkəran Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli məktubu Şirvan Apellyasiya Məhkəməsinə 10 may 2023-cü il tarixində daxil olmuşdur. Həmin məktubda 02 may 2023-cü il tarixdə məhkəməyə iş üzrə İddiaçı QSC-nin nümayəndəsi X9 tərəfindən Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(049)-898/2017 saylı qərardadından verilmiş şikayətin daxil olduğu göstərilmiş, şikayətə baxmaq üçün 2(049)-898/2017 saylı mülki işin Lənkəran Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2023-cü il tarixli, 2(106)-911/2023 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-898/2017 saylı, 09 yanvar 2017-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı 2(106)-911/2023 saylı mülki iş apellyasiya baxışından çıxarılmış və Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(049)-898/2017 saylı qərardadından İddiaçı QSC-nin nümayəndəsi X9 tərəfindən verilmiş şikayətə baxılması məqsədilə Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. İş materiallarından göründüyü kimi, İddiaçı QSC-nin nümayəndəsi X1 Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(049)-898/2017 saylı qərardadından şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilməsini və Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mülki iş Lənkəran Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli məktubu ilə yenidən Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, 21 iyun 2023-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 267.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. MPM-in 267.3-cü maddəsinə əsasən, şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-in 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. MPM-in 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. MPM-in 269.3-cü maddəsinə əsasən, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, qərardaddan verilən şikayətə onu qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılmalı, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi isə qərardaddan verilən şikayətə 3 gün müddətində yazılı icraat qaydasında baxaraq, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətləri yerinə yetirməli olduğu halda, bunu etməmiş, şikayətə baxmadan iş materialları ilə birlikdə baxılmasından ötrü birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-898/2017 saylı, 12 aprel 2023-cü il tarixli qərardadından İddiaçı QSC-nin nümayəndəsi X9 tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarılmalı, mülki iş qərardaddan verilmiş şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə müvafiq olaraq baxılmasından ötrü Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267, 269 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-898/2017 saylı, 12 aprel 2023-cü il tarixli qərardadından İddiaçı QSC-nin nümayəndəsi X9 tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarılsın və mülki iş qərardaddan verilmiş şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə müvafiq olaraq baxılmasından ötrü Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar