Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-914/2023 26.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin (BOKT MMC-nin) Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında Füzuli Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərardadından İddiaçı BOKT MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsinin (hakim Y.Həşimov) 07 aprel 2023-cü il tarixli qərardadı ilə iddiaçı "ASEL KREDİT” BOKT MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən iddiaçıya qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdehin qeydiyyatda olduğu ünvan faktiki olaraq işğal olunmuş ərazidir və iddia ərizəsində cavabdehin faktiki yaşayış ünvanı qeyd edilməmişdir. Qərardaddan iddiaçı şikayət vermiş, şikayətin təmin edilməsini, qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Şikayətə görə, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 01.07.201-ci il tarixli arayışdan görünür ki, cavabdeh Əliyev X3 şəhəri, Məmmədxanov küçəsi, ev 19 ünvanında qeydiyyatdadır. Həmçinin cavabdeh ünvan 1 qeydiyyatdadır. MPM-in 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yerə görə verilə bilər. Cavabdehin faktiki ünvanı barədə məlumat əldə etmək mümkün deyil, həmin məlumatı yalnız və yalnız cavabdeh özü faktiki yaşadığı yer üzrə mənzil kommunal istismar idarələrindən əldə edib təqdim etməlidir. Füzuli Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM-nin) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan baxılır. Bu barədə iş üzrə tərəflərə müvafiq bildiriş göndərilmiş, 18 may 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və ya vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüquqlarının olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində məhkəməyə şikayətə qarşı yazılı etiraz və ya vəsatət daxil olmamışdır. Kollegiya məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı ərizəsində cavabdehin faktiki yaşayış ünvanı barədə məlumatları qeyd etməmişdir. Birinci instansiya məhkəməsi doğru qənətə gələrək iddia ərizəsini geri qaytarmışdır. Şikayətin dəlilləri ilə bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 36.1-ci maddəsi ərazi aidiyyəti üzrə iddia ərizəsinin verilməsi ilə bağlıdır. Cavabdehin faktiki yaşayış yeri və ünvanının qeyd edilməsi isə MPM-in 149-cu maddəsinin tələbidir. Beləliklə, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və MPM-in 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İddiaçı BOKT MMC-nin şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2(064)-794/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-914/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-914/2023
26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver