Məhkəmə qərarları › İş №2(106)-935/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-935/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-935/2025 12.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)-794/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 809 (səkkiz yüz doqquz) manat əsas borc, 02 aprel 2024-cü il tarixindən hazırki vaxta qədər yəni 13 avqust 2024-cü il tarixinə kimi ödənməmiş gecikdirdiyi hər ay üçün (əldən çıxmış faydaya görə) 20% olmaqla (809 x 20%=161.80 x 4 ay=647.20 ) 647,2 (altı yüz qırx yeddi manat iyirmi qəpik) manat faiz borcu və 38 (otuz səkkiz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1494,2 (min dörd yüz doxsan dörd iyirmi qəpik) manat borcun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik şəhəri, Avtovağzal ərazisində E.Qarayev küçəsində yerləşən ona məxsus pərakəndə ticarət dükanında fiziki şəxs qismində çalışır. Cavabdeh əvvəllər tanıdığı X5 02 aprel 2024- cü il tarixindən ondan nisyə alış-veriş etmişdir. Cavabdeh onun etibarından sui-istifadə edərək, 2024-cü ilin aprel ayından başlayaraq müxtəlif vaxtlarda 809 (səkkiz yüz doqquz) manat dəyərində müxtəlif çeşiddə mal və tütün məmulatlarını nisyə aparmış, lakin indiyə kimi həmin apardığı malların dəyərini ödəməmişdir. O, cavabdehə müxtəlif vaxtlarda zəng edərək pulun qaytarılması ilə bağlı xəbərdarlıq etsə də, cavabdeh apardığı malların pulunu verməkdən yayınmağa davam edir. Məlumat üçün bildirir ki, cavabdeh X5 həmin vaxtlarda Lerik rayon Kommunal Təsərüfatı idarəsində fəhlə işləyirdi. Sonuncu dəfə də, cavabdehə zəng edib borcu qaytarmasını tələb etsə də, cavabdeh onu hədələmiş və borcunu verməyəcəyini bildirmişdir. Məlumat üçün bildirir ki, cavabdeh X2 ondan əldə etdiyi malların aparılması barədə, dükanda olan təhlükəsizlik kameralarının video görüntüləri mövcuddur. Ona dəymiş maddi ziyanın tam dəyəri və hər gecikmiş ay üçün dəymiş ziyan aylıq 20% olmaqla hesablanmalıdır. Lerik Rayon Məhkəməsinin 2(048)-794/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh X1 1 ədəd “alpengold” markalı ətçəkən maşın dəyəri 85 (səksən beş) manat, 1 ədəd kişi qol saatı dəyəri 13 (on üç) manat, 1 ədəd üzqırxan maşın “fillips” markalı dəyəri 30 (otuz) manat, 7 paket “Vinston” markalı siqaret dəyəri 29,4 (iyirmi doqquz manat qırx qəpik) manat, 1 ədəd qadın qol saatı dəyəri 8 (səkkiz) manat, 2 paket “Vinston” markalı siqaret dəyəri 8,4 (səkkiz manat qırx qəpik) manat, 2 paket “Vinston” markalı siqaret dəyəri 8,4 (səkkiz manat qırx qəpik) manat, 2 paket “Vinston” markalı siqaret və bir ədəd qələm dəyəri 8,6 (səkkiz manat altmış qəpik) manat, 1 ədəd “tefal” markalı ətçəkən maşın dəyəri 85 (səksən beş) manat, 2 paket “Vinston” markalı siqaret və bir ədəd qələm dəyəri 8,6 (səkkiz manat altmış qəpik) manat, 4 paket “Vinston” markalı siqaret və bir ədəd alışqan dəyəri 17,2 (on yeddi manat iyirmi qəpik) manat, 4 paket “Vinston” markalı siqaret dəyəri 16,8 (on altı manat səksən qəpik) manat, 4 paket “Vinston” markalı siqaret dəyəri 16,8 (on altı manat səksən qəpik) manat, 5 paket “Vinston” markalı siqaret və 1 ədəd işıqlı alışqan dəyəri 21,6 (iyirmi bir manat altmış qəpik) manat, 1 ədəd cipsi kəsən dəyəri 1,6 (bir manat altmış qəpik) manat, 10 paket “maqna” markalı siqaret dəyəri 28 (iyirmi səkkiz) manat, 10 paket “Vinston” markalı siqaret dəyəri 44 (qırx dörd) manat, 9 paket “Vinston” markalı siqaret dəyəri 33 (otuz üç) manat, 10 paket boz “Maqna” markalı siqaret dəyəri 28 (iyirmi səkkiz) manat, 9 paket “Vinston” markalı siqaret dəyəri 37 (otuz yeddi) manat, 8 paket “Vinston” markalı siqaret dəyəri 33 (otuz üç) manat, 8 paket “Vinston” markalı siqaret dəyəri 33 (otuz üç) manat, 1 ədəd “prestij” markalı şirəçəkən maşın dəyəri 76 (yetmiş altı) manat, 4 paket “Vinston” markalı siqaret dəyəri 16,8 (on altı manat səksən qəpik) manat, 8 paket “Vinston” markalı siqaret və qab setkası dəyəri 34 (otuz dörd) manat, 9 paket “Vinston” markalı siqaret dəyəri 37 (otuz yeddi) manat, 2 paket “Vinston” markalı siqaret dəyəri 8,4 (səkkiz manat qırx qəpik) manat, 2 paket “Vinston” markalı siqaret dəyəri 8,4 (səkkiz manat qırx qəpik) manat, 2 paket “Vinston” markalı siqaret dəyəri 8,4 (səkkiz manat qırx qəpik) manat və 10 paket boz “maqna” markalı siqaret dəyəri 26,8 (iyirmi altı manat səksən qəpik) manat olmaqla, cəmi 809 (səkkiz yüz doqquz) manat borc pulun və 38 (otuz səkkiz) manat dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)-794/2024 saylı qətnaməsi (hakim Y.Zeynalov) ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 “Veqastar” markalı ətçəkən maşın dəyəri 85 (səksən beş) manat, kişi qol saatı dəyəri 13 (on üç) manat, “Filips” markalı üzqırxan maşın dəyəri 30 (otuz) manat, “Prestij” markalı şirəçəkən maşın dəyəri 76 (yetmiş altı) manat, “Texnolux” markalı ətçəkən maşın dəyəri 85 (səksən beş) manat, qadın qol saatı dəyəri 8 (səkkiz) manat, 1 paket “Vinston” markalı siqaret dəyəri 4,2 (dörd manat iyirmi qəpik) manat olmaqla, cəmi 301,2 (üç yüz bir manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı özünə məxsus dükanda müxtəlif min bir xırdavat mallarının və tütün məmulatlarının (siqaretin) ticarəti ilə məşğul olur. Cavabdeh X4 tanıyır. Belə ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçıya məxsus dükandan nisyə müxtəlif xırdavat malları və tütün məmulatları götürmüş, həmin mallara görə müxtəlif məbləğlərdə ödənişlər etmiş və beləliklə onlar arasında nisyə alqı-satqı münasibətləri yaranmışdır. Cavabdeh müxtəlif vaxtlarda idddiaçıdan nisyə götürdüyü və ödəmədiyi malların dəyərini ödəməyi öhdəsinə götürsə də, heç bir ödəniş etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Lerik Rayon İstehsal- İstehlak Kooperativinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1 ədəd alpengold ətçəkən maşın 85 (səksən beş) manat, 1 ədəd kişi qol saatı 13 (on üç) manat, 1 ədəd üzqırxan maşın fillips 30 (otuz) manat, 99 paket viniston siqaret 415,8 (dörd yüz on beş manat səksən qəpik) manat, 10 paket nazik viniston siqaret 44 (qırx dörd) manat, 30 paket boz maqna siqaret 84 (səksən dörd) manat, 1 ədəd qadın qol saatı 8 (səkkiz) manat, 2 ədəd qələm (0,40 qırx qəpik) qəpik, 1 ədəd ətçəkən tefal maşın 85 (səksən beş) manat, 1 ədəd alışqan 0,40 (qırx qəpik) qəpik, 1 ədəd işıqlı alışqan 0,60 (altımış qəpik) manat, 1 ədəd prestij sokçəkən maşın 76 (yetmiş altı) manat, 2 ədəd qab setkası 0,40 (qırx qəpik) qəpik təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə işin faktiki hallarını, məhkəmə iclasında tədqiq edilmiş sübutları və iş materiallarını nəzərə alaraq tərəflər arasında yaranmış münasibətləri nisyə alqı-satqı müqaviləsi kimi qiymətləndirir və hesab etmişdir ki, tərəflər arasında müqavilə bağlanmaqla mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından həmin müqavilədən irəli gələn öhdəliklər yaranmış, iddiaçı malları cavabdehə verməklə öhdəliyini icra etmiş, cavabdeh X5 isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş videogörüntülərə baxış zamanı videogörüntülərdə cavabdehin iddiaçıya məxsus dükana müxtəlif vaxtlarda gəldiyi və iddiaçıdan müxtəlif vaxtlarda “Veqastar” markalı ətçəkən maşın, kişi qol saatı, filips markalı üzqırxan maşın, prestij markalı şirəçəkən maşın, “Texnolux” markalı ətçəkən maşın, qadın qol saatı və 1 paket “vinston” markalı siqaret götürdüyü müəyyən edilmişdir. Məhkəmə malların dəyəri ilə bağlı hissəyə münasibət bildirərək qeyd etmişdir ki, müstəqil qiymətləndirici tərəfindən verilən rəydə qeyd edilən malların dəyəri ağlabatan olduğundan, malların dəyəri rəydə qeyd edilən qiymətlərə uyğun olmalıdır. Bundan əlavə, iddiaçı iddia tələbində digər müxtəlif çeşiddə min bir xırdavat mallarını və tütün məmulatlarını (siqareti) cavabdehə nisyə verdiyini qeyd etsə də, bunu jurnalda qeydiyyat aparması ilə əsaslandırsa da, məhkəmə iclasında aparılmış araşdırma zamanı həmin qeydiyyat jurnalında qeyd edilən dəyərdə malların məhz cavabdehə verilməsi və həmin malların cavabdeh tərəfindən qəbul edilməsi barədə jurnalın hər hansı yerinə qeydiyyat aparılması müəyyən edilməmiş, iddiaçı tərəfindən də buna dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 “Veqastar” markalı ətçəkən maşın dəyəri 85 (səksən beş) manat, kişi qol saatı dəyəri 13 (on üç) manat, “Filips” markalı üzqırxan maşın dəyəri 30 (otuz) manat, “Prestij” markalı şirəçəkən maşın dəyəri 76 (yetmiş altı) manat, “Texnolux” markalı ətçəkən maşın dəyəri 85 (səksən beş) manat, qadın qol saatı dəyəri 8 (səkkiz) manat, 1 paket “Vinston” markalı siqaret dəyəri 4,2 (dörd manat iyirmi qəpik) manat olmaqla, cəmi 301,2 (üç yüz bir manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respubliası Mülki Məcəlləsinin 385, 600.1, 601.1, 442, 448.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 76.1, 88, 119.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 02 aprel 2024-cu il tarixindən ondan nisyə alış-veriş etmək bəhanəsi ilə sui istifadə edərək, 2024 –cü ilin aprel ayın 2 – sindən başlayaraq, müxtəlif vaxtlarda 809 manat dəyərində müxtəlif çeşiddə mal və əsas etibarı ilə , tütün məmulatlarını nisyə aparmışdır. İndiyə kimi həmin apardığı malların dəyərini müxtəlif bəhanələrlə bilərəkdən gecikdirərək qısa müddətdə borcun məbləği səkkiz doqquz manata qalxmışdır . Cavabdeh X5,hazırki 809 manat borcun bünövrəsini 02 aprel 2024 cü ildə deyil ,18 yanvar 2024-cü il tarixində qoymuşdur. Belə ki, qeyd etdiyi tarixdən, müxtəlif vaxtlarda nisyə alış-vermək adı ilə, hissə hissə az miqdarda pul verməklə daha çox tütün məmulatları alıb aparmışdır. Dükanın nisyə dəftərində olan məlumatlarını məhkəməyə təqdim edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi əlavə subutların olmasını tələb etmişdir. Lerik şəhərində 6000 nəfərdən çox əhali yaşağına görə dükanla əlaqəsi olmayan hər hansı vətəndaşın adını , borclu kimi nisyə dəftərinə yazılmamışdır. Lerik Rayon Məhkəməsinin 29 noyabr 2024-cu il tarixdə 2(048)-794/2024 saylı iş üzrə qətnaməsini ləğv edilib, cavabdeh X1 809 (səkkiz yüz doqquz) manat əsas borc, 02 aprel 2024-cü il tarixindən hazırki vaxta qədər yəni 13 avqust 2024-cü il tarixinə kimi ödənməmiş gecikdirdiyi hər ay üçün (əldən çıxmış faydaya görə) 20% olmaqla (809 x 20%=161.80 x 4 ay=647.20 ) 647,2 (altı yüz qırx yeddi manat iyirmi qəpik) manat faiz borcu və 38 (otuz səkkiz) manat dövlət rüsumu olmaqla, apellyasiya məhkəməsi üçün dövlət rusumlarını cəmi :(38.0+38.0=76 )76.0 manat olmaqla, ümumilikdə 1532,20 manat (bir min beş yüz otuz iki manat 20 qəpik) borcun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti müdafiə etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh göndərilmiş məhkəmə bildirişi isə rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.4-cü maddəsinə əsəsən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Lerik Rayon Məhkəməsinin 29 noyabr 2024-cu il tarixdə 2(048)-794/2024 saylı iş üzrə qətnaməsini ləğv edilib, cavabdeh X1 809 (səkkiz yüz doqquz) manat əsas borc, 02 aprel 2024-cü il tarixindən hazırki vaxta qədər yəni 13 avqust 2024-cü il tarixinə kimi ödənməmiş gecikdirdiyi hər ay üçün (əldən çıxmış faydaya görə) 20% olmaqla (809 x 20%=161.80 x 4 ay=647.20 ) 647,2 (altı yüz qırx yeddi manat iyirmi qəpik) manat faiz borcu və 38 (otuz səkkiz) manat dövlət rüsumu olmaqla, apellyasiya məhkəməsi üçün dövlət rusumlarını cəmi :(38.0+38.0=76 )76.0 manat olmaqla, ümumilikdə 1532,20 manat (bir min beş yüz otuz iki manat 20 qəpik) borcun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)-794/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, mülki iş üzrə Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)-794/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı cavabdeh X1 1 ədəd “alpengold” markalı ətçəkən maşın dəyəri 85 (səksən beş) manat, 1 ədəd kişi qol saatı dəyəri 13 (on üç) manat, 1 ədəd üzqırxan maşın “fillips” markalı dəyəri 30 (otuz) manat, 7 paket “Vinston” markalı siqaret dəyəri 29,4 (iyirmi doqquz manat qırx qəpik) manat, 1 ədəd qadın qol saatı dəyəri 8 (səkkiz) manat, 2 paket “Vinston” markalı siqaret dəyəri 8,4 (səkkiz manat qırx qəpik) manat, 2 paket “Vinston” markalı siqaret dəyəri 8,4 (səkkiz manat qırx qəpik) manat, 2 paket “Vinston” markalı siqaret və bir ədəd qələm dəyəri 8,6 (səkkiz manat altmış qəpik) manat, 1 ədəd “tefal” markalı ətçəkən maşın dəyəri 85 (səksən beş) manat, 2 paket “Vinston” markalı siqaret və bir ədəd qələm dəyəri 8,6 (səkkiz manat altmış qəpik) manat, 4 paket “Vinston” markalı siqaret və bir ədəd alışqan dəyəri 17,2 (on yeddi manat iyirmi qəpik) manat, 4 paket “Vinston” markalı siqaret dəyəri 16,8 (on altı manat səksən qəpik) manat, 4 paket “Vinston” markalı siqaret dəyəri 16,8 (on altı manat səksən qəpik) manat, 5 paket “Vinston” markalı siqaret və 1 ədəd işıqlı alışqan dəyəri 21,6 (iyirmi bir manat altmış qəpik) manat, 1 ədəd cipsi kəsən dəyəri 1,6 (bir manat altmış qəpik) manat, 10 paket “maqna” markalı siqaret dəyəri 28 (iyirmi səkkiz) manat, 10 paket “Vinston” markalı siqaret dəyəri 44 (qırx dörd) manat, 9 paket “Vinston” markalı siqaret dəyəri 33 (otuz üç) manat, 10 paket boz “Maqna” markalı siqaret dəyəri 28 (iyirmi səkkiz) manat, 9 paket “Vinston” markalı siqaret dəyəri 37 (otuz yeddi) manat, 8 paket “Vinston” markalı siqaret dəyəri 33 (otuz üç) manat, 8 paket “Vinston” markalı siqaret dəyəri 33 (otuz üç) manat, 1 ədəd “prestij” markalı şirəçəkən maşın dəyəri 76 (yetmiş altı) manat, 4 paket “Vinston” markalı siqaret dəyəri 16,8 (on altı manat səksən qəpik) manat, 8 paket “Vinston” markalı siqaret və qab setkası dəyəri 34 (otuz dörd) manat, 9 paket “Vinston” markalı siqaret dəyəri 37 (otuz yeddi) manat, 2 paket “Vinston” markalı siqaret dəyəri 8,4 (səkkiz manat qırx qəpik) manat, 2 paket “Vinston” markalı siqaret dəyəri 8,4 (səkkiz manat qırx qəpik) manat, 2 paket “Vinston” markalı siqaret dəyəri 8,4 (səkkiz manat qırx qəpik) manat və 10 paket boz “maqna” markalı siqaret dəyəri 26,8 (iyirmi altı manat səksən qəpik) manat olmaqla, cəmi 809 (səkkiz yüz doqquz) manat borc pulun və 38 (otuz səkkiz) manat dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmış, iddiaçı malları cavabdehə verməklə öhdəliyini icra etmiş, cavabdeh X5 isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş videogörüntülərə baxış zamanı videogörüntülərdə cavabdehin iddiaçıya məxsus dükana müxtəlif vaxtlarda gəldiyi və iddiaçıdan müxtəlif vaxtlarda “Veqastar” markalı ətçəkən maşın, kişi qol saatı, filips markalı üzqırxan maşın, prestij markalı şirəçəkən maşın, “Texnolux” markalı ətçəkən maşın, qadın qol saatı və 1 paket “vinston” markalı siqaret götürdüyü müəyyən edilmişdir. Bundan əlavə, iddiaçı iddia tələbində digər müxtəlif çeşiddə min bir xırdavat mallarını və tütün məmulatlarını (siqareti) cavabdehə nisyə verdiyini qeyd etsə də, bunu jurnalda qeydiyyat aparması ilə əsaslandırsa da, aparılmış araşdırma zamanı həmin qeydiyyat jurnalında qeyd edilən dəyərdə malların məhz cavabdehə verilməsi və həmin malların cavabdeh tərəfindən qəbul edilməsi barədə jurnalın hər hansı yerinə qeydiyyat aparılması müəyyən edilməmiş, iddiaçı tərəfindən də buna dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşan, apellyasiya şikayətininin dəlilləri ilə razılaşmayan məhkəmə tərkibi qeyd edir ki, iddia tələbi qismən əsaslı, apellyasiya şikayəti isə əsassızdır. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə tərkibi hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cu maddəsi çıxış edir. 600.1-ci maddəyə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin hallarından göründüyü kimi, Cavabdeh müxtəlif vaxtlarda iddiaçıya məxsus dükandan nisyə müxtəlif xırdavat malları və tütün məmulatları götürmüş, həmin mallara görə müxtəlif məbləğlərdə ödənişlər etmiş və beləliklə onlar arasında nisyə alqı-satqı münasibətləri yaranmışdır. İddiaçı malları Cavabdeh verməklə öhdəliyini icra etmiş, cavabdeh X5 isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş videogörüntülərə baxış keçirilmiş, videogörüntülərdə Cavabdeh İddiaçı müxtəlif vaxtlarda “Veqastar” markalı ətçəkən maşın, kişi qol saatı, filips markalı üzqırxan maşın, prestij markalı şirəçəkən maşın, “Texnolux” markalı ətçəkən maşın, qadın qol saatı və 1 paket “vinston” markalı siqaret götürdüyü müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş (səhifə 67) həmin əmlakların (malların) hazırki satış bazarı qiyməti barədə Lerik Rayon İstehsal-İstehlak Kooperativinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1 ədəd alpengold ətçəkən maşın 85 (səksən beş) manat, 1 ədəd kişi qol saatı 13 (on üç) manat, 1 ədəd üzqırxan maşın fillips 30 (otuz) manat, 99 paket viniston siqaret 415,8 (dörd yüz on beş manat səksən qəpik) manat, 10 paket nazik viniston siqaret 44 (qırx dörd) manat, 30 paket boz maqna siqaret 84 (səksən dörd) manat, 1 ədəd qadın qol saatı 8 (səkkiz) manat, 2 ədəd qələm (0,40 qırx qəpik) qəpik, 1 ədəd ətçəkən tefal maşın 85 (səksən beş) manat, 1 ədəd alışqan 0,40 (qırx qəpik) qəpik, 1 ədəd işıqlı alışqan 0,60 (altımış qəpik) manat, 1 ədəd prestij sokçəkən maşın 76 (yetmiş altı) manat, 2 ədəd qab setkası 0,40 (qırx qəpik) qəpik təşkil edir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən müstəqil qiymətləndirici tərəfindən verilən rəydə qeyd edilən malların dəyəri ağlabatan olduğundan, malların dəyərinin rəydə qeyd edilən qiymətlərə uyğun hesablanması qərarında haqlı olmuşdur. Həmçinin İddiaçı da bu qiymətləri mübahisələndirməmiş və həmin qiymətlərlə razılaşmışdır. Apellyator apellyasiya şikayətində dükanın nisyə dəftərində olan məlumatlarının məhkəməyə təqdim edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi əlavə subutların olmasını tələb etməsinin əsassız olduğu qeyd etmiş, Lerik şəhərində 6000 nəfərdən çox əhali yaşağına görə dükanla əlaqəsi olmayan hər hansı vətəndaşın adını, borclu kimi nisyə dəftərinə yazılmadığını bildirmişdir. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə tərkibi qeyd edir ki hər bir tərəf iddia etdiyi hallara dair sübutlar təqdim etməlidir. İddiaçı cavabdehin ondan nisyə mal almasını iddia edirsə, bu iddianı sübuta yetirmək onun vəzifəsidir. İddiaçı nisyə dəftərini təqdim etmişdir, lakin dəftərdə cavabdehin borclu olduğunu göstərən qeydlər onun tərəfindən imzalanmamışdır, həmin qeydlərin məhz cavabdehlə bağlı olduğu heç bir obyektiv sübutla (məsələn, yazılı müqavilə, qəbz, kamera qeydi, mesajlaşma və s.) təsdiqlənməmişdir. Nisyə dəftəri yalnız iddiaçının tərtib etdiyi və birtərəfli aparılan qeydlər əsasında hazırlanmış sənəddir, bu da onu formal sübut kimi zəiflədir. Məhkəmə yalnız sübuta yetirilmiş, hüquqi əhəmiyyət kəsb edən faktlarla qərar qəbul edə bilər. Təkcə nisyə dəftərində qeyd olunmuş qeydlər — əgər həmin qeydlər cavabdehə verilməsi və cavabdeh tərəfindən qəbul edilməsi barədə jurnalın hər hansı yerinə qeydiyyat aparılmamışdırsa və ya digər obyektiv sübutlarla təsdiqlənmirsə — müstəqil sübut kimi qəbul edilə bilməz. Məhkəmə tərkibi qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehin 809 manat borcunun olduğunu qeyd etsə də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı apellyasiya şikayətində cavabdeh X1 809 (səkkiz yüz doqquz) manat əsas borc, 02 aprel 2024-cü il tarixindən hazırki vaxta qədər yəni 13 avqust 2024-cü il tarixinə kimi ödənməmiş gecikdirdiyi hər ay üçün (əldən çıxmış faydaya görə) 20% olmaqla 647,2 (altı yüz qırx yeddi manat iyirmi qəpik) manat faiz borcu və 38 (otuz səkkiz) manat dövlət rüsumu olmaqla, apellyasiya məhkəməsi üçün dövlət rusumlarını cəmi 76.0 manat olmaqla, ümumilikdə 1532,20 manat (bir min beş yüz otuz iki manat 20 qəpik) borcun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Vurğulanmalıdır ki, İddiaçı Lerin Rayon Məhkəməsinə idida ərizəsiylə müraciət edərkən cavabdeh X1 809 (səkkiz yüz doqquz) manat əsas borc, 02 aprel 2024-cü il tarixindən hazırki vaxta qədər yəni 13 avqust 2024-cü il tarixinə kimi ödənməmiş gecikdirdiyi hər ay üçün (əldən çıxmış faydaya görə) 20% olmaqla (809 x 20%=161.80 x 4 ay=647.20 ) 647,2 (altı yüz qırx yeddi manat iyirmi qəpik) manat faiz borcu və 38 (otuz səkkiz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1494,2 (min dörd yüz doxsan dörd iyirmi qəpik) manat borcun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş və Cavabdeh 809 manat borc pul və dövlət rüsumuna görə 38 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə əsəsən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Bu norma aydın şəkildə bildirir ki, apellyasiya instansiyası yalnız birinci instansiyada qoyulmuş əvvəlki tələblər çərçivəsində işə baxa bilər. Bu, o deməkdir ki, apellyasiya şikayətində yeni tələblər (məsələn, əlavə faiz tələbi və ya artıq məbləğdə dövlət rüsumu tələbi) qaldırıla bilməz. İddiaçı birinci instansiyada daha sonra tələbin dəqiqləşdirilməsi haqqında ərizə verməklə ilkin olaraq tələb etdiyi 647,2 manat faiz borcundan imtina etmiş və yalnız 809 manat əsas borcun və 38 manat dövlət rüsumunun tutulmasını tələb etmişdir. Bu isə tələb hüququndan qismən imtina kimi qiymətləndirilməlidir. Bu halda, artıq imtina edilmiş hissənin — yəni faiz borcunun — apellyasiya şikayətində yenidən tələb edilməsi hüquqi baxımdan yolverilməzdir. Halbuki iddiaçının apellyasiya şikayətində yenidən faiz tələbi və artıq dövlət rüsumu ilə bağlı tələb irəli sürməsi birinci instansiyada baxılmamış hissəyə dair yeni tələb olaraq qiymətləndirilməlidir və bu, prosessual hüquqların sərhədlərinin aşılması deməkdir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, mülki iş üzrə Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)-794/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)-794/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar