Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-947/2025 24.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə qəbul edilmiş Beyləqan Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 2(020)-740/2021 nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10986,28 ABŞ dolları məbləğində kredit borcu, 4118,1 ABŞ dolları faiz borcu və 6505,58 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 21609,96 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qətnaməsi (hakim S.Seyfullayev) ilə iddianın təmin edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10986,28 ABŞ dolları məbləğində kredit borcu, 4118,1 ABŞ dolları faiz borcu və 60 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 15044,38 ABŞ Dolları (Azərbycan manatı ekvivivalentində kredit borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı QSC-yə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil 11 oktyabr 2023-cü il tarixdə elektron qaydada apellyasiya şikayəti vermiş və onun apellyasiya şikayəti vaxtında verilmiş hesab edilərək Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(020)-740/2021 saylı qərardadına əsasən Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şivran Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş Beyləqan Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının 17 yanvar 2024-cü il tarixli 2(102)-489/2024 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının adıçəkilən qərardadı dəyişdirilmədən saxlanımışdır. Beyləqan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qərardadın təsviri hissəsində göstərilənlərə əsasən özünə geri qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və Beyləqan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 2(020)-740/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 nümayəndəsi Vəkil məhkəməyə prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qərardadı ilə vəsatət geri qaytarılmışdır. Cavabdeh1 nümayəndəsi Vəkil həmin qərardaddan şikayətlə birlikdə, müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Quliyev X6 Rayon Məhkəməsinin 07 fevral 2025ci il tarixli 2(020)-740/2021 saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilmiş və Beyləqan Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 2(020)-740/2021 saylı qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayətin verilməsi müddətinin buraxılmasının səbəbi üzrlü hesab edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi Vəkil tərəfindən şikayət vermişdir. Beyləqan Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qərardadından verilmiş şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 10986,28 ABŞ dolları məbləğində kredit borcu, 4119,10 ABŞ dolları faiz borcu və 6505,58 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 21609,96 ABŞ dolları və ödənilmiş dövlət rüsümunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızından müştərək qaydada 10986,28 ABŞ dolları məbləğində kredit borcu, 4118,10 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 15084,38 ABŞ dolları (Azərbaycan manatı ekvivalentində kredit borcu və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsümu alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(106) 1943/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək hüquqi qiymət verilməsi üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin qərardadından tərəfindən veirlmiş kassasiya şikayəti təmin edilməmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-740/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021ci il tarixli 2(020)-740/2021 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qəradadın təsviri hissəsində göstərilənlərə əsasən geri qaytarılması qərara alınmışdır. Qərardadın nəticə hissəsində qeyd edilir ki, cavabdehə izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra apellyasiya şikayəti ilə bağlı təkrar müarciət edə bilər. Nəhayət o, qərardadda göstərilənləri nəzərə alaraq yenidən apellyasiya şikayəti vermiş və apellyasiya şiakayətinə buraxılmış müddətin bərpa edilməsi barədə ərizə əlavə etmişdir. Beyləqan Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 2(020)-740/2021 saylı qərardadı ilə tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməmiş yenidən müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə yenidən qanunsuzluğa yol verərək guya ona Beyləqan Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 2(020)- 740/2021 saylı qərardadı şəxsi kabinetə yerləşdirilmişdir. Amma onun şəxsi kabinetinə qərardad bir sənəd olaraq yeləşdirilməmişdir. O, məhkəmənin əməkdaşları ilə telefon əlaqəsi yaradaraq qərardadı yenidən göndərməyi xahiş etmişdir. Bundan başqa, ərizə ilə məhkəməyə müraciət edərək qərardadı şəxsi kabinetə yerləşdirilməsini xahiş etmişdir. Yenidən qərardad guya göndərilmiş, lakin onun şəxsi kabinetinə qərardad yenə də sənəd kimi yerləşdirilməmişdir. Bir sözlə, Beyləqan Rayon Məhkəməsinin qəradadı onun şəxsi kabinetində yerləşdirilməmişdir. Beyləqan Rayon Məhkəməsindən 740 nömrə ilə ona “boş” yəni heç bir sənəd əlavə edilmədən göndərilmişdir. Ona görə də, qərardad telefona göndərilmişdir. Qərardad ona rəsmi qaydada verilməsə də, müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmək məcburiyyətindədir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-947/2025 saylı qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə qəbul edilmiş Beyləqan Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 2(020)-741/2021 nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə icraatı qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh1 nümayəndəsi Vəkil şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı QSC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. MPM-in 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə tərkibi qeyd edir ki, iş üzrə şikayət etmək hüququ tərəfin (eləcə də Cavabdeh1 nümayəndəsi Vəkil) konstitusion hüququdur və hazırkı şikayətçi həmin hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə və qaydada istifadə edə bilərdi. Cavabdeh1 nümayəndəsi Vəkil məhkəmə aktından şikayət vermə müddətini üzrlü səbəbdən ötürməsini göstərsə də, bu halı təsdiq edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə tərkibi eyni zamanda diqqətə çatdırmağı zəruri hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Beyləqan Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 2(020)-740/2021 saylı qərardadından Cavabdeh1 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRARVERDİ: Beyləqan Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 2(020)-740/2021 saylı qərardadından Cavabdeh1 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin və qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-947/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-947/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver