Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-950/2023 30.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(049)1504/2021 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-1504/2021 saylı qətnaməsi ilə (hakim Mütəllim İsayev) iddiaçı LPO QSC “Bank Standart” KB-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 Murtuz oğlundan müştərək qaydada 2314.27 manat məbləğində əsas borc, 1515.94 manat faiz, 200 manat məbləğində cərimə borcu, ümumilikdə 4030.21 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumun ləğv prosessində olan QSC «Bank Standart» KB-nin Ləğvedicisi xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə birgə apelyasiya şikayəti vermişlər. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(049)-1504/2021 saylı qərardadı ilə, cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(049)-1504/2021 saylı qərardaddan şikayət verərək onun ləğv edilməsini və apelyasiya şikayətini icraata qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(049)-1504/2021 saylı qərardadı ilə, Cavabdeh1 Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(049)-1504/2021 saylı qərardadından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh1 şikayət vermişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(049)-1504/2021 saylı qərardadı ilə, Cavabdeh1 Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(049)-1504/2021 saylı qərardadının ləğvinə dair verdiyi şikayətinin təmin edilməməsi, şikayət 7 gün müddətində 2(049)-1504/2021 saylı mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş Şirvan Apellyasiya Məhkəməsinə 15 may 2023-cü il tarixdə daxil olmuş və iddiaçı cavabdeh tərəfindən verilmiş şikayət 30 may 2023-cü il tarixə yazılı icraat qaydasında baxılması üzrə təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə şikayətin təmin edilməməsini, qərardaddan verilən şikayətin müəyyən edilmiş prosessual müddətin ötürməklə verilməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Birinci instansiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, “poçt qəbzindən görünür ki, mən şikayəti heç bir müddət ötürmədən, yəni xx.xx.2023-cü ildə vermişəm”. Birinci instansiya məhkəməsi şikayəti müzakirə edərək, iş materiallarında olan müvafiq sənədləri araşdıraraq hesab etmişdir ki, şikayət əsassızdır. Belə ki, Cavabdeh1, məhkəməyə məlum olmayan poçt qəbzinə istinad edərək əvvəlki qərardaddan xx.xx.2023-cü il tarixdə şikayət etdiyini göstərsə də, əvvəlki şikayətinə əlavə etdiyi apelyasiya şikayətinin imzalanma tarixini “ xx.xx.2023” kimi göstərmişdir.(i.v.91).(Yeri gəlmişkən sonuncu şikayətinə də əlavə etdiyi apelyasiya şikayətinin imzalanma tarixini “xx.xx.2023” göstərmişdir). Cavabdeh1 göstərdiyi kimi, əgər o, şikayəti xx.xx.2023-cü il tarixdə vermişdirsə, onda həmin şikayətə əlavə edilmiş apelyasiya şikayətinin imzalanma tarixi xx.xx.2023-cü il və ya ondan əvvəlki tarixlər olmalı idi. Əvvəlki şikayətinə əlavə etdiyi apelyasiya şikayətində onun imzalanma tarixinin “xx.xx.2023” göstərilməsi ona dəlalət edir ki, məhz 2023-cü ilin aprel ayının əvvəllərində o, əvvəlki qərardaddan şikayət vermiş və həmin şikayət məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Buna görə də, o, əvvəlki qərardaddan şikayət vermə müddəti ötürdüyü üçün birinci instansiya məhkəməsi haqlı olaraq şikayəti geri qaytarmışdır. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından müəyyən olunur ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(049)-1504/2021 saylı qərardadı Cavabdeh1 xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Bununla da qeyd olunan qərardaddan şikayət etmək üçün prosessual müddətin axımı başlamışdır. Lakin Cavabdeh1 tərəfindən qərardaddan verilən şikayət birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixində daxil olmuşdur. Göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürməklə qanunvericiliyin ona verdiyi hüquqdan düzgün istifadə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətin geri qaytarılması qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(049)1504/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-950/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-950/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver