Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-951/2024 21.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X9, İddiaçı iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Masallı Rayon Məhkəməsinin (hakim Z.Zeynalov) 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh maddi ziyana görə 1464 (min dörd yüz altımış dörd) manat və ödənilmiş dövlət rüsumuna görə 74 (yetmiş dörd) manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı və Cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. İşinhalları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu 5351 (beş min üç yüz əlli bir) manat ziyan pulu və ödənilmiş 74 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayon Şərəfə kənd sakini X2 xüsusi mülkiyyətində olan 1,78 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini 2020-ci ildən icarəyə götürmüş, icarəyə götürdüyü müddətdən etibarən cavabdeh onunla torpaq üstündə qanunsuz olaraq mübarizə aparır, məhsul götürməsinə əngəl törədir. Torpaq sahəsinin Çaparxan Sarıyevin mülkiyyət hüququna dair xx.xx.2010-cu il tarixli ********** reyestr nömrəli çıxarış verilmişdir. Cavabdeh həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-41/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi geri alınaraq ona verilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlkin Həsənov tərəfindən qətnamə icra edilərək istifadəsində olan torpaq sahəsini 2022-ci ilin oktyabr ayında cavabdehdən alınaraq ona verilmişdir. Torpaq sahəsini o, 2022-ci ilin oktyabr ayı şumlatdırmış və repreduksiyası R1 olan qrom sortu buğda əkmişdir. Həmin sort buğda əkməyi barədə ona DAİM-dən sertifikatda verilmişdir. Əkdiyi buğdaya vaxtlı-vaxtında qulluq edərək gübrələr vermişdir. 2023-cü ilin iyul ayı əkdiyi buğdanı biçmək istədikdə cavabdeh ona buğdanı biçməyə imkan verməmişdir. Cavabdeh və iki qardaşı torpaq sahəsində üzərinə hücum çəkərək ona xəsarət yetirmişlər. Bu barədə DİN-in 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Cavabdeh və iki qardaşının ona xəsarət yetirməsi barədə Masallı rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Cavabdeh onun əkdiyi buğdanı biçərək evinə aparmışdır. Dəfələrlə cavabdehin ona vurduğu ziyanı tələb etsə də, heç bir nəticəsi olmamışdır. Masallı rayon Polis şöbəsinə etdiyi şikayətdən sonra 2023-cü ilin oktyabr ayında polis əməkdaşları əraziyə gələrək torpaq sahəsini yenidən cavabdehdən alaraq onun istifadəsinə vermişlər. Aldığı mütəxəssis rəyinə əsasən 1,78 hektar torpaq sahəsinə əkdiyi repreduksiyası R1 olan qrom sortu buğdanın Masallı rayon üzrə orta məhsuldarlığı 4-5 ton civarında qiymətləndirilmişdir. O, 1,78 hektar torpaq sahəsindən 8100 kq buğda götürməli idi. Həmin buğdanın 1 kiloqramı orta bazar qiymətinə əsasən 0,50 qəpikdir. Cavabdeh ona 4050 manat buğdaya görə və həmçinin torpaq sahəsinə çəkdiyi xərclərə görə isə 801 manat ziyan vurmuşdur. Cavabdeh buğdanı biçdikdən sonra 500 ədəd buğda bağlaması presində ədədini 1 manatdan satmışdır. Cavabdeh tərəfindən ona ümumilikdə 5351 manat ziyan dəymişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən onun iddiaya dair mövqeyi bəlli olmamışdır. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə iclaslarında şifahi vəsatətlər verərək ona dəymiş ziyanın dəqiq müəyyənləşdirilməsindən ötrü ekspertizanın təyin edilməsini xahiş etsə də nəticəsi olmamışdır. Məhkəmə qətnaməsində sadəcə maddi və prosessual normaları sadalamaqla kifayətlənmişdir. Məhkəmə ümumiyyətlə işin faktiki hallarını araşdırmamış, məhkəməyə təqdim etdiyi video görüntülərə qiymət verməmiş, cavabdehdən polisə etdiyi şikayətləri araşdırmamışdır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, işin faktiki halları ondan ibarətdir ki, cavabdehin və ailə üzvlərinin mülkiyyətində Masallı rayonu, Şərəfə kəndində yerləşən 1.4339 ha və 0.0443 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. O hər zaman özünə məxsus torpaq sahəsini təyinatı üzrə istifadə etmiş və əkib-becərmişdir. İddiaçının icarə müqaviləsinin müddəti 2023-cü ilin iyun ayında müddəti bitmişdir. Müqavilə müddəti bitdiyi üçün onun həmin torpaq sahəsi ilə bağlı iddia qaldırmaq və tələb etmək hüququ da yoxdur. Ümumiyyətlə onun maddi ziyan vurmağı barədə heç bir sübut yoxdur. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsini və cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, hazırda sertifikatlı toxum verib, qiyməti 0.35 qəpikdir. Onun yanında bir bunker buğda biçib və haqqının təmin olunmasını xahiş edir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, 05 iyun 2020-ci il tarixli İcarə müqaviləsinə əsasən, X1 rayonu Şərəfə kəndində yerləşən ümumi sahəsi 1.78 ha olan torpaq sahəsini hazırki iş üzrə İddiaçı icarəyə vermişdir. İcarə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Müəyyən edilir ki, hazırki iş üzrə tərəflər arasında torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi barədə məhkəmə mübahisəsi olmuşdur. Belə ki, Masallı Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(050)-41/2022 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh İddiaçı icarə müqaviləsi əsasında istifadəsinə verilmiş 1,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal qərb hissəsində 1.20 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindən istifadəyə görə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılması qət edilmişdir. Bundan başqa, İddiaçı şikayəti üzrə işə polisdə də baxılmışdır. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Masallı rayonu Şərəfə kənd sakini İddiaçı ilə həmkəndlisi Cavabdeh arasında Masallı rayonu Şərəfə kəndində yerləşən və bir hissəsi payıbəlli, bir hissəsi isə bələdiyyə fonduna məxsus olan torpaq sahəsi ilə bağlı münaqişələri yaranmışdır. Belə ki, İddiaçı Cavabdeh biçdiyi buğda əkilmiş torpaq sahəsinin ona məxsus icarəyə götürərək əkdiyi 1,78 ha torpaq sahəsi olduğunu iddia edir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Masallı rayonu Şərəfə kəndində yerləşən taxıl sahəsində Cavabdeh kombayn və traktor sürücüləri İntiqam Alışov və Nail Alışovun köməyilə buğda əkilmiş taxıl sahəsini biçdiyi zaman İddiaçı gələrək ona mane olmaq istədikdə aralarında şəxsi münasibətlər zəminində sözlə mübahisələri baş vermişdir. Bu səbəbdən İddiaçı xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək və Masallı RPŞ-yə ərizə yazaraq Cavabdeh ona məxsus taxıl sahəsini biçərək ona maddi ziyan vurması barədə məlumat vermişdir. İddiaçı delikt nəticəsində ona vurulmuş zərəri tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1097-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (Maddə 21.2) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunmalıdır ki, vurulmuş ziyan tələb edildiyi halda, bu cür iddia verilərkən mövcud ziyan ortada olmalı, ziyan cavabdeh (cavabdehlər) tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. İddiaçı sübut olaraq müvafiq aktları təqdim etmişdir. 12 iyul 2023-cü il tarixli aktın məzmunundan görünür ki, Masallı DAİM-nin Bitkiçilik sektorunun müdiri X8, Masallı DAİM-nin Bitkiçilik sektorunun məsləhətçisi X3, Masallı rayon Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X11, Masallı rayon Şərəfə kənd sakini İddiaçı iştirakı ilə akt tərtib olunmuşdur ona görə ki, İddiaçı Daxili İşlər Nazirliyi Masallı rayon şöbəsinə müraciət edərək icarəyə götürdüyü 1,78 ha buğda sahəsinin başqası tərəfindən biçildiyini bildirmişdir. Sahəyə baxış keçirilmiş, icarəyə götürülüb əkilən sahədə buğda əkilməsi, sahənin biçilməsi və ərazinin şumlanması müəyyən olunmuşdur. Masallı rayonu Şərəfə kənd sakini İddiaçı icarəyə götürüb əkdiyi buğda sahəsinə dəymiş ziyan barədə X14 İnkişaf Mərkəzinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən Masallı rayonu, Şərəfə kəndində icarəyə götürülüb əkilmiş 1.78 ha buğda sahəsinə aqrotexniki qaydada qulluq edilərsə çəkiləcək xərclər- İ şum (1 ha çəkilən xərc manatla) 60 manat, (1.78 ha çəkilən xərc manatla) 106.8 manat, İİ şum (1 ha çəkilən xərc manatla) 50 manat, (1.78 ha çəkilən xərc manatla) 89 manat, əkin üçün mala (1 ha çəkilən xərc manatla) 30 manat, (1.78 ha çəkilən xərc manatla) 53.4 manat, səpin üçün toxum (sertifikatlı) (1 ha çəkilən xərc manatla) 210 manat, (1.78 ha çəkilən xərc manatla) 373.8 manat, toxumun sahəyə səpilməsi (1 ha çəkilən xərc manatla) 30 manat, (1.78 ha çəkilən xərc manatla) 53.4 manat, yemləmə gübrəsi (karbamid) (1 ha çəkilən xərc manatla) 40 manat, (1.78 ha çəkilən xərc manatla) 71.2 manat, alaq otlarına qarşı mübarizə (1 ha çəkilən xərc manatla) 30 manat, (1.78 ha çəkilən xərc manatla) 53.4 manat, sahənin biçilməsi (1 ha çəkilən xərc manatla) 0 manat, (1.78 ha çəkilən xərc manatla) 0 manat, məhsulun daşınması (1 ha çəkilən xərc manatla) 0 manat, (1.78 ha çəkilən xərc manatla) 0 manat olmaqla, cəmi (1 ha çəkilən xərc manatla) 450 manat, (1.78 ha çəkilən xərc manatla) 801 manat təskil edir. Əlavə olaraq qeyd edilmişdir ki, Masallı rayonunda buğda bitkisinin orta məhsuldarlıq göstəricisi cari il üçün 23,5 sentner (2,35 ton) olmuşdur. 1,78 ha sahədən orta məhsuldarlıqla 4,183 ton məhsul əldə edilərək orta bazar qiyməti 1 tona 350 manat götürülərsə alınan məhsulun yekun qiyməti təqribi olaraq 1464 manat təşkil edir. Fermer İddiaçı 1,78 ha icarəyə götürdüyü sahədə repreduksiyası R1 olan qrom sortu əkdiyini qeyd edərək toxumun sertifikatını təqdim etmişdir. R1 qrom buğda sortu dəmyə şəraitində düzgün aqrotexniki qaydalara əməl olunarsa 1 ha sahədə 4-5 ton məhsul verə bilir. (toxumun sertifikatı rəyə əlavə edilir). Yuxarıda qeyd olunan xərclər təxmini hesablamalara əsaslanır və qeyd olunan məbləğlərdən artıq ola bilər. Birinci instansiya məhkəməsi mütəxəssis rəyini əsas götürərək iddianı qismən- 1464 manat məbləğində təmin etmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı apellyasiya şikayətində məhsulun dəyəri ilə yanaşı, torpaq sahəsinə çəkilən xərci də tələb etmişdir. Belə ki, təqdim edilmiş mütəxəssis rəyinə görə əkin sahəsinə cəmi çəkilən xərc 801 manatdır. Kollegiya qeyd edir ki, əkin sahəsinə çəkilən xərc əkin sahəsində qalır, torpaq sahəsi isə hazırda iddiaçının sahibliyindədir. Bundan əlavə çəkilən xərclər nəticə etibarı ilə alınan məhsula sərmayə kimi qoyulmuşdur. Həmin məhsulun dəyəri iddiaçıya ödənildiyi halda torpağa çəkilən xərcin əlavə olaraq iddiaçıya ödənilməsi üçün əsas yoxdur. İddiaçı cəmi 5351 manat ziyan tələb etmişdir. Bununla yanaşı, əlavə ziyan vurulması ilə bağlı başqa sübut təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının həmin torpaq sahəsi ilə bağlı iddia qaldırmaq və tələb etmək hüququnun olmadığını, ona maddi ziyan vurmağı barədə heç bir sübutun olmadığını bildirmişdir. Kollegiyanın qənaətinə görə, iddiaçıya cavabdehin hərəkətlərin nəticəsində ziyan vurulması, cavabdehin hərəkətlərinin qanunazidd olması və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olması iş üzrə toplanmış dəlillərlə sübuta yetirilir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini müəyyən hissədə əsaslandıra və sübuta yetirə bilmişdir. Cavabdeh tərəf etirazını əsaslandıra bilməmişdir. Beləliklə, apellyasiya şikayətlərini təmin etmək üçün əsas yoxdur. Odur ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya şikayətləri təmin edilmədiyindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş rüsum tərəflərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı və Cavabdeh ayrı-ayrılıqda vermiş olduqları apellyasiya şikayətləri təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 20 fevral 2024-cü tarixli, 2(050)-181/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-951/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-951/2024
21.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver