Məhkəmə qərarları › İş №2(106)-952/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-952/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-952/2024 24.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh və onun vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Birləşdirilmiş birinci iş üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair, birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-230/2024 saylı, 07 mart 2024-cü il tarixli qətnaməsindən birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyun 2024-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Bahadır qızı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100.000 manat məbləğində beh üzrə pulun, iddia qaldırılması ilə əlaqədar ödənilmiş 390.40 manat dövlət rüsumunun, cəmi 10039.40 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bahadır qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olan İddiaçı iş üzrə cavabdeh Lənkəran şəhəri. Qala Xiyabaı küçəsi, ev 28, mənzil 6-da qeydiyyatda olan Cavabdeh ona məxsus olan və ünvan 1 ünvanında yerləşə ümumi sahəsi 51.3 kv.m olan 2 otaqlı, 6 saylı mənzili (çıxarış MA 000172 qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********87-05101-09300. almaq istəmişdir və onlar həmin mənzili aralarında 65000.00 manat dəyərində qiymətləndirilmişlər. Bununla bağlı onların arasında Lənkəran rayon 1 say notariat ofisində xüsusi notariusu X3 tərəfindən 2 dekabr 2022-ci il tarixli 3M-1172 reyestr nömrəli beh müqaviləsi bağlanılmış həmin məbləğin 45.000 manatı satılan tərəfə (Cavabdeh Əliba qızına) notariusun depozit hesabı vasitəsi ilə beh olaraq ödənilmişdir. Həmin beh müqaviləsini iş üzrə cavabdeh olan Cavabdeh əvəzinə Lənkəran rayonu, Şıxəkəran kənd sakini X8 imzalamışdır. Həmin beh müqaviləsində mənzilin dəyərinin qalan 20.000 manatını isə alqı-satqı müqaviləsini rəsmiləşdirdiyi günədək Birinci tərəfə (satıla tərəfə) ödənilməsi barədə öhdəlik götürmüşdür. Bundan sonra tərəflər arasında 07 fevral 2023-cü il tarixdə 22 dekabr 2022-ci il tarixdə 3M-1172 reyestr nömrəsi ilə bağlanmış beh müqaviləsinə əlavə müqavilə bağlanaraq həmin müqavilənin 1-ci bəndində nəzərdə tutulmuş qalan 20.000 manat ödəniş məbləğinin 5.000 manatı da iş üzrə İddiaçı Bahadıir qızı tərəfindən notariusun depozit hesabı vasitəsi ilə Cavabdeh qızma ödənilmişdir. Həmin müqavilədə də mənzilin dəyərinin qalan 15.000 manatının isə alqı-satqı müqaviləsini rəsmiləşdirdiyi günədək Cavabdeh ödənilməsi barədə öhdəlik götürülmüşdür. Hazırda beh müqaviləsinin bağlanmasından 11 aya yaxın bir müddət keçmişdir. İddiaçı mənzilin dəyərinin qalan 15.000 manatını ödəmək istəsə də, iş üzrə Cavabdeh alqı-satqı müqaviləsini bağlamaqdan imtina edir və iddiaçı tərəfdən əlavə olaraq 25.000 manat məbləğində pul tələb edir. Baxmayaraq ki, həmin mənzili tərəflər 65.000 manat dəyərində qiymətləndirmişlər və bu beh müqaviləsində də təsdiqini tapır. Bununla bağlı Cavabdeh qızma pretenziya göndərilsə də, o,beh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınır. Odur ki, hazırki. iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq Cavabdeh 100.000 manat məbləğində pulun, 327 manat məbləğində beh müqaviləsinin bağlanması ilə bağlı ödədiyi dövlət rüsumunun, 75 manat məbləğində beh müqaviləsinə əlavənin bağlanması ilə bağlı ödədiyi dövlət rüsumunun, X1 və vəkil Nümayəndə1 verdiyim etibarnamə üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi xidmətə görə ödədiyi 300 manat məbləğində pulun və 390.40 manat məbləğində ödədiyi dövlət rüsumunun, cəmi 101122.40 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh İddiaçı arasında bağlanmış 22 dekabr 2022-ci il tarixdə 3M-1172 reyestr nömrəsi ilə bağlanmış beh müqaviləsinin və 07 fevral 2023-cü il tarixli 22 dekabr 2022-ci il tarixdə 3M-1172 reyestrnömrəsi ilə bağlanmış beh müqaviləsinə əlavə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, özünə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51.3 kv.m olan 2 otaqlı, 6 saylı mənzili (çıxan MA 0001729, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********87 05101-093005) satmaq istəyirmiş. Lənkəran rayonu, Kərgəlan kənd sakini İddiaçı ona məxsus mənzili almaq istədiyini bildirmişdir. O, mənzil 90.000 manat dəyərində razılaşdırılmışdır. Həmin vaxtı o xəstə olduğu üçün notariusa gedə bilmədiyi üçün notariusa onun tanışı Lənkəran rayon, Şıxəkəran kənd sakini X7 getmişdir. Həmin vaxt İddiaçı 90.000 manat pulu olmadığı üçün bildirmiş ki, mənzilin pulunun 45.000 manatını avans kimi indi versin, qalan hissəsini isə nə vaxt verər, onda mənzilin satılması barədə aralarında alqı-satqı müqaviləsi bağlayar. Lakin cavabdeh həmin vaxtı bildirmişdir ki, bəs müqavilədə 90.000 manat qeyd olunsa, vergi çox verməlidir, ona görə də razılaşmışdır ki, müqavilində məbləği 65.000 manat qeyd etsinlər. Buna görə də o, tanışı Lənkəran rayom Şıxəkəran kənd sakini X5 etibarnamə vermiş ki, əvəzində notariusa gedib, avans müqaviləsi bağlasın. Lakin Lənkəran rayon 1 saylı notariat ofisində xüsusi notariusu X3 avans müqavilə əvəzində 22 dekabr 2022-ci il tarixdə 3M-1172 reyestr nömrəli beh müqavilə bağlamış və mənzilə görə cavabdeh tərəfindən ödənilməli olan həmin məbləği 45.000 manatı ona, yəni satılan tərəfə (Cavabdehn; notariusun depozit hesabı vasitəsi ilə ödənilmişdir. Yuxarıda qeyd etdiyi həmin müqaviləni onun əvəzinə tanışı olan Lənkəran rayonu, Şıxəkəran kər sakini X7 imzalamışdır. Həmin mənzilin dəyərinin qalan 45.000 manatını isə alqı-satqı müqaviləsini rəsmiləşdirdiyi günədək ona, yəni birinci tərəfə (satılan tərəfə) ödənilməsi barədə cavabdeh öhdəlik götürmüşdür. Bundan sonra cavabdeh yenə də onun yanına gələrək bildirmiş ki, 5.000 manatda düzəldib, həmin məbləği də notarius vasitəsi ilə ona ödəsin. Onalar notariusa gedib və aralarında 07 fevral 2023-cü il tarixdə 22 dekabr 2022-ci il tarixdə 3M-1172 reyestr nömrəsi ilə bağlanmış müqaviləyə əlavə müqavilə bağlanaraq həmin müqavilənin 1-ci bəndində nəzərdə tutulmuş qalan 20.000 manat ödəniş məbləğinin 5.000 manatı da iş üzrə cavabdeh İddiaçı tərəfindən notariusun depozit hesabı vasitəsi ilə ona, yəni Cavabdeh qızma ödənilmişdir. Həmin müqavilədə də mənzilin dəyərinin qalan 15.000 manatının isə alqı-satqı müqaviləsini rəsmiləşdirdiyi günədək ona, yəni Cavabdeha ödənilməsi barədə cavabdeh öhdəlik götürmüşdür. Hazırda həmin müqaviləsinin bağlanmasından 11 aya yaxın bir müddət keçmişdir. Hazırda cavabdeh İddiaçı mənzilin dəyərinin qalan 40.000 manat məbləğini ona ödəmək əvəzinə, cəmi 15.000 manatını ödəmək istəyir. Lakin o, aralarında mənzili 90.000 manat məbləğində razılaşdığını desə də, ona sənəddə 65.000 manat qeyd edilibdir, ona görə də o, həmin məbləğdən artıq ödəməyəcəkdir. O, cavabdehlə aralarında avans müqaviləsi bağlamaq istəsə də, notarius müqaviləni beh kimi qeyd etmişdir. Hesab edir ki, həmin beh müqaviləsi ləğv edilməlidir. Çünki cavabdehin verdiyi 50.000 manat beh ola bilməz, behin məbləği 1000 manat ola bilərdi. Odur ki, hazırki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iş üzrə iddiaçı birləşdirilmiş iş üzrə cavadeh İddiaçı (bundan sonra iddiaçı) iddia tələbini müdafiə edərək MPM-nin 53-cü maddəsinə əsasən verdiyi ərizəsi nəzərə alınmaqla təmin olunmasını, Cavabdeh isə iddiasının rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə edərək MPM-nin 53cü maddəsinə əsasən verilmiş ərizəsi nəzərə alınmaqla təmin olunmasını, Cavabdeh iddiasının rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iş üzrə cavabdeh birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh (bundan sonra cavabdeh) izahatında iddia tələbini müdafiə edərək təmin edilməsini, İddiaçı iddiasının isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərini müdafiə edərək təmin edilməsini, İddiaçı iddiasının isə rədd edilməsini xahiş etdi. Mübahisə premdeti barədə müstəqil tərəb irəli sürməyən üçüncü şəxs Lənkəran Rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi: Nümayəndə2 izahatında bildirdi ki, hazırkı mübahisə üzrə tərəflər notariat ofsinə yaxınlaşaraq beh müqaviləsi bağlamaq istədiklərini bildirmişlər və notariusun depozit hesabına ödənilməklə tərəflər arasında beh və daha sonra beh müqaviləsinə əlavə tərtib edilmişdir. Müqavilənin necə adlanması tərəflərin iradə ifadəsidir və notariusun buna müdaxilə etməyə heç bir səlahiyyəti yoxdur. Eyni zamanda tərəflər arasında alğı-satqı müqaviləsi deyil, beh müqaviləsi imzalandığından mənzilə dair forma 1 tələb edilməmişdir. Eyni zamanda müqavilə üzrə həmin mənzilin ipoteka ilə yüklü olmağı da beh müqaviləsinin imzalanmasına mane deyidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)-230/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Murad Aslanov), İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh 100.000 manat məbləğində beh müqaviləsi üzrə pul vəsaiti, 300 manat məbləğində vəkil xidməti xərci, 327 manat beh müqaviləsinin bağlanması üçün xidmət haqqı, 75 manat beh müqaviləsinə əlavə müqavilənin bağlanması üçün xidmət haqqı, 30 manat etibarnamələrin verilməsi üçün xidmət haqqı və 390.40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 101122,40 AZN (bir yüz bir min yüz iyirmi iki manat qırx qəpik) məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, Cavabdeh İddiaçı qarşı “beh müqaviləsinin və beh müqaviləsinə əlavənin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 2(049)-230/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, İddiaçı iddiasının rədd edilməsini və tərəfindən İddiaçı qarşı irəli sürülmüş iddiasının isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdehn apelyasiya icraatı zamanı izahat verərək bildirdiki, apellyasiya şikayətini müdafiə edir. Həmin vaxt əməliyyat olunduğu üçün yeriyə bilməmiş, bu səbəbdən də həmin işləri görmək üçün yaxın adamına etibarnamə vermiş, həmin adam hazırda Avropadadır. Evi tam təmirli olmaqla şəhərin mərkəzində yerləşir. Yəni evinin qiyməti 65000 manat deyil, daha çoxdur. Evdə 25000 manatlıq cehiz var. İddiaçı da ona evi içərisində əşyalarla birlikdə 90000 manata almaq istədiyini bildirdi. Həmçinin iddiaçı və onun atası daha aşağı vergi ödəmək üçün ona təklif etdilər ki, notariusda evin qiymətini 65000 manat yazdırsınlar. O da onların təklifini qəbul etmişdir. Bundan sonra o Teymur adlı şəxsə etibarnamə vermişdir. O iddiaçıya evin bankda girovda olması barədə məlumat vermişdir. İddiaçı ona 45000 manat pulunun olduğunu bildirmiş, əlavə olaraq ona bildirmişdir ki, ikinci 45000 manatı düzəldəndə gedib bankı bağlayarlar. Bundan sonra nümayəndəsilə iddiaçı notariat ofisində beh müqaviləsi bağlamışlar. Daha sonra cavabdeh ona verilən həmin pulları, yəni ümumilikdə 50000 manat pulu dövriyyəyə buraxaraq gəlir əldə etməsi üçün beh müqaviləsinin bağlanmasında iştirak edən Teymur adlı şəxsə vermiş, deməsinə görə daha sonra nümayəndə həmin pulu ona qaytarmamışdır. Cavabdehin vəkili Vəkil2 apelyasiya icraatı zamanı cavabdehlə eyni məzmunlu izahat vermişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi Nümayəndə2 müqavilə bağlanmamışdan əvvəl Cavabdeh və İddiaçı Bahadır qızına beh müqaviləsinin MM-də 492.2-ci maddəsində nəzərdə tutulmuş hüquqi nəticələri barədə məlumat verildiyini bildirmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəSinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)-230/2024 saylı, 07 mart 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3-ci maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-230/2024 saylı, 07 mart 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan 22 dekabr 2022-ci il tarixli beh müqaviləsindən müəyyən olunur ki, Cavabdeh (onun əvəzinə X7) dəyəri 65.000 manat olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 51.3 kvm olan 2 otaqlı 6 saylı mənzili İddiaçı Bahadır qızına satmaq müqabilində 45.000 manat məbləğində beh almışdır. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli 22 dekabr 2022-ci il tarixli beh müqaviləsinə əlavədən görünür ki, 22 dekabr 2022-ci il tarixli beh müqaviləsində göstərilən qalan borcunun 20.000 manat pulun 5000 manat pulu Notariusun depozit hesabı vasitəsi ilə Cavabdeh verilmiş, qalan 15.000 manat məbləğində borc pulu alğı-satqı müqaviləsinin rəsimləşdirildiyi günədək Cavabdeh Əlibaal qızına verilməsiylə bağlı İddiaçı Bahadır qızı ilə razılığa gəlmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 iyul 2019-cü il tarixli RX seriyalı ********** nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Lənkəran şəhəri, Qala Xiyabanı,ev 28 ünvanında yerləşən ümumi sahəsi 51.3 kvm olan 2 otaqlı 6 saylı mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 1 nömrəli reyestr kitabının 156 nömrəli səhifəsində müvafiq tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, İddiaçı 10 oktyabr 2023-cü il tarixdə Cavabdeh müraciət edərək beh müqavilələri üzrə öhdəliyin icra edilməsi, əgər öhdəliyi yerinə yetirməzsə ödənilmiş 50.000 manat məblğində pulu qaytarılmasını, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmiş və 11 oktyabr 2023-cü il tarixdə Cavabdeh çatdırmışdır İş materiallarından görünür ki, İddiaçı Bahadır qızı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 21 noyabr 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan 20 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, vəkil xidməti olaraq İddiaçı Bahadır qızı tərəfindən Nümayəndə1 300 (üç yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan n 20 noyabr 2023-cu il tarixli ödəniş qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı Bahadır qızı tərəfindən 390 manat məbləğində dövlət rüsumu, 0.59 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan 03 oktyabr 2023-cu il tarixli və 20 dekabr 2023-cü il tarixli Etibarnamələrdən görünür ki, İddiaçı Bahadır qızı tərəfindən X1 və Nümayəndə1 etibarnamə vermişdir. İş materiallarında olan 30 noyabr 2023-cu il tarixli ödəniş qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün Cavabdeh tərəfindən 100 manat məbləğində dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödəmişdir. İş materiallarından görünür ki, birləşdirilmiş hər iki mülki iş üzrə tərəflərin arasında yaranmış mülki hüquq münasibətinin əsasını olan 22 dekabr 2022-ci il tarixli beh müqaviləsi və 07 fevral 2023-cü il tarixli 22 dekabr 2022-ci il tarixli beh müqaviləsinə əlavə təşkil edir. Birləşdirilmiş birinci mülki iş üzrə İddiaçı Bahadır qızı Cavabdeh qarşı iddia irəli sürərək, beh müqaviləsinə görə ödənilmiş 100000 manat pulun və məhkəmə xərclərinin cavabdehdən alınaraq ona verilməsini tələb etmiş, birlişdirilmiş ikinci üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia irəli sürərək, onunla cavabdeh İddiaçı arasında bağlanmış 22 dekabr 2022-ci il tarixdə 3M-1172 reyestr nömrəsi ilə bağlanmış beh müqaviləsinin və 07 fevral 2023-cü il tarixli 22 dekabr 2022-ci il tarixdə 3M-1172 reyestr-nömrəsi ilə bağlanmış beh müqaviləsinə əlavə müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı Bahadır qızının iddiası təmin edilmiş, Cavabdeh iddiası isə rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Cavabdeh apelyasiya şikayəti vermişdir. Ona görə də kollegiya iddiaçı Cavabdeh apelyasiya şikayətinin dəlilləri həddində qətnamənin yoxlanılmasını məqsədə müvafiq hesab edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birləşdirilmiş birinci iş üzrə İddiaçı Bahadır qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olan İddiaçı iş üzrə cavabdeh Lənkəran şəhəri. Qala Xiyabaı küçəsi, ev 28, mənzil 6-da qeydiyyatda olan Cavabdeh ona məxsus olan və ünvan 1 ünvanında yerləşə ümumi sahəsi 51.3 kv.m olan 2 otaqlı, 6 saylı mənzili (çıxarış MA 000172 qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********87-05101- 09300. almaq istəmişdir və onlar həmin mənzili aralarında 65000.00 manat dəyərində qiymətləndirilmişlər. Bununla bağlı onların arasında Lənkəran rayon 1 say notariat ofisində xüsusi notariusu X3 tərəfindən 2 dekabr 2022-ci il tarixli 3M-1172 reyestr nömrəli beh müqaviləsi bağlanılmış həmin məbləğin 45.000 manatı satılan tərəfə (Cavabdeh Əliba qızına) notariusun depozit hesabı vasitəsi ilə beh olaraq ödənilmişdir. Həmin beh müqaviləsini iş üzrə cavabdeh olan Cavabdeh əvəzinə Lənkəran rayonu, Şıxəkəran kənd sakini X8 imzalamışdır. Həmin beh müqaviləsində mənzilin dəyərinin qalan 20.000 manatını isə alqı-satqı müqaviləsini rəsmiləşdirdiyi günədək Birinci tərəfə (satıla tərəfə) ödənilməsi barədə öhdəlik götürmüşdür. Bundan sonra tərəflər arasında 07 fevral 2023-cü il tarixdə 22 dekabr 2022-ci il tarixdə 3M- 1172 reyestr nömrəsi ilə bağlanmış beh müqaviləsinə əlavə müqavilə bağlanaraq həmin müqavilənin 1-ci bəndində nəzərdə tutulmuş qalan 20.000 manat ödəniş məbləğinin 5.000 manatı da iş üzrə İddiaçı Bahadıir qızı tərəfindən notariusun depozit hesabı vasitəsi ilə Cavabdeh qızma ödənilmişdir. Həmin müqavilədə də mənzilin dəyərinin qalan 15.000 manatının isə alqı-satqı müqaviləsini rəsmiləşdirdiyi günədək Cavabdeh ödənilməsi barədə öhdəlik götürülmüşdür. Hazırda beh müqaviləsinin bağlanmasından 11 aya yaxın bir müddət keçmişdir. İddiaçı mənzilin dəyərinin qalan 15.000 manatını ödəmək istəsə də, iş üzrə Cavabdeh alqı-satqı müqaviləsini bağlamaqdan imtina edir və iddiaçı tərəfdən əlavə olaraq 25.000 manat məbləğində pul tələb edir. Baxmayaraq ki, həmin mənzili tərəflər 65.000 manat dəyərində qiymətləndirmişlər və bu beh müqaviləsində də təsdiqini tapır. Bununla bağlı Cavabdeh qızma pretenziya göndərilsə də, o,beh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınır. Odur ki, hazırki. iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 53- cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq Cavabdeh 100.000 manat məbləğində pulun, 327 manat məbləğində beh müqaviləsinin bağlanması ilə bağlı ödədiyi dövlət rüsumunun, 75 manat məbləğində beh müqaviləsinə əlavənin bağlanması ilə bağlı ödədiyi dövlət rüsumunun, X1 və vəkil Nümayəndə1 verdiyim etibarnamə üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi xidmətə görə ödədiyi 300 manat məbləğində pulun və 390.40 manat məbləğində ödədiyi dövlət rüsumunun, cəmi 101122.40 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birləşdirilmiş ikinci iş üzrə Cavabdeh iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, o, özünə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51.3 kv.m olan 2 otaqlı, 6 saylı mənzili (çıxan MA 0001729, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********87 05101- 093005) satmaq istəyirmiş. Lənkəran rayonu, Kərgəlan kənd sakini İddiaçı ona məxsus mənzili almaq istədiyini bildirmişdir. O, mənzil 90.000 manat dəyərində razılaşdırılmışdır. Həmin vaxtı o xəstə olduğu üçün notariusa gedə bilmədiyi üçün notariusa onun tanışı Lənkəran rayon, Şıxəkəran kənd sakini X7 getmişdir. Həmin vaxt İddiaçı 90.000 manat pulu olmadığı üçün bildirmiş ki, mənzilin pulunun 45.000 manatını avans kimi indi versin, qalan hissəsini isə nə vaxt verər, onda mənzilin satılması barədə aralarında alqı-satqı müqaviləsi bağlayar. Lakin cavabdeh həmin vaxtı bildirmişdir ki, bəs müqavilədə 90.000 manat qeyd olunsa, vergi çox verməlidir, ona görə də razılaşmışdır ki, müqavilində məbləği 65.000 manat qeyd etsinlər. Buna görə də o, tanışı Lənkəran rayom Şıxəkəran kənd sakini X5 etibarnamə vermiş ki, əvəzində notariusa gedib, avans müqaviləsi bağlasın. Lakin Lənkəran rayon 1 saylı notariat ofisində xüsusi notariusu X3 avans müqavilə əvəzində 22 dekabr 2022-ci il tarixdə 3M-1172 reyestr nömrəli beh müqavilə bağlamış və mənzilə görə cavabdeh tərəfindən ödənilməli olan həmin məbləği 45.000 manatı ona, yəni satılan tərəfə (Cavabdehn; notariusun depozit hesabı vasitəsi ilə ödənilmişdir. Yuxarıda qeyd etdiyi həmin müqaviləni onun əvəzinə tanışı olan Lənkəran rayonu, Şıxəkəran kər sakini X7 imzalamışdır. Həmin mənzilin dəyərinin qalan 45.000 manatını isə alqı-satqı müqaviləsini rəsmiləşdirdiyi günədək ona, yəni birinci tərəfə (satılan tərəfə) ödənilməsi barədə cavabdeh öhdəlik götürmüşdür. Bundan sonra cavabdeh yenə də onun yanına gələrək bildirmiş ki, 5.000 manatda düzəldib, həmin məbləği də notarius vasitəsi ilə ona ödəsin. Onalar notariusa gedib və aralarında 07 fevral 2023-cü il tarixdə 22 dekabr 2022-ci il tarixdə 3M-1172 reyestr nömrəsi ilə bağlanmış müqaviləyə əlavə müqavilə bağlanaraq həmin müqavilənin 1-ci bəndində nəzərdə tutulmuş qalan 20.000 manat ödəniş məbləğinin 5.000 manatı da iş üzrə cavabdeh İddiaçı tərəfindən notariusun depozit hesabı vasitəsi ilə ona, yəni Cavabdeh qızma ödənilmişdir. Həmin müqavilədə də mənzilin dəyərinin qalan 15.000 manatının isə alqı-satqı müqaviləsini rəsmiləşdirdiyi günədək ona, yəni Cavabdeha ödənilməsi barədə cavabdeh öhdəlik götürmüşdür. Hazırda həmin müqaviləsinin bağlanmasından 11 aya yaxın bir müddət keçmişdir. Hazırda cavabdeh İddiaçı mənzilin dəyərinin qalan 40.000 manat məbləğini ona ödəmək əvəzinə, cəmi 15.000 manatını ödəmək istəyir. Lakin o, aralarında mənzili 90.000 manat məbləğində razılaşdığını desə də, ona sənəddə 65.000 manat qeyd edilibdir, ona görə də o, həmin məbləğdən artıq ödəməyəcəkdir. O, cavabdehlə aralarında avans müqaviləsi bağlamaq istəsə də, notarius müqaviləni beh kimi qeyd etmişdir. Hesab edir ki, həmin beh müqaviləsi ləğv edilməlidir. Çünki cavabdehin verdiyi 50.000 manat beh ola bilməz, behin məbləği 1000 manat ola bilərdi. Odur ki, hazırki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edərək Cavabdeh 100.000 manat məbləğində beh müqaviləsi üzrə pul vəsaiti, 300 manat məbləğində vəkil xidməti xərci, 327 manat beh müqaviləsinin bağlanması üçün xidmət haqqı, 75 manat beh müqaviləsinə əlavə müqavilənin bağlanması üçün xidmət haqqı, 30 manat etibarnamələrin verilməsi üçün xidmət haqqı və 390.40 manat məbləğində dövlət rüsumu olmaqlqa, cəmi 101.122,40 AZN (bir yüz bir min yüz iyirmi iki manat qırx qəpik) məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi qənaətinə gəlmiş, birləşdirilmiş ikinci iş üzrə Cavabdeh İddiaçı qarşı “beh müqaviləsinin və beh müqaviləsinə əlavənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 2(049)-230/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, İddiaçı iddiasının rədd edilməsini və tərəfindən İddiaçı qarşı irəli sürülmüş iddiasının isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; MM-nin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; MM-nin 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-nin 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-nin 423.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. MM-nin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; MM-nin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-nin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; MM-nin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; MM-nin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. MM-nin 491.2-ci maddəsinə əsasən Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. MM-nin 491.3-cü maddəsinə əsasən Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. MM-nin 492.1-ci maddəsinə əsasən Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. MM-nin 492.2-ci maddəsinə əsasən Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. 3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarında olan 22 dekabr 2022-ci il tarixli beh müqaviləsindən müəyyən olunur ki, Cavabdeh (onun əvəzinə X7) dəyəri 65000.0 manat olan Lənkəran şəhəri Qala Xiyabanı,ev 28 ünvanında yerləşən ümumi sahəsi 51.3 kvm olan 2 otaqlı 6 saylı mənzili İddiaçı Bahadır qızına satmaq müqabilində (X7) oğlundan 45000.0 manat məbləğində beh almışdır. 07 fevral 2023cü il tarixdə 22 dekabr 2022-ci il tarixli beh müqaviləsində göstərilən qalan borcunun 20000 manat pulun 5000 manat pulu Notariusun depozit hesabı vasitəsi ilə şəxsən Cavabdeh Əlibal qızına verilmiş, qalan 15000 manat məbləğində borc pulu alqı- satqı müqaviləsinin rəsimləşdirildiyi günədək Cavabdeh verilməsi ilə bağlı İddiaçı Bahadır qızı ilə razılığa gəlmişlər. Cavabdeh apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlilləri üzrə verdiyi izahatında, müqavilə bağlanarkən səhhəti ilə əlaqədar həmin müqavilələrin özünün deyil tanışı vasitəsi ilə bağlandığını, daha sonra müqavilənin əvəzində aldığı 45000 və 5000 manat pulları həmin tanışı vasitəsi ilə dövriyyəyə buraxdığını, daha sonra isə alğı-satqının baş tutmamasının səbəbinin qarşı tərəfin evin qiyməti kimi müqavilədə göstərilən 65000 manatı ödəmək istəməsini, lakin evin qiymətinin 90000 manat danışıldığını, vergidən yayınmaq üçün həmin müqavilədə evin qiymətinin 65000 manat göstərildiyini bildirmişdir. Kollegiya ilk əvvəl qeyd edir ki, tərəflər arasında Lənkəran şəhəri. Qala Xiyabanı küçəsi, ev 28, mənzil 6-nın alğı-satqısı ilə bağlı imzalanmış 22 dekabr 2022-ci il tarixli 3M-1172 reyestr nömrəli beh müqaviləsi və 07 fevral 2023-cü il tarixli 22 dekabr 2022-ci il tarixli 3M-1172 reyestr-nömrəli beh müqaviləsinə əlavə müqavilələr ilkin olaraq onlar arasında belə bir razılaşma olduğunu təsdiq edir. Cavabdeh müqavilənin beh müqaviləsi olduğunu bilmədiyini iddia etsə də, o öz izahatında həmin müqavilənin nümayəndəsi vasitəsi ilə bağlandığını, həmçinin beh müqaviləsi nəticəsində alınmış ümumilikdə 50000 manat pulun ona çatdığını, daha sonra da o həmin nümayəndəsi vasitəsi ilə aldığı pulu daha da artırmaq məqsədi ilə dövriyyəyə buraxdığını bildirmişdir. Həmçinin üçüncü şəxs qismində dindirilmiş Lənkəran Rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi Nümayəndə2 həm birinci instansiya məhkəməsində, həm də apelyasiya instansiyası məhkəməsində verdiyi izahatında tərəflərin notariat ofisinə yaxınlaşaraq beh müqaviləsi bağlamaq istədiklərini bildirdiklərini, notariusun depozit hesabına ödənilməklə tərəflər arasında beh və daha sonra beh müqaviləsinə əlavə tərtib edildiyini, müqavilə bağlanarkən tərəflərə MM-nin 492.2-ci maddəsinin tələbinə uyğun olaraq - əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, onun, digər tərəfə behin iki mislini ödəməsi müddəasının izah edildiyini bildirmişdir. Göründüyü kimi hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibəti mövcud olmuş, İddiaçı Bahadır qızı Cavabdeh aralarında bağlanmış beh müqaviləsinə uyğun olaraq, daşınmaz əmlakın alğı-satqısına görə ümumilikdə 50000 manat məbləğində pul vəsaitini beh qismində ödəmiş, evin dəyəri həmin müqavilə ilə 65000 manat müəyyən edilmiş, Cavabdeh MM-nin 492.2-ci maddəsinin riskləri barədə xəbərdar edilmiş, daha sonra Cavabdeh beh müqaviləsini görə pul vəsaitini əldə etdikdən sonra evin alğı-satqısından dolayı yollarla (yəni evin qiyməti guya 90000 manata razılaşılmış, lakin İddiaçı Bahadır qızı tərəfindən həmin məbləğ deyil vergidən yayınmaq üçün beh müqaviləsindən yazılmış 65000 manat ödəniləcəyi bildirilmişdir) yayınmış, nəticədə öhdəliyin icrası baş tutmamışdır. Birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh MPM-nin 77-ci maddəsinin (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) tələbinə uyğun olaraq öhdəlik üzrə öz üzərinə düşən vəzifəsinin icrasından yayınmaq əsası kimi istinad halı sübut etməyə borcludur. Belə ki o, evin qiyməti ilə bağlı hala istinad edərək evin alğı-satqısının baş tutmadığını bildirsə də, bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmiş, yalnız mülahizələrdən ibarət fikilər səsləndirmişdir. Halbuki tərəflər arasında bağlanmış beh müqaviləsində evin qiyməti 65000 manat göstərilmişdir. Bu hal artıq sübutetmə yükünün İddiaçı Bahadır qızına deyil Cavabdeh aid olduğunu təsdiq etsə də, Cavabdeh bu halın əksini təsdiq edəcək sübutları təqdim edə bilməmişdir. Bu hal isə özü-özlüyündə öhdəlik üzrə yaranmış hüquq münasibətinin 1 tərəfli qaydada, yəni Cavabdeh tərəfindən pozulduğunu və buna görə də alğı-satqının baş tutmadığını təsdiq edir. Göründüyü kimi, tərəflər arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı beh müqavilələri bağlanmışdır. Eyni zamanda, müqavilənin icra edilməsi üçün beh alan məsuliyyət daşıyarsa, o beh verənə behin iki mislini ödəmək barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh müxtəlif bəhanələrlə həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, aldığı behin iki mislini, yəni 100.000 manatı (50.000x2) iddiaçıya qaytarmalıdır. Məhkəmə kollegiyası Cavabdeh 22 dekabr 2022-ci il tarixli beh müqaviləsində və 07 fevral 2023-cü il tarixli beh müqaviləsinə əlavələrin İddiaçı tərəfindən icra edilməməsi əsasına görə ləğv edilməsi barədə iddiasına münasibət bildirərək qeyd edir ki, qeyd olunan müqavilələrin məhz İddiaçı hərəkətləri nəticəsində pozulması və icra edilməməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh müqavilə üzrə qiyməti 90.000 manata razılaşdıqlarını bildirsə də, bu halı təsdiq edə biləcək məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə elə yuxarıda qeyd olunan beh müqaviləsindən də aydın görünür ki, tərəflər arasında razılaşma məbləği məhz 65.000 manat olmuşdur. Eyni zamanda kollegiya, Cavabdeh “50.000 manat məbləğində beh ola bilməzdi, bu avans olmalı idi” fikirinə münasibətdə qeyd edir ki, qanunvericilikdə behin miqdarının nə qədər olmasına dair tələb və ya qadağa yoxdur. Məhkəmə, MM-nin 491.3-cü maddəsininin tələbləri baxımından qeyd edir ki, hazırda tərəflər arasında bağlanmış müqavilənin beh müqaviləsi olması hər hansı şübhə doğurmur. Belə ki, tərəflər arasında ilk müqavilə 22 dekabr 2022-ci il tarixdə beh müqaviləsi altında bağlanmış və bundan təxminən bir ay yarımdan sonra yenidən müqavilə bağlanmış və tərəflər bu yeni müqaviləni əvvəl bağlanmış beh müqaviləsinə əlavə kimi rəsmiləşdirmişlər. Məhz bu baxımdan, yəni tərəflər arasında bir dəfə deyil, iki dəfə müqavilə bağlanması, müqavilələr arası müddətin kifayət qədər uzun müddətdə olması, eləcə də beh müqaviləsinin daşınmaz əmlakla bağlı olduğu üçün notariat qaydasında bağlanmaqla MM-nin 491.2-ci maddəsinə riayət edilməsi məhkəməyə Cavabdeh iddiasını əsassız hesab etməyə əsas verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İddiaçı qarşı “beh müqaviləsinin və beh müqaviləsinə əlavənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir” mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)-230/2024 saylı, 07 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,;

QƏT ETDİ: Birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-230/2024 saylı, 07 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar