Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-953/2025 24.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Əsədov (sədrlik edən və məruzəçi), X10 və X9 ibarət tərkibdə, katib X11, iddiaçının nümayəndəsi X4, Cavabdeh2 iştirakı ilə, iddiaçı “X14” Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair ilk və iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdeh “X14”ASC-yə qarşı əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə Neftçala Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı “X14” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: “X14” ASC ilə X3 arasında bağlanmış 527sSLY/17 saylı, xx.xx.2017-ci il tarixli saylı kredit müqaviləsinə əsasən borcalana 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə 15.000 manat məbləğədək kredit verilmişdir. X3 02 avqust 2022-ci il tarixdə vəfat etmişdir. “X14” ASC borcalanın vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçı “X14” ASC-nin xeyrinə 1153,87 manat məbləğində əsas borcun və ödənilmiş 31,94 manat dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. “X14” ASC tələbini onunla əsaslandırmışdır ki, X3 ilə xx.xx.2017-ci il tarixli saylı kredit müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə 15.000 manat məbləğədək krediti, kredit prosedurlarına görə 5% (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqqı tutmaqla cavabdehə verməyi öhdəsinə götürmüşdür. Borcalan 02 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Neftçala rayon Notariat ofisinin məlumatına görə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mərhumun vərəsəsi olduğu müəyyən edilmişdir. Lakin cavabdehlər Azərbaycan Respublikası MM-nin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. İddiaçı bu barədə məlumatı özü əldə etmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Bundan başqa, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 22 oktyabr 2024-cü il tarixdə məhkəməyə «Əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması» ilə bağlı qarşılıqlı iddia ərizəsi göndərərək iddiaçının tələbinin rədd edilməsini, X1 adına açılmış kredit hesabları üzrə onun ölümündən sonra ödənilmiş 1966.4 (min doqquz yüz altmış altı manat, qırx qəpik) manat pul vəsaitindən cavabdehin əsassız varlandığı 1088.79 (min səksən səkkiz manat, yetmiş doqquz qəpik) manat həcmində olan hissənin, eyni zamanda qarşılıqlı iddia ərizəsinin verilməsi üçün onların tərəfindən ödənilən dövlət rüsumuna ekvivalent məbləğin “X14” ASC-dən tutulması və onların xeyirlərinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar ilkin iddianı qəbul etməyərək öz tələblərini onunla əsaslandırmışlar ki, X13 ilə "xxxx" KB ASC arasında xx.xx.2021-ci il tarixli, 527sSLY/17 saylı kredit müqaviləsi bağlanılmış, müqavilənin qüvvədə olduğu vaxt, xx.xx.2022-ci il tarixdə borclu vəfat etmişdir. Həmin tarixdən etibarən ölən şəxsin adına miras açılmış və ondan aktiv miras payı olaraq qalan, iş yerindən xəstəlik vərəqəsinə görə ödəniləcək 877.61 (səkkiz yüz yetmiş yeddi manat altmış bir qəpik) manat pul vəsaiti miras qoyanın arvadı və 2 (iki) oğul övladı ilə birlikdə hər birinə 1/3 hissə olmaqla tərəflərindən qəbul edilmişdir. Mərhumun başqa miras aktivi olmamışdır. Mərhum borclunun qəbul edilmiş miras aktivinin həcmindən daha artıq olan öhdəlikləri onun vərəsələrinin mülki məsuliyyətini ifadə edə bilməz və bu səbəbdən qalıq kredit borcunun icrası borclu həyatda olmadığından mümkün deyil. Lakin qarşılıqlı iddia üzrə cavabdeh təşkilat X1 adına açılmış kredit hesabları üzrə onun ölümündən sonra vərəsələr tərəfindən ödənilmiş 1966.4 (min doqquz yüz altmış altı manat, 40 qəpik) manat pul vəsaitindən 1088.79 (min səksən səkkiz manat, yetmiş doqquz qəpik) manat həcmində əsassız varlanmışdır. Ona görə qarşılıqlı iddia təmin edilməklə iş üzrə ilkin iddiaçının tələbi rədd edilməli, X1 adına açılmış kredit hesabları üzrə onun ölümündən sonra ödənilmiş 1966.4 (min doqquz yüz altmış altı manat, 40 qəpik) manat pul vəsaitindən cavabdehin əsassız varlandığı 1088.79 (min səksən səkkiz manat, yetmiş doqquz qəpik) manat həcmində hissə, eyni zamanda qarşılıqlı iddia ərizəsinin verilməsi üçün tərəflərindən ödənilən dövlət rüsumuna ekvivalent məbləğ “X14” ASC-dən tutulmalı və xeyrlərinə ödənilməlidir. Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki işə tərəflərin iştirakı ilə şifahi məhkəmə icraatı qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsində ilk iddia üzrə iddiaçının nümayəndəsi X5 məhkəməyə təqdim etdiyi etirazında qarşılıqlı iddia ərizəsinə münasibət bildirmiş, qeyd etmişdir ki, əvvəla ilkin iddia üzrə cavabdehlər iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 "xxxx" KB ASC-yə qarşı qarşılıqlı iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Belə ki, qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş bank qəbzində göstərilən ödənişin və şəkillərdə əks olunan məlumatlardakı məbləğlərin (həmin məbləğlərin ödəniş olduğunun təsdiqlənməməsi bir tərəfə) ödəniş kimi qəbul olunması halında həmin ödənişlərin məhz onlar tərəfindən edilməsi təqdim edilən sənədlərlə öz təsdiqini tapmır. İddiaçıların mərhumun ailə üzvləri olması heç də həmin ödənişlərin məhz onlar tərəfindən edilməsi anlamına gəlmir. Qeyd edilən ödənişlər ehtimal olunan faktiki ödəyici (adətən kredit bir şəxsin adına rəsmləşdirilsə də, faktiki ödəyici başqa şəxs olur) bacı, qardaş, digər yaxın qohumlar və s. şəxslər tərəfindən də edilməsi istisna olunmur. Bu səbəbdən hesab edirlər ki, qarşılıqlı iddia üzrə iddiaçılar qeyd edilən ödənişlərin məhz onlar tərəfindən edildiyini təsdiq edən sənədlər təqdim edə bilmədikləri üçün onların hazırkı iş üzrə iddia qaldırmaq hüquqları yoxdur. Ödənişin onlar tərəfindən aparıldığı barədə sübut təqdim edə bilməyən şəxslər həmin ödənişlər üzrə artıq ödənilmiş vəsaiti əsassız varlanma kimi qiymətləndirib necə tələb edə bilərlər? Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M. Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ. Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Ona görə də, qarşılıqlı iddia bu səbəbdən rədd edilməlidir. Bundan başqa, mərhum X3 vəfat etdikdən (xx.xx.2022-ci il tarixdən) sonra onun "xxxx" KB ASC-yə həm xx.xx.2021-ci il tarixli, 7797sSLY/21 saylı, həm də xx.xx.2021-ci il tarixli, 527sSLY/17 saylı kredit müqavilələri üzrə borcu qalmışdır. Əgər qarşılıqlı iddia ərizəsinə əlavə olunaraq məhkəməyə təqdim edilən bank qəbzində göstərilən ödənişlə yanaşı digər şəkillərdə əks olunan məlumatlardakı məbləğləri də (hər iki kredit müqaviləsi üzrə birlikdə) ödəniş kimi nəzərə alsaq (halbuki, əks olunan məlumatlardakı məbləğlərin ödənildiyini şəkillərdən müəyyən etmək olmur) həmin ödənişləri aşağıdakı kimi qruplaşdırmaq olar: a) Mərhum X3 vəfat etdiyi tarixdən (xx.xx.2022-ci il tarixindən) onun vərəsələrinə vərəsəlik haqqında şəhadətnamə verilən tarixədək (xx.xx.2023-cü il tarixinədək) aparıla ödənişlər: xx.xx.2022 - 1060.04 manat (7797sSLY/21 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022 - 93 manat (hansı kreditə ödənildiyi belə məlum deyil), xx.xx.2022 - 90 manat (hansı kreditə ödənildiyi belə məlum deyil), xx.xx.2022 - 91 manat (hansı kreditə ödənildiyi belə məlum deyil), xx.xx.2022 - 91 manat (hansı kreditə ödənildiyi belə məlum deyil) və xx.xx.2023 - 91 manat (hansı kreditə ödənildiyi belə məlum deyil) cəmi - 1516.04 manat. b) Vərəsəlik haqqında şəhadətnamə verildikdən (xx.xx.2023-cü il tarixindən) sonra aparılan ödənişlər: xx.xx.2023 - 90 manat (527SSLY/17 saylı kredit müqaviləsi üzrə), xx.xx.2023 - 90 manat (527SSLY/17 saylı kredit müqaviləsi üzrə), xx.xx.2023 - 90 manat (527SSLY/17 saylı kredit müqaviləsi üzrə) xx.xx.2023 - 90 manat (527SSLY/17 saylı kredit müqaviləsi üzrə) və xx.xx.2023 - 90 manat (527SSLY/17 saylı kredit müqaviləsi üzrə) cəmi - 450 manat. Qarşılıqlı iddia üzrə iddiaçıların qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək (xx.xx.2023 tarixi) aparılmış ödənişləri tələb etmək hüququ ümumiyyətlə yoxdur. Birincisi ona görə ki, həmin ödənişlərin onlar tərəfindən aparılması heç bir sübutla təsdiqlənmir, ikincisi isə onlar yalnız vərəsəlik şəhadətnaməsi aldıqdan sonra vərəsə kimi ödəniş etməyə başlaya bilərdilər. Ondan əvvəl aparılmış ödənişlər isə 3-cü şəxs tərəfindən aparılmış ödəniş kimi qəbul olunmuş və kim tərəfindən ödənilməsi isə müəyyən olunmur. Çünki iddiaçılar vərəsə statusunu məhz bu barədə müvafiq Şəhadətnamə aldıqdan sonra əldə etmişlər. Onadək isə onların bu statusları olmadığı üçün, hər hansı ödəniş etdiklərini sübut edə biləcəkləri halda belə, onların etməli olduqları ödənişin miras əmlakın həcmi ilə məhdudlaşmasına istinad edə bilməzlər. Ən yaxşı halda, rəsmi olaraq vərəsə olduqları tarixdən sonrakı ödənişlərinin (məsuliyyətlərinin) miras əmlakın dəyəri ilə məhdudlaşdırılmasına istinad edə bilərlər. Azərbaycan Respublikası MM-nin 431.1-ci maddəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Məsələyə qarşılıqlı iddianın mahiyyətindən (əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması kimi) yanaşılsa və bank qəbzində göstərilən ödənişlə yanaşı digər şəkillərdə əks olunan məlumatlardakı məbləğləri də onlar tərəfindən aparılmış ödəniş kimi nəzərə alınsa (halbuki qarşılıqlı iddia üzrə iddiaçıların bu barədə iddia qaldırmağa subyektiv hüquqlarının olmadığını hesab edirlər, kredit müqavilələri üzrə onlar tərəfindən ödəniş aparılmasına dair sübut isə mövcud deyil) qarşılıqlı iddia üzrə iddiaçılar xx.xx.2022-ci il tarixdə aparılan 1060.04 manat ödənişi, xx.xx.2022-ci il tarixdə aparılan 93 manat ödənişi və xx.xx.2022-ci il tarixdə aparılan 90 manat ödənişi, cəmi 1243.04 manatı tələb edə bilməzlər. Çünki, Azərbaycan Respublikası MM-nin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qeyd olunan ödənişlərin sonuncusu xx.xx.2022-ci il tarixdə aparılsa da qarşılıqlı iddiaçılar qarşılqılı iddia ərizəsi ilə məhkəməyə həmin ödənişlərin aparılmasından 2 ildən artıq müddət keçdikdən sonra müraciət etmişlər (qarşılıqlı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur). Məsələyə digər bir tərəfdən də yanaşanda və nəzərə alınsa ki, Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar və mərhum X3nun vərəsələri- Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə xx.xx.2023-cü il tarixdə verilmişdir, həmin şəxslərin vərəsə kimi miras qoyanın öhdəlikləri üçün məsuliyyəti xx.xx.2023-cü il tarixindən başlanır. O halda həmin tarixdən sonra aparılmış 450 manat ödənişi vərəsələr tərəfindən aparılmış ödəniş kimi, miras əmlakının həcminin isə 877.61 manat məbləğində pul vəsaiti olduğunu nəzərə alıb cavabdehlərin ilkin iddia üzrə 427.61 manat (877.61 – 450 = 427.61) borcu qaldığını müəyyən etmək olar. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçıların bu iddianı qaldırması üçün subyektiv hüquqları yoxdur. Ən yaxşı halda, subyektiv hüquqlarının olduğunu sübut edə biləcəkləri halda, onlar tərəfindən ödənildiyini iddia etdikləri 1966 manat vəsaitdən 1243,04 manat həcmində edilmiş ödənişlər üzrə əsassız varlanma üzrə 2 illik tələbetmə müddəti ötürülmüşdür. İddiaçıların vərəsə statusu alınanadək edilmiş ödənişlər (1516 manat) üzrə vərəsəlik hüquq münasibətlərinə istinad edərək (MM - 1306.1-ci maddəyə) məsuliyyətlərini məhdudlaşdırmaq barədə istinadları əsassızdır. Vərəsə statusu alındıqdan sonra cəmi 450 manat ödəniş edilmişdir. Miras əmlakın dəyəri isə 877,61 manatdır. Bankın tələbi 1153,87 manatdır. Etirazında qeyd olunanlardan da göründüyü kimi qarşılıqlı iddia üzrə iddia tələbi bir çox tərəfdən əsaslı və qanuni deyildir. Ona görə də təmin olunmamalıdır. Ona görə ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birini instansiya məhkəməsində ilk iddia üzrə Cavabdeh2 izahatında göstərmişdir ki, “X14” ASC-nin ərizəsində göstərdiyi dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Belə ki, qanunverici mirasın aktivləri ilə yanaşı, passivlərinin də qəbul edilməsi faktını vərəsəlik şəhadətnaməsinin alınması tarixi ilə yox, mirasın faktiki qəbul edilməsi tarixi ilə şərtləndirmişdir. Qarşı tərəfin bunun əksini ifadə edən mövqeyi onun əsası olmayan mülahizələrindən ibarətdir. Əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması tələbi ilə bağlı kəsici müddətin ötürülməsi barədə qarşı tərəfin dəlillərinə etiraz edərək bildirir ki, istinad olunan tələb üzrə müəyyən olunan kəsici müddət 2 ildir. Bu müddətin axımı isə hüququ pozulan şəxsin bunu bildiyi vaxtdan hesablanır. Hesab edir ki, həmin müddət sonuncu ödənişin edildiyi və ödənişlərin dayandırılması barədə tərəflərindən “X14” ASC-yə yazılı məlumatın verildiyi tarixdən hesablanmalıdır. Bundan əlavə, ASC-nin tələbi kredit münasibətləri ilə bağlı yox, vərəsəlik münasibətləri ilə bağlıdır. İlk iddiaçı kredit müqaviləsinin tərəfinə qarşı deyil, onun vərəsələrinə qarşı iddia qaldırmışdır. Eyni zamanda tərəflərindən edilən ödənişlər müxtəlif hesablara mədaxil olunsa da, iddia olunan əsassız varlanma faktı yalnız bir tərəfə münasibətdə istinad olunur. “X14” ASC tərəfindən təqdim edilmiş etirazın dəlillərinin əsassız hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində digər cavabdehlər- Cavabdeh1 və Cavabdeh3 İmaməli qızı iştirak etmədiyindən iddiaya dair mövqeləri bəlli olmamışdır. Neftçala Rayon Məhkəməsinin (hakim S.Quliyev) 10 mart 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı «X14» ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair ilk iddiası rədd olunmuş, iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 31,94 (otuz bir manat doxsan dörd qəpik) manat və 0,40 (qırx) qəpik xidmət haqqı «X14» ASC-nin özünə aid edilmiş, qarşılıqlı iddia təmin edilmiş, cavabdeh «X14» ASC-dən X1 adına açılmış kredit hesabları üzrə onun ölümündən sonra ödənilmiş 1966,4 (min doqquz yüz altmış altı manat, qırx qəpik) manat pul vəsaitindən 1088,79 (min səksən səkkiz manat, yetmiş doqquz qəpik) manat həcmində olan hissəsinin tutularaq iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xeyrinə ödənilməsi, qarşılıqlı iddia tələbi üzrə dövlət rüsumu kimi ödənilmiş 32 (otuz iki) manat məbləğində pul vəsaitinin cavabdeh «X14» ASC-dən iddiaçı Cavabdeh3 xeyrinə tutulması qət edilmişdir. Qətnamədən ilk iddia üzrə iddiaçı «X14» ASC apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İlk iddia üzrə iddiaçı «X14» ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə, "xxxx" KB ASC-nin kredit müqaviləsi üzrə borcun borcalanın vərəsələrindən tutulması tələbinə dair iddiasının təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 16.40 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iddia tələbini rədd, qarşılıqlı iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəxsiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Şikayətə görə, ilk iddia üzrə cavabdehlərin ilkin iddia üzrə iddiaçı, "xxxx" KB ASC-yə qarşı qarşılıqlı iddia qaldırmaq üçün subyektiv hüquqları olub-olmaması araşdırılmamışdır. Belə ki, qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş bank qəbzində göstərilən ödənişin və şəkillərdə əks olunan məlumatlardakı məbləğlərin ödəniş kimi qəbul olunması halında həmin ödənişlərin məhz cavabdehlər tərəfindən edilməsi sübut olunmamışdır. Bu səbəbdən də cavabdehlər qeyd edilən ödənişlərin məhz onlar tərəfindən edildiyini təsdiq edən sənədlər təqdim edə bilmədikləri üçün onların hazırkı iş üzrə iddia qaldırmaq hüquqları yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Məhkəmə ilkin iddia üzrə cavabdehlərin əsassız varlanma obyektini qaytarmaq üçün məhkəməyə müraciət etmək hüququ üzrə müddətin keçdiyini nəzərə almamışdır. Digər tərəfdən isə qarşılıqlı iddia üzrə iddiaçıların Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilənədək (xx.xx.2023 tarixi) aparılmış ödənişləri tələb etmək hüququ ümumiyyətlə yoxdur. Birincisi ona görə ki, həmin ödənişlərin onlar tərəfindən aparılması heç bir sübutla təsdiqlənmir, ikincisi isə onlar yalnız vərəsəlik şəhadətnaməsi aldıqdan sonra vərəsə kimi ödəniş etməyə başlaya bilərdilər. Ondan əvvəl aparılmış ödənişlər isə 3-cü şəxs tərəfindən aparılmış ödəniş kimi qəbul olunmalıdır və həmçinin həmin ödənişlərin kim tərəfindən ödənilməsi isə müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar və mərhum X3nun vərəsələri– Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə xx.xx.2023-cü il tarixdə verilmişdir, həmin şəxslərin vərəsə kimi miras qoyanın öhdəlikləri üçün məsuliyyəti xx.xx.2023-cü il tarixindən başlanır. O halda həmin tarixdən sonra aparılmış 450 manat ödənişi vərəsələr tərəfindən aparılmış ödəniş kimi, miras əmlakının həcminin isə 877.61 manat məbləğində pul vəsaiti olduğunu nəzərə alıb cavabdehlərin ilkin iddia üzrə 427.61 manat (877.61-450 = 427.61) borcu qaldığını müəyyən etmək olar. İzahatlar Prosessual məsələlər: Apellyasiya baxışında ilk iddia üzrə iddiaçı “X14” ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, 3 əsas məsələ nəzərdə tutulmuşdur. İ məsələ vərəsə kimi çıxarış aldıqdan sonra olan ödənişlər, İİ məsələ isə geri qaytarma ilə əlaqədardır ki, burdada müddət ötmüşdür. İİİ məsələ bank ödəmələrində sənədin üzərində kim tərəfindən ödənilməsi barədə məlumat yoxdur. Belə görünür ki, bu ödənişlər 3-cü şəxslər tərəfindən olmuşdur. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, onlara atalarından heç bir əmlak qalmayıb, həyətyanı torpaq sahəsi və ev ataları tərəfindən alınsa da, həmin evə dair heç bir sənəd yoxdur. Torpaq sahəsi 12 sotdan ibarətdir. Torpaq sahəsinə dair ödənişi bələdiyyəyə edir. Atasının aldığı evdə anadan olandan yaşayır. Digər cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə Kollegiyası işə, işdə iştirak etməyən cavabdehlərin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin halları “X14” ASC ilə X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli saylı kredit müqaviləsinə əsasən borcalana 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə 15.000 manat məbləğədək kredit verilmişdir. "xxxx" KB ASC tərəfindən təqdim olunmuş 20 avqust 2024-cü il tarixli maliyyə arayışına görə, X8 527sSLY/17 nömrəli kredit müqaviləsi üzrə 20 avqust 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 1153,87 manat məbləğində əsas borcu, 0 manat məbləğində faiz borcu, 0 manat məbləğində cərimə borcu, ümumilikdə 1153,87 manat məbləğində borcu vardır. X3 02 avqust 2022-ci il tarixdə vəfat etmişdir. “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2023-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, 02 avqust 2022-ci il tarixdə vəfat etmiş – X8 vərəsələri Neftçala şəhəri ünvanında qeydiyyatda olan Cavabdeh3, Neftçala şəhəri, məhəllə 6 ünvanında qeydiyyatda olan Cavabdeh1 və ünvan 2iyyatda olan Cavabdeh2 və onlardan hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak “X6 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının verdiyi 03-1/275 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən X1 xəstəlik vərəqəsinə görə ödəniləcək 877,61 manat pul vəsaitindən ibarətdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 bank tərəfindən mərhum X13 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1153,87 manat ödənilməmiş borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. “X14” ASC borcalanın vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulmasına dair ilk iddia vermiş, eyni zamanda Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması barədə qarşılıqlı iddia ilə müraciət etmişlır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca ya icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1254. Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1cimaddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarında qeyd olunmuş hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk iddia üzrə “X14” ASC borcalanın vərəsələrindən kredit borcunun tutulmasını tələb etmişdir. X1 borc müqaviləsi üzrə 1153,87 manat borcunun məbləği cavabdehlər tərəfindən mübahisələndirilmir. Kollegiya hesab edir ki, ilkin iddia üzrə iddiaçının tələbi keçərlidir. Belə ki, Qanunun tələbinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (Mülki Məcəllə maddə 1306.1). Cavabdehlər etirazında özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduğunu etiraf etmişlər. Lakin cavabdehlər miras əmlakın cəmi 877,61 manatdan çox olmadığını qeyd etməklə, həmin həddə məsuliyyət daşıdıqlarını bildirmişlər. Kollegiya cavabdehlərin mövqeyini əsassız sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM- maddə 81). Qanunun tələbinə görə, miras qoyanın borclarının mirasdan çox olduğunu sübuta yetirmək vərəsinin üzrəindədir. Bu zaman mirasın notarius tərəfindən siyahıya alındığı hal istisnalıq təşkil edir. Cavabdehlər aktiv miras əmlakın cəmi 877,61 manat təşkil etdiyini bildirmişlər. Cavabdehlər birinci instansiya məhkəməsində atadan qalan həyətyanı sahə və digər torpaq sahəsi, yaşayış evi, digər daşınar və daşınmaz əmlak barədə hər hansı izahat verməmişlər. Müəyyən edilmişdir ki, borcalanın ölümündən sonra miras əmlakın notarius tərəfindən siyahıya alınması baş verməmişdir. Belə halda mirasın az olduğunu sübuta yetirmək cavabdehlərin üzərindədir. Cavabdehlər isə bu halı sübuta yetirə bilməmişlər. X2 (miras qoyanın) miras kütləsinə daxil olan başqa əmlakının olub-olmaması barədə birinci instansiya məhkəməsinə sübut təqdim edilməmişdir. Lakin Cavabdeh2 izahatında ataları tərəfindən həyətyanı torpaq sahəsinin və evin olduğunu, özünün həmin evdə dünyaya gəldiyini bildirmişdir. Cavabdehlər atalarından qalmış mirasın onun banka olan borcundan az olduğunu sübuta yetirə bilməmişlər. Birinci instansiya məhkəməsi isə bu hallara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, ilk iddianın təmin edildiyi hissədə qətnamə ləğv edilməli və ilk iddia təmin edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçılar tələbini onunla əsaslandırmışlar ki, miras açıldıqdan sonra atadan aktiv miras payı olaraq qalan, iş yerindən xəstəlik vərəqəsinə görə ödəniləcək 877.61 manat pul vəsaiti miras qoyanın arvadı və 2 (iki) oğul övladı ilə birlikdə hər birinə 1/3 hissə olmaqla vərəsələr tərəfindən qəbul edilmişdir. Cavabdehlər bu səbəbdən həm də atalarının (borclunun) ölümündən sonra ödənilmiş məbləği əsassız varlanma kimi geri tələb etmişlər. Kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Bu hissədə də məhkəmə iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Əvvələ, ilk iddianın təmin edilməsi əsaslarından çıxış edərək qeyd olunmalıdır ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Götürülən kredit borcu ailə ehtiyaclarından başqa, digər məqsədlər üçün alınması müəyyən edilmir. Digər tərəfdən, vərəsələr Qanunun tələbinə görə, yuxarıda göstərilən səbəbdən birgə məsuliyyət daşıyırlar. Qarşılıqlı iddiaçılar həm də cavabdehlər Bankın əsassız varlandığına istinad etmişlər. Belə ki, borc alanın ölümündən sonra Banka müvafiq ödənişlər edilmişdir. Bu baxımdan, iddiaya görə, əsassız varlanmış şəxs olaraq Bank əldə etdiklərini onlara qaytarmalıdır. Qeyd edilməlidir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edənlə qanuni razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərəçəkəndən tutulur və i.a. Əsassız varlanma: zərərçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın, borcun təkrar və ya artıq ödənilməsi, artıq malın, pulun verilməsi və s.), əldə edənin hərəkətləri (səhvən artıq məbləğin əldə edilməsi), üçüncü şəxslərin hərəkətləri (göndərilən borcu səhvən başqasına vermək, artıq ödəniş etmək və s.) yollarla baş verə bilər. İşin hallarından görünür ki, əsassız varlanma ilə bağlı dispozitiv şərtlərin ödənilməsi müəyyən edilmir. Sözügedən borcun ödənilməsi üzrə qanuni əsaslar olmuşdur. Borclu, ödəniş cədvəlinə uyğun olaraq borcun ödənilməsini öhdəsinə götürmüş, onun əvəzinə borcu digər şəxslər, o cümlədən ölənin vərəsələri ödəmişlər. Bu zaman, nəzəri cəhətdən borcu ödəmiş şəxslər zərəçəkmiş olsalar belə, bank qarşısında deyil, borclu şəxs qarşısında (borclu öldüyü halda mirası qəbul etmiş digər şəxslər qarşısında) zərərçəkmiş ola bilərlər. Eyni zamanda, borc müqaviləsinə uyğun, borc məbləği həddində borc ödənişlərini qəbul etmiş Bank əsassız zənginləşən olmamışdır. Bunlardan başqa, miras qoyanın borclarını vərəsələrin hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduğu Qanunun tələbidir. Bu isə o deməkdir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Birinci instansiya məhkəməsi əsassız olaraq qarşılıqlı iddianı təmin etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, ilkin iddia qanuni və əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia əsassız hesab edilərək rədd edilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilk iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada “X14” ASC-nin xeyrinə 1153,87 (min yüz əlli üç tam, yüzdə 87) manat tutulmalı, qarşılıqlı iddia təmin edilməməlidir. İddia və apellyasiya şikayəti təmin edildiyindən, iddianın və şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsmuna görə 47,31 (qırx yeddi tam, yüzdə 31) manat cavabdehlərdən tutulub “X14” ASC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: İlk iddia üzrə iddiaçı “X14” ASC apellyasiya şikayəti təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2(053)-51/2025 saylı qətnaməsi ləğv edilsin. İlk iddia təmin edilsin. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “X14” ASC-nin xeyrinə 1153,87 (min yüz əlli üç tam, yüzdə 87) manat tutulsun. Qarşılıqlı iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsmuna görə 47,31 (qırx yeddi tam, yüzdə 31) manat Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutulub “X14” ASC-nin hesabına köçürülsün. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-953/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-953/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver