Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-964/2024 22.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin hakimi X3 və Ağcabədi Rayon Məhkəməsinin bütün tərkibinə verdiyi etiraza baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15000 manat maddi ziyanın və 150 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Quliyeva X4 Rayon Məhkəməsinə etiraz göndərək, hakim və məhkəmənin sədri kimi Sulduz Ləzimova və bütün Ağcabədi Rayon Məhkəməsinin hakimlərinə tam tərkibdə etiraz etdiyini bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hakim və məhkəmənin sədri kimi Sulduz Ləzimova və bütün Ağcabədi Rayon Məhkəməsinin hakimlərinə tam tərkibdə edir. Belə ki, 84 yaşlı xəstə anası Nadya Quliyeva ilə birlikdə Ağcabədi şəhəri, H.Hacıyev küçəsi, 20 saylı evdə yaşayır. Ağcabədi rayonu, Avşar kənd sakini İddiaçı hər gün Ağcabədi şəhərindən 18-20 km məsafədə yerləşən yaşadığı Avşar kəndindən onlar yaşadığı ünvana gələrək onları narahat edir. Onların mülkiyyətində olan mağazanı qanunsuz olaraq əllərindən almaq istəyir. İddiaçı dəfələrlə onlardan Ağcabədi rayon Polis Şöbəsinə və Ağcabədi Rayon Məhkəməsinə bu işlə bağlı şikayətlər və iddalar verərək rahat yaşamalarına imkan vermir. Ona görə də bir vətəndaş olaraq işə Ağcabədi Rayon Məhkəməsində deyil, digər rayon məhkəməsində baxılmasını istəyir. Ağcabədi Rayon Məhkəməsinin 15 aorel 2024-cü il tarixli 2(017)-354/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Ağcabədi rayon Məhkəməsinin sədri X7 və Ağcabədi rayon Məhkəməsinin digər hakimləri tərəfindən baxılmasına Cavabdeh tərəfindən verilən etiraz baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinə ərizə ünvanlayaraq iştirakı olmadan etiraz ərizəsinə baxılmasını və təmin olunmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı X5 etirazın əsassız olduğunu bildirib, təmin olunmamasını xahiş etdi. Mövqeyini belə əsaslandırdı ki, Ağcabədi Rayon Məhkəməsinin inzibati binası Cavabdeh evindən 200 metr məsafədə yerləşir. Bununla belə məhkəmədə 3 dəfə iclas keçirilmiş və heç birinə gəlməmişdir. Cavabdeh Ağcabədi Rayon Məhkəməsinə verdiyi etirazını həmin məhkəmə tərəfindən əvvəllər onun ziyanına qərar qəbul edilməsi ilə əsaslandırmışdır. Diqqətinizə çatdırıram ki, həmin işə təkcə Ağcabədi Rayon Məhkəməsində deyil, Şirvan Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində də baxılmışdır. Bundan başqa Cavabdeh Ağcabədi rayon İcra Hakimiyyətinə qarşı sərəncamın etibarsız hesab edilməsmi tələbinə dair Şirvan İnzibati Məhkəməsində iddiasına baxılmış və rədd edilmiş, yuxarı intansiya məhkəmələri tərəfindən həmin qərar qüvvədə saxlanılmışdır. Belə çıxır ki, hansı məhkəmə cavabdehin ziyanına qərar vermişsə, həmin şəxsin iştirakı ilə başqa mübahisəni araşdıra bilməz. Etirazın təmin olunması üçün hər hansı bir əsas yoxdur. Bundan başqa onun üçün də, Ağcabədi Rayon Məhkəməsində işə baxılması gediş-gəliş baxımından daha əlverişlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: 19.1.1. O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; 19.1.2. O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. 19.2. Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: 19.2.1. O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.2.2. O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa; 19.2.3. O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. 19.3. Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Məcəllənin 21.5-ci maddəsinə əsasən əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədi ilə edilmişsə və ya etirazın dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, bu halda, etirazı vermiş tərəf yüz on manatadək cərimə edilə bilər. Həmin Məcəllənin 21.6-cı maddəsinə əsasən eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz verilə bilməz. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Məhkəmə kollegiyası etirazı iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, cavabdeh tərəfindən etirazında qeyd etdiyi dəlillərlə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, işdə Mülki Prosessual Məcəllənin 19-cu maddəsinin təsiri altına düşə biləcək hər hansı bir hal müəyyən edilmədiyindən, ehtimallara söykənən etiraz əsaslı hesab edilərək, təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 21, 22 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin hakimi X3 və Ağcabədi Rayon Məhkəməsinin bütün tərkibinə verdiyi etiraz təmin edilməsin. Mülki iş mahiyyəti üzrə baxılaraq həll edilməsindən ötrü Ağcabədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-964/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-964/2024
22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver