Məhkəmə qərarları › İş №2(106)-966/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-966/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-966/2024 27.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 Hacıbala oğlunun, cavabdehlərin nümayəndəsi vəkil Nümayəndə2, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)217/2023 saylı qətnaməsindən cavabdehlərin nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə 8075 manat 68 qəpik əsas, 2242 manat 93 qəpik faiz, 893 manat 67 qəpik cərimə borcu olmaqla, ümumilikdə 11212 manat 28 qəpik məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 123 manat 64 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin 2.5-ci bəndinə görə gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Rəhimov Əyyub Kamil oğlu vəfat etmişdir. Biləsuvar RİHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 4545 nömrəli arayışına əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş Rəhimov Əyyub Kamil oğluna məxsus olmuş ünvan 1 ünvanında olan fərdi yaşayış evində mərhumun ailə üzvləri olan arvadı Cavabdeh1, oğlu Cavabdeh3 və oğlu Cavabdeh2 yaşamaqla, bununla da miras əmlaka faktiki olaraq sahiblik etməklə mirası qəbul etmişlər. Cavabdehlərə kredit borcunun ödənilməsi barədə lazımi qaydada xəbərdarlıq göndərilməsinə baxmayaraq, qalıq borc məbləğini ödəmirlər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Rəhimov Əyyub Kamil oğlunun kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 8075 manat 68 qəpik əsas, 2242 manat 93 qəpik faiz, 3574 manat 67 qəpik cərimə borcu olmaqla, ümumilikdə 13893.28 qəpik borcu vardır. Rəhimov Əyyub Kamil oğlunun kredit müqaviləsi üzrə banka olan cərimə borcu 3574.67 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25% miqdarında olmaqla, yəni 893.67 manat məbləğində tələb olunur. Cavabdehlər iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişlər ki, iddiaçı ilə aralarında hər hansı kredit və ya zaminlik müqaviləsi olmamışdır. İddiaçının istinad etdiyi kredit müqaviləsinin onlara aidiyyəti olmamaqla bərabər, həmin müqaviləni X10 Kamil oğlu onların xəbərləri olmadan bağlamış və həmin müqavilə üzrə cavabdehlər zamin deyildir. Belə olan halda, iddiaçı qarşısında heç bir məsuliyyət daşımırlar. İddiaçı yalnız mərhumun birinci növbə vərəsələri olmalarına istinad edərək onun borcunu cavabdehlərdən tələb edir. Lakin mərhumun istinad edilən müqavilə üzrə göstərilən məbləğdə borcu olmamışdır. Belə ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən həmin tarixdən sonra nə faiz, nə də cərimə hesablana bilərdi. İddiaçı isə cari ilin noyabr ayının 25-dək faiz və cərimə tələb edir. Yəni müqavilənin tərəfinin vəfat etməsindən 1 il 3 aya yaxın müddət ərzində də iddiaçı faiz və cərimə tələb edir. Həmçinin, qanunvericiliyin tələbinə əsasən cavabdehlər mərhum Əyyub Rəhimovun mirasını qəbul etdikləri halda, həmin miras həcmində onun borcu üçün məsuliyyət daşıyırlar. Lakin onlar mərhum Əyyub Rəhimovun mirasını nə notarial qaydada, nə də faktiki qəbul etmişlər. Onun ölümü ilə bağlı onlara nə vərəsəlik şəhadətnaməsi verilmiş, nə də onun hər hansı mirasını faktiki qəbul etmələri ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda, mərhumun borcu ilə bağlı cavabdehlərin üzərinə hər hansı öhdəlik qoyula bilməz. Qeyd olunanlardan əlavə, iddiaçının istinad etdiyi ərazi nümayəndəliyiniin arayışına gəlincə isə, ərazi nümayəndəliyi yaşayış yeri barədə arayış verə bilər. Ancaq daşınaz əmlaka və daşınmaz əmlakı kimə məxsus olmasına dair arayış vermək səlahiyyəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin səlahiyyətinə aiddir. İddiaçı daşınmaz əmlaka dair mərhumun mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd və ya Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsdən bununla bağlı arayış alıb məhkəməyə təqdim etmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi cavabdehlər yalnız mərhumdan qalan mirası qəbul etdikləri həcmdə onun öhdəlikləri üçün məsuliyyət daşıya bilər. Bunun üçün isə ilk növbədə mərhumun hansı miraslarının olması, daha sonra isə həmin mirasdakı payları müəyyən edilməlidir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-217/2023 nömrəli iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nüsrət Mirzəyev) iddianın qismən təmin edilməsi, cavabdehlərdən iddiaçının xeyrinə 8075 manat 68 qəpik əsas, 2242 manat 93 qəpik faiz, 80 manat cərimə borcu olmaqla, ümumilikdə 10398 manat 61 qəpik borc və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 manat məbləğdə pul vəsaitinin tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan sübutlarla Rəhimov Əyyub Kamil oğlunun İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə ödənilməmiş 8075 (səkkiz min yetmiş beş) manat 68 (altmış səkkiz) qəpik əsas, 2242 (iki min iki yüz qırx iki) manat 93 (doxsan üç) qəpik faiz, 893 (səkkiz yüz doxsan üç) manat 67 (altmış yeddi) qəpik cərimə borcu olmaqla, ümumilikdə 11212 (on bir min iki yüz on iki) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 03 noyabr 2022-ci il tarixli 4545 saylı arayşında göstərilmişdir ki, ünvan 1 ünvanında (keçmiş Nəsimi küçəsi təzə məhəllədə) yaşamış X10 Kamil oğluna məxsus fərdi yaşayış evində aşağıda adları göstərilən ailə üzvləri 10 ildən yuxarıdır ki yaşayırlar: Cavabdeh1-1976 həyat yoldaşı, Cavabdeh3 - 1996cı il oğlu və X7- 1997 oğlu. Məhkəmə hesab etmişdir ki, iddiaçı X10 Kamil oğlunun kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ödənilməmiş kredit borcunun ödənilməsini onun miras əmlakını faktiki olaraq qəbul etmiş birinci növbəli vərəsələri olan arvadı Cavabdeh1, övladları Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Cavabdehlər apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayətinin məzmunu cavabdehlərin birinci instansiya məhkəməsində iddia ərizəsinə dair verdikləri etirazla eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, mərhum Əyyub Rəhimovun ölümünədək olan dövrdəki borcun məbləğinin dəqiqləşdirilməsi üçün ekspertizası təyin edilməli olduğu halda, məhkəmə-mühasibatlıq ekspetizası təyin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1142/2023 nömrəli mülki iş üzrə 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X3) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası cavabdehlərin atalarından mirası rəsmi və ya faktiki qəbul etməmələri, ona görə atalarının kredit borcunu ödəməli olmadıqları ilə bağlı dəlilini əsassız sayaraq qeyd etmişdir ki, borclu Rəhimov Əyyub Kamil oğlunun ölümündən sonra mirası istər formal, istərsə də faktiki qəbul etmiş vərəsələr (hazırkı iş üzrə cavabdehlər) miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi əsas borcun məbləğinə dair hissədə məhkəmə doğru qənaətə gəlmişdir. Lakin faiz borcunun və cərimə məbləğinin tutulması hissədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmamışdır. Kollegiya hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh olan vərəsələr borcalanın ölümündən sonra yaranan kredit faizi üzrə cavabdehlik daşımamalıdırlar. Belə ki, müqavilə üzrə tərəfin ölməsi ilə kredit - müqavilə münasibətlərinə xitam verilmişdir. Bu baxımdan, borc alanın ölümündən sonra yaranan faiz borcu borc alana hesablanmamalıdır. Məhkəmə kollegiyası iddia tələbinin dəbbə pulunun tutulması ilə bağlı hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, tələb edilən dəbbə pulu, borc alanın öldüyü vaxtdan sonra yaranan borcla bağlıdır. Belə olan halda, onun vərəslərindən onun öldüyü vaxtdan sonra hesablanmış dəbbə pulunu tələb etmək əsassızdır. Cavabdehlər (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti etiraz və apellyasiya şikayətinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mərhum Eyyub Rəhimovdan hansı miras əmlakların qaldığını və mirasdakı paylarının borcu ödəmək üçün yetərli olubolmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu barədə hər hansı sübut təqdim etməmişdir ki, bu da iddianın rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-84/2024 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1142/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Qərarda göstərilmişdir ki, baxılan işdə iddiaçının sözügedən kredit müqaviləsi üzrə alacağının olması mübahisə edilmir. X9 xx.xx.2021-ci il tarixdə öldüyü üçün İddiaçı ASC tələbini mərhumun vərəsələri kimi göstərdiyi cavabdehlərə - Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı irəli sürmüşdür. Qanunvericiliyə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 16 oktyabr 2020-ci il Qərarında göstərmişdir ki, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Cavabdehlər iddiaya etiraz edərək bildirmişlər ki, onlar yalnız mərhumdan qalan mirası qəbul etdikləri həcmdə onun öhdəlikləri üçün məsuliyyət daşıya bilərlər. Bunun üçün mərhumun hansı mirasının olması, daha sonra isə həmin mirasdakı payları müəyyən edilməlidir. X8 mirasını notarial qaydada və ya faktiki qəbul etməmişlər. Belə olan halda, mərhumun borcu ilə bağlı cavabdehlərin üzərinə hər hansı öhdəlik qoyula bilməz. Onlar iddiaçı qarşısında məsuliyyət daşımırlar. Mərhumun istinad edilən müqavilə üzrə göstərilən məbləğdə borcu olmamışdır Birinci instansiya məhkəməsi Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 03 noyabr 2022-ci il tarixli 4545 saylı arayşına istinadən qeyd etmişdir ki, cavabdehlər X10 Kamil oğluna məxsus olan ünvan 1 ünvanında (keçmiş ünvan 3 Əyyub Rəhimovun kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ödənilməmiş kredit borcunu onun miras əmlakını faktiki olaraq qəbul etmiş birinci növbəli vərəsələri olan cavabdehlərdən tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsi də bu mövqe ilə razılaşaraq hesab etmişdir ki, X9un ölümündən sonra mirası istər formal, istərsə də faktiki qəbul etmiş vərəsələr (hazırkı iş üzrə cavabdehlər) miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Kassasiya kollegiyası aşağıdakılara əsasən hesab edir ki, cavabdehlərin irəli sürdükləri etirazlara məhkəmələr tərəfindən əsaslandırılmış şəkildə hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə cavabdehlərin yaşadıqları daşınmaz əşyanın vəfat etmiş borcluya məxsus olması barədə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 03 noyabr 2022-ci il tarixli arayışına istinad etmişdir. Halbuki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, Rəhimov Əyyub Kamil oğlunun adına ünvan 4 ünvanında qeydiyyatdan keçmiş hər hansı daşınmaz əmlak aşkar edilməmişdir. Bu hal ona dəlalət edir ki, məhkəmələr tərəfindən vəfat etmiş borclunun mirası, onun qəbulu və digər xüsusatlarla bağlı cavabdehlərin irəli sürdükləri etirazlar üzrə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, işdəki sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. İzahatlar: xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehlərin nümayəndəsi vəkil Nümayəndə2 izahatında bildirmişdir ki, qаnunvericiliyin tələbinə əsаsən cavabdehlər mərhum Əyyub Rəhimоvun mirаsını qəbul etdikləri hаldа, həmin mirаs həcmində оnun bоrcu üçün məsuliyyət dаşıyırlar. Lаkin onlar mərhum Əyyub Rəhimоvun mirаsını nə nоtаriаl qаydаdа, nə də fаktiki qəbul etmişlər. Mərhumun ölümü ilə bаğlı cavabdehlərə nə vərəsəlik şəhаdətnаməsi verilmiş, nə də оnun hər hаnsı mirаsını fаktiki qəbul etməkləri ilə bаğlı məhkəmə qətnаməsi mövcuddur. Belə оlаn hаldа, mərhumun bоrcu ilə bаğlı onların üzərinə hər hаnsı öhdəlik qоyulа bilməz. Lаkin iddiаçının mirаsı qəbul etməkləri ilə bаğlı heç bir sübutu оlmаdığı təqdirdə, mərhumun bоrcunun cavabdehlərdən tələb edilməsi əsassızdır. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Lаkin hаzırkı işdə iddiаçı qаrşısındа cavabdehlərin öhdəlik dаşımаsını müəyyənləşdirən hər hаnsı əqd mövcud deyildir. Qаnunvericiliyin tələbinə əsаsən iddiаçı ilə mərhum Əyyub Rəhimоv аrаsındа kredit müqаviləsi bаğlаnsа dа, о, xx.xx.2021-ci il tаriхdə vəfаt etdiyindən həmin tаriхdən sоnrаkı dövr üçün о, heç bir öhdəlik icrа edə bilməz və оnа bоrc hesаblаnа bilməzdi. Lаkin iddiаçı tələbində 25 nоyаbr 2022-ci il tаriхədək оlаn dövr üçün əsаs, fаiz və cərimə tələb etmiş, birinci instаnsiyа məhkəməsi cəriməni аzаltsа dа, fаizi аzаltmаmış, həmin fаizin də mərhumun müqаvilədən irəli gələn bоrcu оlmаsını, lаkin vəfаt etdiyi gündən sоnrа оnа fаiz hsаblаnmаmаlı оlmаsını nəzərə аlmаmış, nəticədə mərhumun ölümündən ötmüş 1 il 3 аyа yахın dövr üçün оnа hesаblаnmış fаizi təmin etmişdir. Birinci instаnsiyа məhkəməsi yаlnız ərаzi nümаyəndəliyinin аrаyışınа istinаd edərək cavabdehlərin yаşаdıqları evin mərhum Əyyub Rəhimоvdаn mirаs qаlmаsı qənаətinə gəlmişdir. Hаlbuki, ərаzi nümаyəndəliyi yаşаyış yeri bаrədə аrаyış verə bilər. Аncаq dаşınmаz əmlаkа və dаşınmаz əmlаkın kimə məхsus оlmаsınа dаir аrаyış vermək səlаhiyyəti Dаşnımаz Əmlаkın Dövlət Kаdаstrı və Reyestri Publik Hüquqi Şəхsin səlаhiyyətinə аiddir. Qаnunvericiliyin tələbinə əsаsən cavabdehlərin yаşаdıqları evə dаir mülkiyyət hüquqlаrı mərhum Əyyub Rəhimоvun ölümünədək оnun аdınа dаşınmаz əmlаkın dövlət reyestrində qeydə аlınmış оlsаydı, оndа həmin ev оnun əmlаkı hesаb edilməklə оndаn qаlmış mirаs kimi qiymətləndirilə bilərdi. Lаkin belə hаl оlmаmışdır. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 Nümayəndə2 dediklərini təsdiq edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 Hacıbala oğlu mübahisələndirilən hissədə iddia ərizəsini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)217/2023 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə - cavabdehlərdən iddiaçının xeyrinə 8075 manat 68 qəpik əsas borcun tutulmasının təmin edilməsi hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar: İşdə olan xx.xx.2020-ci il tarixli kredit müqaviləsi ilə (bundan sonra – kredit müqaviləsi), Rəhimov Əyyub Kamil oğlu İddiaçı ASC-dən illik 22 faizlə 36 ay müddətinə 10.000 manat kredit götürmüşdür. İşdə olan cavabdehlər Cavabdeh1 Rəhimov Əyyub Kamil oğlunun arvadı, Cavabdeh3 və Cavabdeh2 isə övladlarıdır. İş materiallarından görünür ki, borcalan Rəhimov Əyyub Kamil oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan DƏDRX-in ******* saylı **********13 reyestr nömrəli xx.xx.2014-cü il tarixli Çıxarışından görünür ki, ünvan 5 ünvanında olan fərdi yaşayış evi Rəhimov Kamil Xankişi oğlunun adına qeydiyyatdadır. Hüquqi məsələlər: MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-in 385.1-ci maddəsində öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1254-ci maddəsinə əsasən vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur. Maddə 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Əsaslandırma: Kollegiya diqqətə çatdırır ki, “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin tam hüquqlu məhkəmə olaraq tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi yekun qənaətə gələrkən iş üzrə əhəmiyyət kəsb edən bütün sübutları əldə edərək araşdırmamış və bunlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası kasassiya instansiyası məhkəməsinin məcburi göstərişlərini nəzərə alaraq hesab edir ki, Biləsuvar Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(022)217/2023 saylı qətnamə ilə cavabdehlərdən iddiaçının xeyrinə 8075 manat 68 qəpik əsas borcun tutulmasının təmin edərkən cavabdehlərin yaşadıqları daşınmaz əşyanın vəfat etmiş borcluya məxsus olması barədə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 03 noyabr 2022-ci il tarixli arayışına istinad etmişdir. Halbuki, MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, MM-in 139.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, Rəhimov Əyyub Kamil oğlunun adına ünvan 4 ünvanında qeydiyyatdan keçmiş hər hansı daşınmaz əmlak aşkar edilməmişdir. Bundan başqa, DƏDRX-in ******* saylı **********13 reyestr nömrəli xx.xx.2014-cü il tarixli çıxarışından aşkar edilir ki, ünvan 5 ünvanında olan fərdi yaşayış evi Rəhimov Kamil Xankişi oğlunun adına qeydiyyatdadır. X10 Kamil oğlunun adına isə 0.01375 ha torpaq sahəsi mövcuddur ki, hazırkı vaxta kimi həmin torpaq sahəsi hər hansı şəxsin mülkiyyətinə qəbul edilməmişdir. Qeyd edilənlər onu göstərir ki, məhkəmə tərəfindən vəfat etmiş borclunun - Rəhimov Əyyub Kamil oğlunun mirası, onun qəbulu və digər xüsusatlar hərtərəfli araşdırılmamış, işdəki sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Göründüyü kimi, cavabdehlər X10 Kamil oğlunun mirаsını nə nоtаriаl qаydаdа, nə də fаktiki qəbul etmişlər. Mərhumun ölümü ilə bаğlı cavabdehlərə nə vərəsəlik şəhаdətnаməsi verilmiş, nə də оnun hər hаnsı mirаsını fаktiki qəbul etməkləri ilə bаğlı məhkəmə qətnаməsi mövcuddur. Belə оlаn hаldа, hazırkı bоrc məbləği ilə bаğlı cavabdehlərin üzərinə heç bir öhdəlik qоyulа bilməz. MPM-in 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını tərəflərin qarşılıqlı münasibətləri və iş materiallarında olan sənədlər üzrə araşdıraraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmayaraq təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və qanuni və əsaslı nəticəyə gəlməmişdir. Ona görə də, cavabdehlərin nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)217/2023 saylı qətnaməsi mübahisələndirilən - əsas borcun cavabdehlərdən tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlərin nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)217/2023 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə - cavabdehlərdən iddiaçının xeyrinə 8075 manat 68 qəpik əsas borcun tutulmasının təmin edilməsi hissədə ləğv edilsin və iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar