Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-967/2024 21.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə tələbinə dair iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(017)-479/2024 saylı qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Ağcabədi şəhəri Xəlfərəddin küçəsi 70 saylı evə istifadə hüququnun tanınması və cehiz əmlakları olan evin 2-ci mərtəbəsindəki üç otaq və bir zaldan ibarət yaşayış sahəsinə köçürülməsi və ödəmiş olduğu 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh el adəti ilə evlənib ailə həyatı qurmuş və 29 noyabr 2003-cü il tarixdə nkahlarını rəsmiləşdirmişlər. İddiaçı və cavabdehin birgə nikahlarından 15 fevral 2007-ci il təvəllüdlü X5, 05 fevral 2012-ci il təvəllüdlü X1 və 28 yanvar 2017-ci il təvəllüdlü X4 adlı üç nəfər uşaqları anadan olmuşdur. İddiaçı cavabdehlə ailə qurduqdan sonra cavabdehin qayınanasına məxsus Ağcabədi şəhəri Xəlfərəddin küçəsi 70 saylı evdə əri və qayınanası ilə birgə yaşamışlar. İddiaçı ilə cavabdehin münasibətləri son 4-5 ildə pisləşməyə başlamışdır. Belə ki, Cavabdeh iddiaçını tez-tez döymüş və təhqir etmişdir. Buna görə də, iddiaçı 2022-ci ildə nikahın pozulması və evdən istifadə tələbinə dair Ağcabədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə tərəfindən barışıq üçün tərəflərə vaxt verilmiş və bu müddət ərzində Cavabdeh ilə iddiaçı barışmışlar. Lakin cavabdehin iddiaçıya qarşı olan münasibəti dəyişmədiyindən iddiaçı yenidən məhkəməyə müraciət etmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq İddiaçı Ağcabədi şəhəri Xəlfərəddin küçəsi 70 saylı evə istifadə hüququnun tanınması və iddiaçının cehiz əmlakları olan evin 2-ci mərtəbəsindəki üç otaq və bir zaldan ibarət yaşayış sahəsinə köçürülməsi, ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi vəkili Nümayəndə göstərmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(017)- 1481/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və uşaqlarla birgə həmin evə köçürülmə tələbinə dair iş üzrə icraata xitam verilsə də, hazırkı mübahisə ailə mübahisəsi olmaqla davam edən mübahisədir. Ağcabədi Rayon Məhkəməsinin (hakim Rəşad Nuriyev) 05 dekabr 2023-cü il tarixli 2(017)-2162/2023 saylı qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Ağcabədi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(017)- 1481/2022 saylı qanuni qüvvəyə minmiş qərardadı olduğundan İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı qaytarılması qərara alınmışdır. Qərardaddan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında bu iddia tələblərindən əvvəl 2022-ci tarixdə Agcabədi Rayon Məhkəməsində iki ayrı-ayrı hakimin icraatında mülki iş olmuşdur. “Nikahın pozulması, uşaq və aliment” tələbi üzrə olan 2(017)-1090/2022 saylı mülki iş hakim Etibar Quliyevin icraatında olmuş, “fərdi yaşayış evinə istifadə hüququnun tanınması və uşaqlarla birlikdə həmin evə köçürülmə” tələbi üzrə 2(017)-1481/2022 saylı mülki iş isə hakim Rəşad Nuriyevin icraatında olmuşdur. “Fərdi yaşayış evinə istifadə hüququnun tanınması və uşaqlarla birlikdə həmin evə köçürülmə” tələbi üzrə 2(017)- 1481/2022 saylı mülki işdə vəkil kimi o, özü iştirak etmişdir. Ağcabədi Rayon Məhkəməsinin (hakim Rəşad Nuriyev) xx.xx.2023-cü il tarixli 2(017)-2162/2023 saylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şiakəyti təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)- 309/2024 saylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli e-2(017)-2162/2023 saylı qərardadı ləğv edilərək İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə-yetirilməsi üçün mülki iş Ağcabədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə verərək Ağcabədi şəhəri Xəlfərəddin küçəsi 70 saylı evə istifadə hüququnun tanınması və iddiaçının yaşayış yerinin məhkəmə qətnaməsi ilə himayəsinə verilmiş 05 fevral 2012-ci il təvəllüdlü X1 və 28 yanvar 2017-ci il təvəllüdlü X4 ilə birlikdə həmin evin 2-ci mərtəbəsindəki üç otaq və bir zaldan ibarət otaqlarda müəyyən edilməsi və ödəmiş olduğu 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinin (hakim Etibar Quliyev) xx.xx.2024-cü il tarixli 2(017)-479/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzə əsasən Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun tam olaraq İddiaçı qaytarılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Babayev X2 Rayon Məhkəməsinin (hakim Etibar Quliyev) xx.xx.2024-cü il tarixli 2(017)-479/2024 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi icraata qəbul edilibsə, mahiyyəti üzrə baxılmalıdır. Əgər iddia tələbi üzrə sübutlar, sənədlər kifayət deyildirsə, hakim bunu elə xx.xx.2024-cü il tarixdəki iclasda bildirməli və ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul etməli idi. Halbuki, həmin mərhələdə də bunu qəbul etməyə əsaslar yox idi. Çünki əvvəlki mülki işin materiallarında bu sənədlər var idi və tərəflərin izahatları da bu iş üzrə sübut kimi mövcud idi. İş materialında mübahisə predmeti olan evlə bağlı nümayəndəliyin arayışı, təsərrüfatbaşına kitabdan çıxarış, torpağın texniki pasportu var idi. Bu sənədləri onlar təqdim etdiklərindən və həmin sənədlər əvvəlki iş materiallarında olduğundan əvvəlki mülki işlər sorğu edilib baxış keçirilməli olduğu halda, hansı sənədin olduğu, hansının çatışmadığı barədə məlumat verilməli, hakim tərəfindən tərəfdən sübut tələb edilməli olduğu halda hakim bunları etməmiş və mülki iş üzrə obyektiv, hərtərəfli araşdırma aparmadan ərizənin baxılmamış saxlanması barədə qanunsuz və əsasız qərardad qəbul etmişdir. Güman edilmişdir ki, hakim əvvəlki işləri özü arxivdən çıxarıb sənədlərə baxıb və özbaşına tikili üçün sənədlər kifayət edir və bu səbəbdən hansısa evə dair sənədin təqdim edilməsinin lazım olduğundan məlumatsız olmuşlar. Həm hakim Rəşad Nuriyev tərəfindən bu iş üzrə araşdırma aparıldığı, həm də hakim Etibar Quliyev tərəfindən 2 iclas keçirildikdən sonra və bu qədər araşdırmadan sonra ərizənin baxılmamış saxlanılması barədə qərardadın qəbul edilməsi mülki-prosessual normalara ziddir. Bundan başqa, hazırkı və əvvəlki iş materialında mübahisə predmeti olan evlə bağlı nümayəndəliyin arayışı, təsərrüfatbaşına kitabdan çıxarış, torpağın texniki pasportu var. Bu qədər sübut olduğu halda ərizənin baxılmamış saxlanılması əsassızdır. Ağcabədi Rayon Məhkəməsinin (hakim Etibar Quliyev) xx.xx.2024-cü il tarixli 2(017)-479/2024 saylı qərardadı ilə iddiaçının nümayəndəsi vəkil Nümayəndə şikayəti təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələblərindən görünür ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 149.2.3-cü maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. MPM-in 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Qeyd olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli məfhumlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrılıqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruri şərtlərdəndir. Lakin iddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda qoşma şəklində göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyildir. MPM-in 149-cu maddəsinə 09 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli qanuna əsasən edilmiş dəyişikliyə görə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməlidir (maddə 149.2.3). Bu tələb mülki prosessual hüquq normalarının ümumi prinsiplərinə uyğun olmaqla yanaşı, iş üzrə tələbə cavab verməli olan şəxsin ona qarşı yönələn tələbin hansı sübutlara əsaslandığını işin icraata qəbul edildiyi vaxtdan etibarən bilməsinə, bununla da özünün həmin tələbə qarşı yarana biləcək etiraz və vəsatətlərini qanunauyğun şəkildə sistemləşdirib məhkəməyə vaxtında təqdim etmək imkanlarına xidmət edir. Qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Bu müddəa iddiaçının (ərizəçinin) sübutlar siyahısında göstərilməyən digər sübuta öz tələblərinin əsası kimi istinad etməsinin, bunun üçün əsaslar sonradan əmələ gəldiyi hallar istisna olmaqla, qarşısını alır. Kollegiya bildirir ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(017)- 479/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınarkən MPM-in 259.0.12-ci maddəsinə istinad edilmişdir. Həmin maddənin tələbindən görünür ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Ancaq hazırkı işdən aşkar görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ərizə baxılmamış saxlanılarkən adıçəkilən normanın tələbinə uyğun olaraq müvafiq nöqsanların aradan qaldırılması üçün müəyyən müddət verildikdən sonra adıçəkilən əsasla qərarın qəbul edilməsi mümkün ola bilərdi. Bundan əlavə, qeyd edilməlidir ki, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, MPM sübutların hətta məhkəmə baxışı zamanı da təqdim edilməsi imkanını tanıyır. Həmçinin MPM-in digər - 188-ci maddəsinə nəzər saldıqda görünür ki, əlavə sübutlar təqdim və tələb etmək zərurəti yarandıqda, işə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı ilə yol verilir (188.1.4.). Beləcə, MPM-in sadalanan normalarından da görünür ki, hazırkı iş üzrə məhkəmə qərar çıxararkən məcəllənin tələblərinə düzgün şəkildə əməl etməmişdir. MPM-in 399-cu maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(017)-479/2024 saylı qərardadı ləğv edilərək İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki işə mahiyyəti üzrə baxılması üçün iş Ağcəbədi Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı nümayəndəsi Nümayəndə şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(017)-479/2024 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki işə mahiyyəti üzrə baxılması üçün iş materialları Ağcabədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-967/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-967/2024
21.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver