Məhkəmə qərarları › İş №2(106)-972/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-972/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-972/2023 30.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(032)1389/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 7250 manat əsas borc, icranı gecikdirdiyinə görə 350 manat faiz borcu olmaqla, cəmi 7600 manat borcun və 119 manat 75 qəpik ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-1389/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 7073 manat və dövlət rüsumu üçün ödənilmiş 119 manat 75 qəpik alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-1389/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin surəti poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən 16 noyabr 2022-ci il tarixdə Cavabdeh çatdırılmışdır. Cavabdeh Şirvan şəhər Məhkəməsinin 2(032)-1389/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti 16 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şirvan şəhər Məhkəməsinin 2(032)-1389/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Ödənilmiş 7 manat 50 qəpik dövlət rüsumu Cavabdeh qaytarılmışdır. Cavabdeh Şirvan şəhər Məhkəməsinin 2(032)-1389/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti 27 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şirvan şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(032)-1389/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan şəhər Məhkəməsinin 2(032)-1389/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh ərizə ilə məhkəmənin həmin qətnaməsindən apelyasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Şirvan şəhər Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(032)-1389/2022 saylı qərardadı ilə Cavabdeh Şirvan şəhər Məhkəməsinin 2(032)-1389/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan Cavabdeh şikayət vermişdir. Şirvan şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(032)-1389/2022 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-1389/2022 saylı qərardadından Cavabdeh verdiyi şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş Şirvan Apellyasiya Məhkəməsinə 16 may 2023-cü il tarixdə daxil olmuş və iddiaçı tərəfindən verilmiş şikayət 30 may 2023-cü il tarixə yazılı icraat qaydasında baxılması üzrə təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə ərizənin təmin edilməməsini cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürməklə verilməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Birinci instansiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti MPM-nin 361ci maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardad xx.xx.2023-cü il tarixdə onun qeydiyyatda olduğu ünvan 1 ünvanına valideyn evinə çatdırılmışdır. Həmin vaxtdan indiyə qədər ailəni dolandırmaq üçün müxtəlif yaşayış məntəqələrində fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu qətnamədən 2023-cü ilin Novruz Bayramı günlərində xəbərdar olub, düzəlişlərlə yenidən apellyasiya şikayəti vermişdir. Bu apellyasiya şikayəti isə məhkəmənin 27 mart 2023-cü il tarixli qərardadı ilə geri qaytarılaraq buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Prosessual ərizəsi isə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Prosessual müddətlərlə əlaqədar yaranmış bu “dolaşıqlığın” bünövrəsində onun ünvanına 34 gündən sonra, həm də ona yaxud, ailə üzvünə deyil, kənar şəxsə verilməsi durur. Çünki bu qərardad elə 2022-ci ildə, yəni o, ailəsi ilə Şirvan şəhərində olduğu müddətdə çatdırılsaydı (həm də kənar bir şəxsə deyil, onun özünə) bu ləngitmələr baş verməzdi. Birinci instansiya məhkəməsi şikayəti müzakirə edərək, iş materiallarında olan müvafiq sənədləri araşdıraraq hesab etmişdir ki, şikayət əsassızdır. Belə ki, mülki işdən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1389/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin surəti Cavabdeh 16 noyabr 2022-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən çatdırılmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilmiş, lakin qətnamədən şikayət Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən Şirvan şəhəri Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Sözügedən qərardad xx.xx.2023-cü il tarixdə poçt qəbzinə imza edilməklə Cavabdeh çatdırılmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən Şirvan şəhər Məhkəməsinin 2(032)- 1389/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Həmin qərardaddan cavabdeh tərəfindən qanunvericiliklə nəzərdə tutulan müddətdə apellyasiya şikayəti verə bilərdi. Lakin cavabdeh tərəfindən apellyasiya şikayəti məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qətnamədən qanunla apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətini ötürmüşdür “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə edə bilər. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin surətini rəsmi qaydada 16 noyabr 2022-ci il tarixdə qəbul etmişdir ki, həmin vaxtdan onun apellyasiya şikayəti vermək hüququ yaranmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilmiş, lakin qətnamədən şikayət Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılması barədə qərardad qəbul edilmişdir. Qərardad xx.xx.2023-cü il tarixdə poçt qəbzinə imza edilməklə Cavabdeh çatdırılmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən Şirvan şəhər Məhkəməsinin 2(032)-1389/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göründüyü kimi cavabdeh apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətini ötürmüşdür. Cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etsə də, müddətin üzrlü səbəbdən buraxılmasını əsaslandıra bilməmişdir. Həmçinin qeyd etdiyi halları təsdiq edən sübutları ərizəyə əlavə etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq buraxılmış prosessual müddətin bərpası barədə ərizəni təmin etməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməməsi, onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Əksinə müddətin əsassız bərpası qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına (hazırkı işdə iddiaçıya münasibətdə), süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosessual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə bərpa edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilməsi barədə gəlinən nəticə razılaşır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan şəhər Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(032)-1389/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar