Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-976/2024 23.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Tərlan oğlunun sədrliyi ilə, Mayılov Samir İlham oğlu və X1 ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh X2 və onun nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2(018)-35/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilinə dəymiş 12530 manat məbləğində maddi ziyanın və ödənilmiş 128 manat dövlət rüsumunun Cavabdeh alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-35/2024 saylı qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia tələbinin qismən təmin edilərək Cavabdeh dəymiş ziyana görə 7830 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi, cavabdehdən 50 manat ekspertiza xərcinin tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 qətnamənin ləğv edilməsi, təkrar ekspertiza keçirilməsini xahiş edilmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 aprel 2023-cü il tarixdə saat 15:00 radələrində Salyan şəhəri ərazisindən keçən yolda Astara rayonu Məcitməhəllə kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh idarə etdiyi “Hyundai R320LC-7 Ekskavator” markalı 21T581 dövlət qeydiyyat nişanlı avtomobillə torpaq yükləyən zaman onun idarə etdiyi “Shacman” markalı ** CO *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabina hissəsi ilə toqquşmuşdur. Nəticədə onun yük avtomobilinə maddi ziyan vurulmuşdur. 08 aprel 2023-cü il tarixli İXP5355837 saylı protokol ilə cavabdeh 327.1 və 332.4-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Daha sonra Salyan Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 manat miqdarında inzibati cərimə tətbiq edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomobilinə maddi ziyan dəymişdir. “X3” tərəfindən qəzadan sonra “Shacman” markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək tərtib olunmuş ziyan aktına əsasən avtomobilə 12530 manat ziyan dəyməsi müəyyən edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyində kabina tamamilə dəyişdirilməli olduğu qeyd edilmişdir. Lakin şəkillərdə göründüyü kimi avtomobilin kabinasının dam hissəsi zədələnmişdir. Qeyd edilən məbləğ şişirdilmiş və varlanmaq məqsədi ilə süni şəkildə qiymət qoyulmuşdur. Öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında bildirmişdir ki, onlar dəyən ziyanı qəbul edirlər, bu günə qədər avtomobilə dəymiş zərər cavabdeh tərəfindən ödənilməmiş, lakin ekspert rəyində kabinənin tamamilə dəyişdirilməli olduğu qeyd edilmişdir. Təqdim olunan fotoşəkillərə əsasən avtomobilin kabinəsinin yalnız dam hissəsinin zədələndiyi görünür. Qeyd olunmuş məbləğ şişirdilmişdir. Avtomobilin kabinəsinin yenisinin qiyməti 4000 manatdır. Odur ki, təkrar ekspertiza keçirilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında vəkilinin dediklərinə uyğun izahat verərək təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, avtomobilin kabinəsinin real dəyəri 11500 manatdır. Dəymiş zərər cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdehin apellyasiya şikayəti əsassızdır. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq belə hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-35/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron RİHB-nin Pirəkəşkül kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Rəfiyev X5 rayonu, Qobustan kəndində yaşayır. İş materiallarında olan Salyan rayon DYPB-nin 08 aprel 2023-cü il tarixli protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş xəta (xətaları) törətmişdir. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 24 avqust 1988-ci il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. İş materiallarında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 02 avqust 1976-cı il tarixdə Astara rayonu Qapıçıməhəllə kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/9158/2023 nömrəli ekspert rəyindən görünür ki, “X4” MMC avtoservis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Shacman” markalı ** CO *** dövlət qeydiyyat nişanlı yük, özüboşaldan avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 7830,0 manat müəyyən edilir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Hazırda apellyasiya şikayətinin dəlilləri təhlil olunduqda müəyyən olunur ki, cavabdehin qətnamədə mübahisələndirdiyi avtomobilə dəymiş zərərin məbləği ilə bağlıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə həmin hissədə gəldiyi qənaət düzgün və əsaslıdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin tam hüquqlu məhkəmə olaraq hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli rəyləri ilə 2 dəfə ekspertiza keçilmiş, 2 ekspertiza tədqiqatında da avtomobilə dəymiş zərər eyni miqdarda- təmir-bərpa xərcləri ilə birlikdə 7830 manat məbləğ müəyyən edilmişdir. Kollegiya cavabdehin yenidən ekpertiza keçirilməsini tələb etməsini işin yubadılması kimi qiymətləndirir və apellyasiya şikayətinin dəlillərini formal və əsassız hesab edir. Həmin dəlillərdə iş üzrə apellyasiya instansiyasında da yenidən ekspertiza keçirilməsi üçün heç bir zəruri hallar yoxdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh məsuliyyəti istisna edilmədiyindən, o, vurduğu zərərin əvəzini iddiaçıya ödəməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən vurulmuş zərərin məbləğini iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/9158/2023 nömrəli ekspert rəyi ilə müəyyən etməklə düzgün qənaətə gəlmişdir. Belə ki, həmin rəyə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği təmir-bərpa xərcləri də olmaqla 7830 manat məbləğində müəyyən edilmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə yekun nəticəyə gəlir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, qətnamədə göstərilmiş nəticələr işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti təmin edilmədən, Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-35/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2(018)-35/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-976/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-976/2024
23.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver