Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-979/2023 19.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə , İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılması, torpağın ona təhvil verilməsi və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)416/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan 0.5089 ha torpaq sahəsindən çıxarılmaları, torpağın ona təhvil verilməsi və maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddiasını əsaslandıraraq izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X3 Haqqında daşınmaz əmlakın Dövlət reyestrində, reestr nömrəsi **********87 olan, 09 avqust 2021-ci il tarixli Çıxarışla mülkiyyətinə 0.5089 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onun tam xüsusi mülkiyyətindədir. Lakin həmin torpağı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt edərək istifadə edirlər və ona məxsus olan torpaqdan, istifadə etməyə imkan vermirlər. Dəfələrlə cavabdehlərdən ona məxsus torpaq sahəsinin boşadılnmasıns tələb etmiş, lakin onlar torpaqdan cıxmamış, onun torpağından qeyri-qanuni istifadə etməyə davam etmişlər. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdi. Odur ki, onun mülkiyyətində olan 0.5089 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, torpağın ona təhvil verilməsi və maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsini o, 1983-cü ildən istifadə edir və orda fərdi yaşayış evi tikmişdir. Ona məxsus olan torpaq sahəsin, gəlib ölçmuşlər, lakin hec bir sənəd verməmişlər. O, ekspertin rəyi ilə razı deyildir. Ona həmin yerdə 24 ha həyatyanı torpaq sahəsi verilmişdir. Lakin torpağın mülkiyətinə verilməsi ilə bağlı sənəd ala bilməmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, onun cavabdeh ilə torpaqları üst üstə düşmür. Onun torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti əməkdaşları tərəfindən ölçülüb və sərhədləri müəyyən olunub. O heç kimin torpağın zəpt etməyibdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)416/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Nurullayev), iddianın təmin edilməsi, İddiaçı məxsus Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, reyestr nömrəsi **********87 olan, xx.xx.2021-ci il tarixli Çıxarışla 0.5089 ha torpaq sahəsinin 0.4229 ha hissəsindən Cavabdeh1, 0.0860 ha hissəsindən isə Cavabdeh2 çıxarılmaları, həmin torpaq sahəsi iddiaçıya təhvil verilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən həmin torpaq sahəsi ilə bağlı iddiaçıya törədilən maneə aradan qaldırılması, iş üzrə ekspertiza dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, mütəxəssis rəyinin dəyirini təşkil edən İddiaçı tərəfindən ödənilən 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 164, 152, 157 Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Cavabdeh1 apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Məmmədov X1 Rayon Məhkəməsinin 2(020)416/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh1 apellyasiya icraatı zamanı apellyasiya şikayətini müdafiə edərək, Beyləqan Rayon Məhkəməsinin 2(020)416/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək izahatında Beyləqan Rayon Məhkəməsinin 2(020)416/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Beyləqan Rayon Məhkəməsinin 2(020)416/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İddia tələbi hər iki cavabdehə yəni Cavabdeh1 və Cavabdeh2 Məhiyyəddin oğluna münasibətdə təmin edilmiş, Cavabdeh2 Məhiyyəddin oğlu qəbul olunmuş qətnamədən razılaşaraq, apellyasiya qaydasında mübahisələndirməmiş, lakin Cavabdeh1 qəbul olunmuş qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Odur ki, kollegiya Cavabdeh1 apelyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin 2(020)416/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)416/2023 saylı, 28 fevral 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Çıxarışdan görünür ki, Beyləqan rayonunun Şitilçilik qəsəbəsində yerləşən 0,5089 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, əmlak dövlət reyestrindən **********87 saylı, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İş üzrə iddiaçının vəsatəti əsasında məhkəmənin 28 iyun 2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 10/7939 saylı ekspert rəyindən görünür ki, Beyləqan rayonu Şitilçilik qəsəbəsində yerləşən reyestr nömrəsi **********87 olan çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 0.5089 ha torpaq sahəsinin koordinatları ilə iddia etdiyi torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. Ona görə də elektron məlumat bazada olan Şitilçilik qəsəbəsində (keçmiş Cabir adına kalxoz) “Torpaq İslahatı” aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu planı əsasında hazırlanmış 1:2000 miqyasında olan bölgü layihəsindən istifadə etməklə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Beyləqan rayonu Şitilçilik qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyhsteri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyesterindən reyestr nömrəsi **********87 olan Çıxarışla 0.5089 ha torpaq sahəsinin koordinatlarında uyğunsuzluq olduğuna görə elektron məlumat bazada olan Şitilçilik qəsəbəsində (keçmiş Cabir adına kalxoz) “Torpaq İslahatı” aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu planı əsasında hazırlanmış 1:2000 miqyasında olan bölgü layihəsindən istifadə etməklə müəyyən olundu ki, İddiaçı mülkiyyətində olan 0.5089 ha torpaq sahəsinin 0.4229 ha hissəsi Cavabdeh1 tərəfindən həyətyanı torpaq sahəsi kimi və Cavabdeh2 tərəfindən isə 0.0860 ha əkin sahəsi kimi istifadə olunur. Cavabdeh1 istifadəsində olan həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olmadığına görə İddiaçı məxsus torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşməsini müəyyən etmək mümkün olunmadı. Eyni zamanda müəyyən olundu ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi təqdim olunmuş hüqüqmüəyyənedici sənədlərə əsasən üst-üstə düşmür. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı tələbdən görünür ki, cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etmişlər. Bu səbəbdən də iddiaçı torpağın zəbtdən azad olunaraq özgəsinin qanunsuz sahibliyindən geri tələbini və cavabdehlər tərəfindən mülkiyyətindən istifadə etməyə yaradılan manelərin aradan qaldırılmasını tələb edir. Tələbinin hüquqi əsası kimi isə Azərbaycan Respublikasının Konstitusiyasının; 13, 29-cu maddələri, Mülki Məcəllənin 135,139,146,157 və Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad edir. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, onun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X3 Haqqında daşınmaz əmlakın Dövlət reyestrində, reyestr nömrəsi **********87 olan, 09 avqust 2021-ci il tarixli Çıxarışla mülkiyyətinə 0.5089 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onun tam xüsusi mülkiyyətindədir. Lakin həmin torpağı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt edərək istifadə edirlər və ona məxsus olan torpaqdan, istifadə etməyə imkan vermirlər. Dəfələrlə cavabdehlərdən ona məxsus torpaq sahəsinin boşadılnmasıns tələb etmiş, lakin onlar torpaqdan cıxmamış, onun torpağından qeyri-qanuni istifadə etməyə davam etmişlər. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdi. Odur ki, onun mülkiyyətində olan 0.5089 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, torpağın ona təhvil verilməsi və maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 iddiaya münasibətindən müəyyən olunur ki, o, mübahisəli torpaq sahəsini o, 1983-cü ildən istifadə edir və orda fərdi yaşayış evi tikmişdir. Ona məxsus olan torpaq sahəsini, gəlib ölçmüşlər, lakin heç bir sənəd verməmişlər. O, ekspertin rəyi ilə razı deyildir. Ona həmin yerdə 24 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin torpağın mülkiyyətinə verilməsi ilə bağlı sənəd ala bilməmişdir. Cavabdeh2 iddiaya münasibətindən müəyyən olunur ki, onun istifadə etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti əməkdaşları tərəfindən ölçülüb və sərhədləri müəyyən olunub. O heç kimin torpağın zəbt etməmişdir. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, İddiaçı xüsusi mülkiyyətinə Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, reyestr nömrəsi **********87 olan, xx.xx.2021-ci il tarixli Çıxarışla 0.5089 ha torpaq sahəsi verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt edərək istifadə edirlər. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını, torpağın ona təhvil verilməsi və maneənin aradan qaldırılmasını xahiş etmişdir. Cavabdehlərdən Cavabdeh2 torpaq sahəsinin iddiaçıya məxsus olmasını mübahisələndirmişdir. Bununla əlaqədar iddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və mübahisəli torpaq sahəsinə mütəxəssislərin iştirakı ilə baxış keçirilərək rəy verilmişdir. Nəticədə İddiaçı məxsus Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, reyestr nömrəsi **********87 olan, xx.xx.2021-ci il tarixli çıxarışla 0.5089 ha torpaq sahəsinin 0.4229 ha hissəsi Cavabdeh1 tərəfindən həyətyanı torpaq sahəsi kimi və 0.0860 ha hissəsi isə Cavabdeh2 tərəfindən əkin sahəsi kimi istifadə olunması müəyyən edilmişdir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM-in) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və 5 beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MM-in 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikasının MM-in 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası MM-in 6.1-ci maddəsinin 7, 8 və 9-cu bəndlərinə müvafiq olaraq mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyət üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə İddiaçı məxsus Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, reyestr nömrəsi **********87 olan, xx.xx.2021-ci il tarixli Çıxarışla 0.5089 ha torpaq sahəsinin 0.4229 ha hissəsindən Cavabdeh1, 0.0860 ha hissəsindən isə Cavabdeh2 çıxarılmalı, həmin torpaq sahəsi iddiaçıya təhvil verilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən həmin torpaq sahəsi ilə bağlı iddiaçıya törədilən maneə aradan qaldırılmalıdır” qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin 2(020)416/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,; QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)416/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-979/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-979/2023
19.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver