Məhkəmə qərarları › İş №2(106)-982/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-982/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-982/2023 18.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X6 və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavadehin nümayəndəsi vəkil X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(064)-330/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 44.070,86 manat əsas borc, 166,45 manat faiz borcu olmaqla, cəmi 44.237,31 manat, iddia ərizəsinə görə ödənilmiş 223,11 manat dövlət rüsumu və bildirişin ƏMDK DƏDRX-nin 1 saylı Ərazi İdarəsi qeydiyyatı ilə bağlı 40 manat ödənişin tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsini, tutmanın Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi yolu 8-də yerləşən 24 saylı evin 1-ci girişində 6 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbi satılmış əmlakın hesabına ödənilməsi və ünvan 2 ünvanında yerləşən mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 041/01/MİDA 20 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 2 saylı nənzili ipoteka götürülmüş və bununla bağlı tərəflər arasında xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka ƏMDK DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 2808 nömrəli reyestr kitabının 261876 nömrəli vərəqində (reyestr nömrəsi **********6- 05301- 093042, qeydiyyat nömrəsi **********) xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli 041/01/MİDA20 saylı kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixə 44070.86 manat əsas borc, 166.45 manat faiz borcu olmaqla, cəmi 44237.31 manat borcu ödənilməmiş qalmışdır. Göründüyü kimi cavabdeh xx.xx.2020-ci il tarixli 041/01/MİDA20 saylı Kredit Müqaviləsinin 1.2-ci bəndini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində İddiaçı ASC müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Füzuli Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(064)-330/2023 saylı qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddianın təmin edilməsi, İddiaçı ASC-nin xeyrinə Cavabdeh 44.070,86 manat əsas borc, 166,45 manat faiz borcu olmaqla, cəmi 44.237,31 manat, iddia ərizəsinə görə ödənilmiş 223,11 manat dövlət rüsumu və bildirişin ƏMDK DƏDRX-nin 1 saylı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı ödənilmiş 40 manat pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi yolu 8 ev 24 6 saylı mənzilə yönəldilməsi, həmin mənzil açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 70000 manat məbləğində müəyyən edilməsi, tutmanın ünvan 2 ünvanında yerləşən mənzilə yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslər ən geci 1 ay ərzində həmin evi tərk etmədikləri halda məcburi qaydada çıxarılmaları, Cavabdeh mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərcə görə 200 manat pulun tutularaq "xxxx" MMC-nin hesabına (AZ37NABZ********************) keçirilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, işdə olan tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 041/01/MİDA 20 saylı kredit müqaviləsinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 46717 manat məbləğində illik 4 faiz dərəcəsi ilə 360 ay müddətinə ipoteka krediti vermiş, həmin kredit müqaviləsinin təminatı olaraq cavabdehə tam mülkiyyət hüququ üzrə məxsus ünvan 2 ipoteka götürülmüş və bununla bağlı tərəflər arasında xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli 041/01/MİDA20 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə 44070.86 manat əsas borc, 166.45 manat faiz borcu olmaqla, cəmi 44237.31 manat borcu ödənilməmiş qalmışdır. Beləcə, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmiş və bununla da, onun banka ödənilməmiş kredit borcu qalmışdır. Məhkəmə hesab etmişdir ki, borcun ödənilməsini təmin etmək üçün tutma ipoteka predmeti olan evə yönəldilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə ilə ipoteka ilə yüklü edilmiş evin dəyəri həmin vaxtda 51917 manat məbləğində qiymətləndirilmişdir. Lakin həmin qiymət 2020-ci ildə qoyulduğuna görə artıq 3 ilə yaxın müddət keçdiyindən və hazırda real vəziyyəti əks etdirmədiyindən məhkəmə tərəfindən ipoteka predmetinin hazırkı likvid dəyərinin müəyyən edilməsi üçün iş üzrə mütəxəssis rəyi alınmış və qeyd olunan əmlakın hazırda likvid dəyəri 70000 manat məbləğində qiymətləndirilmişdir. Odur ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin 70000 manat məbləğində müəyyən edilməsini əsaslı sayır. Bununla yanaşı, "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 08 saylı hesab-fakturadan görünür ki, qeyd edilən xidmət üçün ödəniləcək məbləğ 200 manat məbləğ təşkil edir. Cavabdeh apellyasiya şikayəti verərək, Füzuli rayon Məhkəməsinin 2(064)-330/2023 saylı 30 mart 2023-cü il tarixli qətnaməsinin tutmanın ünvan 1 ünvanında yerləşən mənzilə yönəldildikdə və o satılıqda ipoteka qoyan Cavabdeh və digər şəxslərin ən geci 1 ay ərzində həmin evi tərk etmədikləri halda məcburi qaydada çıxarılmaları hissəsində ləğv olunması və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavadehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək əlavə etmişdir ki, şikayətdə ekspertizanın keçirilməsindən bəhs etsələr də, hazırda ekspertiza təyin edilməsini istəmədiklərini və ipoteka predmetinin ilkin satış qiymətinin onları qane etdiklərini bildirmişdir. O, tutmanın ünvan 1 ünvanında yerləşən mənzilə yönəldildikdə və o satılıqda ipoteka qoyan Cavabdeh və digər şəxslərin ən geci 1 ay ərzində həmin evi tərk etmədikləri halda məcburi qaydada çıxarılmaları hissəsində qətnamənin ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(064)-330/2023 saylı qətnaməsi “tutmanın ünvan 2 ünvanında yerləşən mənzilə yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslər ən geci 1 ay ərzində həmin evi tərk etmədikləri halda məcburi qaydada çıxarılmaları” hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələblərinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. “İpoteka haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasının 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli № 02/2023 Qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, sözügedən iddia tələblərinə dair mübahisələrə baxılarkən ilk növbədə tərəflər arasında mübahisəli hüquq münasibətinin yaranma tarixlərinə diqqət yetirilməlidir. Beləliklə, işdən də görünür ki, İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 041/01/MİDA 20 saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 2 saylı nənzili ipoteka götürülmüş və bununla bağlı tərəflər arasında xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Beləcə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023cü il tarixli № 02/2023 Qərardadının tələbləri baxımından iş üzrə ipoteka müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmışdır ki, buna görə də, həmin tələb üzrə işə hazırda mahiyyəti üzrə baxıla bilməz və iş üzrə icraata həmin hissədə xitam verilməlidir. MPM-in 261.0.1-ci maddəsinə əsasən hakim iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verir. MPM-in 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və MPM-in 261.0.1-ci, 263-264-cü, 365-ci, 384-cü, 391-civə 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Füzuli Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(064)-330/2023 saylı qətnaməsi mübahisələndirilən - tutmanın ünvan 2 ünvanında yerləşən mənzilə yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslər ən geci 1 ay ərzində həmin evi tərk etmədikləri halda məcburi qaydada çıxarılmaları” hissədə ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar