Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-982/2025 11.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və X3 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair Cəbrayıl Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 2(072)-13/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 8130.36 (səkkiz min yüz otuz, otuz altı) AZN məbləğində əsas kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 102 (yüz iki) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh mülki iş üzrə ilkin, komission və əlavə komission “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri olan 500 (beş yüz) AZN məbləğində pul vəsaitinin tutularaq, dövlət nəfinə ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə Məhkəmənin 05 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli qərardadı ilə İddiaçı ASCnin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi əsasında mülki iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə Cəbrayıl Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi qərara alınmışdır. Cavabdeh nümayəndəsi Nümayəndə 13 fevral 2025-ci il tarixli qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə prosessual müddətin bərpasından imtina haqqında 13 fevral 2025-ci il tarixli qərardadından verilmiş şikayətin cavabdehə geri qaytarılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi (vəkil) fərdi qaydada fəaliyyət göstərən vəkil Hüseynov X2 Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli qərardadından şikayət vermiş və qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi (vəkil) fərdi qaydada fəaliyyət göstərən vəkil Hüseynov X2 Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli qərardadından şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh müəyyən səbəblərə görə Cəbrayıl Rayon Məhkəməsinin müvafiq qərarlarından vaxtında şikayət verə bilməmişdir. Bu səbəbdən də, Cavabdeh nümayəndəsi (vəkil) fərdi qaydada fəaliyyət göstərən vəkil Hüseynov X2 Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli qərardadının ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh nümayəndəsi (vəkil) fərdi qaydada fəaliyyət göstərən Vəkil şikayəti təmin edilməməli, Cəbrayıl Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 135.6-cı maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Məhkəmə kollegiyası qeyd edir ki, Cəbrayıl Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli qətnaməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ iddiaçının konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Ancaq iddiaçı məhkəmənin yuxarıda adıçəkilən qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. MPM-in 128.1 və 128.2-ci maddələrinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cəbrayıl Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cəbrayıl Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 2(072)-13/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət edilməsin və qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-982/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-982/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver