Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-983/2024 10.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mülkiyyət hüququ əldə etmək məqsədilə istifadə və yaşayış hüquqnun tanınması tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-116/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras əmlakı olan, Lerik rayonu, Lerik şəhərinin Camal Şahıyev küçəsi, 9 saylı evdə yerləşən 2 saylı mənzilə mülkiyyət hüququ əldə etmək məqsədi ilə istifadə və yaşayış hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-116/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi (Atabəy Kiçibəyov) ilə, iddianın təmin edilməsi, İddiaçı Lerik şəhər C.Şahiyev küçəsində yerləşən 9 saylı komunal binanın 2 saylı mənzilindən istifadə və yaşayış hüququ müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçının iddia tələbindən müəyyən edilir ki, o, Durğan kəndində anadan olmuşdur. 2006-cı ildə rayonun Pirzəküçə kənd sakini X1 ilə ailə həyatı qurmuşdur. Atalarının ikinci dəfə evlənməsinə razı olmayan uşaqları, xüsusən oğlu Həmidov Bəşir və arvadı Gülgəz yaşamaq üçün onlarıTərlanın tikdirdiyi evə də buraxmamışlar. Bu səbəbdən əri ilə bərabər 2006-cı ildə atasının evində, 2007-ci ildə qardaşının Bakının Nardaran kəndində yerləşən evində, daha sonra isə üç il Pirzəküçə kəndində Rafiq adlı kişinin evində kirayədə yaşamışlar. Dövlət 2011ci ildə əri ilə bərabər ona Camal Şahiyev küçəsində ev 9-da iki otaqlı evdə bir yerdə yaşamaq şərti ilə mənzil vermişdir. 2021-ci ilin sentyabrına qədər əri ilə bərabər həmin iki otaqlı mənzildə birgə yaşamışlar. Mərhum həyat yoldaşı Bakının Südçülər sovxozu adlanan massivdə öz vəsaiti hesabına hər cür şəraiti olan üç otaqlı mənzil alaraq, şəhid oğlunun uşaqlarına vermişdir. Ərim Hamidos. Tartan Teymur oğlu keçmiş arvadının uşaqlarına da hər cür köməklik göstərmişdir. Baxmayaraq ki, onlarım hamısı Tərlanın ikinci dəfə evlənməsinə razı olmamışlar. 2021-ci ilin 14 sentyabrında əri X1 vəfat etmişdir. Hazırda həmin evdə tək yaşayır. Ərinin keçmiş arvadından olan oğlu X2 ərinin ölüm şəadətnaməsini gizli şəraitdə Lənkəra VVAQ şöbəsindən almış və şəhid qardaşı kimi onun bütün imtiyazlarından istifadə etmişdir.Mərhum əri öldükdən sonra mübahisə predmeti olan Lerik rayonu, Lerik şəhərinin Camal Şahıyev küçəsi, 9 saylı evdə yerləşən 2 saylı mənzildə hal- hazıra kimi tək yaşamış və mirası tək qəbul etmişdir.Lerik rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən sözü gedən mənzilə birinci növbə vərəsə kimi tanınmışdır. Bir ildən çoxdur ki, mülkiyyət hüququna dair çıxarış olmadığından bütün komunal xidmətlərə dair bildirişlər mərhum həyat yoldaşının adına gəlir. O, adı çəkilən mənzilə mülkiyyət hüququna dair çıxarış əldə etmək üçün cavabdehə müraciət etmişdir. Lakin həmin mənzilin hüquqi sənədi olmadığı üçün mülkiyyət hüququnun tanınması mümkün hesab edilməmişdir. Bu səbəbdən də göstərilənlərə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlarına toxunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi haqı olaraq verdiyi apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, i, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Belə ki, sözügedən qətnamədə həmin mənzildən istifadə və yaşayış hüququnun müəyyən edilməsi 10 saylı Lənkəran Ərazi İdarəsinin səlahiyyətləri funksiyasına aid deyildir. Əlavə olaraq bildiririk ki, Lerik şəhər C.Şahiyev küçəsində yerləşən 9 saylı komunal binanın 2 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Mövcud vəziyyətlə əlaqədar qeydiyyat orqanının qətnamədə öhdəlik funksiyasının icrası ilə əlaqədar istifadə və yaşayış hüququnu müəyyən etməsi mümkün deyildir. Eyni zamanda bildiririk ki, hazırki iş üzrə tələbə inzibati icraat qaydasında inzibati məhkəmədə baxılmalı olduğu halda, aidiyyatı olaraq deyil, müvafiq rayon məhkəməsinin mülki proseduru çərçivəsində baxılmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs aidiyyəti əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda həmin müraciətdən imtina edilir. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Yuxarıda qeyd olunan prosessual hüquq normaların mənasından da görünür ki, iddiaçı əri öldükdən sonra mübahisə predmeti olan Lerik rayonu, Lerik şəhərinin Camal Şahıyev küçəsi, 9 saylı evdə yerləşən 2 saylı mənzildə hal- hazıra kimi tək yaşamış və mirası tək qəbul etmişdir. Lerik rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən sözü gedən mənzilə birinci növbə vərəsə kimi tanınmışdır. O, adı çəkilən mənzilə mülkiyyət hüququna dair çıxarış əldə etmək üçün cavabdehə müraciət etmişdir. Lakin həmin mənzilin hüquqi sənədi olmadığı üçün mülkiyyət hüququnun tanınması mümkün hesab edilməmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015ci il qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları,onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatıqaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarınımüəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Kollegiya qeyd edir ki, mübahisəli mənzilə istifadə və yaşayış hüququnun müəyyən edilməsi cavabdeh kimi cəlb edilmiş 10 saylı Lənkəran Ərazi İdarəsinin səlahiyyətləri funksiyasına aid deyildir. İddiaçı tərəfindən mübahisəli mənzilə çıxarış əldə edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müarciət edilmiş, lakin həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından bundan imtina edilmişdir. Bu isə onu deməyə əsas verir ki, tərəflər arasında olan mübahisə mülki hüquqi mübahisə deyil inzibati icraat qaydasında baxılmalı olan məsələdir. Belə ki, iddiaçının müraciət etdiyi inzibati orqan mübahisəli evə çıxarış verilməsindən imtina etmişdir. Bu halda iddiaçı inzibati orqanın hərəkətindən məhkəmə qaydasında aidiyyati üzrə inzibati məhkəməyə müraciət etməli idi. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi mübahisəli mənzilə çıxarışın verilməsindən imtina edilməsi ilə bağlı inzibati orqanın hərəkətindən yaranan hüquq münasibətləri publik hüquq münasibətlərinə aiddir. Bu münasibətlərdə hakimiyyət səlahiyyətlərinin icraçısı olan inzibati orqan qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi çıxış edir. MPM-in 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yolverilmir. Qeyd olunmalıdır ki, iddia tələbi publik hüquq münasibətləri ilə tənzimlənən sahədə araşdırma aparılmasını və inzibati orqanların belə münasibətlərdən irəli gələn fəaliyyətinə qiymət verilməsini tələb edirsə, həmin mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxa bilməz. Belə olan halda, ilk növbədə hüquq münasibətinin inzibati və ya xüsusi hüquqa aid olduğu müəyyənləşdirilməli, əgər mübahisələndirilən münasibətin hakimiyyət salahiyyətlərinin həyata keçirilməsi ilə müşayiət olunan publik hüquq sahəsindəki fəaliyyətlə bağlı olduğu müəyyən edilərsə, mübahisəyə MPM-in 261.0.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə olunmalıdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi inzibati orqan (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin) tərəfindən mübahisəli mənzilə iddiaçının adına çıxarışın verilməsi zamanı inzibati orqanın hərəkəti (hərəkətsizliyi) mübahisələndirilərək, həmin mənzilə yaşayış hüququnun tanınması və mənzilə köçürülmə və kompensasiyanın alınmasından ibarətdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi mülki icraat qaydasında baxılmalı olmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının tələbləri pozulmaqla icraata qəbul edilmiş və tələb üzrə yekun nəticəyə gəlməklə prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Buna görə də apellyasiya şikayəti qismən əsaslı hesab edilməklə qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. İş məhkəmədə baxılmalı deyildirsə ifadəsi mülki prosessual qanunvericiliyin normaları əsasında icraatı aparan məhkəmələri nəzərdə tutmaqla yanaşı, həmçinin onu ehtiva edir ki, iş bu prosessual normalar əsasında deyil, başqa prosessual normalar əsasında icraatı aparan məhkəmələrin səlahiyətinə aiddirsə, bu halda da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 372, 400,402.2və 402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-116/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mülkiyyət hüququ əldə etmək məqsədilə istifadə və yaşayış hüquqnun tanınması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-983/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-983/2024
10.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver