Məhkəmə qərarları › İş №2(106)-986/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-986/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-986/2024 24.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), X2 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 50.000 (əlli min) manat məbləğində pulun və 240 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-42/2024 nömrəli iş üzrə 07 yanvar 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, şikayət Azərbaycan Respublikasının MPM-nin 361-ci maddəsinin tələblərinə cavab vermədiyinə görə Neftçala Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı 03 aprel 2024-cü ildə nöqsanları aradan qaldırdıqdan sonra apellyasiya şikayəti vermiş və ərizə ilə məhkəməyə müraciət edərək Neftçala Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddəti İddiaçı münasibətdə bərpa edilmişdir. Sonuncu qərardaddan cavabdehin nümayəndəsi və vəkili Vəkil1 şikayət vermiş, şikayətində Neftçala Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə onlara müvafiq bildiriş göndərilmiş, qarşı tərəfin 20 may 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və ya vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Neftçala Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli qətnaməsi tərəflərin iş materiallarında göstərilən ünvanına göndərilmiş, o cümlədən İddiaçı xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə elektron sistemə yerləşdirmişdir. MPM-in 361-ci və 363-cü maddələrinin tələblərinə cavab vermədiyindən apellyasiya şikayəti Neftçala Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Müvafiq nöqsanları aradan qaldırdıqdan sonra iddiaçı yenidən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, həmçinin apellyasiya şikayətinə müddətin bərpasına dair ərizə də əlavə etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(053)-42/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün müddəti üzrlü səbəbdən ötürmüşdür. Müddət cəmi 6 gün ötürmüş, əslində o qətnamənin surətini xx.xx.2024cü il tarixdə ona çatdırıldığı üçün şikayəti də xx.xx.2024-cü il tarixdə vermişdir. Hesab edir ki, müddətin ötməsi üzrlü səbəbdən olmuşdur. Məhkəmə hesab etmişdir ki, qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti İddiaçı münasibətdə bərpa edilməli və apellyasiya şikayəti işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Beləliklə, şikayət təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 357-358, 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(053)-42/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar