Məhkəmə qərarları › İş №2(106)-99/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-99/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-99/2025 11.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, Masallı Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı Bank olmayan Kredit Təşkilatı (BOKT) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tariхli, 2021/00057-01 №-li kredit müqaviləsinə əsasən kreditor borcluya 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 15000 manat məbləğində krеdit vеrmişdir. İstehlak krediti müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq İddiaçı BOKT ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 2021/00057-01İP nömrəli ipoteka müqaviləsi bağlanmış, ipoteka ilə yüklü edilən, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzili 70000 manata qiymətləndirilmişdir. İpoteka predmeti xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmış, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 234 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İddiaçı BOKT ASC iddia ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 15 mart 2021-ci il tariхli, 2021/00057-01 №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh əsas borcu üzrə 10949.46 manat, ona hesablanmış 3633.25 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 15582.71 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 136.75 manatın əvəzinin tutulması; tələbin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 70 000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 15582.71 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 136.75 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən iddiaya dair onun mövqeyi bəlli olmamışdır. Masallı Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(050)-43/2024 saylı qərardadı ilə ipoteka predmeti ona mənzil açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması hissədə iş üzrə icraata xitam verilmişdir. Masallı Rayon Məhkəməsinin (hakim H.Bəhmənov) 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tariхli, 2021/00057-01 №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh əsas borca görə 10949.46 manat, faiz borcuna görə 3633.25 manat, cərimə borcuna görə 1000, cəmi 15582,71 manat və ödənilmiş dövlət rüsumuna görə 136,75 manatın tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzil açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilin ilkin satış qiyməti 61000 manat müəyyən olunması, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ********** X1 KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin mənzilin ilkin satış qiyməti və dəbbə pulu məbləğinin müəyyən edilməsi hissələrində ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, Masallı rayon məhkəməsi 10949 manatlıq qalıq borc məbləğinə hesablanmış 3633 manat faiz borcunun olmasına baxmayaraq, iddiaçı tərəfin tələb etdiyi 1000 manatlıq dəbbə pulunu da tam həcmdə təmin etməsi anlaşılan deyildir. Məhkəmə hesablanmış 1000 manatlıq dəbbə pulunun qalıq borca münasibətdə tənasübsüz surətdə yüksək olduğunu görüb həmin məbləği azaltmalı idi. Nəzərə alınsa ki, 3633 manat miqdarında əlavə olaraq faiz hesablanmışdır, həmin dəbbə pulunun miqdarı kifayət qədər yüksəkdir. Şikayətə görə, məhkəmə əsassız qiymətləndirmə hesabatına istinad edərək mülkiyyətində olan mənzilin ilkin satış dəyərini 61000 manat olaraq qiymətləndirmiş və nəticədə onun mülkiyyət hüquqlarının kobud pozuntusuna yol vermişdir. Halbuki mənzilinin real dəyəri müəyyənləşdirilən məbləğdən xeyli yüksək olmuş, məhkəmə öz təşəbbüsü ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməli olduğu halda bunu etməyərək mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Prosessualməsələlər İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, iş həcminin çox olması ilə əlaqədar olaraq məhkəmə iclasına onun iştiakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin məhkəməyə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı tərəf qətnaməni ipoteka predmetinin ilkin satış qiyməti və dəbbə pulu məbləğinin müəyyən edilməsinə dair hissədə mübahisələndirmişdir. Məhkəmə Kollegiyası işə apellyasiya şikayəti həddində baxır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 15 mart 2021-ci il tariхli kredit müqaviləsinə əsasən kreditor borcluya 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 15000 manat məbləğində krеdit vеrmişdir. İstehlak krediti müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, ipoteka ilə yüklü edilən, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzili 70000 manata qiymətləndirilmişdir. İpoteka predmeti xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmış, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 234 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İddiaçının borcalan və ipoteka qoyan Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişin məzmunundan görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə xəbərdar edilmişdir. İddiaçı BOKT ASC kredit müqaviləsi üzrə borcunu tələb etmişdir. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiyməti və dəbbə pulununa dair hissədə mübahisələndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən: 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.[314] 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehdən borcunu və ona hesablanmış faizləri, o cümlədən dəbbə pulunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsində borcla bağlı mühasibatlıq ekspertizası və ipoteka predmeti olan mənzilin qiymətləndirməsi keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/9457 №-li rəyinə görə, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tariхli, 2021/00057- 01 №-li kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə banka 10949,46 manat əsas, 3633,42 manat faiz borcu qalmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabata görə, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilin likvid dəyəri 61000 manat, bazar dəyəri 72000 manat qiymətləndirilmişdir. Cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin qiymətləndirilməsini mübahisələndirildiyindən apellyasiya baxışında iş üzrə müvafiq qiymətləndirmə keçirilmiş, müstəqil qiymətləndiricinin rəyi alınmışdır. “X3” MMC-nin xx.xx.2024-cü il tarixli 111 saylı qiymətləndirmə rəyinə görə ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilin qiymətləndirmə tarixinə olan likvid dəyəri 102740 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmiş ilkin satış qiyməti ilə “X3” MMC-nin rəyində müəyyən edilmiş ilkin satış qiymətləri arasında kəskin fərq olduğundan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün iş üzrə yenidən qiymətləndirmə keçirilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 019/FNK/25 saylı rəyinə görə, ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilin qiymətləndirmə tarixinə olan bazar dəyəri 120000 manat, likvid dəyəri 110000 manat müəyyən edilmişdir. Beləliklə, ipoteka predmetinin qiymətləndirilməsi üzrə yenidən alınmış rəylər müqayisə edilərkən müəyyən edilir ki, sonuncu rəylərdə ipoteka predmetinin ilkin satış qiymətləri müvafiq olaraq 102740 manat və 110000 manatdır. İpoteka predmetinin ipoteka müqaviləsində müəyyən edilən qiyməti ilə məhkəmədə müəyyən edilən sonuncu ilkin satış qiymətləri arasında kəskin fərq vardır. Bununla yanaşı, Kollegiya müəyyən edilmiş sonuncu qiymətlər arasında daha az fərq olan (X3” MMC-nin xx.xx.2024-cü il tarixli 111 saylı qiymətləndirmə rəyində müəyyən edilən) satış qiymətinə üstünlük verir. İstər iddiaçı, istərsə də cavabdeh “X3” MMC-nin arayışında göstərilən likvid dəyərinə qarşı etirazı bildirilməmişdir. Kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilərkən “X3” MMC-nin arayışında göstərilən likvid dəyəri əsas götürülməlidir. Cavabdeh apellyasiya şikayətində həm də dəbbə pulunu mübahisələndirmişdir. Bununla yanaşı dəbbə borcunun yenidən hesablanmasını əsaslandırmamışdır. Kollegiya dəbbə borcunun azaldılması üçün əsas tapmır, belə ki, dəbbə pulu tənasübsüz yüksək deyil. Beləliklə, Məhkəmə Kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 102740 manat müəyyən edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qiymətləndiricinin rəyinin alınmasına görə, İddiaçı BOKT ASC tərəfindən ödənilmiş məbləğin yarısı- 350 manat Cavabdeh alınıb İddiaçı BOKT ASC-nin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(050)-43/2024 nömrəli qətnaməsi qismən- ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilsin. İpoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 102.740 (yüz iki min yeddi yüz qırx) manat müəyyən edilsin. Qiymətləndiricinin rəyinin alınmasına görə Cavabdeh 350 manat alınıb İddiaçı BOKT ASC-nin hesabına köçürülsün. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar