Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-995/2025 17.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası X7 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət məhkəmə tərkibində, Lerik Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2(048)-52/2025 saylı qərardadından Cavabdeh və onun nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Həmidov X2 Şeyda Sədrəddin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 10000 (on min) manat dəyərində zərərin və 120 (yüz iyirmi) manat ödədiyi dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)-2598/2019 saylı icra sənədinə əsasən “Chevrolet Niva GLS” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh alınıb ona verilməlidir. Avtomaşın cavabdehin sahibliyindən çıxaraq bir neçə dəfə özgəninkiləşdirildiyindən icra sənədinin icrası mümkün olmamışdır. Ona qaytarılmalı olan “Chevrolet Niva GLS” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşın geri qaytarılması mümkün olmadığından ona dəymiş ziyanı cavabdehdən tələb etmək qərarına gəlmişdir. Hal-hazırda həmin avtomaşın xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdadır. O, həmin şəxslə görüşmüş, həmin şəxs ona avtomaşını 10000 (on min) manata aldığını bildirmişdir. Hazırda avtomaşının qiyməti 10000 (on min) manatdır. Cavabdeh avtomaşını ona qaytarmamaqla ona 10000 (on min) manat məbləğində ziyan vurmuşdur. O, həmin məbləği cavabdeh X1 tələb edir. Lerik Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli qərardadı ilə 30 aprel 2025-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Qiymətləndiricilər Palatasına həvalə edilmişdir. Nümayəndə Vəkil məhkəməyə müraciət edərək 30 aprel 2025-ci il tarixli qərardadın ləğv edilməsini və icraatın təzələnməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 12.05 2025-ci il tarixli qərardadı ilə 30 aprel 2025-ci il tarixli qərardaddan verilmiş şikayətin təmin edilməməsi, baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır). Həmin Qanunun 6-cı maddəsinə görə qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da, aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə müstəqildir. Həmin Qanunun 7-ci maddəsinə görə qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qeyd olunan Qanunun 8-ci maddəsinə görə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraat dayandırılır. Habelə MPM-in 256.0.2-ci maddəsinə əsasən iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılır. Məhkəmə tərkibi hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Habelə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsi aşkar edilmir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2(048)-52/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-995/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-995/2025
17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver