Məhkəmə qərarları › İş №2(106)-998/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-998/2024

03.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-998/2024 03.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Cəlilabad Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pulun ondan (cavabdehdən) tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Ağayev X1 Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəmə tərəfindən məhkumun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2021-ci il tarixdə böyük icra məmuru (probasiya üzrə) Aqşin Əliyev tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları məhkuma izah edilərək ona “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd qolbağ və yaddaş kitabçası təhvil verilməklə onun yaşadığı ünvanda quraşdırılmışdır. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və həmin avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İddiaya görə, Cavabdeh cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsi olan mobil telefonu yararsız hala salmışdır. Ədliyyə Nazirliyinin Maliyyə və Təminatı İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin zədələnmiş elektron nəzarət vasitəsinin dəyəri ümumilikdə 2277.40 manat təşkil edir. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Cəlilabad Rayon Məhkəməsinin (hakim V.Cəbrayılov) 06 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə zərərin onun tərəfindən vurulması ilə bağlı düzgün nəticəyə gəlməmiş, cihazın ondan təhvil alınması ilə bağlı protokolu tələb etməmişdir. Əgər məhkuma nəzarət cihazı verilibsə və cəza müddəti bitibsə demək qeyd edilən cihaz məkhumdan alınmalıdı. Cihaz məhkumdan alınmışsa demək icra məmuru cihazı protokol tərtib etməklə almalıdır. Qətnamədən aydın görünür ki, məhkəmə işə baxarkən probasiya şöbəsindən qeyd edilən protokolu almadan sübutlara qiymət vermişdir. Şikayətə görə, zərərin iddiaçı tərəfindən vurulması ilə bağlı məhkəməyə mötəbər sübut vermədiyi halda hakim heç bir araşdırma aparmadan, zərər vuran şəxsin dairəsini müəyyən etmədən qətnamə çıxarmışdır. Halbuki, cihazı xx.xx.2023-cü ildə icra və probasiya şöbəsinə təhvil vermiş, təhvil-təslim zamanı həmin tarixdə onun iştirakı ilə icra məmuru Aqşin Əliyev tərəfindən protokol tərtib edilmişdir. Protokolda cihazın saz vəziyyətdə olduğu qeyd edilmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, həmin dəlillərə uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki halları ondan ibarətdir ki, Ağayev X1 Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəmə tərəfindən məhkumun üzərinə elektron nəzarət vasitəsi qoşulmuşdur, ona bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd qolbağ və yaddaş kitabçası təhvil verilməklə onun yaşadığı ünvanda quraşdırılmışdır. İddiaya görə, Cavabdeh cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsi olan mobil telefonu yararsız hala salmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışına görə, “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəyəri də daxil olmaqla, ümumilikdə 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat nəzarət subyektindən tutulur. İddiaçı cavabdehdən delikt nəticəsində vurulmuş zərəri tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1097-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (Maddə 21.2) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunmalıdır ki, vurulmuş ziyan tələb edildiyi halda, bu cür iddia verilərkən mövcud ziyan ortada olmalı, ziyan cavabdeh tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Apellyasiya baxışında Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin yararlı olub-olmadığı, yararlı olmadığı halda nasazlığın aradan qaldırılmasının mümkün olubolmadığı, elektron nəzarət vasitəsinin nasazlığı (korroziya) aşkar edilərsə bunun səbəbini (fiziki təsir, ehtiyatsız davranma, işlədilməsi nəticəsində aşınma və s. yollarla baş veribverməməsini) müəyyən etmək üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis (kompüter)-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ekspert qarşısında qoyulan sualların məhkəmə kompüter-texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmaması, mülki iş üzrə təyin edilmiş məhkəmə mühəndis (kompüter)-texniki ekspertizasının keçirilməsinin mümkün olmaması səbəbindən iş geri qaytarmışdır. Kollegiya təqdim edilmiş sənədlər üzrə işə baxmışdır. İddiaçı tələbini əsaslandırarkən və məhkəmə də iddianı təmin edərkən ona istinad etmişdir ki, elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, Cavabdeh verilmiş Attenti V6 mobil qurğusunda xx.xx.2023-cü il tarixdə texniki baxış nəticəsində ana plata elementlərinin üzərində korroziya müşahidə olunur, təmiri mümkün deyil və istifadəyə tam yararsızdır. Kollegiya qeyd edir ki, hazırki tələb üzrə iddianın təmin edilməsi üçün ziyanın cavabdeh tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqənin olması sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin bu halları yoxlanılmamış, məhkəmə mövcud ziyanın cavabdeh tərəfindən vurulmasını, onun təqsirli hərəkətinin olub-olmamasını aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddianı sübut etmək üzrə sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Mövcud ziyanın cavabdeh tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübuta yetirmək iddiaçının üzərindədir. Məhkəmənin istinad etdiyi, işdə olan 13 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, X2 məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməməsi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İşin hallarına görə Cavabdeh cəza çəkdiyi müddətdə ona təhkim edilmiş cihazın zədələnməsi ilə bağlı hər-hansı məlumat, o cümlədən siqnalın ötürülməməsi, cihazın yüklənməməsi, platada nasazlıq və s. ilə bağlı məlumat daxil olmamışdır. Müəyyən edilir ki, Cavabdeh cəzasını çəkib qurtardıqdan sonra elektron nəzarət cihazı Cəlilabad İcra və Probasiya şöbəsinə təhvil verilmiş, bu barədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsi cəza müddəti bitdiyindən təhvil götürülmüşdür. Təhvil götürülmə zamanı elektron nəzarət vasitəsinə vizual olaraq baxış keçirilmiş, baxış zamanı elektron nəzarət vasitəsində hər-hansı bir zədə aşkar edilməmişdir. Təhvil zamanı monitorinq mərkəzinin əməkdaşına məlumat verilmişdir. Protokol Cəlilabad İcra və Probasiya şöbəsinin böyük icra məmuru və cəzasını çəkib başa vurmuş Cavabdeh tərəfindən imzalanmışdır. Göründüyü kimi, elektron nəzarət cihazının İcra və Probasiya şöbəsinə təhvil verilməsi zamanı onda hər-hansı qüsur aşkar edilməmişdir. Bundan başqa, cihazın işlək olmaması, yararsız olması barədə də məlumat olmamışdır. Kollegiya hesab edir ki, iddiaçının əsaslandığı və məhkəmənin sübut kimi istinad etdiyi hallar ziyanın cavabdeh tərəfindən vurulmasını müəyyən etmək üçün, iddianı təmin etmək üçün yetərli deyil. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir, iddia əsassız hesab edilərək təmin edilməməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, qətnamə əsassızdır; məhkəmə iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(073)-356/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya qaydasında şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar