Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1000/2023 12.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «üç azyaşlı uşağı ilə birlikdə mənzildən istifadə, yaşamaq hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən istifadə, yaşamaq hüququnun tanınması və mənzilə köçürülmə, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «üç azyaşlı uşağı ilə birlikdə mənzildən istifadə, yaşamaq hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 1 may 2023-cü il tarixli, 2(039)-820/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı «üç azyaşlı uşağı ilə birlikdə mənzildən istifadə, yaşamaq hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun üç azyaşlı övladı ilə birlikdə atası Cavabdeh mülkiyyətində olan Yevlax şəhəri, H.Əliyev prospekti 11/41 ünvanında yerləşən mənzildən istifadə, yaşamaq hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələrinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, mülki iş üzrə iddia predmetini ünvan 2anı olmasının nəzərə alınmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2009-cu ildə ailə quraraq ər evinə köçmüşdür. Ər evində üç uşağı dünyaya gəlmişdir. 22 iyul 2022-ci il tarixdə atasına məxsus evə köçərək orada yaşamışdır. 25 dekabr 2022-ci il tarixdə əri ilə barışmış və ərinin əmisinə məxsus Yevlax rayonu, Gölövşə kəndində yerləşən evdə yaşayır. Atası onu evə buraxmır. Atasına Dövlət tərəfindən mənzil verilərkən o və övladları da nəzərə alınaraq verilmişdir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 1 may 2023-cü il tarixli, 2(039)-820/2023 saylı qətnaməsi ilə (hakim R.Əlizadə) iddia təmin edilmiş, İddiaçı, 10 oktyabr 2010-cu il təvəllüdlü X4, 14 dekabr 2011-ci il təvəllüdlü X5, 18 fevral 2019-cu il təvəllüdlü X2 Yevlax şəhəri, Heydər Əliyev prospekti 11 saylı evin 42 saylı mənzilinə istifadə hüquqlarının tanınması, İddiaçı, 10 oktyabr 2010-cu il təvəllüdlü X8, 14 dekabr 2011-ci il təvəllüdlü X9, 18 fevral 2019-cu il təvəllüdlü X7 ilə birlikdə Yevlax şəhəri, Heydər Əliyev prospekti 11 saylı evin 42 saylı mənzilinə köçürülmələri, İddiaçı, 10 oktyabr 2010-cu il təvəllüdlü X4, 14 dekabr 2011-ci il təvəllüdlü X5, 18 fevral 2019-cu il təvəllüdlü X2 həmin mənzilin kommunal və qeyri-yaşayış (yardımçı) sahəsindən istifadə qaydaları cavabdehlə bərabər hüquqda müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı Cavabdeh qızıdır. İddiaçı 01 oktyabr 2010-cu il tarixdə ailə qurmuşdur. Bu nikahından 10 oktyabr 2010-cu il təvəllüdlü X8, 14 dekabr 2011-ci il təvəllüdlü X9, 18 fevral 2019-cu il təvəllüdlü X7 adlı üç uşağı olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəsisslərinin rəyinə əsasən qəzalı vəziyyətdə və yaşayan üçün yararsız olan, Yevlax şəhəri, Nizami prospekti 19 ünvanında yerləşən, 10 barak tipli binada yaşayan ailələrin köçürülməsi və onların mənzillə təmin olunmaları məqsədilə bu binalarda yaşayan ailələrin mənzil şəraitinin yaxşılaşdırması üçün dövlət vəsaiti hesabına 9 mərtəbəli 45 mənzilli yaşayış binası tikilmiş və sakinlər həmin binaya köçürülmüşlər. Sakinlərin yeni binaya köçürülməsi zamanı barak tipli binada yaşayan ailələrin sayı, tərkibi müəyyən edilmiş, mənzillərin sənədlərinin təftişi aparılmış, hər mənzildə faktiki yaşayan və qeydiyyatda olanların sayı müəyyənləşdirilmiş, sakinlərə barak tipli binalarda yaşamaq hüququ verən sənədlərin (order, qeydiyyat vəsiqəsi, çıxarış) və şəxsiyyət vəsiqələrinin surətləri toplanmışdır. Yevlax şəhəri, Nizami prospekti 19 nömrəli binanın 2 nömrəli mənzilində Cavabdeh ilə birgə ailə üzvləri olan qızı X6, nəvəsi X8, nəvəsi X9 və nəvəsi X7 yaşamış və qeydiyyatda olmuşlar. Cavabdeh Nizami prospekti 19 nömrəli binanın 2 nömrəli mənzilə çıxarışı olmuşdur. Cavabdeh 5 nəfər ailə üzvləri nəzərə alınmaqla həmin ailəyə Heydər Əliyev prospekti 11 ünvanında yeni tikilmiş binada ümumi sahəsi 92.1 kv.metr olan 2 otaqlı mənzil verilmişdir. Cavabdeh iddiaçını mənzildən çıxararaq həmin mənzilə buraxmır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun üç azyaşlı övladı ilə birlikdə atası Cavabdeh mülkiyyətində olan Yevlax şəhəri, H.Əliyev prospekti 11/41 ünvanında yerləşən yaşayış mənzilindən istifadə, yaşamaq hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələrinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, İddiaçı, 10 oktyabr 2010-cu il təvəllüdlü X4, 14 dekabr 2011-ci il təvəllüdlü X5, 18 fevral 2019-cu il təvəllüdlü X2 Yevlax şəhəri, Heydər Əliyev prospekti 11 saylı evin 42 saylı mənzilinə istifadə hüquqlarının tanınmalı, İddiaçı, 10 oktyabr 2010-cu il təvəllüdlü X8, 14 dekabr 2011-ci il təvəllüdlü X9, 18 fevral 2019-cu il təvəllüdlü X7 ilə birlikdə Yevlax şəhəri, Heydər Əliyev prospekti 11 saylı evin 42 saylı mənzilinə köçürülməli, İddiaçı, 10 oktyabr 2010-cu il təvəllüdlü X4, 14 dekabr 2011-ci il təvəllüdlü X5, 18 fevral 2019-cu il təvəllüdlü X2 həmin mənzilin kommunal və qeyri-yaşayış (yardımçı) sahəsindən istifadə qaydaları cavabdehlə bərabər hüquqda müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənzil verilərkən iddiaçı və onun övladları da nəzərə alınaraq verilmişdir. Yəni mənzil ailə üzvlərinin sayına əsasən 92.1 kv.m ölçüdə verilmişdir. Dövlət orqanının aktları mövcuddur. Hal-hazırda həmin akt qüvvədədir və mübahisələndirilməyib. İddiaçı övladları ilə birlikdə həmin evdə yaşamışdır. Eyni zamanda məhkəmə mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 59.1, 68.1, 8.0.2, 48.1, 50, 50.1, 50.1.1, 50.1.2, 50.1.3, 50.1.4, 68.2, 69.1, 70-ci maddələri Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən qətnamənin qət etdiyi hissəsində məhkəmə iddia tələbindən kənara çıxmışdır. Bundan başqa məhkəmə iddianı qeyri obyektiv araşdıraraq 14 il bundan əvvəl ər evinə köçmüş, hal-hazırda da əri ilə yaşayan iddiaçını əsassız olaraq evinə köçürmüş, istifadə hüququnu tanımışdır. Hətta tələbdən də kənara çıxmışdır. Məhkəmə iddiaçının evində qeydiyyatda olmadığını, hazırda da ər evinə köçərək Gülövşə kəndində yaşayan və qeydiyyatda olan iddiaçını əsaslı səbəb olmadan evinə köçürmüşdür. 14 il ər evində yaşayıb hazırda da bu evdə yaşamaq istəyən iddiaçını başa düşə bilmir. Məsələ odur ki, o, bir mülkiyyətçi olaraq onun mülkiyyət hüquqlarının ön plana keçməsini başa düşə bilmir. İddiaçının yaşamaq üçün evi, 14 illik ailəsi olduğu halda onun iki otaqlı evində onun mülkiyyət hüququnun olmadığı, yaşayış yerinin olduğu ər evində yaşamaq əvəzinə onun evində hansı zərurətlə onun köçməsini və istifadə hüququnun tanınmasını müəyyən edir ki, o, bu zərurətin təsirindən iddiaçının istifadə hüququnun tanınmasını müdafiə etsin. Bu şəkildə qətnamənin qəbul edilməsi, hətta, tələbdən kənara çıxmasını onun mülkiyyət üzərində olan hüquqlarını açıq-aşkar pozulması hesab edir. Məhkəmə iddia ərizəsində irəli sürən dəlilləri müzakirə etməməklə qanunun qeyd edilən tələblərini pozmuşdur. Məhkəmə onun mülkiyyətçi olduğunu, müstəsna mülkiyyət hüququnu qəbul edib mübahisəni mülkiyyətçi sənədlərinə münasibətdə həll etmək əvəzinə mübahisələndirilən mənzilə istifadə hüququ olmayan bu şəxsləri evinə köçürməklə istifadə hüququnu təmin etməklə əsassız nəticəyə gəlmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 1 may 2023-cü il tarixli, 2(039)-820/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 1 may 2023-cü il tarixli, 2(039)-820/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: (Yeni Məcəllə) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 82-ci maddəsi: 82.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər. 82.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə istənilən vaxt sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir. 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Yevlax Rayon Məhkəməsinin 1 may 2023cü il tarixli, 2(039)-820/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 1 may 2023-cü il tarixli, 2(039)-820/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə Yevlax Rayon Məhkəməsinin 1 may 2023-cü il tarixli, 2(039)-820/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qızıdır. İddiaçı 2009-cu ildə ailə quraraq ər evinə köçmüşdür. Ər evində üç uşağı dünyaya gəlmişdir. Hazırda da ərinin əmisinə məxsus Yevlax rayonu, Gölövşə kəndində yerləşən evdə yaşayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2009-cu ildə ər evinə köçmüş, Yevlax rayonu Gülövşə kəndinə qeydiyyata alınmaqla həmin kənddə 14 il yaşamış, hazırda da həmin evdə yaşamaqdadır. Göründüyü kimi iddiaçı daimi olaraq atası evini 14 ilə yaxın tərk edib, əri evində yaşadığı üçün iddiaçının həmin mənzilə istifadə hüququnu itirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 01 fevral 2023-cü il tarixli 3-21-3-35/2-407/2023 saylı məktubundan məlum olur ki, Yevlax şəhəri, Heydər Əliyev prospekti 11 nömrəli binanın 42 saylı mənzili üzərində Cavabdeh tam mülkiyyət hüququ 15 avqust 2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə Mənzil Məcəlləsi tətbiq olunmalıdır) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı,oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib göstərmədiyidir. Bu mənada kollegiya hesab edir ki, iddiaçının ailə qurub ər evinə gəlin köçərkən ata (ana) evinə geri qayıtmaq niyyətində olduğu inandırcı deyildir, ara-sıra həmin mənzilə gəlib-getməsi isə yaşayış sahəsi ilə bağlılıq kimi deyil, valideyn-övlad bağlılığı olaraq qiymətləndirilməlidir. Bu baxımdan kollegiyanın qənaətinə görə, göstərilən meyarlar nəzərə alındığında iddiaçı mübahisəli mənzildən 2009-cu ildə daimi yaşamaq üçün ər evinə ailə üzvü kimi köçüb getmişdir və həmin mənzilə ara-sıra gəlib-getməsi köçüb getdikləri vaxtdan itirilmiş hesab olunan istifadə hüququnun bərpasına əsas verə bilməz. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etməkdə məqsədi həmin mənzilə köçüb yaşamaq yox, həmin mənzilin atası tərəfindən satılması ilə bağlıdır. Kollegiyanın iclasında izahat verən iddiaçı, (eyni zamanda iddia ərizəsində) mübahisəli mənzilin atası tərəfindən satılacağını eşitdiy üçün məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçının məqsədi həmin mənzilə köçüb orada yaşamaq deyil, mənzilin satılmasının qarşısının alınması ilə bağlıdır. Halbuki, cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olmaqla ondan istədiyi kimi istifadə edə bilər. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, iddiaçı hazırda əri və uşaqları ilə birlikdə başqa ünvanda yaşayırlar. Nikah pozulmadan, əri tərəfindən evdən çıxarılmadan iddiaçının ata evinə köçmək istəməsi anlaşılan deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşır. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Beləliklə Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 1 may 2023-cü il tarixli, 2(039)-820/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 1 may 2023-cü il tarixli, 2(039)-820/2023 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə, yaşamaq hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1000/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1000/2023
12.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver