Məhkəmə qərarları › İş №2(107)-1002/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1002/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1002/2024 29.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və banka təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi, əmlakın boşaldılması, müqavilə üzrə öhtəliyin pozulması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv olunması və sair tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(019)-168/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması, banka təhvil verilməsi və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir). Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 111.2 kv.m olan fərdi yaşayış evinin alıcı Cavabdeh 25000 (iyirmi beş min) manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 5000 (beş min) manat məbləği Satıcı AccessBank QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 20000 manat məbləği isə xx.xx.2025-ci il tarixinədək ödəməyi öhdəsinə götürür. 6 ay ərzində aylıq ödəniş 300 manat olmaqla, qalan 30 ay müddət ərzində aylıq ödənişi 606.67 manat olmaqla ödənilməlidir, cəmi 36 ay olmaq şərti ilə. Lakin alıcı tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4.-cü maddəsinə əsasən “Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. Həmin şərtlər əsasında tərəflər arasında Bakı şəhəri 53 saylı notariat ofisində razılıq əldə olunmuşdur. Lakin Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-ci il tarixində xəbərdarlıq məktubu göndərilərək, öhdəliyi icra etmədiyi təqdirdə nisyə alqı-satqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(019)-168/2024 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin mülkiyyət hüquqları qeydə alınmış ünvan 1ində yerləşən ümumi sahəsi 111.2 kv.metr olan fərdi yaşayış evindən çıxarılması, həmin əmlak – ünvan 1ində yerləşən ümumi sahəsi 111.2 kv.metr olan fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, İddiaçı QSC tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 111.2 kv.m olan fərdi yaşayış evinin alıcı Cavabdeh 25000 (iyirmi beş min) manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın nisyə alqı-saqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 5000 (beş min) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 20000 manat məbləği isə xx.xx.2025-ci il tarixinədək ödəməyi öhdəsinə götürür, 6 ay ərzində aylıq ödəniş 300 manat olmaqla, qalan 30 ay müddət ərzində aylıq ödənişi 606.67 manat olmaqla, cəmi 36 ay olmaq şərti ilə ödənilməlidir. Lakin alıcı tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. İddiaçı QSC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilənin ləğvinə dair təklif göndərilmiş və göstərilmişdir ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən «AccessBank" QSC-nin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh 25000 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 5000 manat məbləği satıcı “AccessBank" QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə, qalan 20000 manat məbləği xx.xx.2025-ci il tarixinədək, hər ayda bir dəfə 300 AZN altı ödəniş, sonrakı otuz ödənişdə 606.67 AZN olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin Cavabdeh tərəfindən yalnız 5000 manat ödəniş edilmiş, qalan məbləğlər ödənilməmişdir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilinəsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstəriİmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsini təklif edirlər. Bu təklifə 10 (on) gün müddətində rəsmi şəkildə cavab vermək xahiş olunur. Əks təqdirdə müqavilənin ləğv edilməsi və müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün Bank tərəfindən məhkəməyə müraciət ediləcəkdir. Bu halda tərəflərindən çəkilmiş zəruri icra xərcləri ondan tələb olunacaqdır. Lakin Cavabdeh tərəfindən iddiaçının müqavilənin ləğvi barədə təklifinə qanunda nəzərdə tutulmuş müddətdə cavab verilməmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi iddiaçı Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam etmişdir. Göstərilənlər əsasında birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında fərdi yaşayış evinin nisyə alqı-satqı münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı bank qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab etmişdir ki, iddia təmin olunmalı, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı QSC-nin mülkiyyət hüquqları qeydə alınmış ünvan 1ində yerləşən ümumi sahəsi 111.2 kv.metr olan fərdi yaşayış evindən çıxarılmalı, həmin əmlak – ünvan 1ində yerləşən ümumi sahəsi 111.2 kv.metr olan fərdi yaşayış evi boşaldılmalı və İddiaçı QSC-yə təhvil verilməli, İddiaçı QSC tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 398.1, 399.1, 404.1, 405.1, 567, 597.1, 600.1, 600.2, 600.4, 600.5, 601.1, 601.2, 421.1, 421.2, 421.3, 422.1, 422.2, 423.1, 423.2, 424.2, 424.3. 424.4, 424.5, 425.1, 425.2, 427.1, 427.2, 427.3, 432.4, 442, 443.1, 443.2, 445.1, 445.2.1, 448.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, iddianı qəbul etməyərək, məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə aralarında daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında satıcı İddiaçı QSC mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 111.2 kv.m olan fərdi yaşayış evini ona 25000 (iyirmi beş min) manat qiymətinə satılması razılaşdırılmışdır. Həmin xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın nisyə alqısatqı müqaviləsinin 5-ci bəndinin şərtlərinə əsasən ilk olaraq 5000 manatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə notariusun bankda açılan depozit hesab vasitəsilə ödəmiş, qalan 20000 manat məbləği isə xx.xx.2025-ci il tarixinədək, 6 ay ərzində aylıq ödəniş 300 manat olmaqla, qalan 30 ay müddət ərzində aylıq ödənişi 606.67 manat olmaqla cəmi 36 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin müqavilə üzrə qalıq 20000 manat məbləği "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödəməmişdir. Buna səbəb onun maddi imkanının olmaması olmuşdur. Eyni zamanda iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçı bildirmişdir ki, guya ona təklif göndərilmişdir. Lakin iddiaçı tərəfindən ona belə bir məzmunda təklif və ya xəbərdarlıq göndərilməmişdir. Ona görə də Balakən Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(019)- 168/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(019)- 168/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı "xxxx" QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı "xxxx" QSC məhkəməyə məlumat göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2-ci bəndinə əsasən Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür Həmin Məcəllənin 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(019)-168/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(019)-168/2024 sаylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(019)-168/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olmuşdur ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 111.2 kv.m olan fərdi yaşayış evinin alıcı Cavabdeh 25000 (iyirmi beş min) manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın nisyə alqı-saqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 5000 (beş min) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməlidir. Qalan 20000 manat məbləği isə xx.xx.2025-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüş, 6 ay ərzində aylıq ödəniş 300 manat olmaqla, qalan 30 ay müddət ərzində aylıq ödənişi 606.67 manat olmaqla cəmi 36 ay olmaq şərti ilə ödənilməlidir. Lakin alıcı tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. İddiaçı QSC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilənin ləğvinə dair təklif göndərilmiş və göstərilmişdir ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən «AccessBank" QSC-nin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh 25000 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 5000 manat məbləği satıcı “AccessBank" QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə, qalan 20000 manat məbləği xx.xx.2025-ci il tarixinədək, hər ayda bir dəfə 300 AZN altı ödəniş, sonrakı otuz ödənişdə 606.67 AZN olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin Cavabdeh tərəfindən yalnız 5000 manat ödəniş edilmiş, qalan məbləğlər ödənilməmişdir. İddiaçı QSC ilə Cavabdeh arasında fərdi yaşayış evinin nisyə alqı-satqı münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı bank qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Şikayətin ilk dəlili ondan ibarədir ki, xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin 5-ci bəndinin şərtlərinə əsasən ilk olaraq 5000 manatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə notariusun bankda açılan depozit hesab vasitəsilə ödəmiş, qalan 20000 manat məbləği isə xx.xx.2025-ci il tarixinədək, 6 ay ərzində aylıq ödəniş 300 manat olmaqla, qalan 30 ay müddət ərzində aylıq ödənişi 606.67 manat olmaqla cəmi 36 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin müqavilə üzrə qalıq 20000 manat məbləği "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödəməmişdir. Buna səbəb onun maddi imkanının aşağı olması olmuşdur. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin maddi imkanının olmaması müqavilə üzrə üzərinə götürdüyü öhtəliyi yerinə yetirməməsinə əsas ola bilməz. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə əsassızdır. Eyni zamanda qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış müqavilə kredit müqaviləsi deyil, daşınmaz əmlak olan fərdi yaşayış evi ilə bağlı olan nisyə alqı-satqı müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2-ci bəndinə əsasən Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 111.2 kv.m olan fərdi yaşayış evinin alıcı Cavabdeh 25000 (iyirmi beş min) manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın nisyə alqı-saqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 5000 (beş min) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 20000 manat məbləği isə xx.xx.2025-ci il tarixinədək ödəməyi öhdəsinə götürür, 6 ay ərzində aylıq ödəniş 300 manat olmaqla, qalan 30 ay müddət ərzində aylıq ödənişi 606.67 manat olmaqla cəmi 36 ay olmaq şərti ilə ödənilməlidir. İddiaçı QSC üzərinə düşən öhtəliyi yerinə yetirmiş, lakin Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Ona görə də kollegiya hesab edir ki, şikayət təmin edilə bilməz. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçı bildirmişdir ki, guya ona təklif göndərilmişdir. Lakin iddiaçı tərəfindən ona belə bir məzmunda təklif və ya xəbərdarlıq göndərilməmişdir. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilinəsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstəriİmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarının 13-cü səhifəsində olan İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ləğvinə dair təklifdən görünür ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən «AccessBank" QSC-nin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh 25000 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 5000 manat məbləği satıcı “AccessBank" QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə, qalan 20000 manat məbləği xx.xx.2025-ci il tarixinədək, hər ayda bir dəfə 300 AZN altı ödəniş, sonrakı otuz ödənişdə 606.67 AZN olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin tərəfindən yalnız 5000 manat ödəniş edilmiş, qalan məbləğlər ödənilməmişdir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İş materiallarının 12-ci səhifəsində olan poçt xəbərnaməsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış təklif xx.xx.2023-cü il tarixdə “Qomurov” soyadı ilə qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərini pozulmamışdır. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı, bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə, məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşdırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(019)-168/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(019)-168/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar