Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1008/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-03/2020 nömrəli qətnaməsindən iddiaçı ASC İddiaçı Bankı və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxx 2020-ci il tаrixli 2(075)-03/2020 nömrəli qətnaməsi ilə ASC İddiaçı Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pulun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli **********81314/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsi və və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək ilkin satış qiyməti 70 000 (yetmiş min) manat, xx.xx.2014-cü il tarixli **********81314/2 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsinə tutma yönəldilərək ilkin satış qiyməti 8000 (səkkiz min) manat və xx.xx.2014-cü il tarixli **********34715/3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh3 məxsus Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək ilkin satış qiymətinin 60 000 (altmış min) manat müəyyən edilməklə açıq hərracda satılması, əmlakların satışından əldə olunmuş vəsait hesabına xx.xx.2014-cü il tarixli **********81314 №-li Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Bankı qarşısında 70218.75 (yetmiş min iki yüz on səkkiz manat yetmiş beş qəpik) manat məbləğində əsas, 43745.62 (qırx üç min yeddi yüz qırx beş manat altmış iki qəpik) manat məbləğində faiz borcu, 308.01 (üç yüz səkkiz manat sıfır bir qəpik) manat məbləğində penya olmaqla, cəmi 114272.38 (bir yüz on dörd min iki yüz yetmiş iki manat otuz səkkiz qəpik) manat borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 47 (qırx yeddi) manat məbləğində çəkilmiş xərclərin ASC İddiaçı Bankının xeyrinə tutulması, 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ASC İddiaçı Bankının xeyrinə tutulması qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir. İşin halları X8 Cəmiyyəti İddiaçı Bankı (bundan sonra iddiaçı və ya ASC İddiaçı Bank) iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxxxx 2014-cü il tarixli **********81314/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 hektar torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kvadrat metr ümumi, 72 kvadrat metr yaşayış, 82.7 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 4 otaqlı, 8 nömrəli evinə, xx xxxxxxxx 2014-cü il tarixli, **********81314/2 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 hektar torpaq sahəsinə, xx xxxxxxxx 2014-cü il tarixli **********34715/3 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh3 məxsus Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 hektar torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kvadrat metr ümumi, 45.79 kvadrat metr yaşayış, 77.76 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 2 otaqlı, 14 nömrəli evinə tutmanın yönəldilməsi, xx xxxxxxxx 2014-cü il tarixli, **********1314 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı qarşısında 74888,75 manat məbləğində əsas, 16213 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxxxxx 2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 1669,34 manat məbləğində cərimə faizləri olmaqla, cəmi 92771,74 manat və xx xxxxxx 2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 47 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən tutulması, ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiymətinin cavabdehlərin buna etiraz etmədikləri təqdirdə ipoteka predmetlərinin müvafiq ipoteka müqavilələrinin 3.5-ci bəndlərində qeyd olunmuş likvid dəyəri məbləğində, cavabdehlərin etiraz etdikləri təqdirdə isə məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ASC İddiaçı Bankı məhkəməyə «iddia tələbinin 1-ci bəndinə dəyişiklik edilməsi» barədə ərizə göndərərək xx.xx.2014-cü il tarixli **********81314/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinə, xx.xx.2014-cü il tarixli, **********81314/2 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsinə və xx.xx.2014-cü il tarixli **********34715/3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh3 məxsus Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və xx.xx.2014-cü il tarixli **********81314 №-li Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC İddiaçı Bankı qarşısında 73429,75 manat məbləğində əsas borc, 40734,56 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş) faiz dərəcəsi ilə hesablanmış 12108,95 manat məbləğində penya, cəmi 126273,26 manat və xx.xx.2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 47 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı ASC İddiaçı Bankının «iddia tələbinin artırılması və dəqiqləşdirilməsi» barədə ərizəsi icraata qəbul edilmişdir. Sonradan iddiaçı ASC İddiaçı Bankı məhkəməyə «iddia tələbinin 1-ci bəndinə dəyişiklik edilməsi» barədə ərizə göndərərək xx.xx.2014-cü il tarixli **********81314/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinə, xx.xx.2014-cü il tarixli **********81314/2 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsinə və xx.xx.2014-cü il tarixli **********34715/3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh3 məxsus Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və xx.xx.2014-cü il tarixli **********81314 №-li Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC İddiaçı Bankı qarşısında 73204,75 manat məbləğində əsas borc, 42244,19 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş) faiz dərəcəsi ilə hesablanmış 13119,25 manat məbləğində penya, cəmi 128568,20 manat və xx.xx.2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 47 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı ASC İddiaçı Bankının «iddia tələbinin artırılması və dəqiqləşdirilməsi» barədə ərizəsi icraata qəbul edilmişdir. Sonradan iddiaçı ASC İddiaçı Bankı məhkəməyə «iddia tələbinin 1-ci bəndinə dəyişiklik edilməsi» barədə ərizə göndərərək xx.xx.2014-cü il tarixli **********81314/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinə, xx.xx.2014-cü il tarixli **********81314/2 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsinə və xx.xx.2014-cü il tarixli, **********34715/3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh3 məxsus Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və xx.xx.2014-cü il tarixli **********81314 №-li Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC İddiaçı Bankı qarşısında 72795,75 manat məbləğində əsas borc, 42822,27 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş) faiz dərəcəsi ilə hesablanmış 13515,47 manat məbləğində penya, cəmi 129133,50 manat və xx.xx.2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 47 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı ASC İddiaçı Bankının «iddia tələbinin artırılması və dəqiqləşdirilməsi» barədə ərizəsi icraata qəbul edilmişdir. Sonradan iddiaçı ASC İddiaçı Bankı məhkəməyə «iddia tələbinin 1-ci bəndinə dəyişiklik edilməsi» barədə ərizə göndərərək xx.xx.2014-cü il tarixli **********81314/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh2 məxsus Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinə, xx.xx.2014-cü il tarixli **********81314/2 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh1 məxsus Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsinə, xx.xx.2014cü il tarixli, **********34715/3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh3 məxsus Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək həmin əmlakların açıq hərracda satılması və satışan əldə olunan vəsait hesabına xx.xx.2014-cü il tarixli **********81314 №-li Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC İddiaçı Bankı qarşısında 70218.75 manat məbləğində əsas borc, kredit müqaviləsi ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddətinə kimi (xx.xx.2018-ci il tarixədək) kreditdən istifadəyə görə hesablanmış 43745.62 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18% (on səkkiz) faiz dərəcəsi ilə hesablanmış 13806.69 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş) faiz dərəcəsi ilə hesablanmış 30008.01 manat məbləğində penya olmaqla, cəmi 157779.07 manat və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 47 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı ASC İddiaçı Bankının «iddia tələbinin artırılması və dəqiqləşdirilməsi» barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2014-cü il tarixdə ASC İddiaçı Bankı ilə Cavabdeh1 arasında **********81314 saylı kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında ASC İddiaçı Bankı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 85000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh2 ilə ASC İddiaçı Bankı arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli **********81314/1 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kvadrat metr ümumi, 72 kvadrat metr yaşayış, 82.7 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 4 otaqlı, 8 nömrəli ev, Cavabdeh1 ilə ASC İddiaçı Bankı arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli **********81314/2 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 hektar torpaq sahəsi və Cavabdeh3 ilə ASC İddiaçı Bankı arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli **********81314/3 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kvadrat metr ümumi, 45.79 kvadrat metr yaşayış, 77.76 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 2 otaqlı, 14 nömrəli ev ipotekaya qoyulmuşdur. Bundan sonra ipoteka predmetlərinin qeydiyyata alınmasına dair ASC İddiaçı Bankının adına xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli, xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli və xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışlar verilmişdir. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişlər. Odur ki, ASC İddiaçı Bankı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-03/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-03/2020 nömrəli qətnaməsindən ASC İddiaçı Bank apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-03/2020 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ASC İddiaçı Bank tərəfindən verilmiş apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur, buna görə də həmin qətnamənin qismən ləğv edilməsinə və Bankın iddia tələblərinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Bankın iddiası qeyd olunduğu kimi kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanmış 13806,69 manat məbləğində əldən çıxmış faydanın əvəzinin ipoteka predmetinin dəyərindən tutulması hissəsində təmin edilməmiş və əsas kimi iddiaçının tələblərinin faktiki təmin edilmə tarixinin qabaqcadan bəlli olmadığı, həmin tarixin qabaqcadan bəlli olmaması səbəbindən gələcək dövr üçün tələb edilən faiz və penya məbləğinin də hazırda müəyyən edilməsinin qeyri-mümkün olduğu göstərilmişdir. Halbuki, həmin məbləğ iddiaçının tələblərinin faktiki təmin edilmə tarixinə, başqa sözlə, qətnamədə ifadə edildiyi kimi qabaqcadan bəlli olmayan tarixə deyil, qətnamənin qəbul edildiyi tarixdən (xx.xx.2020-ci il) xeyli əvvəlki, yəni xx.xx.2019-cu il tarixə hesablanmışdır. Bu isə qeyri-müəyyənliyin mövcud olmadığını və nəticə etibarı ilə məhkəmənin mövqeyinin əsassız olduğunu təsdiq edir. Qətnamədə Bankın yuxarıda göstərilən tələbinin rədd edilməsi üçün əlavə əsas kimi Bank tərəfindən zəruri sübutların təqdim edilməməsi göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırmaq istəyirlər ki, Bank tərəfindən «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına uyğun olaraq zərərin (əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması üçün əsas olmuş və müvafiq dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayışməhkəməyə təqdim edilmişdir. Məlum olduğu kimi, Konstitusiya Məhkəməsi həmin qərarda yuxarıda göstərilən məsələ ilə bağlı öz hüquqi mövqeyini ifadə edərək göstərir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər». Daha sonra Konstitusiya Məhkəməsi həmin qərarda açıq şəkildə qeyd edir ki: «Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər... Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir... Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir ». Göründüyü kimi, zərərin (əldən çıxmış faydanın) ipoteka predmetinni dəyərindən tutulmasına dair tələbini sübut etmək üçün iddiaçı tərəfindən Konstitusiya Məhkəməsinin müvafiq qərarında verilmiş şərhə uyğun olaraq kreditorun (iddiaçının) həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcəsinin müvafiq orta miqdarını özündə əks etdirən statistik arayış məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən qeyd olunmuş yazılı sübuta (statistik arayışa) lazımi hüquqi qiymət verilməmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin istinad edilən qərarında verilmiş şərh MPM-nin 13.7-ci maddəsinə uyğun olaraq məhkəmələr üçün məcburidir və qətnamə çıxarılarkən həmin şərhə məhkəmə tərəfindən mütləq qaydada riayət olunmaqla Bankın təqdim etdiyi kifayətedici sübut əsasında iddia tələbi müvafiq hissədə də təmin edilməli idi. Yuxarıda qeyd edilənlərdən görünür ki, məhkəmə müvafiq hissədə Bankın iddiasını rədd edərkən MPM-nin 220.4-cü maddəsinin, Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli və xx xxxxxx 2014-cü il tarixli qərarlarının imperativ xarakterli tələblərini pozmuşdur. Cavabdeh1 ilə Bank arasında bağlanmış Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən Borclu əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda Kreditora vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 34% faiz dərəcəsi ilə (burada illik 34% faiz dərəcəsinin 19%-ni adi faizlər, 15%-ni isə dəbbə pulu təşkil edir) hesablanan penya ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin yuxarıda qeyd edildiyi kimi, Bank tərəfindən penya Kredit müqaviləsində nəzərdə tutulduğu kimi illik 34% dərəcəsi ilə deyil, illik 15% faiz dərəcəsi ilə hesablanmışdır ki, bu da hesablanmış penyanın Kredit müqaviləsində razılaşdırılmış dərəcədən də az faiz dərəcəsi ilə hesablandığını sübut edir. Başqa sözlə müvafiq hesablamalar aparıldıqdan sonra xx.xx.2019-cu il tarixinə bu məbləğin məhz 30 008,01 manat olması barədə iddiaçı tərəfindən məhkəməyə müvafiq sübut (borc arayışı) təqdim olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi hər hansı əsas göstərmədən həmin məbləği azaltmışdır. Qətnamə ilə Bankın iddiası «xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetlərinin dəyərindən Bankın xeyrinə tutulması» hissəsində təmin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla cavabdeh arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya məhkəməsinin həmin qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində öhdəliyin tam icra olunması gününədək adi faizlərin və dəbbə pulunun hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Cavabdeh1 tərəfindən verilmiş apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kredlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2015-ci il tarixliFərmanında göstərilənləri təmin etməmiş, qəbul edilən qərar üçün vacib əhəmiyyətli olanməsələlərin həllinin nəticəsi kimi məhkəmənin müəyyənləşdirdiyi hallarla bağlı xüsusi bilik tələb olunmasını nəzərə almamışdır. Odur ki, iddia tələbi qismən təmin edilərək, banka olan borcun məbləği düzgün olmayan məbləğdə müəyyənləşdirilmiş və ipoteka predmetinin qiymətləndirilməsində olan uyğunsuzluq diqqətdən yayınmışdır. Elə hesab edirlər ki, məhkəmə MPM-in 63.1-ci maddəsinin tələblərini də təmin etməmişdir. Bununla əlaqədar məhkəmə qətnaməsində qeyd olunanlara etiraz olaraq bildirir ki, cavabdehlər mübahisəyə birinciinstansiya məhkəməsində baxılan zamanbanka olan borcun məbləğinin müəyyənləşdirilməsi və ipoteka predmetinin qiymətləndirilməsində olan uyğunsuzluqla bağlı bir neçə dəfə bildirmişlər. İddiaçı Bank ASC iş üzrə iddia tələbində haqlıolmamış və birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulması hallarına da yol verilmişdir. (Həmin müqavilələr hazırkı işdə mübahisələndirilmir.) Qanunvericiliyin tələblərinə cavab verməyən həmin müqavilələr etibarsız olmasına baxmayaraq, onların məhkəmədə mübahisələndirilməsini lüzumsiz hesab edir və elə güman edirlər ki, bu cür müqavilələrin məhkəmələrin işgüzar adətinə çevrilən hazırkı işə oxşar işlər üzrə qəbul edilən qərarlarında əsas götürülməsinə dövlətimiz tərəfindən qanunvericiliyin səviyyəsində düzgün münasibət bildirilməsi istiqamətində bir daha qəti tətbirlər görüləcəkdir. Şəki Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli 2(075)-3/2020 saylı qətnaməsini qəbul etməklə MPM-in 185.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki mərhum atası X2 3 dəfə, onun isə 2 dəfə cərrahiyyə əməliyyatına məruz qalmağını və atasının uzun sürən xəstəlikdən sonra xx.xx.2020-ci il tarixdə rəhmətə getməsini nəzərə almayan məhkəmə işə baxılmasını təxirə salmalı olduğu halada, bunu etməmiş və həmin tarixdə işə baxaraq qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ASC İddiaçı Bankın nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-03/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-03/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. AzərbaycanRespublikasınınMPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx xxxxxxxx 2014-cü il tarixli **********81314 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında ASC İddiaçı Bankı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 85000 manat məbləğində kredit verilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli **********81314/1 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 borc öhdəliklərinin təmini üçün ASC İddiaçı Bankına Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin bazar qiyməti 85000 manat, likvid dəyəri 78000 manat müəyyən edilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ipotekaqoyan Cavabdeh2 arasında xx xxxxxxxx 2014-cü il tarixli **********81314/1 saylı İpoteka müqaviləsinin şərtlərinə görə ASC İddiaçı Bankının xeyrinə Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. xx xxxxxxxx 2014-cü il tarixli **********81314/2 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 borc öhdəliklərinin təmini üçün ASC İddiaçı Bankına Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsi ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin bazar qiyməti 8000 manat, likvid dəyəri 6000 manat müəyyən edilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, xx xxxxxxxx 2014-cü il tarixli **********81314/2 saylı İpoteka müqaviləsinin şərtlərinə görə ASC İddiaçı Bankının xeyrinə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli **********81314/3 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 borc öhdəliklərinin təmini üçün ASC İddiaçı Bankına Cavabdeh3 mülkiyyətində olan Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kvadrat metr ümumi, 45.79 kvadrat metr yaşayış, 77.76 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 2 otaqlı, 14 nömrəli ev ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin bazar qiyməti 77000 manat, likvid dəyəri 70000 manat müəyyən edilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, a xx xxxxxxxx 2014-cü il tarixli **********81314/3 saylı İpoteka müqaviləsinin şərtlərinə görə ASC İddiaçı Bankının xeyrinə Cavabdeh3 mülkiyyətində olan Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kvadrat metr ümumi, 45.79 kvadrat metr yaşayış, 77.76 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 2 otaqlı, 14 nömrəli ev ipoteka ilə yüklü edilmişdir. xx xxxxxx 2016-cı il tarixli 152 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh2 izah edilmişdir. xx xxxxxx 2016-cı il tarixli 153 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh1 izah edilmişdir. xx xxxxxx 2016-cı il tarixli 154 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh3 izah edilmişdir. ASC İddiaçı Bankı tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxxx 2016-cı il tarixli 159, 160 və 161 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına dair ərizələrdən, həmin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişlərinin surətlərindən görünür ki, Cavabdeh2 məxsus Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evi, Cavabdeh1 məxsus Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və Cavabdeh3 məxsus Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqda bildirişlərin qeydə alınmasına dair ASC İddiaçı Bankının ərizəsi DƏDRX-nin 12 saylı Ərazi idarəsində xx xxxx 2016-cı il tarixdə qeydiyyata alınmışdır. «xxxxxxx» MMC tərəfindən xx xxxxx 2017-ci il tarixdə verilmiş 17-46 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 70000 manat, Cavabdeh1 məxsus Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 8000 manat və Cavabdeh3 məxsus Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 60000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli 27562 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, «xxxxxxxx» Cavabdeh1 tərəfindən ASC İddiaçı Bankından alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx xxxxxx 2016-cı il tarixə əsas kredit borcu üzrə - 74822.07 manat; faiz borcu üzrə - 16217.39 manat, xx xxxx 2018-ci il tarixə əsas kredit borcu üzrə - 74822.07 manat; faiz borcu üzrə 39713.60 manat. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmiş halların nəzərə alınması sualı qoyulmuşdur. Qeyd edilir ki, xx xxxxxxxx 2014-cü il tarixli **********81314 saylı kredit müqaviləsinin müddəti xx xxxxxxxx 2018-ci il tarixdə bitdiyindən xx xxxxxx 2014-cü il tarixli qərardadda göstərilmiş hallar nəzərə alınmadı. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli 19208 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, «xxxxxxxx» Cavabdeh1 tərəfindən ASC İddiaçı Bankından alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx xxxx 2018-ci il tarixə əsas kredit borcu üzrə - 74822.07 manat; faiz borcu üzrə - 42872.75 manat, xx xxxx 2018-ci il tarixə əsas kredit borcu üzrə - 74822.07 manat; faiz borcu üzrə 42912.24 manat, xx xxxxxxxx 2018-ci il tarixə əsas kredit borcu üzrə - 74822.07 manat; faiz borcu üzrə - 46387.31 manat. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmiş halların nəzərə alınması sualı qoyulmuşdur. Belə olan halda, yəni xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək (ekspert rəyi verilən tarixədək) olan dövrdə illik faiz dərəcəsi 5% ilə hesablanmaqla Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli, **********81314 saylı kredit müqaviləsi üzrə ASC İddiaçı Bankına olan borcu aşağıdakı kimi müəyyən edilir : əsas kredit borcu üzrə - 74822.07 manat; faiz borcu üzrə - 50045.28 manat. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər аrаsındа bаğlаnmış kredit və ipoteka müqаvilələri iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. 742.1-ci mаddəsinə görə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. İşin həqiqi halları ilə müəyyən edilir ki, “xx xxxxxxxx 2014-cü il tarixdə ASC İddiaçı Bankı ilə Cavabdeh1 arasında **********81314 saylı kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında ASC İddiaçı Bankı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 85000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh2 ilə ASC İddiaçı Bankı arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli **********81314/1 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kvadrat metr ümumi, 72 kvadrat metr yaşayış, 82.7 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 4 otaqlı, 8 nömrəli ev, Cavabdeh1 ilə ASC İddiaçı Bankı arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli **********81314/2 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 hektar torpaq sahəsi və Cavabdeh3 ilə ASC İddiaçı Bankı arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli **********81314/3 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kvadrat metr ümumi, 45.79 kvadrat metr yaşayış, 77.76 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 2 otaqlı, 14 nömrəli ev ipoteka ilə yüklü edilmişdir. Bundan sonra ipoteka predmetlərinin qeydiyyata alınmasına dair ASC İddiaçı Bankının adına xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli, xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli və xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışlar verilmişdir. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişlər. ASC İddiaçı Bankı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçı ASC İddiaçı Bankından kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilərlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh1 ASC İddiaçı Bankından kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı bank tərəfindən cavabdehdən əsas kredit borcları, faiz borcları ilə bərabər cərimənin də ödənilməsi tələb edilir. İddiаçı tərəfindən bоrcаlаnа öhdəliyini ləngitdiyi üçün 30008.01 manat məbləğdə cərimə hesаblаnmışdır. Аzərbаycаn Respublikаsı MM-in 462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. Həmin Məcəllənin 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2009cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə kollegiyası belə hesab edir ki, ASC İddiaçı Bankı tərəfindən hesablanmış 30008.01 manat məbləğində dəbbə pulu (hesablanmış cərimə borcu) tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılaraq 308.01 (üç yüz səkkiz manat bir qəpik) manat məbləğində saxlanılması daha məqsədəuyğun və ağlabatan hesab olunmalıdır. Bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdehlərin vəsatəti əsasında birinci instansiya məhkəməsi ipoteka predmetlərinin qiymətləndirilməsini keçirmiş, «xxxxxxxx» MMC tərəfindən xx xxxxx 2017-ci il tarixdə verilmiş 17-46 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus olan və Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 70000 manat, Cavabdeh1 məxsus olan və Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 8000 manat və Cavabdeh3 məxsus olan və Şəki şəhəri “Otaq eşiyi” küçəsində yerləşən 0.0292 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 60000 manat təşkil edir. Həmin qiymətlər sonradan tərəflərdən heç biri tərəfindən mübahisələndirilməmişdir. Qeyd olunmalıdır ki, mütəxəssis rəyi ilə müəyyən edilən qiymətlər ipoteka müqavilələri ilə müəyyən edilən qiymətlər ilə də uyğundur və həmin qiymətlərin arasında kəskin ziddiyyət yoxdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 məxsus olan və Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 70000 manat, Cavabdeh1 məxsus Şəki şəhəri, Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsinin ilkin satış qiyməti 8000 manat və Cavabdeh3 məxsus Şəki şəhəri, Otaq eşiyi küçəsində yerləşən 0.0292 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 60000 manat məbləğində müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir. ASC İddiaçı Bankı Cavabdeh1 ASC İddiaçı Bankının xeyrinə 70218.75 manat məbləğində əsas borc, 43745.62 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş) faiz dərəcəsi ilə hesablanmış 30008.01 manat məbləğində penya olmaqla, cəmi 157779.07 manat pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yaranmış əsas borc, faiz borcu və cərimənin məbləğinin müəyyən edilməsi üçün Məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. İşdə olan məhkəmə-mühasibalıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 19208 saylı rəyi ilə Cavabdeh1 ASC İddiaçı Bankına olan əsas borcunun 74822.07 manat məbləğində əsas borc, 46387.31 manat məbləğində faiz borcu olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmiş borc məbləğinin iddia tələbində göstərilən məbləğdən əsas borc üzrə 4603.32 manat, faiz borcu üzrə isə 2641.69 manat çox olması müəyyən edilmiş və iddiaçı ASC İddiaçı Bankı tərəfindən iddia ərizəsində borc məbləğinin həmin miqdarda tələb edilməsini nəzərə alaraq iddia ərizəsində göstərilən məbləği daha əsaslı və Cavabdeh1 ASC İddiaçı Bankına olan borcun müəyyənləşdirilməsində məhz həmin ərizəyə istinad edilməsini doğru hesab etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2018ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18% (on səkkiz) faiz dərəcəsi ilə hesablanmış 13806.69 manat məbləğində əldən çıxmış faydanın əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində məhkəmə hesab edir ki, iddiaçının tələblərinin faktiki təmin edilmə tarixi qabaqcadan bəlli olmadığından, həmin tarixin bəlli olmaması səbəbindən gələcək dövr üçün tələb edilən faiz və cərimənin məbləğini də hazırda müəyyən etmək qeyri mümkündür. Habelə, iddiaçı ASC İddiaçı Bankı 09.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18% (on səkkiz) faiz dərəcəsi ilə hesablanmış 13806.69 manat məbləğində əldən çıxmış faydanın əvəzinin cavabdehlər xeyrinə tutulmasını xahiş etsə də, iddiaçı tərəfindən 13806.69 manat məbləğində zərərin (əldən çıxmış faydanın) olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab etmir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Kollegiyaya görə, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Apellyasiya şikayətləri əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X7 Məhkəməsi “X1” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X7 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı “xxxxxx” ASC öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətlərinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayətləri təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-03/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: İddiaçı ASC İddiaçı Bankı və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-03/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-1008/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1008/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver