Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1009/2025 08.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin qaytarılması, qüvvə) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlundan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə apellyasiya şikayətinin geri qaytarılması barədə Ağdaş Rayon Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, e-2(014)- 1339/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2755,03 manat əsas, 267,85 manat faiz, cəmi 3022,88 manat borcun və ödənilmiş 50,23 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli e-2(014)-1339/2025-008 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh xx.xx.2024-cü il tarixli, RGTK1703236C299 saylı kredit müqaviləsinə əsasən 2755,03 manat əsas, 267,85 manat faiz, cəmi 3022,88 manat borc və ödənilmiş 50,23 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, e-2(014)-1339/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən 13 avqust 2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Ağdaş Rayon Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, e-2(014)-1339/2025 saylı qərardadı ilə İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Ağdaş Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, e-2(014)-1339/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. Cavabdeh qeyd olunan qərardadla razılaşmayaraq şikayət vermiş, Ağdaş Rayon Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, e-2(014)-1339/2025 nömrəli qərardadının ləğv edilərək, apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli e-2(014)-1339/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, şikayətin göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilsə də, şikayət Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsində verilmiş nümunəvi formada qeyd olunan tələblərinə riayət edilməmiş, apellyasiya şikayətində qətnamədə hansı maddi hüquq normalarının pozulmasını göstərməmişdir. Bundan başqa apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərin, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillərin, məhkəmə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillərin, məhkəməyə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillərin nədən ibarət olduğunu göstərməmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hesab edir ki, apellyasiya şikayətinin forma və məzmununa riayət edilmişdir. Belə ki, Mülki Prosesual Məcəllənin 2 saylı əlavəsində verilmiş nümunəvi formada apellyasiya şikayəti tərtib edilmiş, həmçinin qətnamədən hansı əsaslara görə şikayət verildiyi qeyd edilmişdir. Bank tərəfindən müqavilənin bağlanılması zamanı cavabdeh aldadılmış həmçinin cavabdehin banka olan borc məbləğinin düzgün qeyd edilmədiyi bildirilmişdir. Apellyasiya şikayətində qətnamənin əsassız və qanunsuz olduğu , borcun hesablanmasında və məhkəmənin gəldiyi nəticədə hüquqlarının pozulduğu göstərilmişdir. Şikayətin forma baxımından geri qaytarılması əslində onun apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırılmaqla ədalət mühakiməsinə çıxış hüququnun pozulmasına gətirib çıxarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlk olaraq, məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün prosessual əsaslar olmalıdır. Belə ki, apellyasiya şikayətinin mümkünlüyünü araşdıran məhkəmə həmin şəxsin müvafiq prosessual hüquqa malik olub-olmamasını, qanunvericiliyin tələblərinə əməl edib-etməməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, şikayət Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsində verilmiş nümunəvi formada qeyd olunan tələblərinə riayət edilməmiş, apellyasiya şikayətində qətnamədə hansı maddi hüquq normalarının pozulmasını göstərməmişdir. Bundan başqa apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərin, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillərin, məhkəmə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillərin, məhkəməyə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillərin nədən ibarət olduğunu göstərməmişdir. xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş yeni redaksiyalı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsində apellyasiya şikayətinin məzmununa dair əsaslar göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 361.1.5-ci maddəsinə əsasən şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar apellyasiya şikayətində göstərilməlidir. 361.1.6-cı maddəsinə əsasən şikayəti verən şəxsin istinad etdiyi konkret fakt və hallar habelə onları təsdiq edən sübutlar apellyasiya şikayətində göstərilməlidir. 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmiş, Cavabdeh apellyasiya şikayətinin məzmun və forma tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavədə göstərilmişdir ki, apellyasiya şikayəti verən şəxsin ad (fiziki və ya hüquqi şəxsin), soyad (fiziki şəxsin), ata adı (fiziki şəxsin), şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) (fiziki şəxsin VÖEN (hüquqi şəxsin və ya fərdi sahibkar statusuna malik fiziki şəxsin), ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan), elektron poçt ünvanı, mobil telefon nömrəsi (və ya nömrələri), apellyasiya şikayəti verən şəxsin işdə prosessual vəziyyəti, apellyasiya şikayəti vəkil tərəfindən verildikdə vəkilin adı, soyadı, ata adı, ünvanı (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan), elektron poçt ünvanı, mobil telefon nömrəsi (və ya nömrələri), fəaliyyət forması, fərdi qaydada, vəkillik qurumu tərkibində vəkillik qurumunun adı, orderin nömrəsi və tarixi, apellyasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsinin adı, soyadı, ata adı, ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan), elektron poçt ünvanı, mobil telefon nömrəsi (və ya nömrələri), etibarnamə (və ya səlahiyyəti təsdiq edən digər sənəd), etibarnamənin nömrəsi, kim tərəfindən təsdiq edilmişdir, verilmə tarixi, qüvvədə olma müddəti, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, qətnaməni və ya qərardadı qəbul etmiş birinci instansiyası məhkəməsinin adı, qətnamə və ya qərardadın tarixi və nömrəsi, şikayət olunan qətnamə və ya qərardadın alınma tarixi, mübahisənin predmeti, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər, apellyasiya şikayəti verən şəxsin tələbi göstərilməlidir. Kollegiya cavabdehin şikayətində göstərdiyi apellyasiya şikayətinin forma və məzmununa riayət edilməsi, həmçinin qətnamədən hansı əsaslara görə şikayət verildiyinin qeyd edilməsi, apellyasiya şikayətində qətnamənin əsassız və qanunsuz olduğu, borcun hesablanmasında və məhkəmənin gəldiyi nəticədə hüquqlarının pozulduğunun göstərilməsi, şikayətin forma baxımından geri qaytarılması əslində onun apellyasiya şikayəti vermək hüququ məhdudlaşdırılmaqla ədalət mühakiməsinə çıxış hüququnun pozulmasına gətirib çıxarmasına dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada və məzmunda verilməlidir. Şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. İş materiallarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, e-2(014)-1339/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2 saylı əlavəsinə uyğun tərtib edilməli olduğu halda, verilmiş apellyasiya şikayəti həmin forma tələblərinə cavab vermir, yəni apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-in “Əlavə 2”-də təsbit edilmiş formasına uyğun olaraq tərtib edilməmişdir. Apellyasiya şikayətində qətnamə qəbul olunarkən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulduğu qeyd edilsədə, konkret olaraq hansı maddi hüquq normalarının pozulması göstərilməmişdir. Bundan başqa apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərin, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillərin, məhkəmə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillərin, məhkəməyə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillərin nədən ibarət olduğunu göstərməmişdir.Ona görə də birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq apellyasiya şikayəti geri qaytarılaraq, göstərilmiş hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə Kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, e-2(014)-1339/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, e-2(014)- 1339/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, e-2(014)-1339/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1009/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1009/2025
08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver