Məhkəmə qərarları › İş №2(107)-101/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-101/2020

21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-101/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(051)-915/2019 saylı xxxxsindən iddiaçı «xxxx» ASC tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı «Xalq-Bank» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 1) xx.xx.2013-cü il tarixli **********89313 №-li kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarısında 513,02 (beş yüz on üç manat iki qəpik) manat məbləğində xx.xx.2017-ci il tarixinədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (in səkkiz faiz) dərəcəsi ilə hesablanmış 885,30 (səkkiz yüz səksən beş manat otuz qəpik) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2019-cu il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 1249,11 (bir min iki yüz qırx doqquz manat on bir qəpik) manat Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasını, 2) iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması barədə xxxx çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(051)-915/2019 saylı xxxxsi ilə iddia rədd edilmişdir. İddiaçı «xxxx» ASC apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsi əsassız, ədalətsiz və qanunsuz xxxx çıxarmışdır. Belə ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********89313 №-li kredit müqaviləsinə (bundan sonra-“Kredit müqaviləsi”) əsasən iddiaçı tərəfindən cavabdehə 45BH-499 dövlət qeydiyyat nişanlı, «CHEVROLET CRUZE” markalı, buraxılışı 2012-ci il, ban nömrəsi KL1JF68E9CK745471, rəngi – ağ, tip-Xetçbek olan avtomobilinin ( Avtomobilinin ) alınması məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərti ilə, 13999 manat məbləğində kredit verilmişdir. Daha sonra Cavabdeh ilə iddiaçı arasında xx.xx.2013-cü il tarixli **********89313 №li kredit müqaviləsinə xx.xx.2014-cü il tarixli 01 saylı əlavə saziş (bundan sonra birlikdə “kredit müqaviləsi” adlandırılacaq) bağlanmaqla kreditləşdirmə müddətini 12 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh kredit vəsaiti hesabına əldə etdiyi avtomobili xx.xx.2013-cü il tarixdə **********89313/1AV №-li İpoteka müqavləsi üzrə ( həmin müqaviləyə xx.xx.2014cü il tarixli 01 saylı Əlavə saziş nəzərə alınmaqla) Banka ipotekaya qoyulmuşdur. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC “ Xalq” Bankı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx xxxxx 2017-ci il tarixli 2(051)-74/2017 №-li xxxxsi (bundan sonra “xxxx” adlandırılacaq ) ilə ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlamış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 5500 manat məbləğində əsas borcun, 370,70 manat məbləğində faiz borcunun, 10 manat cərimə borcu olmaqla, cəmi 5880,70 manat borcun tutulub ASC “Xalq” Bankına verilməsi, borcun ödənilməsi üçün ipotekaya qoyulmuş, Cavabdeh məxsus ** BH *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı, buraxılış 2012-ci il, Ban nömrəsi KL1JF68E9CK745471, rəngi ağ olan avtomobilə yönəldilməsi, avtomobilinaçıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh Banka olan borcunun ödənilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borcun cavabdehdən tutulub ASC “Xalq” Bankına ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin ekspert rəyinə əsasən 9000 manat müəyyən edilməsi qət edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(051)- 74/2017 №-li xxxxsi qəbul edildikdən sonra Borc alan tərəfindən müxtəlif tarixlərdə kredit müqaviləsi üzrə ümumilikdə 5881 (dörd min iyirmi) manat məbləğində ödəniş həyata keçirilmişdir. Qeyd edilən ödənişlər üçün hesabına xxxx üzrə borc məbləği tam şəkildə ödənilmişdir. Buna baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında kredit qaytarılma müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinədək hesablanmış və ödənilməmiş 513,02 manat adi faiz üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan penya da ödənilməlidir ki, əsas borcun ödənildiyi xx.xx.2019-cu il tarixinə bu məbləğ 1249,11 manat təşkil etmişdir. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirməsinin gecikdirilməsi ilə əlaqədar gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan penya da ödənilməlidir ki, əsas borcun ödənildiyi xx.xx.2019-cu il tarixinə bu gün məbləğ 1249,11 manat təşkil etmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınaraq Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(051)-915/2019 saylı xxxxsi ləğv edilməli və yeni xxxx qəbul edilməklə iddia təmin edilməlidir. İddiaçı «Xalq-Bank» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə iclasının başqa bir vaxta təxirə salınmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(051)-915/2019 saylıqətnаməsi qismən ləğv edilməli, ləğv edilmiş hissə üzrə yeni xxxx qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin xxxxsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsаitini qаnunsuz sаxlаmаqlа, оnu qаytаrmаqdаn bоyun qаçırmаqlа, оnun ödənilməsini digər şəkildə gecikdirməklə və yа tоplаmаqlа оndаn fаydаlаnmаğа görə həmin vəsаitin məbləğindən fаizlər ödənilməlidir. Fаizlərin miqdаrı pul öhdəliyinin və yа оnun müvаfiq hissəsinin icrа edildiyi gün üçün bаnk fаizinin uçоt dərəcəsi ilə müəyyənləşdirilir. Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh olunmаsınа dаir” xx xxxx 2009-cu il tаrixli Plenum qərаrındа göstərilmişdir: “Digər tərəfdən, borclu şəxsin mülkiyyət mаrаqlаrı qorunmаlı və onun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb olunmаsının qаrşısı аlınmаlıdır.” Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli rəyinə əsasən, Cavabdeh iddiaçı ASC “Xalq” Bankına 371.91 manat əsas borcu vardır. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(051)-915/2019 saylı xxxxsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh əsas kredit borcuna görə 371.91 manat borc alınaraq iddiaçı ASC “Xalq” Bankına verilməli, iddia qalan hissədə rədd edilməlidir. Apelyasiya şikayətinin digər hissəsi əsassızdır. Belə ki, iddiaçı tərəf apelyasiya şikayətinin dəlillərini təsdiq edəcək sübutları iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi xxxxni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; xxxxni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni xxxx qəbul edə bilər; xxxxni dəyişdirə bilər; xxxxni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin əsas borca aid hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(051)-915/2019 saylıqətnаməsi iddia ərizəsinin əsas borca aid hissəsində ləğv edilməli, iş üzrə yeni xxxx qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. xxxx qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı «xxxx» ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(051)-915/2019 saylıxxxxsi iddia ərizəsinin əsas borca aid hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni xxxx qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh əsas kredit borcuna görə 371.91 manat borc alınaraq iddiaçı ASC “Xalq” Bankına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pulun 72.5 manatı iddiaçı ASC “Xalq” Bankından 72.5 manatı isə Cavabdeh tutularaq Büdcə təsnifatının kodu, 142319.Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına ödənilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun 20 manatı iddiaçı ASC “Xalq” Bankından, 10 manatı isə Cavabdeh tutulsun. xxxx qalan hissədə dəyişdirilmədən saxlanılsın. xxxxdən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. xxxxdən şikayət verilməmişdirsə, xxxx işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar