Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1017/2021 24.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, iddiaçı X13 İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X13 İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondunun cavabdehlər Cavabdeh və X6 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(014)- 495/2018 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh və X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiаçı X13 İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondunun cavabdehlər Cavabdeh və X6 qarşı kreditin,kredit faizlərinin və cərimənin ödənilməsi tələbi hаqqındа iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehlər Cavabdeh və X2 müştərək qaydada X13 İddiaçı ASC-nin xeyrinə 27179,45 manat əsas borc,1358,93 manat faiz borc, 8765,25 manat dəbbə pulu olmaqla, cəmi 37303,63 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması,tutmanın Cavabdeh məxsus “HOW0 ZZ3317N3867W” yük markalı, buraxılış ili 2011-ci il olan, 99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomobillərə yönəldilməsi, həmin avtomobillərin hərracda satılması,satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(014)-495/2018 nömrəli qətnaməsi ilə (hakim Famil Nəsibov) iddia qismən təmin edilmiş, Cavabdeh və X2 müştərək qaydada X13 İddiaçı ASC-nin xeyrinə 27179,45 manat əsas borc,1358,93 manat faiz borc, 20 manat dəbbə borcu və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 28588,38 manatın (iyirmi səkkiz min beş yüz səksən səkkiz manat otuz səkkiz qəpik) tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus “HOW0 ZZ3317N3867W” yük markalı, buraxılış ili 2011-ci il olan,99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomobillərə yönəldilməsi, “HOW0 ZZ3317N3867W” yük markalı, buraxılış ili 2011-ci il olan,99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomobillərin açıq hərrac yolu ilə satılması, sаtışdаn əldə edilən pul vəsаitinin Cavabdeh və X3 X13 İddiaçı ASC-yə оlаn bоrcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan cavabdehlər Cavabdeh və X8 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli, 2(107)-52/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh və X8 tərəfindən verilmiş аpelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(014)-495/2018 nömrəli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilmiş, 16 yanvar 2012-ci il tarixli ipoteka müqavilələri üzrə ipoteka qoyulmuş, “HOW0 ZZ3317N3867W” yük markalı, 2011-ci il buraxılışlı, 99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomobillərin hər birinin ayrı-ayrılıqda ilkin satış qiyməti 55000 (əlli beş min) manat müəyyən müəyyən edilmiş, Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, aparılmış ekspertiza tədqiqatın dəyəri olan 245 (iki yüz qırx beş) manat cavabdehlər Cavabdeh və X2 alınıb dövlət büdcəsinə ödənilməsi (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli, 2(107)- 52/2020 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(102)-1165/2021 saylı qərarı ilə iddiaçı X13 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-52/2020 nömrəli iş üzrə 24 iyun 2020-ci il tarixli qətnaməsi ipotekanın ilkin satış qiyməti hissəsində ləğv edilmiş, iş həmin hissədə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Qətnamə ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 16 yanvar 2012-ci il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 16 faiz ödəmək şərti ilə 103300 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini üsulu kimi X10 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən “HOW0 ZZ3317N3867W” yük markalı, buraxılış ili 2011-ci il olan,99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomobillər İddiaçı ASC-nin xeyrinə ipoteka yüklü edilmişdir. Həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq X8 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə görə borclu ilə birgə məsuliyyət daşıyır. Hazırda cavabdehin banka 27179,45 manat əsas borc,1358,93 manat faiz borc, 8765,25 manat dəbbə pulu olmaqla, cəmi 37303,63 manat borcu Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh və X8 apelyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, İddiaçı ASC ilə Cavabdeh Sahib oğlu arasında 16 yanvar 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 16 faiz ödəmək şərti ilə verilmiş 103300 manat məbləğində kredit verilmiş və sözü gedən yük avtomobilləri ipoteka ilə yüklü edilmiş və X7 ilə zaminlik müqaviləsi də bağlanmışdır. Sözü gedən bank məlum səbəblərdən bağlanmış və cavabdehlərdən asılı olmayaraq bank ödənişlərini həyata keçirmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi həmin hallan araşdırmamış ipoteka ilə yüklü edilmiş avtomobillərin vəziyyətini araşdırmamış və bank tərəfindən qaldırılmış iddia tələbini qismən təmin etməklə cavabdehlərin əlavə ödənişlər etmələrinə səbəb olan qətnamə çıxarmışdır. Ancaq birinci instansiya məhkəməsində izahatında bankla cavabdeh arasında bağlanmış müqavilənin etibarsız olduğunu və onların təqsiri olmadan ödəniş aparılmadığını bildirsə də birinci instansiya məhkəməsi izahatına hüquqi qiymət verməmişdir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olduğu halda hesab edir ki, onun həmin müqaviləyə olan iradı nəzərə alınmalı idi və iş üzrə məhkəmə ekspertizası təyin olunmalı işin bütün halları araşdırılmalı idi. Belə ki, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmamışdır. Bu səbəbdən də, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarını tam araşdırmamış maddi hüquq normalarını və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh əlavə olaraq ödəniş etməli olmuşdur. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(014)- 495/2018 nömrəli qətnaməsini ləğv edərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X13 İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondunun nümayəndəsi X4 bildirdi ki, onlar maşınları cavabdehlərə saz vəziyyətdə vermişlər. Təxminən 1 il 06 ay bundan əvvəl onlara zəng edilərək avtomobillərin satışa çıxarılması barədə məlumat vermişlər. Avtomobillər saz vəziyyətdə olmasaydı onların satışa çıxarılması mümkün olmazdı. Ekspert rəyinə münasibətdə isə bildirmək istəyir ki, avtomobillər qəsdən ekspertizaya təqdim edilməyib və cavabdehlər avtomobillərin ekspertizaya təqdim edilməməsi üçün satıldığını və ya sırdan çıxdığı barədə məlumat veriblər. Hesab edir ki, icra şöbəsi avtomobilləri axtarıb tapmalıdır. Odur ki, iddialarının təmin edilməsi, cavabdehlər Cavabdeh və X8 tərəfindən verilmiş apellyasiya şikаyətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh və X8 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli 2(102)-1165/2021 saylı qərarı ilə iddiaçı X13 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-52/2020 nömrəli iş üzrə 24 iyun 2020-ci il tarixli qətnaməsi ipotekanın ilkin satış qiyməti hissəsində ləğv edilmiş, iş həmin hissədə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Qətnamə ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli 2(102)-1165/2021 saylı qərarında göstərilmişdir ki, İpoteka ilə yüklü edilmiş əmlaklar “HOW0 ZZ3317N3867W” yük markalı, 2011-ci il buraxılışlı, 99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomaşınlardır. İddiaçı düzgün olaraq qeyd edir ki, həmin avtomaşınlar 2011-ci ildən istifadə olunur və onların qiymətinin müəyyən edilməsi üçün avtomaşınlara baxış keçirilməsi əhəmiyyət kəsb edirdi. İş üzrə rəy vermiş ekspert avtomaşınlara baxış keçirmədən, onların hazırkı texniki vəziyyətini öyrənmədən rəy vermişdir (mülki iş, səhifə
189. rəy). Rəydən görünür ki, qiymətlər internet məlumatlarına və ekspert praktikası məlumatlarına əsasən verilmişdir. Belə rəy mülki prosessual qanunvericiliyin tələbləri baxımından mötəbər sübut hesab oluna bilməz. Ona görə ki, uzun müddət ağır işlərdə istifadə olunan texnikanın real vəziyyətini, heç olmasa ümumi real vəziyyətini öyrənmədən müəyyən edilmiş qiymət reallığı əks etdirməyəcək. Əvvəla, 1-ci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəf apellyasiya şikayəti verdi və ekspertizanın keçirilməsini həmin tərəf tələb etdiyi üçün avtomaşınları ekspertə təqdim etmək vəzifəsi onların üzərinə düşürdü. Bundan başqa, avtomaşınlar onların istifadəsində olduğu üçün hər bir halda əmlakları ekspertə təqdim etmək onların vəzifəsinə aiddir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, əmlakların ilkin satış qiymətinin hazırkı bazar qiyməti ilə müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun istinad edilən 1.0.9-cu maddəsinin məzmunundan göründüyü kimi ipoteka predmetinin ilkin satış qiymətinin anlayışının verilməsi zamanı onun həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi aydın şəkildə qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinin tələbləri baxımından verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2020-ci il tarixli təqdimatı əsasında ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxmış və müəyyən edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi baxımından ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsaslıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(107)-1017/2021 nömrəli qərardadı ilə Cavabdeh məxsus “HOW0 ZZ3317N3867W” yük markalı, 2011-ci il buraxılışlı, 99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomaşınların hаzırkı real bazar dəyərləri nəzərə alınmaqla likvid qiymətləri müəyyən edilməsi üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, eyni zamanda Cavabdeh məxsus “HOW0 ZZ3317N3867W” yük markalı, 2011-ci il buraxılışlı, 99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomaşınların ekspertiza tədqiqatına təqdim edilməsi cavabdehlər Cavabdeh və X6 həvalə edilmişdir. 24 sentyabr 2021-ci il tarixli məktubla məhkəməyə avtomobillər ekspert baxışına təqdim edilmədiyindən məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat daxil olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(107)-1017/2021 nömrəli qərardadı ilə ekspert rəyi məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh və X8 tərəfindən verilmiş аpelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(014)-495/2018 nömrəli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməli, 16 yanvar 2012-ci il tarixli ipoteka müqavilələri üzrə ipoteka qoyulmuş, “HOW0 ZZ3317N3867W” yük markalı, 2011-ci il buraxılışlı, 99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomobillərin hər birinin ayrı-ayrılıqda ilkin satış qiyməti 55000 (əlli beş min) manat müəyyən müəyyən edilməli, Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, aparılmış ekspertiza tədqiqatın dəyəri olan 245 (iki yüz qırx beş) manat cavabdehlər Cavabdeh və X2 alınıb dövlət büdcəsinə ödənilməlidir (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 06 noyabr 2019-cu il tarixli 16449 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən borcalan Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir:
16.01.2015-ci il tarixə
- əsas borc üzrə-------------44.092,77 manat; - faiz borcu üzrə-------------8.867,50 manat.
17.01.2018-ci il tarixə
- əsas borc üzrə-------------44.092,77 manat; - faiz borcu üzrə-------------34.023,65 manat. (Aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manatdır) İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 27 aprel 2020-ci il tarixli 9/73 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, 2011-ci il buraxılışlı “HOW0 ZZ3317N3867W” yük markalı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiyməti təxminən 55000,00 (əlli beş min) manat müəyyən olunur. (Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının məlum göstərişinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(107)- 1017/2021 nömrəli qərardadı ilə Cavabdeh məxsus “HOW0 ZZ3317N3867W” yük markalı, 2011-ci il buraxılışlı, 99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomaşınların hаzırkı real bazar dəyərləri nəzərə alınmaqla likvid qiymətləri müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsədə, sonda məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi cavabdehlər tərəfindən həmin avtomobillərin ekspertə təqdim edilməməsi səbəbindən mümkün olmamışdır. Belə ki, bununla bağlı cavabdehlərlə dəfələrlə əlaqə saxlanılmış və onlar hər dəfə bildirmişlər ki, birinci avtomobil satılıb, ikinci avtomobilin isə ancaq raması qalıbdır. Bu baxımdan da məhkəmə kollegiyası 16 yanvar 2012-ci il tarixli ipoteka müqavilələri üzrə ipoteka qoyulmuş, “HOW0 ZZ3317N3867W” yük markalı, 2011-ci il buraxılışlı, 99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomobillərin hər birinin ayrı-ayrılıqda ilkin satış qiymətlərinin 27 aprel 2020-ci il tarixli 9/73 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmiş şəkildə müəyyən edilməsini mümkün bilir. Digər tərəfdən məhkəmə kollegiyasının xatırlatmasına görə iddia tələbi üzrə təmin edilmiş və hal-hazırda mübahisələndirlməyən cəmi borc 28538,38 manatdır, avtomobillərin hər birinin ayrı-ayrılıqda ilkin satış qiyməti isə 55000,00 (əlli beş min) manat müəyyən edilmiş və bu məbləğ bütün hallarda təmin edilmiş iddia məbləğini əhatə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. MM-in 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. MM-in 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. MM-in 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-in 317.2-ci maddəsinə əsasən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. MM-in 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. MM-in 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. Həmin Qanunun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. MPM-in 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı Məhkəməsi qətnаməni dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(014)-495/2018 nömrəli qətnаməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq və MPM-in 384, 385, 392, 393 və 404-407ci maddələrini rəhbər tutaraq,
Qət etdi:
Cavabdehlər Cavabdeh və X8 tərəfindən verilmiş аpelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(014)-495/2018 nömrəli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilsin. 16 yanvar 2012-ci il tarixli ipoteka müqavilələri üzrə ipoteka qoyulmuş, “HOW0 ZZ3317N3867W” yük markalı, 2011-ci il buraxılışlı, 99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomobillərin hər birinin ayrı-ayrılıqda ilkin satış qiyməti 55000 (əlli beş min) manat müəyyən müəyyən edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 245 (iki yüz qırx beş) manat cavabdehlər Cavabdeh və X2 alınıb dövlət büdcəsinə ödənilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.