Məhkəmə qərarları › İş №2(107)-1018/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1018/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1018/2025 28.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Fərhad qızına qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Apellyasiya baxışından çıxarma, işin istənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Cavabdeh Fərhad qızının iştirakı ilə, İddiaçı Cavabdeh Fərhad qızına qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-632/2024 nömrəli qiyabi qətnaməsindən Cavabdeh Fərhad qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh Fərhad qızından onun xeyrinə əlli min manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-632/2024 nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Fərhad qızından 50.000 (əlli min) manat pulun alınaraq İddiaçı verilməsi, Cavabdeh Fərhad qızından dövlət rüsumu üçün ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh Fərhad qızı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayəti mümkün hesab edilmiş və məhkəmə baxışı 28 oktyabr 2025-ci il tarixdə, saat 11:00-a Şəki Apellyasiya Məhkəməsinin binasına (16 nömrəli zal) təyin edilmişdir. Göyçay Rayon Məhkəməsinin hakimi X3 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, məhkəmənin icraatına İddiaçı Göyçay Rayon Məhkəməsinin 2(046)-632/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət ərizəsi və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi daxil olmuşdur. Göyçay Rayon Məhkəməsinin 2(046)-632/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsinə və şikayətə baxılması üçün Cavabdeh Fərhad qızının Göyçay Rayon Məhkəməsinin 2(046)-632/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin yenidən Göyçay Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-1018/2025 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılmalı, iş üzrə İddiaçı Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-632/2024 nömrəli qərardadından verdiyi şikayətinin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-1018/2025 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-632/2024 nömrəli qətnaməsindən Cavabdeh Fərhad qızı tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-632/2024 nömrəli qərardadından İddiaçı şikayətinin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Göyçay Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul olunduğu аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar