Məhkəmə qərarları › İş №2(107)-1019/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1019/2020

10.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1019/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlundan və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)-97/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)-97/2019 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin edilmiş, Qax şəhəri, M.F.Axundov küçəsi, ev 63, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən evin cavabdehə məxsus evin sərhədindəki divarın üzərində yerləşən yardımçı tikili qismən, yəni divarın üstünə düşən hissədə sökülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)- 2429/2019 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş Apellyasiya şikayəti təmin edilmiş, Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(024)-97/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanda fərdi yaşayış evlərinin sərhəddindəki divarın üzərində yerləşən yardımçı tikilinin qismən, yəni divarın üstünə düşən hissədə sökülməsi, tikilinin sökülən hissəsi tərəfdən xüsusi dirəklərdə yerləşdirilməsi, habelə tikili yə onun altının sanitariya və yanğın normalarına uyğun saxlanılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə dаir iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-424/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(107)-2429/2019 saylı qətnaməsi ləğv edilmiş və işin mübahisələndirilən hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 2 ünvanda fərdi yaşayış evlərinin sərhəddindəki divarın üzərində yerləşən yardımçı tikilinin qismən, yəni divarın üstünə düşən hissədə sökülməsi, tikilinin sökülən hissəsi tərəfdən xüsusi dirəklərdə yerləşdirilməsi, habelə tikili yə onun altının sanitariya və yanğın normalarına uyğun saxlanılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X1 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi vardır. O, X1 qanun üzrə vərəsəsi kimi, həmin evdə yaşayır, baxır və kommunal xərclərini çəkir. Həmin evin həyətyanı sahəsinin divarının üzərində qonşusu X5 yardımçı tikilisi vardır. Sözü gedən yardımçı tikili qismən, yəni divarın üstünə düşən hissədə sökülməli, tikili sökülən hissə tərəfdən xüsusi dirəklərdə yerləşdirilməli, habelə tikili və onun altı sanitariya və yanğın normalarına uyğun saxlanılmalıdır. Belə ki, həmin tikili sanitarya və təhlükəsizlik tələblərinə cavab vermir. Tikilinin vəziyyəti texnoloji baxımdan qeyri-kafidir. Tikilinin örtükləri, ümumiyyətlə tikintinin konstruksiyaları istismara yararlı vəziyyətdə deyil, bu da öz növbəsində külək yə digər təbii fəlakət zamanı ev və evin sakinləri üçün təhlükə yaradır. Obyektin yanğına qarşı vəziyyəti də yaxşı deyil. Tikilinin ağac konstruksiyalarının oda davamlılıq həddi aşağı düşmüş, oda davamlı keyfiyyət cəhətdən yarasız vəziyyətə gəlmişdir. Tikilinin altına yanar materiallar yığılır, eynilik əlamətləri nəzərə alınmaqla maddə və materialların birgə saxlanılması qaydalarına riayət edilmir. Tikilinin çardağında, habelə çat dartıclarında döşənək qurulub onun üzərinə yanar material yığılmışdır. Bütün bunlar öz növbəsində yanğının baş vermə ehtimalını artırır. Bütün bunlarla yanaşı, tikilinin yerləşdiyi ərazi daimi təmiz vəziyyətdə, sanitariya normalarına uyğun saxlanılmır, tullantılar toplanılır, yığılır. Tikili yerləşən hazrıki divar X1 vəsaiti hesabına inşa edilmiş divardır və ona məxsus olmuş ərazidədir. Tikilinin divar üzərində yerləşdirilməsi bir tərəfdən divarın texniki vəziyyətini pisləşdirmiş, digər tərəfdən onu həmin divardan istifadə etmək imkanından məhrum etmişdir. Bütün bunlarla bağlı, X9 müraciət etmiş, lakin cavabdeh heç bir tədbir görməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən ünvan 2 ünvanda fərdi yaşayış evlərinin sərhəddindəki divarın üzərində yerləşən yardımçı tikilinin qismən, yəni divarın üstünə düşən hissədə sökülməsi, tikilinin sökülən hissəsi tərəfdən xüsusi dirəklərdə yerləşdirilməsi, habelə tikili yə onun altının sanitariya və yanğın normalarına uyğun saxlanılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 iddia ərizəsinə uyğun izahat verərək ünvan 4 ünvanında fərdi yaşayış evlərinin sərhəddindəki divarın üzərində yerləşən yardımçı tikilinin qismən, yəni divarın üstünə düşən hissədə sökülməsi, tikilinin sökülən hissəsi tərəfdən xüsusi dirəklərdə yerləşdirilməsi, habelə tikili yə onun altının sanitariya və yanğın normalarına uyğun saxlanılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Prosesdə onun iştirakı təmin edilməmiş, araşdırılma aparılmadan qətnamə qəbul edilmişdir. Ona görə də, Qax Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(019)-439/2018 saylı qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 HaqqındaKonvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 424/2020 saylı qərarında göstərilənləri əsas tutaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışdan görünür ki, Qax şəhəri, M.F.Axundov küçəsi, ev 63, yeni qaydalarla ünvan 1 X1 tam, 0.08 ha həyətyanı torpaq sahəsinin 0.02 ha hissəsi X1, 0.025 ha hissəsi X2, 0.02 ha hissəsi X11, 0.005 ha hissəsi İddiaçı, 0.005 ha hissəsi X3 və 0.005 ha hissəsi isə X4 ümumi birgə mülkiyyətindədir. İşdə olan **********8010301 saylı fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Qax şəhəri, M.F.Axundov küçəsi, ev 63, yeni qaydalarla ünvan 1-nin hüquq subyektləri İddiaçı, X12 və X6r. İş materiallarına əlavə edilmiş iddiaçının təqdim etdiyi fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin sərhəddindəki divarın üzərində həqiqətən də yardımçı tikili inşa edilmişdir. İşdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışa əsasən Qax şəhəri, M.F.Axundov küçəsi, ev 63, yeni qaydalarla ünvan 1 X1 tam, 0.08 ha həyətyanı torpaq sahəsinin 0.02 ha hissəsi X1, 0.025 ha hissədi X2, 0.02 ha hissəsi X11, 0.005 ha hissəsi İddiaçı, 0.005 ha hissəsi X3 və 0.005 ha hissəsi isə X4 ümumi birgə mülkiyyətindədir. İddiaçı qonşusu Cavabdeh məxsus torpaq sahəsi ilə sərhəddi ayıran daş divar üzərində cavabdeh tərəfindən yardımçı tikili inşa edildiyini, həmin tikilinin onların həyatı üçün təhlükə yaratdığını bildirərək yardımçı tikilinin qismən, yəni divarın üstünə düşən hissədə sökülməsi, tikilinin sökülən hissəsi tərəfdən xüsusi dirəklərdə yerləşdirilməsi, habelə tikili yə onun altının sanitariya və yanğın normalarına uyğun saxlanılması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək, Qax şəhəri, M.F.Axundov küçəsi, ev 63, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən evin cavabdehə məxsus evin sərhədindəki divarın üzərində yerləşən yardımçı tikili qismən, yəni divarın üstünə düşən hissədə sökülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. İş üzrə qаnuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-1019/2020 saylı qərardadı ilə mühəndis texniki və texniki təhlükəsizlik ekspertizaları təyin edilmiş, ekspertizanın aparılması Müstəqil Məhkəmə Ekspertizаsı MMC-yə həvаlə edilmişdir. İş materiallarına əlavə edilmiş Müstəqil Məhkəmə Ekspertizаsı MMC-nin xx xxxxxxx 2020-ci il tarixli, 364 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanda fərdi yaşayış evlərinin sərhəddindəki divarın üzərində və ona bitişik yerləşən yardımçı tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 71 və 72-ci maddələrinin tələblərinə uyğun inşa edilməmişdir. Həmin tikilinin quraşdırılması tikinti norma və qaydalarının tələblərinə uyğun olmadığı üçün yəni hər an metal lövhələrin təbii amillərin təsirindən eləcə də, istismar müddətinin keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi baxımından həyat və sağamlıq üçün təhlükəli ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və həmin rəyləri sübut növü kimi qəbul edir. “X7rşı” işi üzrə xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Beləliklə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən və qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma Tikinti və Tikinti Məcəlləsinin: - 69.1-ci maddəsinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. - 69.2-ci maddəsinə əsasən, ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. - 69.4-cü maddəsinə görə, Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. - 69.5-ci maddəsinə əsasən, ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: - 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; - 71.1-ci maddəsinə görə, Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. - 72.1-ci maddəsinə əsasə\n, qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya qaydasında işə baxılarkən cavabdeh, məhkəmə kollegiyasına heç bir sübut növü təqdim etməmiş və apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)-97/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühəndis texniki və texniki təhlükəsizlik ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul Cavabdeh tutulmalı və Müstəqil Məhkəmə Ekspertizаsı MMC-nin (Kapital Bank ASCnin Gənclik Mall filialı, Kod: 201025, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, VÖEN: **********, Hesab: AZ53AİİB********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)-97/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühəndis texniki və texniki təhlükəsizlik ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul Cavabdeh tutulsun və Müstəqil Məhkəmə Ekspertizаsı MMC-nin (Kapital Bank ASCnin Gənclik Mall filialı, Kod: 201025, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, VÖEN: **********, Hesab: AZ53AİİB********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar