Məhkəmə qərarları › İş №2(107)-1022/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1022/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1022/2024 19.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2(037)-60/2024 saylı qərardadından İddiaçı QSC-nin verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin mülkiyyətində olan İsmayıllı şəhəri, Babək küçəsində 0.12 hektar torpaq sahəsində yerləşən 1146.20 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasından çıxarılması və həmin əmlakın boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2(037)-60/2024 saylı qərardadına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə cavabdehin nümayəndəsi/Vəkil vəsatəti əsasında məhkəmə mühəndis-texniki ekspertizası təyin edildiyi üçün iş üzrə ekspert rəyi verilənədək icraat dayandırılmışdır. Qərardaddan iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron qaydada şikayət verərək İsmayıllı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2(037)-60/2024 saylı qərardadının ləğv edilməsi və işin baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" QSC Cavabdeh qarşı əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasaən iş üzrə icraat-Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)- 3920/2022 saylı və Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-5136/2023 saylı mülki işlər üzrə qəbul ediləcək məhkəmə qərarları qüvvəyə minənədək dayandırılmışdır. Qeyd olunan işlər üzrə qəbul edilmiş məhkəmə qərarları qanuni qüvvəsini almış və iddiaçı bank məhkəməyə müraciət edərək icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə icraat təzələnmişdir. Bundan sonra İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(037)- 60/2024 saylı qərardadına əsasən cavabdehin vəsatəti təmin edilmiş, iş üzrə icraat Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1421/2024 saylı mülki iş üzrə qəbul ediləcək məhkəmə qərarı qüvvəyə minənədək təkrarən dayandırılmışdır. Həmin qərardaddan iddiaçı bank tərəfindən şikayət verilmiş, şikayət təmin edilməyərək baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-589/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı QSC-nin şikayəti təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(037)- 60/2024 saylı qərardadı ləğv edilərək yeni qərardad qəbul edilərək Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(037)-60/2024 saylı mülki iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin edilməmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(037)-60/2024 saylı qərardadına əsasən iş üzrə cavabdehin vəsatəti təmin edilərək ekspertiza təyin edilmiş və iş üzrə icraat təkrarən dayandırılmışdır. Hazırda iddiaçı bank tərəfindən həmin qərardaddan şikayət verilir. Hesab edirik ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-60/2024 saylı qərardadı qanunsuz və əsassızdır. Qərardad ləğv edilməli və işin baxılması davam etdirilməlidir. İş üzrə icraatın dayandırılmasına əsas olan hallar qanunvericilikdə konkret olaraq sadalanmışdır. Hazırkı halda iş üzrə ekspertiza təyin edilməsinə və icraatın dayandırılmasına heç bir əsas yoxdur. İşin baxılması əsassız olaraq uzadılır. Bank əmlakı keçirilmiş hərracın nəticəsində əldə etmiş, həmin hərracların qanuniliyi cavabdeh tərəfindən mübahisələndirilmiş və hər hansı bir pozuntunun olmaması məhkəmə qərarları ilə müəyyən edilmişdir. Hərracın qanuni və əsaslı olması barədə Ali Məhkəmənin qərarı mövcuddur. Əmlakın bankın mülkiyyətində olması ilə bağlı mötəbər sənəd-Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarış mövcuddur və həmin çıxarış məhkəməyə təqdim edilmişdir. İşlə bağlı ipoteka müqaviləsində, bankın adına verilmiş çıxarışda və bankın iddia tələbində əmlakla bağlı hər hansı bir uyğunsuzluq və ziddiyətli məqam yoxdur. İddia tələbi aydın və konkret qeyd edilmişdir. Cavabdehin İddiaçı QSC-nin mülkiyyətində olan İsmayıllı şəhəri Babək küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 1146.20 m2 ümumi sahədən ibarət qeyri yaşayış binasından çıxarılması və həmin əmlakın boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi” təyin edilmiş ekspertiza ilə hansı faktın müəyyən ediləcəyi bəlli deyildir. İsmayıllı Rayon Məhkəməsi bütün bu qeyd edilənləri nəzərə almayaraq icraatında olan 2(037)-60/2024 saylı iş üzrə daha əvvəl olduğu kimi yenə də cavabdehin qanunsuz və əsassız vəsatətini təmin etmiş və heç bir aidiyyəti olmadığı halda iş üzrə ekspertiza təyin edilmişdir. Hesab edirik ki, birinci instansiya məhkəməsi növbəti dəfə icraatı təkrarən dayandırmaqla iddiaçı bankın hüquqlarını kobud şəkildə pozmuşdur. Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İş üzrə ekspertiza təyin edilməsi icraatın dayandırılmasının qeyri məcburi olduğu növlərə aiddir. İş üzrə icraatın dayandırılması-məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İddiaçı Bank tərəfindən iddia tələbini əsaslandıran sübutlar, işlə bağlı qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarları, DƏDRX tərəfindən verilmiş çıxarış və digər sənədlər elektron qaydada məhkəməyə təqdim edilmişdir. Məlumat üçün bildirir ki, tərəflər arasında kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsinə dair mülki iş üzrə məhkəmə mübahisələri 2016-cı ildən başlamışdır, keçən müddət ərzində cavabdeh kredit öhdəliklərini yerinə yetirməmək, bank qarşısında öhdəliklərinin icrasından yayınmaq, işin gedişatını qanunsuz uzatmaq, məhkəmə qətnaməsinin icrasına mane olmaq və əlavə vaxt qazanmaq üçün hər cür əsassız iddia ilə məhkəmələrə müraciət etmişdir. Reallıq ondan ibarətdir ki, İsmayıllı şəhəri Babək küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 1146.20 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binası hazırda İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Bank həmin əmlakı mülkiyyətinə qanuni qüvvəsini almış məhkəmə qərarının icrası nəticəsində götürmüşdür. İşin məhkəmədə baxılmasının əsassız səbəblərdən yubadılması mülkiyyətçi bankın məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir. Cavabdeh hazırda mülkiyyət hüququ üzrə banka məxsus olan əmlakdan qanunsuz olaraq istifadə etməkdədir. Bank həmin əmlak üzərində mülkiyyət hüququnu xx.xx.2022-ci ildən əldə etsə də cavabdehin qanunsuz hərəkətləri ucbatından hazırki tarixədək əmlak üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Birinci instansiya məhkəməsinin qərardadında gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. MPM-nin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraat dayandırıla bilər. Hazırki halda icraatın dayandırılması üçün heç bir əsas mövcud deyildir. Təyin edilmiş ekspertiza rəyi ilə iş üzrə hər hansı nəticəyə gəlinməsi mümkün deyildir. Ona görə də icraatın dayandırılması barədə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-60/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2(037)-60/2024 saylı qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2(037)-60/2024 saylı qərаrdаdındаn İddiaçı QSC tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh şikayətə etiraz ərizəsi göndərərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2(037)- 60/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 254.2-ci mаddəsinə əsаsən məhkəmə qаnundа nəzərdə tutulаn digər hаllаrdа dа iş üzrə icrааtı dаyаnıdırır. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertizа təyin olunduqdа hаkim işdə iştirаk edən şəxslərin ərizəsi üzrə və yа öz təşəbbüsü ilə iş üzrə icrааtı dаyаndırа bilər. Göründüyü kimi ekspertiza təyin edildiyi zaman birinci instansiya məhkəməsi mülki işin icraatını dayandıra bilər. Məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2(037)-60/2024 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2(037)-60/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Respublikası MPM-nin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2(037)-60/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar