Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1023/2024 30.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcu) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X1, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, e-2(033)-86/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı ASC «Xalq» Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********77914 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 16% (on altı faiz) ödənilməsi şərtilə, 25 400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilərək, borclu Cavabdeh ödəniş vaxtı milli manata məzənnədə 23 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 14 iyun 2017-ci il tarixə olan 20164,47 ABŞ dolları əsas, kreditdən istifadəyə görə hesablanmış adi faizlərə görə 5.079,73 ABŞ dolları və peniyaya görə 500 ABŞ dolları olmaqla, cəmi 25.744,20 ABŞ dollarının “Xalq” Bank ASCnin xeyrinə tutulması, tutmanın 23 iyun 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1, 0,04 ha torpaq sahəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 269,3 kv.metr olan 23 saylı evə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 28.600 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsait hesabına Cavabdeh iddiaçı “Xalq” Bank ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə edilən vəsaitin artıq qalan hissəsinin Cavabdeh qaytarılması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi 11 may 2022-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, borclu Cavabdeh ödəniş vaxtı milli manata məzənnədə 23 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə olan əsas borca görə 20164,74 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış adi faizlərə 4.958,66 ABŞ dolları və hesablanmış penyaya görə 500 ABŞ dolları olmaqla, cəmi 25.623,40 ABŞ dollarının 23 iyun 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə yüklü edilmiş borclu Cavabdeh mülkiyyətində olan ünvan 1, 0,04 ha torpaq sahəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 269,3 kv.metr olan 23 saylı evə tutma yönəldilməklə iddiaçı “Xalq” Bank ASC-nə verilməsi, ipoteka predmeti olan həmin evin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilən vəsaitin borc ödənildikdən sonra artıq qalan hissəsinin Cavabdeh qaytarılması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, əsas borcun tam şəkildə qaytarıldığı xx.xx.2023-cü il tarixinə bu məbləğ 11769,01 (on bir min yeddi yüz altmış doqquz ABŞ dolları 01 sent) ABŞ dolları təşkil edir. Bundan başqa, xx.xx.2023-cü il tarixinə kimi illik 5% dərəcəsi ilə faizlər formasında əldən çıxmış fayda ödənilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı xxxx Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli **********77914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında yaranmış xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş 3304,11 (üç min üç yüz dörd ABŞ dolları 11 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci tarixdən xx.xx.2023-cü il tarixinə qədər isə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 4825,87 (dörd min səkkiz yüz iyirmi beş ABŞ dolları 87 sent) ABŞ dolları məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə 11769,01 (on bir min yeddi yüz altmış doqquz ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində penya, cəmi 19898.99 (on doqquz min səkkiz yüz doxsan səkkiz ABŞ dolları 99 sent) ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 191.49 (bir yüz doxsan bir manat 49 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı ASC “Xalq” Bankı məhkəməyə 27 may 2024-cü il tarixdə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ünvanlayaraq Cavabdeh xx.xx.2014-cü il tarixli **********77914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq" Bankı qarşısında yaranmış xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 6055,02 (altı min əlli beş ABŞ dolları 02 sent) ABŞ dolları məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2017-ci il tarixdən xx.xx.2023- cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə 11769,01 (on bir min yeddi yüz altmış doqquz ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində penya, cəmi 17 824,03 (on yeddi min səkkiz yüz iyirmi dörd ABŞ dolları 03 sent) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC “Xalq" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 180,9 (bir yüz səksən manat 9 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması və bank tərəfindən artıq ödənilmiş 10,59 (on manat 59 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC «Xalq» Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********77914 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) əsasən iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 16 % (on altı faiz) ödənilməsi şərtilə, 25 400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alan Cavabdeh (bundan sonra “Cavabdeh” adlandırılacaq) öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı (bundan sonra “İddiaçı” və ya “Bank” adlandırılacaq) ilə cavabdeh arasında sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********77914/İM №-li İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsinə görə Bank Kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 08 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, borclu Cavabdeh ödəniş vaxtı milli manata məzənnədə 23 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 14 iyun 2017-ci il tarixə olan 20164,47 ABŞ dolları əsas, kreditdən istifadəyə görə hesablanmış adi faizlərə görə 5.079,73 ABŞ dolları və peniyaya görə 500 ABŞ dolları olmaqla, cəmi 25.744,20 ABŞ dollarının “Xalq” Bank ASC-nin xeyrinə tutulması, tutmanın 23 iyun 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1, 0,04 ha torpaq sahəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 269,3 kv.metr olan 23 saylı evə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 28.600 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsait hesabına Cavabdeh iddiaçı “Xalq” Bank ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə edilən vəsaitin artıq qalan hissəsinin Cavabdeh qaytarılması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın 11 may 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, borclu Cavabdeh ödəniş vaxtı milli manata məzənnədə 23 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə olan əsas borca görə 20164,74 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış adi faizlərə 4.958,66 ABŞ dolları və hesablanmış penyaya görə 500 ABŞ dolları olmaqla, cəmi 25.623,40 ABŞ dollarının 23 iyun 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə yüklü edilmiş borclu Cavabdeh mülkiyyətində olan ünvan 1, 0,04 ha torpaq sahəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 269,3 kv.metr olan 23 saylı evə tutma yönəldilməklə iddiaçı “Xalq” Bank ASC-nə verilməsi, ipoteka predmeti olan həmin evin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilən vəsaitin borc ödənildikdən sonra artıq qalan hissəsinin Cavabdeh qaytarılması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh yuxarıda göstərilən borc məbləğini xx.xx.2023-cü il tarixdə tam şəkildə ödəməsinə baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında əsas borc məbləğinə xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixədək hesablanmış 3 304,11 (üç min üç yüz dörd ABŞ dolları 11 sent) ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, əsas borcun tam şəkildə qaytarıldığı xx.xx.2023-cü il tarixinə bu məbləğ 11769,01 (on bir min yeddi yüz altmış doqquz ABŞ dolları 01 sent) ABŞ dolları təşkil edir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-cimaddəsinə əsasən İddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər hər hansı əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən əsas borcun tam şəkildə qaytarıldığı xx.xx.2023-cü il tarixinə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr (xx.xx.2018-xx.xx.2023) üçün müvafiq məbləğ 4 825.87 (dörd min səkkiz yüz iyirmi beş ABŞ dolları 87 sent) ABŞ dolları təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ASC «Xalq» Bankının «Zaqatala» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-ci il tarixli **********77914 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 16 % (on altı) faiz ödənilməklə, dövriyyə vəsaitini artırmaq məqsədi üçün 25 400 (iyirmi beş min dörd yüz ) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə görə kreditdən istifadəyə görə faizlər borcalanın ssuda hesabı üzrə borcunun yarandığı gündən başlayaraq, hər təqvim günü üçün (əsas kimi ayda 30 gün, ildə 360 gün götürülür) borcun tam ödənildiyi tarixə qədər hesablanır. Kredit müqaviləsinin 1.3-cü bəndinə görə borcalanın bu kredit üzrə yaranmış öhdəliklərinin icrasının təminatı qismində **********77914/İM nömrəli xx.xx.2014-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak çıxış edir. Kredit müqaviləsinin 5.1-ci bəndinə görə bu müqavilə tərəflərin imzası və bankın möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir vətərəflərin bu müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri tam icra edilənədək qüvvədədir. Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli 2(033)-1268/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh xx.xx.2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixə olan 20 164,47 (iyirmi min bir yüz altmış dörd ABŞ dolları qırx yeddi sent) ABŞ dolları əsas kredit borcu, 5079,73 (beş min yetmiş doqquz ABŞ dolları yetmiş üç sent) ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və 500 (beş yüz) ABŞ dolları penya olmaqla, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25 744,2 (iyirmi beş min yeddi yüz qırx dörd ABŞ dolları iyirmi sent) ABŞ dolları kredit borcu, bundan başqa, çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə16 (on altı) manat, ümumilikdə isə ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25 744,2 (iyirmi beş min yeddi yüz qırx dörd ABŞ dolları iyirmi sent) ABŞ dolları kredit borcunun, 46 (qırx altı) manat çəkilmiş xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının xeyrinə tutulması, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25744,2 (iyirmi beş min yeddi yüz qırx dörd ABŞ dolları iyirmi sent) ABŞ dolları kredit borcu, 46 (qırx altı) manat çəkilmiş xərc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat üzrə tutma xx.xx.2014-cü il tarixli **********77914 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən 269,3 kv.m. ümumi, 83.2 kv.m. yaşayış, 186.1 kv.m. yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlaklar ilkin satış qiyməti 28 600 (iyirmi səkkiz min altı yüz) manat təyin olunmaqla, açıq hərracda satılsın və onların satışından əldə edilmiş maliyyə vəsaiti hesabına Cavabdeh iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankına olan borcu ödənilməsi və həmin torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin satışından əldə edilən pulun artıq qalan hissəsi Cavabdeh qaytarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli 2(107)- 31/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli, 2(033)-1268/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, Cavabdeh xx.xx.2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixə olan 20164,74 ABŞ dolları əsas borc, 4958,66 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və 500 ABŞ dolları penya olmaqla, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25623.40 ABŞ dolları (iyirmi beş min altı yüz iyirmi üç ABŞ dolları qırx sent) kredit borcu, çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 30(otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə16 (on altı)manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğlər xx.xx.2014-cü il tarixli **********77914 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən 269,3kv.m ümumi, 83.2kv.m yaşayış, 186.1kv.m yardımçı sahədən ibarət, 4otaqlı 23 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməklə alınıb iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankına verilməsi, ipoteka predmeti olan həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 100000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilən pulun borc ödənildikdən sonra artıq qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir. Ali Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(102)-5486/2022 saylı qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli, 2(107)-31/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 29 avqust 2023-cü il tarixə iddiaçıya olan borc məlumatlarından görünür ki, onun 16 iyun 2023-cü il tarixinə 11769,01 ABŞ dolları cərimə faizləri üzrə borcu və 14 iyun 2017-ci il tarixdən əsas borc tam ödənildiyi tarixədək (xx.xx.2023) illik 5 % dərəcəsi ilə faizlər şəklində 6055,02 ABŞ dolları əldən çıxmış fayda, cəmi 17824,03 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 aprel 2024-cü il tarixli 9/376 nömrəli rəyindən görünür ki, iş materiallarında olan sənədlərə və hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh ilə iddiaçı ASC “Xalq” Bankı arasında bağlanmış 23 iyun 2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçı ASC “Xalq” Bankı qarşısında yaranmış 14 iyun 2017-ci il tarixdən 16 iyun 2023-cü il tarixinə qədər illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış zərər (əldən çıxmış fayda) 6055,02 ABŞ dolları məbləğində müəyyən edilir. Zaqatala Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, e-2(033)-86/2024 nömrəli (hakim: V.Məmmədov) qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək zərər (əldən çıxmış fayda) üzrə 6055,02 (altı min əlli beş ABŞ dolları iki sent) ABŞ dolları və penya üzrə 500 (beş yüz) ABŞ dolları olmaqla, cəmi 6555,02 (altı min beş yüz əlli beş ABŞ dolları iki sent) ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 191,49 (bir yüz doxsan bir manat qırx doqquz qəpik) manat dövlət rüsumunun 123,43 (bir yüz iyirmi üç manat qırx üç qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməsi, 57,47 (əlli yeddi manat qırx yeddi qəpik) manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməsi, artıq ödənilmiş 10,59 (on manat əlli doqquz qəpik) manat dövlət büdcəsindən iddiaçıya geri qaytarılması, iş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X4 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Zaqatala Rayon Məhkəməsinin 08.08.17-ci il tarixli, 2(033)-1268/2017 nömrəli qətnaməsi ilə tərəflər arasında olan 23.06.14-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsi üzrə mübahiсəni 14.06.17-ci il tarixdə olan vəziyyətdə həll еtdiyini nəzərə alaraq hеsab еdir ki, iddiaçı həmin tarixdən 16.06.23-cü il tarixədək hеsablanmış faiz formasında zərərin (rеal zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb еtməkdə haqlıdır. Məhkəmə, əldən çıxmış fayda olaraq iddiaçını 6055,02 ABŞ dolları məbləğində zərərə uğratmış cavabdеhə hеsablanmış 11769,01 ABŞ dolları məbləğində penyanı (dəbbə pulu) tənasübsüz surətdə yüksək sayır və onun miqdarının 50 ABŞ dollarınadək azaldılmasını iddiaçının bütün mənafеlərinə uyğun saymışdır. Məhkəmə hesab etmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Resipublikası Ali Məhkəməsinini xx.xx.2022-ci il tarixli qərarı çıxmışdır. İddia müddətinin axımı cavabdehin 23 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcu məhkəmə qətnaməsinə əsasən ödədiyi xx.xx.2023-cü il tarixdən başladığından, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 385.1, 427, 442, 445, 448, 462, 465, 739-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Lakin vahid məhkəmə təcrübəsində bu müddətin hesablanması borclu şəxsin borc öhdəliklərinin icrasından qərəzli şəkildə yayınmasından sonra başlamalıdır. Yəni icra sənədi üzrə İcra məmurunun verdiyi könüllü icra müddətindən sonra başlamalıdır. Məhz buna görədə bu tip oxşar işlərə məhkəmələr mütləq şəkildə icra sənədini əldə edərək yekun nəticəyə gəlməlidir. Cavabdeh qarşı irəli sürülən borc və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin 2(107)31/2022 saylı, xx.xx.2022- ci il tarixli qərarı olmuşdur. Həmin qətnamə cavabdeh tərəfindən (icrada dönüş edildikdən sonra) xx.xx.2023-cü ildə tam icra edilmiş və ipoteka predmeti girovdan azad edilmişdir. Zaqatala rayon məhkəməsinin xx.xx.2017-ci il qətnaməsi üzrə verilmiş apellyasiya şikayətinin ötürülmüş müddəti üzürlü sayılmış və müddət bərpa edilərək iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Əgər üzürsüz bir hall olmuş olsaydı müddət bərpa edilməzdi. Ötürülmüş müddəti üzürlü hesab edən qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğu halda indiki qərarla məhkəmə cavabdehin ödənişlərini həyata keçirməməsini üzürsüz hesab edərək ondan 6 illik müddət üzrə əldən çıxmış fayda tələb edir. İddiaçı “Xalq Bank”ın kredit müqaviləsi üzrə əldən çıxmış fayda tələb etməsi də müqavilə öhdəliklərindən irəli gələn bir tələbdir. Burda da tələb hüququ geriyə üç ildən çox olmamaqla tələb oluna bilər. Bu barədə iş materiallarına ərizə vermişik və qeyd etmişik ki, məhkəmə iddia tələbini təmin edərsə yalnız geriyə 3 illik müddət olmaqla tələb etmək hüququ vardır. Məhkəmə cavabdehin bu ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci İl tarixli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin! 13.12,2022-ci il tarixli qərarı çıxmışdır. İddia müddətinin axımı cavabdehin 23 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcu məhkəmə qətnaməsinə əsasən ödədiyi xx.xx.2023-cü il tarixdən başladığından, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Məhkəmənin gəldiyi bu mövqe ilə razılaşmır. Bildiyiniz kimi iddia müddətinin axımı kreditorun hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu vaxtdan başlayır. Bu iş üzrə 2017-ci ildə məhkəmə qətnaməsi çıxmışdır. Həmin qətnamədən Şəki Apellyasiya Məhkəməsinə şikayət verildiyi və şikayət mümkün sayılaraq baxılması üçün icraata götürüldüyü andan iddiaçı tərəf hüquqlarının pozulduğu bilmişdir, İşə apellyasiya icraatında uzun müddətə baxmışdırlar. Bu müddət ərzində iddiaçı tərəfin iddia tələbinin həcmini artırmaq və ya azalatmaq imkanı olmuşdur. Lakin bunu etmədən faiz məbləğini şişirtməklə məşğul olmuşdur. Məhz buna görədə hesab etmişdir ki, iddia tələbi təmin olunduğu halda yalnız 3 ildən çox olmamaqla əldən çıxmış fayda təmin edilməlidir. İddiaçının ilk iddia tələbindən göründüyü kimi onlar əldən çıxamış fayda olaraq cəmi 825,87 ABŞ Dolları tələb etmişdirlər. Sonradan iddia tələblərini dəyişərək ekspert rəyinə uyğunlaşdırma etmişdirlər. Hətta iş materiallarına diqqət etsək ekspertin tələbi ilə iddiaçı tərəf arayış (hesabdan çıxarış) təqdim etmişdir. Çıxarışdan göründüyü kimi, 2018-2021-ci illər də cavabdehin 1550 ABŞ Dolları ödənişi olmuşdur. Həmin ödənişi nəzərə almaqla iddiaçı tərəf 4825,87 ABŞ Dolları əldən çıxmış fayda olmasını göstərmişdir. Burdan görünür ki, ekspert 14,06,2017-ci il üzrə borc məbləğinə illik 5% olmaqla əldən çıxmış fayda hesablayıb. Lakin cavabdeh tərəfin 2019-2021-ci illər üzrə olan ödənişlərini nəzərə almamışdır. İş üzrə tələbkar tərəf 11769,01 ABŞ Dolları məbləğində cərimənin (peniya) tələb etmişdir. Məlumunuz olduğu kimi, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər Ümumiyyətlə iddiaçı tərəf həmin dəbbə pulun hardan hesablanması, hansı məbləğin üzərinə hesablanması barədə iş materiallarına sübut əlavə etməmişdir. Peniya (dəbbə pulu) müqavilədən nəzərdə tutulduğu halda hesablana bilər. Müqavilə müddəti bitdikdən sonra isə əldən çıxmış fayda və müqavilə üzrə nəzərədə tutulmuş formada dəbbə pulu hesablaya bilər. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək bildirdilər ki, müvafiq qətnamələrə əsasən olan borcları 2023-cü ildə tam ödəmişdir. O, pulu qərəzli olaraq saxlamayıbdır. Odur ki, apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, şikayətin dəlilləri əsassızdır. Tərəflər arasında olan mübahisə üzrə qəbul edilmiş qətnamə üzrə borc 2023-cü ilin iyun ayında tam olaraq ödənmişdir. Hal-hazırda adi faizlə bağlı heç bir tələb yoxdur. 6 il 2 günlük 5 %lə hesablanmış məbləği və penyanı tələb edirlər. Odur ki, apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 739.1. İştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq olaraq bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, ASC “Xalq” Bankı Cavabdeh xx.xx.2014-cü il tarixli **********77914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq" Bankı qarşısında yaranmış xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 6055,02 (altı min əlli beş ABŞ dolları 02 sent) ABŞ dolları məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə 11769,01 (on bir min yeddi yüz altmış doqquz ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində penya tutulmasını tələb edir. Göründüyü kimi, tərəflər arasında mübahisə öhdəliklərin tam olaraq yerinə yetirilməməsi ilə bağlıdır. Apellyatorlar isə birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsini mübahisələndirir. Ümumiyyətlə apellyatorlar iddianın rədd edilməsini tələb edirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Göründüyü kimi, hazırki iddia tələbi 2 hissədən ibarətdir: 1) xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 6055.02 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin; 2) xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanmış 11769.01 ABŞ dolları məbləğində penyanın tutulması. Məhkəmə kollegiyası apellyasiya şikayətinin penya (dəbbə pulu) ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsaslıdır. Belə ki, penya (dəbbə pulu) müqavilə müddətində hesablanmalı olan pul məbləğidir və müqavilə müddəti artıq bitmişdir. Bundan başqa, iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə əsas və faiz borcu ulə yanaşı cərimə borcunun da cavabdehdən tutulmasını qət edilmişdir. Odur ki, iddiaçının müqavilə müddəti bitdikdən sonra müqaviləyə əsasən cavabdehdən cərimə tələb etmək hüququ yoxdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verildiyini nəzərdə tutan Mülki Məcəllənin 528-ci maddəsi əsas öhdəliyin icrasından bəhs edir və tərəflər arasında baş tutmuş məhkəmə mübahisəsindən sonrakı dövrü ehtiva etmir. İddiaçı tərəf hüququndan istifadə edərək məhkəməyə müraciət etmiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tərəflər arasında yaranmış müqavilə münasibətlərinə son qoyulmuş, hazırda isə qətnamədən irəli gələn tələblərin yerinə yetirilməsi öhdəliyi və bundan irəli gələn tələbkar və borclu münasibətləri mövcuddur ki, bu halda da dəbbə (cərimə) ilə bağlı həmin normaya istinadən edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi penya (dəddə) üzrə cavabdehdən pul tutmaqda haqlı olmamışdır Məhkəmə kollegiyası apellyasiya şikayətinin əldən çıxmış fayda (zərər) ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə qismən əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “.....müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. ......Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. “......Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.” “.......O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.” “......kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır”. Konstitusiya Məhkməsinin formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi, yaxud məhkəmədə borcun tutulması və (ya) ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırması müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Baxılan işin hallarından görünür ki, iddiaçı tərəf cavabdehə qarşı bu məzmunda olan tələblərinə məhkəmələr tərəfindən baxılmış və qət olunan borc məbləği xx.xx.2023-cü il tarixdə banka tam olaraq ödənmişdir. Kollegiya həmçinin qeyd edir ki, kreditorun müqavilə ləğv edildikdən sonrakı dövrdə (müqavilə müddətinin bitdiyi vaxtadək, habelə bu tarixdən sonra öhdəlik tam icra edilənədək) pul vəsaitini qanunsuz şəkildə özündə saxlayan borcludan müvafiq vəsaitin azı illik 5 faizini tələb etmək hüququ istisna olunmamışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsində pulun qaytarılmasının gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada gecikdirmə zamanı faizlərin ödənilməsi imkanını tələbkarın digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun öhdəliklərini pozduğu halda tələbkara verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilmişdir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 62) görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti tam həcmdə tələbkara qaytarılanadək borclu tələbkar qarşısında məsuliyyət daşıyır və tələbkar hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Belə ki, borclu öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini tələbkara ödəmədikcə, eləcə də tələbkarla həmin borclu arasında yaranan mübahisə üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, tələbkar həmin vəsaitdən gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə tələbkara əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində tələbkara vurulan zərərin həcmi günbəgün artmaqda davam edir. Göstərilənlərlə yanaşı məhkəmə o halı da qeyd edir ki, kredit müqaviləsinə əsasən həmin müqavilənin tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlaması barədə dəlillər əsassızdır. Bu baxımdan iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 6055.02 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərərin) tutulması tələbi qismən əsaslı olmuşdur. Belə ki, iddiaçı tərəf cavabdehdən 6 il 2 gün üçün (yəni, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) illik 5% dərəcəsi ilə hesablanmış pulu tələb etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən isə görünür ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçıya olan borc xx.xx.2023-cü il tarixdə icra edilmişdir. Belə ki, kollegiya tərəfindən icra işinin materialları istənilərək tədqiq edilmiş və Şəki Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(107)-31/2022 nömrəli icra sənədi üzrə işə borc tam ödənildiyindən xx.xx.2023-cü il tarixdə xitam verildiyi müəyyən edilmişdir. İş materiallarından daha sonra görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitmişdir. İddiaçı hazırkı iddianı xx.xx.2023-cü il tarixdə qaldırmışdır. İş materiallarından həmçinin görünür ki, cavabdeh tərəf hazırkı mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə versə də, birinci instansiya məhkəməsi səhvə yol verərək həmin ərizəni təmin etməmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, qanunvericiliyin tələbinə görə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 741-ci (köhnə redaksiyada) maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq olaraq bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kredit müqaviləsinin müddəti bitdikdən sonra hazırkı iddianı qaldırdığından, eyni zamanda kredit müqaviləsi üzrə faizlər də ilin sonunda ödənilməli olduğundan həmin tələbin bir hissəsinə iddia müddəti tətbiq edilməli və cavabdehdən 3 il üçün illik 5% dərəcəsi ilə 3024.71 ABŞ dolları (ekspert rəyində göstərilmiş hesablamaya uyğun olaraq) əldən çıxmış fayda (zərər) iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın ödənilməsi barədə tələb qanundan irəli gələn tələb olduğundan, Mülki Məcəllənin 376.1-ci maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bu baxımdan, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən kreditor tərəfindən irəli sürülmüş tələblərə 3 illik iddia müddətinin tətbiqi Mülki Məcəllənin 376.1-ci maddəsinin tələblərinə də uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddianın tam rədd edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 445.7-ci maddəsində pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməmiş, yalnız digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirmişdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilmiş qərarında pulun gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməmişdir. Belə olan halda isə kollegiya şikayətin həmin dəlillərini əsassız hesab edir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumunun 71.42 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, e-2(033)-86/2024 nömrəli qətnaməsi qismən yəni, cərimə borcu və əldən çıxmış faydaya (zərərə) aid hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə çıxarılsın və iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh 3024.71 ABŞ dolları əldən çıxmış fayda (zərər) üzrə pul öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və ödənilmiş dövlət rüsumunun 71.42 manatı tutularaq iddiaçı ASC “Xalq” Banka ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.