Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1024/2022 18.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “Birgə nikah dövründə ödənilmiş kredit pulunun yarısının cavabdehdən alınması” tələbinə dair mülki iş üzrə ( birgə nikah dövründə ödənilmiş kreditin bölünməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Birgə nikah dövründə ödənilmiş kredit pulunun yarısının cavabdehdən alınması” tələbinə dair mülki iş üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(051)-636/2022 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: 1.Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-950/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan Mingəçevir Şəhər Qeydiyyat şöbəsində 24 noyabr 2017-ci il tarixdə, 323 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuş, birgə nikahdan olan 02 iyun 2019-cu il təvəllüdlü X1 iddiçı Cavabdeh yanında qalması, 02 iyun 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay əmək haqqının və digər qazancının ¼ hissəsi miqdarında alimentin tutulub Cavabdeh verilməsi və iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. 2.Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-1053/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı 1) 2000 manat dəyərində, 585 əyarlı, 25 qram çəkidə, Rusiya istehsalı olan qarnitur dəsti; 2) 360 manat dəyərində, 583 əyarlı, 4 qram çəkidə, Rusiya istehsalı olan nişan üzüyü; 3) 595 manat dəyərində, 583 əyarlı, 7 qram çəkidə, Rusiya istehsalı olan brilyant qaşlı nişan üzüyü və 4) 360 manat dəyərində, 583 əyarlı, 4 qram çəkidə, Rusiya istehsalı olan fantaziya üzüyünün alınıb iddiaçı Cavabdeh verilməsi, həmin əşyalardan qətnamə icra olunan vaxt mövcud olmayan əmlakların qətnamədə göstərilən dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir.
3. Mingəçevir regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin 22 yanvar 2022-ci il tarixli doğum haqqında arayışından görünür ki. X4 02 iyun 2019-cu il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Arayışda uşağın atası İddiaçı, anası isə Cavabdeh göstərilmişdir.
4. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqavilələrindən görünür ki, İddiaçı "xxxx" ASC -dən 10 dekabr 2019-cu ildə 6000 manat, 10 dekabr 2019-cu ildə 500 manatlıq kredit kartı, 28 iyun 2019-cu ildə 4200 manat, 18 aprel 2018-ci ildə 1900 manat, 12 yanvar 2021-ci ildə 7480 manat məbləğdə kredit götürmüşdür. 5."xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC ilə İddiaçı arasında bağlanmış kredit müqavilələrindən görünür ki, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-dən 13 noyabr 2020-ci ildə 340 manat, 09 oktyabr 2019-cu ildə 550 manat, 28 iyun 2019-ci ildə 500 manat, 04 mart 2019-cu ildə 400 manat və 14 yanvar 2021-ci ildə 1100 manat məbləğdə kredit götürmüşdür.
6. "xxxx" ASC-nin Mingəçevir filialının 24 yanvar 2022-ci il tarixli, 48 nömrəli arayışından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsi üzrə İddiaçı 2000 (iki min) manat məbləğdə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə kredit borcu tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə borcu yoxdur.
7. "xxxx" ASC-nin Mingəçevir filialının 24 yanvar 2022-ci il tarixli, 49 nömrəli arayışından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə İddiaçı 6000 (altı min) manat məbləğdə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə kredit borcu tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə borcu yoxdur.
8. "xxxx" ASC-nin Mingəçevir filialının 24 yanvar 2022-ci il tarixli, 50 nömrəli arayışından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə İddiaçı 1900 (bir min doqquz yüz) manat məbləğdə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə kredit borcu tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə borcu yoxdur.
9. "xxxx" ASC-nin Mingəçevir filialının Mingəçevir Şəhər Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 160 nömrəli cavab məktubundan görünür ki, hesab nömrəsi ******************** olan xx.xx.2021-ci il tarixdə 7480 (yeddi min dörd yüz səksən) manat vəsait kredit götürülmüş və xx.xx.2021-ci tarixdə kredit kredit borcu tam bağlanmışdır.
10. "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin arayışından görünür ki, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-dən xx.xx.2019-cu ildə 400 manat məbləğdə kredit almış, xx.xx.2019-cu ildə krediti bağlamışdır; 28 iyun 2019-cu ildə 500 manat məbləğdə kredit almış, xx.xx.2019-cu ildə krediti bağlamışdır; xx.xx.2019-cu ildə 550 manat məbləğdə kredit almış, xx.xx.2019-cu ildə krediti bağlamışdır; xx.xx.2019-cu ildə xx.xx.2017-ci ildə 1300 manat məbləğdə kredit almış, xx.xx.2018-ci ildə krediti bağlamışdır; 13 noyabr 2020-ci ildə 340 manat məbləğdə kredit almış, xx.xx.2021-ci ildə krediti bağlamışdır, xx.xx.2021-ci ildə 850 manat məbləğdə kredit almış, xx.xx.2021-ci ildə krediti bağlamışdır; xx.xx.2021-ci ildə 1100 manat məbləğdə kredit almış, xx.xx.2021-ci ildə krediti bağlamışdır və xx.xx.2022-ci ildə 2080 manat məbləğdə kredit almış, həmin kredit aktivdir
11. Apellyasiya icraatı zamanı: Sorğu (qərardad) əsasında "xxxx" ASC-dən alınmış məlumatdan görünür ki, İddiaçı məxsus **********31799********** nömrəli bank hesabı üzrə banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 7323.71 manat məbləğində kredit borcu ödənilmişdir. Göstərilən ödənişin 6490 manatı xx.xx.2021-ci il tarixdə X3 tərəfindən icra edilmişdir. Qeyd edilənləri əks etdirən hesabdan çıxarış məhkəməyə təqdim olunmuşdur. Qəbələ rayon İHB-n Nic qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ailəli olduğu vaxtda dəfələrlə ailədə olan narazılığa görə Nic qəsəbəsində yaşayan atası evinə qayıtmış, rəsmi boşanana qədər təxminən bir il üç aydan artıq atası evində yaşamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək “birgə nikah dövründə götürülmüş kreditin yarı dəyəri olan 8720.6 (səkkiz min yeddi yüz iyirmi manat altmış qəpik) manat məbləğdə pulun və ödənilmiş 108 manat dövlət rüsumunun alınaraq ona verilməsi haqqında” qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bundan sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikah dövründə götürülmüş və tam olaraq ailənin ehtiyacları və Cavabdeh müalicəsi üçün xərclənmiş cəmi 22970 manat məbləğdə kreditin yarı dəyəri olan 11485 (on bir min dörd yüz səksən beş) manat məbləğdə pulun və ödənilmiş 108 manat dövlət rüsumunun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir 14 İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 24 noyabr 2017-ci il tarixdə rəsmi qaydada evlənmişdir. Birgə nikahdan onların 02 iyun 2019-cu ildə Atəş adlı uşaqları doğulmuşdur. Birgə nikah müddətində şəxsi mənzili olmadığı üçün kirayəşin yaşamışlar. Ailədə yalnız özü işləmişdir. Yoldaşı ancaq ev işləri ilə məşğul olmuş, işləməmiş və evə qazanc gətirməmişdir. Cavabdeh həmçinin xəstə olduğu üçün daim müalicə olunmuşdur. Özünün əmək haqqısı isə yüksək səviyyədə olmadığı üçün banklardan kredit götürərək yoldaşının müalicəsinə, kirayə xərclərinə və ailənin saxlanılması üçün xərcləmişdir. Birgə nikah dövründə, "xxxx" ASC-dən 10 dekabr 2019-cu ildə 6000 manat, 10 dekabr 2019-cu ildə 500 manatlıq kredit kartı, 28 iyun 2019-cu ildə 4200 manat, 18 aprel 2018-ci ildə 1900 manat, 12 yanvar 2021-ci ildə 7480 manat, eyni zamanda da "xxxx" Bank Olmayan Kredit Təşkilatından 13 noyabr 2020-ci ildə 340 manat, 09 oktyabr 2019-cu ildə 550 manat, 28 iyun 2019-ci ildə 500 manat, 04 mart 2019-cu ildə 400 manat və 14 yanvar 2021-ci ildə 1100 manat məbləğdə kredit götürmüşəm. Qeyd olunan məbləğlərin hamısını yoldaşının müalicələrinə, kirayə xərclərinə və ailə ehtiyaclarına xərcləmişdir. Bir müddət cavabdehlə mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hesab edir ki, qeyd olunan kreditlər birgə nikah dövründə əldə olunduğuna və ailənin ehtiyacları üçün sərf edildiyinə görə onların yarı dəyəri cavabdehdən alınıb ona verilməlidir. 15.Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 19 may 2022-ci il tarixli, 2(051)-636/2022 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, Cavabdeh 8720.60 (səkkiz min yeddi yüz iyirmi manat altmış qəpik) manat məbləğdə pul və ödənilmiş 108 manat dövlət rüsumu alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 16.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh 24 noyabr 2017-ci il tarixdə rəsmi qaydada evlənmişdir. Birgə nikahdan onların 02 iyun 2019cu ildə Atəş adlı uşaqları doğulmuşdur. Tərəflər bir müddət iddiaçının valideynlərinə məxsus mənzildə yaşasalar da, sonradan kirayəşin yaşamağa başlamışlar. Birgə nikah müddətində tərəflərdən yalnız iddiaçı işləmiş və ailəyə yeganə qazanc gətirən şəxs olmuşdur. Cavabdeh isə işləməmiş, başqa yerdən gəlir əldə etməmişdir və hazırki vaxtadək də işləmir. İddiaçı cavabdehlə yaşadığı birgə nikah müddətində 22970 (iyirmi iki min doqquz yüz yetmiş) manat məbləğdə kredit götürmüşdür. İddiaçı həmin kredit məbləğini həm cavabdehlə birgə nikah dövründə, həm də nikah pozulduqdan sonra ödəmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikah dövründə iddiaçı tərəfindən götürülmüş kredit vəsaiti ailənin ehtiyacı üçün xərclənmişdir.
17. Bundan başqa məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən götürülmüş kredit vəsaitlərindən xəbəri olmadığını bildirsə də, bu barədə məhkəmə heç bir əsaslı sübut təqdim etməmişdir. Belə ki, cavabdeh verdiyi izahatında ailənin bütün xərclərini, kirayəşin qaldıqları mənzilin pulunu iddiaçı, yəni keçmiş əri tərəfindən ödənildiyini bildirdi halda, iddiaçı tərəfindən götürülmüş kredit vəsaitlərindən xəbərinin olmaması inandırıcı deyil. Bundan başqa cavabdeh məhkəməyə pul köçürməsi barədə sənəd təqdim edərək, atasının onlara daimi maddi yardım göstərdiyini qeyd etmişdir. Lakin, həmin qəbzdə cəmi 340 manat məbləğdə pulun iddiaçının adına göndərildiyi qeyd olunmuşdur. İddiaçı isə məhkəmə iclasında verdiyi izahatında həmin pulun cavabdehin atasına verdiyi borcun əvəzi kimi ona göndərildiyini qeyd etmişdir. Belə olan halda, həqiqətən də cavabdehin atasının tərəflərə daimi maddi yardım göstərdiyini sübut etmə yükü cavabdehin üzərinə düşür. Lakin, cavabdeh bu barədə məhkəməyə əsaslı sübut təqdim edə bilməmişdir. İddiaçı birgə nikah müddətində götürülmüş 22970 (iyirmi iki min doqquz yüz yetmiş) manat məbləğdə kredit vəsaitinin yarı dəyəri olan 11485 (on bir min dörd yüz səksən beş) manat məbləğdə pulun cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Lakin, məhkəmə sadalanan hüquq normalarına və tərəflərin birgə nikahlarından doğulmuş Atəş adlı uşağın cavabdehin yanında qalmasını nəzərə alaraq hesab edir ki, tərəflərin nikah müddətində və nikahdan sonra iddiaçı tərəfindən ödənilmiş kredit vəsaitinin iddia ərizəsində göstərildiyi qaydada, yəni 8720.6 (səkkiz min yeddi yüz iyirmi manat altmış qəpik) manat məbləğdə hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. 18.Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29 və 34-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstisusiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019- cu il 18 mart tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 224.1, 225.1 və 225.6-cı maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 32.1, 32.2.1 və 32.2.2, 33, 36, 37 və 41-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininn 14.2 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
19. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdeh Məmmədova X5 Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(051)-636/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(051)-636/2022 nömrəli qətnaməsi ilə razı deyil. Hesab edir ki, qətnamə qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. Bildirir ki, o, iddiaçı ilə xx.xx.2017-ci il tarixində nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Atəş adlı uşaqları dünyaya gəlmişdir.
21. Nikahları Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(051)- 950/2021 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı ərizəsində ailə qurduqdan sonra müxtəlif vaxtlarda bank və bank olmayan kredit təşkilatından cəmi 22970 manat kredit götürdüyünü və götürülən kredit borclarının ailənin ehtiyaclarına, kirayə xərclərinə və onun müalicəsinə xərcləndiyini qeyd etmişdir. Əvvəla məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı banklardan ümumi olaraq qeyd olunan məbləğdə kredit götürməsindən məlumatsız olmuşdur.
22. Belə ki, iddiaçı həmin kredit borcunun bir hissəsinin kirayə xərclərinə xərcləndiyini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, lakin o, 2017-ci il tarixindən 2019-cu ilin iyul ayına kimi Mingəçevir şəhərində valideynlərinə məxsus evdə yaşadıqdan sonra müəyyən bir müddətdə kirayədə yaşadıqlarını etiraf edir. Həmin müddət isə 2019-cu ilin oktyabr ayından 2020-ci ilin axırlarına kimi olmuş, həmin vaxtlarda 2019-cu ilin iyul ayında isə övladı ilə birlikdə 3 ay müddətində valideynlərinə məxsus evdə yaşamışdır. 1 ilə qədər birlikdə yaşadıqları mənzil kirayə xərci isə ayda əvvəl 120 manat, sonradan isə 150 manat olmaqla hesablanmış, ümumi hesablandıqda isə 1500 manat civarında məbləğ təşkil etmişdir. Digər tərəfdən onun xəstə olduğunu və həmin kredit borcunun bir hissəsinin onun müalicəsinə xərcləndiyini qeyd edir, yenə də bu kimi hallar baş vermədiyindən məhkəməyə hər hansı sübut təqdim etməmiş, həqiqətdə isə hərdən müalicə olunsa da həmin xərclər də valideyni tərəfindən qarşılanmışdır. 23.Həmçinin, götürülən kredit borcunun ailənin ehtiyaclarına xərcləndiyini qeyd etsə də hansı ehtiyaclara xərcləndiyini bildirməmiş, ümumi söz olaraq qeyd etmiş, gündəlik yaşamaq xərclərini nəzərdə tutsa da iddiaçı işsiz olmamış, FHN-də işləyərək əmək haqqı almış və həmin əmək haqqı, bir də valideyninin ona etdiyi maddi köməkliyi ilə ailənin gündəlik tələbatları ödənilmişdir. 24.Banklardan götürülən kredit borcları iddiaçının qeyd etdiyi kimi deyil, özünün şəxsi ehtiyaclarına: Mercedes 320 S-klass markalı nəqliyyat vasitəsi üçün 2800 manat məbləğində yeni matorunun, 1200 manat məbləğində karopka və digər ehtiyyat hissələrinin alınmasına xərclənmişdir. Bildiyinə görə bir neçə il bundan əvvəl Ukrayna Respublikasında təhsil müəssisələrinin birinə ödəniş etməklə qəbul olunduğu, sonradan koronaviris xəstələyi ilə əlaqədar xaricə getmədiyi ona məlum olmuşdur.
25. Həmçinin "xxxx" ASC-dən 12 yanvar 2021-ci il tarixində 7480 manat, "xxxx" Bank Olmayan Kredit Təşkilatından isə 14 yanvar 2021-ci il tarixində 1100 manat məbləğdə kredit götürmüşdür. Həmin kredit borclarının isə ailənin ehtiyaclarına xərcləndiyi mümkün ola bilməzdi, çünki 2021-ci ildə o, övladı ilə birlikdə valideynlərinə məxsus evdə yaşamışdır.
26. Göründüyü kimi iddia tələbi əsassız, hər hansı sübut təqdim olunmadan verilmiş, məhkəmə isə işə birtərəfli yanaşaraq iddiaçı tərəfin mövqeyini müdafiə edərək, onun tərəfdən çıxış edərək əsassız iddianı təmin etmişdir. Halbuki iddia ərizəsində qeyd olunanları sübuta yetirmək məhkəmənin deyil, iddiaçı tərəfin üzərinə düşür. Göstərilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin19 may 2022-ci il tarixli, 2(051)- 636/2022 nömrəli qətnaməsi tərtib olunarkən hər hansı sübutlara istinad edilmədən, əsaslandırma aparılmadan yalnız iddiaçının mövqeyindın çıxış edilməklə mülki iş tam, hərtərəfli və obyektiv araşdırılmamışdır.
27. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(051)-636/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə 2017-ci ildə ailə qurmuş, uşaqları olana qədər iddiaçının valideynlərinə məxsus evdə yaşamışlar. Sonra bir müddət kirayədə yaşamışlar. Aralarına mübahisə yarandığından 2019-cu ilin iyun ayından həmin ilin oktyabr ayına kimi valideynlərinin yanında yaşamışdır. Bir müddət bir yerdə yaşasalar da, sonradan yenə də valideynlərinin yanına qayıdaraq 2020-ci ilin yanvar ayından sentyabr ayına qədər orada yaşamışdır. 2021-ci ilin əvvəllərindən münasibətləri kəskinləşdiyindən aprel ayında birdəfəlik valideynlərinin yanına qayıdaraq rəsmi boşananadək orada yaşamışdır. Boşanma barədə iddia ərizəsini də 2021-ci ilin aprel ayında özü məhkəməyə vermişdir. İddiaçı tərəfindən götürülmüş kreditlərdən ümumiyyətlə xəbəri olmamış, iddiaçı bununla bağlı heç vaxt ona heç nə deməmişdir. Axırıncı dəfə də ər evindən 2021-ci ilin aprel ayında çıxmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam əsassızdır, ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. 30.Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qeyd olunan kreditlərin götürülmə vaxtı birgə nikah dövrünə təsadüf etsə də, cavabdeh bunlardan tamamilə məlumatsız olmuşdur. Həmin kreditlər iddiaçının şəxsi məqsədlərinə sərf edilmişdir. Çünki tərəflərin münasibəti yaxşı olmadığından cavabdeh demək olar ki, uzun müddət valideynlərinin yanında yaşamış, sonuncu dəfə də 2021-ci ilin aprel ayından evdən çıxmışdır. Götürülmüş kreditin cavabdehə heç bir aidiyyəti olmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. 31.Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birgə nikah dövründə 22000 manatdan yuxarı kredit götürmüş, hamısını da ailə xərclərinə sərf etmişdir. Belə ki, cavabdehlə ailəli olduğu dövrdə həm cavabdehin müalicəsinə, həm də uşağının müalicəsinə və saxlanılmasına xeyli pul xərcləmişdir. Sonuncu krediti də 2021-ci ilin yanvar ayında 5 illik müddətə götürsə də, həmin ilin sonunda tam olaraq ödəmişdir. Yadındadır ki, nikahları rəsmi qaydada pozulduqdan sonra üç dəfə Banka ödəniş etmişdir. Düzdür, ödədiyi məbləğlər yadında olmasa da, həmin ilin sonunda krediti tam olaraq bağlamışdır. İddiaçı sonda apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. 32.Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçının götürmüş olduğu kredit birgə nikah dövründə götürülməklə yanaşı, ailənin xərclərinə sərf edilmişdir. Bütün kredit məbləği məhz ailə təsərrüfatına xərclənmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
Tətbiq edilən hüquq
33.Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2.-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MMnin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
34. Azərbaycan Respublikası Ailə Məcəlləsinin;
- 34.1-ci maddəsinə görə isə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. - 34.2.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olmasından və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. - 33.1-ci maddəyə əsasən ər-arvadın ümumi birgə əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz
Apellyasiya baxışının hədləri
36. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(051)-636/2022 nömrəli qətnaməsini tələbin təmin olunmuş hissəsinə münasibətdə ləğv edilməsini xahiş etmişdir. 37.Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün təfsir olunmamışdır.
39. İddia tələbinin mahiyyətindən göründüyü kimi tələb birgə nikah dövründə Bankdan və BOKT-dan götürülmüş və ödənilmiş kreditin yarısının cavabvdehdən alınması barədədir.
40. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdehlə 24 noyabr 2017-ci il tarixdə rəsmi qaydada nikaha daxil olmuş, xx.xx.2021-ci il tarixdə də nikahları məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Qeyd olunan bu müddət ərzində, yəni birgə nikah dövründə Bankdan və Kredit Təşkilatlarından ümumilikdə 22970 (iyirmi iki min doqquz yüz yetmiş) manat məbləğdə kredit götürmüş, bu məbləği də işləyərək özü ödəmişdir. Həmin kredit məbləğini həm cavabdehlə birgə nikah dövründə, həm də nikah pozulduqdan sonra ödəmişdir. Hesab edir ki, götürmüş olduğu kredit ərlə arvad arasında yarıbayarı bölünməlidir. 41.Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, birgə nikah dövründə götürülmüş kreditdən ümumiyyətlə onun xəbəri olmamış, götürülmüşdürsə də iddiaçı öz şəxsi xərclərinə (avtomaşının təmiri, Ukrayna Respublikasında oxuması ilə bağlı təhsil haqqı və s.) sərf etmişdir. Bundan əlavə münasibətləri yaxşı olmadığından əksər hallarda aylarla valideynlərinin yanında yaşamışdır. Azərbaycan Beynəlxalq Bankından sonuncu kredit xx.xx.2021-ci il tarixdə götürülməsinə baxmayaraq, o 2020-ci il ilin əvvəllərindən iddiaçıdan faktiki ayrılmaqla valideynlərinin yanında yaşamışdır. 42.Məhkəmə kollegiyası hüquqi müəyyənlik prinsipi baxımından mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutaraq iddiaçı ilə cavabdeh arasında olmuş münasibətə, mübahisəli kreditə dair tərəflərin birgə əmlak rejiminin yaranıbyaranmamasına xüsusi diqqət yetirmişdir
43. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd edir ki, hazırki mübahisənin obyektiv, tam və hərtərəfli həlli üçün ilk olaraq aşağıda sadalanan halların aydınlaşdırılmasına zərurət var. 1) İddiaçı ilə cavabdeh birgə nikahda olumuşdurmu; 2) Mübahisəli kredit birgə nikah dövründə götürülmüşdürmü; 3) Sözügedən kredit məbləğinə dair tərəflərin birgə əmlak rejimi yaranıbmı; 4) Qeyd olunan kredit nə vaxt-birgə nikah dövründə, yoxsa nikah pozulandan sonra ödənilib, nikah pozulandan sonra nə qədər məbləğ ödənilib; 5) Tərəflərin nikahı rəsmi olaraq xx.xx.2021-ci il tarixdə pozulsa da, faktiki olaraq nə vaxtdan ayrı yaşayırlar, cavabdeh götürülmüş kreditdən məlumatlı olubmu?
44. İşin mübahisəsiz hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh 24 noyabr 2017-ci il tarixdə rəsmi qaydada evlənmiş, birgə nikahdan onların 02 iyun 2019-cu ildə Atəş adlı uşaqları doğulmuşdur. Tərəflərin nikahı xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur.
45. Təqdim olunmuş sənədlərin tədqiqindən görünür ki, mübahisəsi gedən kredit məbləğinin götürülməsi birgə nikah dövrünə təsadüf edir. Beləliklə kollegiya 43-cü bəndin 1-ci və 2-ci yarımbəndləri üzrə əlavə araşdırmanın aparılmasına zərurət görmür.
46. Kollegiya mübahisəsi gedən kredit məbləğinin nə vaxt qaytarılmasına (43-cü bəndin 4cü yarımbəndi üzrə) da xüsusi əhəmiyyət verərək bildirir ki, iddiaçı məhkəmə iclası zamanı vermiş olduğu izahatında gah kreditin hamısını birgə nikah dövründə ödədiyini bildirmiş, gah da nikah pozulduqdan, yəni xx.xx.2021-ci il tarixdən sonra Banka cəmi üç dəfə ödəniş etdiyini bildirmişdir. Amma kreditləri çox olduğuna görə nə qədər ödədiyini deyə bilmir.
47. Kollegiya tərəfindən sorğu-sual edildikdə isə son 3 ay yarımda, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək nə qədər ödəniş etməsi barədə dəqiq məlumat verə bilməmişdir. Bu qeyri-müəyyənliyi aradan qaldırmaq məqsədilə kollegiya tərəfindən Azərbaycan Beynəlxalq Bankı” ASC-in Mingəçevir şəhər filialına müvafiq qərardadla müraciət olunmuşdur. Qərardadda göstərilmiş suala cavab olaraq Bank tərəfindən bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 7323.71 manat məbləğində kredit borcu ödənilmişdir. Göstərilən ödənişin 6490 manatı xx.xx.2021-ci il tarixdə X3 tərəfindən icra edilmişdir (i/m səh. 170-171).
48. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirərək daha sonra (43-cü bəndin 5-ci yarımbəndi üzrə) iddiaçı ilə cavabdehin nikahının rəsmi qaydada pozulmasınadək olan münasibətlərinə, cavabdehin ər evindən nə vaxt çıxıb getməsinə, eləcə də faktiki ayrı yaşamalarına xüsusi diqqət yetirmişdir. Çünki işin obyektiv həlli məqəsədilə bu nüansın araşdırılması zəruridir.
49. Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin nikahı xx.xx.2021-ci il tarixdə rəsmi qaydada pozulmasına baxmayaraq, iddia ərizəsi məhkəməyə bundan xeyli müddət əvvəl, yəni xx.xx.2021-ci il tarixdə verilmiş, hətta məhkəmə tərəfindən tərəflərə barışıq üçün vaxt da verilmişdir (i/m səh. 8-9 və 136).
50. İş materaillarının tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sonuncu kredit 2021-ci ilin yanvar ayında götürülmüşdür. Cavabdeh tərəf həm apellyasiya şikayətində, həm də apellyasiya icraatı zamanı bildirmişdir ki, o 2021-ci ilin aprel ayının əvvəllərindən iddiaçıdan faktiki ayrılmaqla azyaşlı övladı ilə birlikdə valideynlərinin yanında yaşayır. Cavabdeh etirazının bu dəlili ilə bağlı apellyasiya icraatı zamanı Nic qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışını da təqdim etmişdir (i/m səh 172- 173). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf də bunu mübahisələndirməmiş, cavabdehin hərdənbir valideynlərinin yanında yaşadığını, sonuncu dəfə isə azyaşlı uşaqla 2021-ci ilin aprel ayından evdən getdiyini etiraf etmişdir.
51. Apellyasiya instansiya məhkəməsinin icraatı zamanı iddiaçı tərəf sorğu-sual olunduqda götürmüş olduğu kreditlərindən bir müddət ödəniş etdiyini bildirməklə, sonda həmin kreditləri digər kreditlər hesabına ödədiyini bildirmişdir. Buradan belə nəticəyə gəlmək olur ki, iddiaçı götürmüş olduğu kreditləri heç də qrafik üzrə deyil, digər kreditlər hesabına ödəmişdir ki, bu da cəm olaraq 22970 manat kreditin götürülməsi və ödənilməsi anlamına gəlmir.
52. Belə olan halda Cavabdeh götürülmüş sonuncu kreditdən məlumatlı olması, həmin kredit məbləği üzərində birgə əmlak rejiminin yaranması, o cümlədən birgə ailə təsərrüfatına xərclənməsi ağlabatan və inandırıcı görünmür.
53. Göründüyü kimi mübahisəli kreditin formal olaraq qalmış nikah dövründə götürülməsi sübut olunsa da, cavabdehin həmin kredit məbləğindən bəhrələnməsi, birgə ailə-təsərrüfat xərclərinə sərf olunması sübut olunmur. Bundan əlavə Bank tərəfindən verilmiş məlumatdan görünür ki, sonuncu kreditin böyük hissəsi X3 tərəfindən icra edilmişdir.
54. Kollegiya qeyd etməyi vacib bilir ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir.
55. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
56. Məhz yuxarıda sadalanan kontekstdən yanaşıldıqda cavabdehin götürülmüş kredit məbləği üzrə öhdəliyinin yaranması öz təsdiqini tapmır.
57. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(051)-636/2022 nömrəli qətnaməsi qismən, iddianın təmin olunmuş hissəsində ləğv edilməklə, yeni qətnamə ilə iddia həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(051)-636/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmuş “Cavabdeh 8720.60 (səkkiz min yeddi yüz iyirmi manat altmış qəpik) manat məbləğdə pul və ödənilmiş 108 manat dövlət rüsumu alınıb İddiaçı verilməsi” hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Ödənilmiş 108 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər(elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ayaz Mahmudov