Məhkəmə qərarları › İş №2(107)-1026/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1026/2025

17.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1026/2025 17.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Bazarova (Nəbiyeva) Günay Kamil qızına və Bazarova Gülnar Kamil qızına qarşı iş üzrə (Açar sözlər: əşyanın tərkib hissəsi, vicdanlı sahib, əşyanı yaxşılaşdırmaq üçün çəkilmiş məsrəflər) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Bazarova (Nəbiyeva) Günay Kamil qızına və Bazarova Gülnar Kamil qızına qarşı “ziyan” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, e-2(019)- 61/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Bazarova (Nəbıẏeva) Günay Kamil qızına və Bazarova Gülnar Kamil qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Bazarova Günay Kamil qızı və Bazarova Gülnar Kamil qızından 29880 (iyirmi doqquz min səkkiz yüz səksən) manat məbləğində pulun və 180 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Balakən rayonu Meşəşambul kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçının istifadə etdiyi ərazi 1995-ci ildən onun faktiki istifadəsindədir. Balakən rayonu Meşəşambul kəndində 1998-ci ildə torpaq islahatı aparılmışdır. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Torpağa mülkiyyət hüququna dair JN 0057 Kod 40109018 olan Dövlət Aktı hazırlanmışdır. 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iki konturda və müxtəlif ərazilərdən verilmişdir. 7459.60 kv.metr olan 0057 planşet nömrəli torpaq sahəsini islahat başa çatdıqdan sonra torpaq mütəxəssisləri əraziyə gələrək naturada göstərmişlər. Həmin vaxtdan sonra torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Bazarov X6 rayon Meşəşambul kəndi X9 Komissiyasının sədri işləmişdir. Həmin vaxt o və ailə üzvləri iddiaçıya bildirmişlər ki, onlara məxsus olan torpaq sahəsi İddiaçı stifadəsindədir. İddiaçı həmin vaxt onlarla razılaşaraq və torpağın dəyərini onlara ödəyərək, Cavabdeh4 ona və onun ailə üzvlərinə Torpağa Mülkiyyət Hüququna dair JN 0228 Kod 40109018 saylı Dövlət Aktına əsasən 228 planşetdə verilmiş 9024.23 kv/m torpaq sahəsini istifadə etmişdir. Həmin torpaq sahəsi ona verilərkən çöllük ərazi idi. JN 0057 Kod 40109018 olan Dövlət Aktından, həm də JN 0228 Kod 40109018 saylı Dövlət Aktına əsasən 228 planşetdə göstərilmiş cizgi ilə bağlı torpağın xüsusiyyətlərini əks etdirən Dövlət Aktının məlumatlarından görünür ki, həmin torpaq sahəsində çoxillik əkmələr olmamışdır. 2000-ci ildə iddiaçı cavabdehlərin razılığı ilə həmin torpaq sahəsində fındıq ağacları əkərək oranı bağ formasına salmışdır. İddiaçı həmin torpaq sahəsini istifadə etdiyi vaxtdan orada 163 ədəd fındıq ağacları əkmişdir. Bir neçə il əvvəl isə orada əkilən fındıq ağaclarının bəziləri qurumuş, bərpa etmək mümkün olmamışdır. Hazırda 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçının 2000-ci ildə əkdiyi 142 ədəd fındıq ağacları vardır. Cavabdehlərin razılığı ilə istifadə etdiyi torpaq sahəsində 2000-ci ildə əkdiyi 142 ədəd fındıq ağacının 22-24 illik hər fındığın əkilib yetişdirilməsinə, onun boya-başa çatdırılmasına, fındıq kollarının müəyyən edilmiş dərinlikdə basdırılmasından başlayaraq hər il fındıq kollarının diblərinin və ətraf sahələrin kolkosdan təmizlənməsinə, fındıq ağaclarının diblərinə üzvi gübrənin verilməsi, ağacların vaxtı-vaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işlərinin aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluq göstərmişdir. Fındıq ağaclarına sadaladığı aqrotexniki qulluq göstərilməsinə bu müddət ərzində 142 ədəd ağacdan hər ağaca görə 140 manat xərc çəkmişdir. Eyni zamanda həmin torpaq sahəsində iddiaçı tərəfindən 376 ədəd çinar ağacları, 20-dən çox akasiya ağacları əkilmişdir. Həmin çinar ağaclarının 200 ədəddən çoxu diametri 30 sm-dən çoxdur. Diametri 30 sm-dən çox olan çinar ağaclarının bir ədədinin qiyməti 50 manat müəyyən edilir. İstifadəmdə olan torpağın keyfiyyətinin yaxşılaşdırılmasına, onun alaq otlarından, kolkosdan, orada olan daşlardan təmizlənməsinə və başqa ərazidən torpaq gətirərək oranı bağ formasına salınmasına, bağ salınacaq sahənin hamarlanmasına, torpaq sahəsinin kənarlarının hasarlanmasına əlavə xərc çəkmişdir. Beləliklə 0.90 ha torpaq sahəsinə çəkdiyi xərclər 142 ədəd fındıq ağacına görə 19880 manat, diametri 30sm-dən çox olan 200 ədəd çinar ağaclarına görə 10000 manat, cəmi 29880 (iyirmi doqquz min səkkiz yüz səksən) manat edir. Torpaq sahəsini iddiaçılara verəcəyi halda cavabdehlər çəkdiyi xərclərə görə əsassız varlanacaqlar. İddiaçı cavabdehlərə məxsus torpaq sahəsinə özbaşına olaraq sahiblənməyib. İddiaçının cavabdehlərə məxsus torpaq sahəsində 2000-ci ildə fındıq, çinar və digər ağaclar əkdiyi, hazırki vaxtadək istifadə etdiyi, həmin torpaq sahəsini sahiblik və istifadəsinə qəbul etmişdir. Hazırki iş üzrə İddiaçı vicdanlı sahib hesab olunur və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-60/2022 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlərə məxsus torpaq sahəsindən çıxarılması qət edilmişdir. Belə olan halda İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinin tələbinə əsasən torpaq sahəsi üçün çəkdiyi xərcləri geri tələb etməkdə haqlıdır. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib yaxşılaşdırmanın dəyərini mülkiyyətçidən tələb edə bilər. Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Bazarova (Nəbıẏeva) Günay Kamil qızının və Bazarova Gülnar Kamil qızının nümayəndəsi-vəkili Vəkil iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsi hazırkı iş üzrə cavabdehlərin mülkiyyətindədir. Cavabdehlər müəyyən müddətdə ailə vəziyyətləri ilə bağlı Bakı şəhərində yaşamışlar. İddiaçı həmin müddətdə onların mülkiyyətində olan 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinin 0.90 hа hissəsini iş üzrə cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq oğlu qanunsuz zəbt edərək istifadə etmiş, həmin torpaq sahəsində mülkiyyətçilərin icazəsi və razılığı olmadan ağaclar əkmişdir. Cavabdehlər Bakı şəhərindən qayıtdıqdan sonra torpaq sahəsini geri tələb etməyə başlamışlar. Lakin Əliyev Аbdurəhim Аbduxаlıq oğlu torpaq sahəsindən çıxmamışdır. Bundan sonra cavabdehlər iddiaçının onlara məxsus torpaq sahəsindən çıxarılması üçün Balakən Rayon Məhkəməsinə müraciət etmişdirlər. Balakən Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlərin iddiaları təmin edilmiş, lakin Əliyev Аbdurəhim Аbduxаlıq oğlu işin icrasını uzadaraq, 2024-cü ilə qədər gətirib çıxartmışdır. İddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil, real vəziyyəti əks etdirmir. Mütəxəssislər isə torpaq sahəsinin Balakən rayonunun Meşəşambul kəndində olmasını İddiaçı yox, cavabdehə göstərmişlər. Məhkəmənin qərarının icrasını yoxlatmaq məqsədi ilə Əliyev X2 Aktının ləğvi ilə bağlı Şəki inzibati Məhkəməsinə müraciət etmiş, iddia əsassız olduğundan Şəki İnzibati Məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.4. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi və digər cavabdehlərin vəkili Sevda Bəkirova iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mülki iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılması və qanuni əsaslı və ədalətli məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.

5. Balakən Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, e-2(019)-61/2025 nömrəli qətnaməsi ilə, (hakim H.Səlimov), İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Bazarova (Nəbıẏeva) Günay Kamil qızına və Bazarova Gülnar Kamil qızına qarşı ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi, ödənmiş 180 manat dövlət rüsumu xərcinin İddiaçı özünə aid edilməsi, 70 manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X4 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bаlаkən Rаyоn Аqrаr İslаhаt Kоmissiyаsının 18 yаnvаr 2002-ci il tаrixli 01 nömrəli qərаrı ilə cavabdehlər Bаzаrоv Kаmil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kаmil оğlunun, Bаzаrоvа Günаy Kаmil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətinə Balakən rayonu Meşəşambul kəndi ərazisindən 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsi ayrılmış və 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinə Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Bаlаkən rаyоn şöbəsi tərəfindən JN 228 KОD 40109018 оlаn tоrpаğа mülkiyyət hüququnа dаir Dövlət Аktı verilmişdir. Cavabdehlər bir neçə il Bakı şəhərində yaşamışlar. Həmin müddətdə qeyd olunan torpaq sahəsinin 0.87 hа hissəsi iddiaçı Əliyev Аbdurəhim Аbduxаlıq oğlu tərəfindən zəbt edilərək istifadə olunmuşdur. İddiaçı Əliyev Аbdurəhim Аbduxаlıq oğlu torpaq sahəsindən istifadə etdiyi müddətdə həmin torpaq sahəsində ağaclar əkmişdir. İddiaçılar Bakı şəhərindən qayıtdıqdan sonra torpaq sahələrini geri tələb etmişlər. Əliyev Аbdurəhim Аbduxаlıq oğlu torpaq sahəsini qaytarmaqdan imtina etmişdir. Bundan sonra Bаzаrоv Kаmil Ömər оğlu , Qаrаlоvа Züleyxа Hаcı qızı , Bаzаrоv Ömər Kаmil оğlu , Bаzаrоvа Günаy Kаmil qızı və Bаzаrоvа Gülnаr Kаmil qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əliyev Аbdurəhim Аbduxаlıq оğlunun onların mülkiyyətində olan, Bаlаkən rаyоnu Meşəşаmbul kəndində yerləşən 0.90 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsindən çıxаrılmаsı, оnlаrın həmin tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа edilməsini xahiş etmişlər. Bаlаkən Rаyоn Məhkəməsinin 2(019)-985/2018 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq оğlunun iddiaçılаr Bаzаrоv Kаmil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kаmil оğlunun, Bаzаrоvа Günаy Kаmil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətində olan Balakən rayonu Meşəşаmbul kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, iddiаçılаrın həmin tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-60/2022 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsinin qismən, yəni Balakən rayonu Meşəşambul kəndində yerləşən Balakən rayonu Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-ci il tarixli 01 saylı qərarı əsasında verilmiş JN 228 KOD 40109018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçı Cavabdeh4 və ailə üzvlərinə məxsus olan 2.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.90 ha hissəsinin 0.3 ha hissəsindən cavabdehin çıxarılması ilə bağlı hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçılar Cavabdeh4, Cavabdeh3 Hacı qızının, Cavabdeh2, Bazarova Günay Kamil qızının və Bazarova Gülnar Kamil qızının cavabdeh İddiaçı qarşı Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, onların həmin torpaq sahəsinə mülkiyyət hüququqlarının bərpa edilməsi tələbinin həmin hissədə - yuxarıda göstərilən torpaq sahəsinin 0.3 ha hissəsinə münasibətdə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/6130 №-li ekspert rəyi verilərkən istinad olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən ölçülərdə) rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan sonra İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

8. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən mübahisəsiz olaraq müəyyən olundu ki, mübahisə predmeti olan ağacların əkildiyi, Balakən rayonu Meşəşambul kəndində yerləşən 0,87 hektar torpaq sahəsi 2002-ci ildən hal-hazıra kimi cavabdehlər Bаzаrоv Kаmil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kаmil оğlunun, Bаzаrоvа Günаy Kаmil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətindədir, İddiaçı həmin torpaq sahəsinə heç bir hüququ yoxdur və heç vaxt olmamışdır. Qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-60/2022 nömrəli qətnaməsi ilə təsdiq olunmuşdur ki, İddiaçı sözügedən 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmişdir və bu səbəbdən də onun həmin torpaq sahəsindən çıxarılması qət olunmuşdur. Qanunvericiliyin tələbinə görə isə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilməlidir (Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2 və 3-cü hissələri). Belə olan halda isə İddiaçı qanunsuz zəbt edib istifadə etdiyi torpaq sahəsində əkdiyi ağacların dəyərini tələb etməsi qanuni və əsaslı hesab oluna bilməz.

9. İddiaçı nümayəndəsi –vəkili Nümayəndə İddiaçı torpaq sahəsini zəbt etmədiyini, torpaq sahəsindən mülkiyyətçilərin razılığı ilə istifadə etdiyini və ağacları da onların razılığı ilə əkdiyini göstərsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədi.

10. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Bazarova (Nəbıẏeva) Günay Kamil qızına və Bazarova Gülnar Kamil qızına qarşı ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

12. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab etmişdir ki, ödənmiş 180 manat dövlət rüsumu xərc İddiaçı özünə aid edilməlidir.

13. 70 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X4 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. 14.Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ,İİ və İV hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 21.1, 21.2, 144.1, 146.1, 157.2, 239.2, 238.1, 1091.1, 1091.2, 1092.1, 425.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsi, 111-ci maddəsinin 2 və 3-cü hissələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 76.3, 77.1, 80, 82.4, 88, 217.1, 217.2, 217.3, 217.4 və 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

16. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş əlavə olaraq onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq rədd etmişdir.

17. Qeyd etmək istəyir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-ciil tarixli 01 nömrəli qərarı ilə Cavabdeh4 оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kаmil оğlunun, Bаzаrоvа Günаy Kаmil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətinə 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi, 2002-ci ildən 2024-cü ilədək iddiaçının istifadəsində olması, 2002-ci ildə iddiaçının orada fındıq ağacları, eyni zamanda qoz, çinar və s. əkməsi işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ekspert rəyində fındıq ağaclarının yaşının 21-22 il olması, qoz ağaclarının 20-23 il və s olması həmin ağacların iddiaçı tərəfindən əkilməsinə dəlalət edir. Eyni zamanda torpaq sahəsində əkilmiş ağac və kolların dəyəri, eyni zamanda çoxillik əkmələrlə və çoxillik əkmələr olmadan qiymətləndirilməsi aparılmış və əmlakların bazar dəyəri müəyyən edilmiş və bu barədə iş materiallarına mütəxəssis rəyi əlavə edilmişdir.

18. İş materiallarında olan iddiaçıya məxsus JN 0057 Kod 40109018 olan Dövlət Aktından, həm də cavabdehlərə məxsus JN 0228Kod 40109018 saylı Dövlət Aktına əsasən 228 planşetdə göstərilmiş cizgi ilə bağlı torpağın xüsusiyyətlərini əks etdirən Dövlət Aktının məlumatlarından görünür ki, torpaq sahələrinin verildiyi vaxt, yəni 2002-ci ildə həmin torpaq sahəsində çoxillik əkmələr olmamışdır. Balakən rayon Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-ci il tarixli 01 nömrəli qərarı ilə Cavabdeh4 оğluna və onun ailə üzvlərinə 2002-ci ildə torpaq sahəsi verildikdən sonra və 2024-cü ilədək fasiləsiz iddiaçı tərəfindən istifadə olunmuşdur. 2002-ci ildə həmin torpaq sahəsində fındıq və digər ağacların İddiaçı tərəfindən əkilməsi cavabdeh tərəfindən etiraf olunur. Torpaq sahəsi cavabdehlərə verilən zaman Balakən rayonu meşəşambul kəndi keçmiş Nizami adına X9 Komissiyasının sədri hazırki iş üzrə Cavabdeh4 olmuşdur. İddiaçı və cavabdehlərə verilmiş torpaq sahələri bir birinə bitişik ərazidə yerləşir. Apellyasiya şikayətinə əlavə olunmuş mütəxəssis rəyində torpaq sahələrinin bir birinə bitişik olması, İddiaçı ona verilmiş torpaq sahəsini deyil, cavabdehlərin torpaq sahəsini istifadə etməsi, iddiaçıya məxsus olan torpaq sahəsini başqa şəxslər tərəfindən istifadə olunması görünür. Həmin torpaq sahələri də Balakən rayonu Meşəşambul kəndi keçmiş Nizami adına X9 Komissiyasının qərarları əsasında verilmişdir. Buradan belə məlum olur ki, Bazarov X6 rayonu Meşəşambul kəndi keçmiş Nizami adına X9 Komissiyasının sədri olmaqla özünə və ailə üzvlərinə torpaq sahəsi vermiş və həmin torpaq sahəsini verildiyi vaxtdan iddiaçının istifadəsinə vermişdir. 2002-ci ildən 2018-ci ilədək həmin torpaq sahəsini iddiaçı heç bir etirazsız və fasiləsiz istifadə etməsi, orada iddiaçının fındıq, çinar və s digər ağaclar əkməsi, eyni zamanda cavabdehlərin eyni kənddə yaşamaqla bundan xəbəri olmaması, buna narazılıq etmələri inandırıcı deyil və işin faktiki hallarına uyğun deyil.

19. Belə olan halda birinci instansiya məhkəməsi işin bu hallarına düzgün hüquqi qiymət verməmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-157.8-ci maddələrinin, 560-cı, 1091-1092-ci maddələrinin tələblərini pozmaqla iddianı rədd etmişdir.

20. Bundan əlavə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 135.10 və 157.7cimaddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib yaxşılaşdırmanın dəyərini mülkiyyətçidən tələb edə bilər. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə, belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir. İş üzrə verilmiş mütəxəssis rəyində və ekspert rəyində ağacların hansı tarixə əkilməsi, onların dəyəri, torpaq sahəsinin dəyəri, torpaq sahəsinin çoxillik bitkilərlə, eyni zamanda çoxillik bitkilər olmadan bazar dəyəri müəyyən edilmişdir.

21. Eyni zamanda hazırki iş üzrə Cavabdeh4 torpaq sahəsinin yerləşdiyi keçmiş Nizami adına YAİK sədri olmaqla özünə və ailə üzvlərinə verilmiş torpaq sahəsini İddiaçı 2002-ci ildə verməsi, 2018-ci ilədək iddiaçının oradan fasiləsiz və etirazsız istifadə etməsi, torpaq sahəsinin çöl ərazisində yerləşməsi, iddiaçının orada bağ salması, əkilən ağaclardan cavabdehlərin məlumatının olmaması nə iş materillarında olan sübutlara, nə də işin həqiqi hallarına uyğun deyildir. Cavabdeh4 keçmiş Nizami adına YAİK sədri olması apellyasiya şikayətinə əlavə edilmiş sənədlərlə təsdiq edilir. Həmin hallar işin faktiki halları kimi qəbul edilməlidir. Belə olan təqdirdə, torpaq sahəsi cavabdehlərin mülkiyyətində olsa da, cavabdehlər torpaqda əkilmiş ağaclardan məlumatlı olmuş və uzun illər buna etiraz etməmişlər. Mütəxəssis rəyindən də görünür ki, çoxillik əkmələrlə birlikdə torpaq sahəsinin dəyəri artmışdır. Cavabdehlər isə torpaq sahəsini üzərindəki ağaclarla birlikdə qəbul etmişlər. Hazırki vəziyyətdə isə torpaq sahəsinin iddiaçının əkdiyi ağaclarla birlikdə qəbul edilməsi iddiaçıya mühüm zərər yetirilməsi ilə nəticələnə bilər ki, Mülki Məcəllənin 560.1 və 560.3.4-cü maddələrinə əsasən bu iddiaçının hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir.

22. Məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Yuxarıda sadalanan dəlillər baxımından birinci instansiya məhkəməsi MPM-in sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələblərini pozmuşdur.

23. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, e-2(019)-61/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, e-2(019)- 61/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmaması, Balakən Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, e-2(019)-61/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmaması, Balakən Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, e-2(019)- 61/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

28. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Bazarova (Nəbiyeva) Günay Kamil qızı və Bazarova Gülnar Kamil qızı məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

34. Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, e-2(019)-61/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, e-2(019)-61/2025 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, e-2(019)-61/2025 saylı qətnaməsi qismən ləğv edilməli, ləğv edilən hissə üzrə yeni qətnamə qəbul edilməlidir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Bаlаkən Rаyоn Аqrаr İslаhаt Kоmissiyаsının 18 yаnvаr 2002-ci il tаrixli 01 nömrəli qərаrı ilə cavabdehlər Bаzаrоv Kаmil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kаmil оğlunun, Bаzаrоvа Günаy Kаmil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətinə Balakən rayonu Meşəşambul kəndi ərazisindən 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsi ayrılmış və 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinə Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Bаlаkən rаyоn şöbəsi tərəfindən JN 228 KОD 40109018 оlаn tоrpаğа mülkiyyət hüququnа dаir Dövlət Аktı verilmişdir. Qeyd olunan torpaq sahəsinin 0.87 hа hissəsi 2002-ci ildən 2022-ci ilədək iddiaçı Əliyev Аbdurəhim Аbduxаlıq oğlunun istifadəsində olmuşdur. İddiaçı Əliyev Аbdurəhim Аbduxаlıq oğlu torpaq sahəsindən istifadə etdiyi müddətdə həmin torpaq sahəsində fındıq ağacları, eyni zamanda qoz, çinar və s. ağaclar əkmiş və yaxşılaşdırmalar apararaq həmin torpaq sahəsinin dəyərini artırmışdır. Daha sonra cavabdehlər torpaq sahəsini iddiaçıdan geri tələb etmişlər. Əliyev Аbdurəhim Аbduxаlıq oğlu torpaq sahəsini qaytarmaqdan imtina etmişdir. Bundan sonra Bаzаrоv Kаmil Ömər оğlu, Qаrаlоvа Züleyxа Hаcı qızı, Bаzаrоv Ömər Kаmil оğlu, Bаzаrоvа Günаy Kаmil qızı və Bаzаrоvа Gülnаr Kаmil qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əliyev Аbdurəhim Аbduxаlıq оğlunun onların mülkiyyətində olan, Bаlаkən rаyоnu Meşəşаmbul kəndində yerləşən 0.90 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsindən çıxаrılmаsı, оnlаrın həmin tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа edilməsini xahiş etmişlər. Bаlаkən Rаyоn Məhkəməsinin 2(019)-985/2018 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq оğlunun iddiaçılаr Bаzаrоv Kаmil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kаmil оğlunun, Bаzаrоvа Günаy Kаmil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətində olan Balakən rayonu Meşəşаmbul kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, iddiаçılаrın həmin tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 60/2022 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsinin qismən, yəni Balakən rayonu Meşəşambul kəndində yerləşən Balakən rayonu Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-ci il tarixli 01 saylı qərarı əsasında verilmiş JN 228 KOD 40109018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçı Cavabdeh4 və ailə üzvlərinə məxsus olan 2.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.90 ha hissəsinin 0.3 ha hissəsindən cavabdehin çıxarılması ilə bağlı hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçılar Cavabdeh4, Cavabdeh3 Hacı qızının, Cavabdeh2, Bazarova Günay Kamil qızının və Bazarova Gülnar Kamil qızının cavabdeh İddiaçı qarşı Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, onların həmin torpaq sahəsinə mülkiyyət hüququqlarının bərpa edilməsi tələbinin həmin hissədə - yuxarıda göstərilən torpaq sahəsinin 0.3 ha hissəsinə münasibətdə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/6130 №-li ekspert rəyi verilərkən istinad olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən ölçülərdə) rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırda İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərə məxsus torpaq sahəsi onun istifadəsində olarkən etdiyi yaxşılaşdırmalar üçün çəkilmiş xərci tələb edir. Cavabdeh tərəfindən isə iddia tələbi qəbul edilməmişdir.

39. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

40. Belə ki, birinci instansiya məhkəməsi Bаlаkən Rаyоn Аqrаr İslаhаt Kоmissiyаsının 18 yаnvаr 2002-ci il tаrixli 01 nömrəli qərаrı ilə cavabdehlərə ayrılmış Balakən rayonu Meşəşambul kəndi ərazisində yerləşən 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinin 0.87 hа hissəsinin 2002-ci ildən iddiaçının istifadəsində olmaqla, ötən müddət ərzində iddiaçının həmin torpaq sahəsindən istifadə edərək orada çoxillik bitkilərin əkilməsi nəticəsində cavabdehlərə məxsus torpaq sahəsinin dəyərini əhəmiyyətli dərəcədə artırmasını diqqətə almamışdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı sözügedən 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etməsini və qanunvericiliyin tələbinə görə isə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalısını əsas gətirərək iddianı rədd etsədə, iddiaçı və cavabdeh məhkəmə iclasında torpaq sahəsinin 2002-ci ildən iddiaçı tərəfin istifadəsində olduğunu göstərmiş, İddiaçı isə Bаlаkən Rаyоn Аqrаr İslаhаt Kоmissiyаsının 18 yаnvаr 2002-ci il tаrixli 01 nömrəli qərаrı ilə cavabdehlərə ayrılmış 0.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 20 il bundan qabaq cavabdehlərlə razılaşma yolu ilə əldə etdiyini göstərmişdir.

42. Bu baxımdan mübahisəli torpaq sahəsinin təxminən 20 il müddətində iddiaçı tərəfindən istifadə edilməsini, yaşadıqları ərazidə yerləşən həmin torpaq sahəsində yaxşılaşdırma işlərinin həyata keçirilməsini, müxtəlif növ ağacların əkilməsini cavabdeh tərəfin müşahidə etməməsi ağlabatan olmamaqla yanaşı, ötən müddət ərzində cavabdehlərin iddiaçı tərəfə qarşı torpaqdan çıxarılma və yaxud iddiaçı tərəfindən görülmüş tədbirlərin qarşısının alınması kimi iddia tələbləri də mövcud olmamışdır.

43. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsindən cavabdeh tərəfin razılığı ilə istifadə etməsi, torpaq sahəsi üzərində məhz iddiaçı tərəfindən öz vəsaiti hesabına çoxillik bitkilərin əkilməsi, cavabdeh tərəfin isə uzun müddət formalaşmış qaydaya etiraz etməməsi nəzərə alınaraq, iddiaçı tərəfindən çəkilmiş xərclərin ödənilməsi tələbinin ümumiyyətlə əsassız olması nəticəsinə gələrkən doğru mövqedən çıxış etməmişdir.

44. Kolegiya qeyd edir ki, qanunvericlikdə mülkiyyətçinin öz əşyasını özgəsinin qanunsuz sahibliyindən tələb etməsi imkanı ilə yanaşı əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqları da təsbit edilmişdir.

45. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlərə məxsus 087 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində çoxillik bitkilərin əkilməsi və digər yaxşılaşdırmalara sərf edilən vəsaitin ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur.

46. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 47.Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir.

48. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir.

49. Hansı ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" MMC tərəfindən verilmiş 10 dekabr 2025-ci il tarixli UNİ/D-8— 971/2025 nömrəli rəydə göstərilmişdir ki, N0228 Kod 40109018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 228 planşet nömrəsində göstərilən koordinatlarda yerləşən Balakən rayonu Meşəşambul kəndi ərazisində 0.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində çoxillik əkililərlə birlikdə dəyəri 39400 (otuz doqquz min dörd yüz) manat; çoxillik əkmələr olmadan hazırkı bazar dəyəri 11400 (on bir min dörd yüz) manat təşkil edir.

50. Kollegiya qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş 10 dekabr 2025-ci il tarixli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir.

51. Kollegiya yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, qeyd edilən torpaq sahəsinin çoxillik əkililərlə birlikdə dəyəri olan 39400 (otuz doqquz min dörd yüz) manatdan, həmin torpaq sahəsinin çoxillik əkmələr olmadan hazırkı bazar dəyəri 11400 (on bir min dörd yüz) manat çıxılmaqla qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

52. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ilk iddiaya münasibətdə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, e-2(019)-61/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın rədd olunmuş cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Bazarova (Nəbiyeva) Günay Kamil qızı və Bazarova Gülnar Kamil qızından tutulmalı olan 28000 manat məbləğində maddi ziyan və iddianın təmin edilən məbləğinə mütənasib olaraq 174 manat dövlət rüsumuna dair hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qeyd edilən hissələrdə təmin edilməli, qətnamə İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, e-2(019)-61/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın rədd edilmiş 28000 manat məbləğində maddi ziyan və 174 manat dövlət rüsumuna dair hissələrində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Bazarova (Nəbiyeva) Günay Kamil qızı və Bazarova Gülnar Kamil qızından müştərək qaydada 28000 (iyirmi səkkiz min) manat məbləğində maddi ziyan və 174 (yüz yetmiş dörd) manat dövlət rüsumu olmaqla, cəmi 28174 (iyirmi səkkiz min yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Balakən Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, e-2(019)-61/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar