Məhkəmə qərarları › İş №2(107)-1027/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1027/2022

17.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1027/2022 17.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dаir mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, iddiаçı İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dаir mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(075)-611/2022 saylı qətnaməsindən iddiаçı İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı Cavabdeh2 ilə 02 oktyabr 2015-ci il tarixdə ailə qurmuş və cavabdehlərin yaşadıqları Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Onlar 01 noyabr 2019-cu il tarixdən faktiki olaraq ayrılmışlar. 2021-ci ilin fevral ayından uşaqları ilə birlikdə yenidən cavabdehlərin yaşadıqları Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə köçüb 2021-ci ilin dekabr ayının 08-nə kimi orada yaşayışını davam etdirmişdir. Hal-hazırda cavabdehlər onu və uşaqlarını həmin evdən çıxarmışlar. Həmin mənzilə istifadə hüququnun tanınmasını və mənzilə köçürülməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, onun 05 sentyabr 2016-cı il təvəllüdlü Nəzrin və 13 dekabr 2017-ci il təvəllüdlü Pərvin adlı uşaqlarının Şəki rayonu Qoxmuq kəndində yerləşən cavabdehlərə məxsus 0,07 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması, həmin evə (torpaq sahəsi də daxil olmaqla) köçürülmələri barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, 02 oktyabr 2015-ci il tarixdə cavabdehlərdən Cavabdeh2 ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş və cavabdehlərin yaşadıqları Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh2 ilə birgə nikahlarından 05 sentyabr 2016-cı il tarixdə Nəzrin, 13 dekabr 2017-ci il tarixdə isə Pərvin adlı uşaqları anadan olmuşdur. Cavabdeh2 ilə nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri uyğun gəlmədiyindən 01 noyabr 2019-cu il tarixdən faktiki olaraq ayrılmışlar. Yəni o, həmin tarixdə cavabdehlərin yaşadığı evi tərk edib, uşaqları ilə birlikdə atası evinə qayıtmaq məcburiyyətində qalmışdır. Sonradan Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşaqları onun himayəsində saxlanılmışlar. Lakin 2021-ci ilin fevral ayında Cavabdeh2 ilə onun arasında ailə münasibətləri bərpa edilmiş və həmin tarixdən uşaqları ilə birlikdə yenidən cavabdehlərin yaşadıqları Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə köçüb orada yaşayışını davam etdirmişdir. O, Cavabdeh2 ilə faktiki ailə münasibətlərini davam etdirib, 2021-ci ilin dekabr ayının 08-nə kimi cavabdehlərlə birlikdə Şəki rayonu Qoxmuq kəndində, mübahisə predmeti olan evdə yaşamasına baxmayaraq 2021-ci ilin dekabr ayının 08-də cavabdehlər tərəfindən həmin evdən çıxarılmışdır. Mübahisə predmeti olan evdən çıxarıldıqdan sonra uşaqları ilə birlikdə atası evində yaşamaq məcburiyyətindədir. O, 02 oktyabr 2015-ci il tarixdə Cavabdeh2 ilə ailə qurub cavabdehlərin yaşadıqları mübahisə predmeti olan evə gəlin köçərkən həmin həyətdə iki ev mövcud olmuşdur. Belə ki, həmin evlərdən biri birinci mərtəbəsi istifadəyə hazır vəziyyətdə, ikinci mərtəbəsi isə istifadəyə hazır vəziyyətdə olmayan, birinci mərtəbədə istifayə hazır 3 otaqdan ibarət, 2 mərtəbəli yaşayış evi, digəri isə həmin həyətdə yerləşən Cavabdeh1 mərhum anasının yaşadığı köhnə yaşayış evi olmuşdur. O, ailə qurduqdan sonra eyni həyətdə yerləşən birinci mərtəbədə istifadəyə hazır 3 otağı olan, 2 mərtəbəli yeni evə gəlin köçmüş və orada yaşamışdır. Həmin evin ikinci mərtəbəsi isə o, ailə qurub həmin evə gəlin köçdükdən sonra cavabdehlərdən Cavabdeh2 tərəfindən təmir etdirilmişdir. Həyətdə yerləşən köhnə ev isə Cavabdeh1 anası vəfat etdikdən iki ay sonra, yəni 2019-cu ildə sökülmüş, 2019-cu ildəcə, onun gəlin köçdüyü zaman mövcud olmuş, iki mərtəbəli yeni tikiliyə bitişik şəkildə Cavabdeh2 tərəfindən yeni bir ev inşa edilmişdir. Belə ki, əvvəlki iki mərtəbəli evə bitişik şəkildə inşa edilmiş evin inşası 2019-cu ilin iyun ayında başlamaqla 2019-cu ilin oktyabr ayında başa çatdırılmışdır. O, 2019-cu ilin noyabr ayında cavabdehlərin yaşadıqları evi tərk etdiyi dövrədək və 2021-ci ildə həmin evə qayıdıb, yenidən oranı tərk edən müddətdə 2015-ci ildə gəlin köçdüyü evdə yaşamışdır. O, cavabdehlərin evində yaşadığı dövrdə 2015-ci ildə gəlin köçdüyü, 2019-cu ildə inşa edilmiş yeni evlə yanaşı söküldüyü məqamadək həyətdə olan köhnə evdən də istifadə etmiş, gəlin köçdüyü zaman cehizinin bir hissəsi də köhnə evə yığılmışdır. Hazırda da ona məxsus ev və məişət əşyaları gəlin köçdüyü evdədir. 2019-cu ildə inşa edilmiş evdən onlar əşyaların yığılması, yatacaq, uşaqların dərs öyrənmələri məqsədi ilə istifadə etmişlər. Əvvəldən mövcud olmuş iki mərtəbəli evə bitişik şəkildə 2019-cu ildə inşa edilmiş ev Cavabdeh2 üçün və sonuncu tərəfindən inşa edilmiş bir evdir və əvvəldən mövcud olan 2 mərtəbəli evlə sonradan ona bitişik şəkildə inşa edilmişdir. Sonradan artırılma şəklində tikilmiş evin inşasında onun da böyük əziyyəti olmuşdur. Belə ki, həmin ərəfədə o, uşaqlara, həyətdəki mal-qaraya baxmış, inşa edildikdən sonra isə həmin evdən istifadə etmişdir. Əvvəldən mövcud olmuş 2 mərtəbəli evin və sonradan yeni inşa edilmiş artırılmanın hərəsinin ayrı-ayrılıqda işıq və qaz sayğacları vardır. Belə ki, əvvəllər İbrahimin nənəsinin adına olmuş sayğac hazırda Cavabdeh2 özünün adınadır. O, cavabdehlərin yaşadıqları ünvana gəlin köçərkən həmin evin sənədləri olmadığından cavabdehlərlə bununla bağlı müqavilə bağlaya bilməmişdir. Cavabdehlər tərəfindən gəlin köçdüyü evdən çıxarıldıqdan sonra atası evində yaşamaq məcburiyyətində qalmışdır ki, atası evində biri ailəli, digəri subay olan iki qardaşı yaşayırlar. Ona görə də onun uşaqları ilə birlikdə atası evində yaşaması üçün lazımi yaşayış şəraiti yoxdur. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiklərini təsdiq etmişdir. İddiaçının nümayəndəsi (vəkili) həmçinin iddiaçının verdiyi izahata əlavə olaraq göstərdi ki, Şəki şəhər İHB-nın Qoxmuq kənd icra nümayəndəsi tərəfindən təsərrüfatbaşına kitaba dair verilmiş arayış mötəbər sübut kimi qəbul edilməməlidir. Cavabdehlərin yaşadıqları evin yerləşdiyi torpaq sahəsi ümumi birgə mülkiyyətdədir. Həmin həyətdə yerləşmiş, Cavabdeh2 nənəsinin yaşadığı köhnə evin yerində yeni tikili inşa edilmiş, yeni tikili cavabdehlərin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və evin texniki pasportunda əksini tapmamışdır. İddiaçı orada yaşadığı dövrdə yeni evin inşası ilə bağlı tikinti işləri aparılmış, cavabdehlərin yaşadıqları eyni ünvan üzrə iki ayrı-ayrı işıq və qaz sayğacları quraşdırılmışdır. Eyni ünvan üzrə iki sayğacın quraşdırılması qaydası nəzərdə tutulmadığı halda cavabdehlərin ünvanında iki sayğacın mövcudluğu onu deməyə əsas verir ki, cavabdehlərin yaşadıqları ünvanda sonradan inşa edilmiş tikiliyə yeni sənəd alınacaqdır. Bundan başqa cavabdehlərin mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin 0,07 ha olması, hər mülkiyyətçiyə düşən torpaq sahəsinin həcminin 170 kvadratmetr təşkil etməsi, tikiliyə dair verilmiş texniki pasportda tikinti sahəsinin 170 kvadratmetrdən çox olması nəzərə alınaraq, 170 kvadratmetrdən çox olan tikinti sahəsi məhz cavabdehlərdən Cavabdeh2 aid olan tikilidir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh və digər cavabdehlərin nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 02 oktyabr 2015- ci il tarixdə İddiaçı ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. İddiaçı onunla ailə qurub, onun valideynləri ilə birlikdə yaşadığı, Şəki rayonu Qoxmuq kəndində yerləşən və atası Cavabdeh1 mülkiyyətində olan evə gəlin gəlmişdir. Onun İddiaçı ilə birgə nikahlarından 05 sentyabr 2016-cı il tarixdə Nəzrin, 13 dekabr 2017-ci il tarixdə isə Pərvin adlı uşaqları anadan olmuşdur. O, İddiaçı ilənikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri uyğun gəlmədiyindən 01 noyabr 2019-cu il tarixdən faktiki olaraq ayrılmışlar. Yəni İddiaçı həmin tarixdə onların yaşadığı evi tərk edib, uşaqları ilə birlikdə atası evinə getmişdir. Sonradan Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşaqları İddiaçı himayəsində saxlanılmışlar. Lakin o, ailə münasibətlərinin davam etdirilməsi məqsədi ilə 2021-ci ilin fevral ayında İddiaçı və uşaqlarını iddiaçının əvvəl gəlin gəldiyi atası Tələtə məxsus evə gətirmişdir. Lakin münasibətləri uyğun gəlmədiyindən İddiaçı 2021-ci ilin dekabr ayının 08-də uşaqlarını da götürüb, yenidən onunla yaşadığı evi tərk edib getmişdir. İddiaçı ilə 02 oktyabr 2015-ci il tarixdə ailə qurduqda iddiaçı onun atası Tələtin adına olan Şəki rayonu Qoxmuq kəndində yerləşən 2 mərtəbəli yeni tikili evə gəlin gəlmişdir. Fərdi yaşayış evi atasının adına olsa da evin yerləşdiyi torpaq sahəsi paylı mülkiyyətdədir. Belə ki, atasına məxsus 2014-cü ildə inşasının başlanıldığı və 2015-ci ildə inşasının başa çatdığı evin yerləşdiyi torpaq sahəsi 1997-ci ildə aparılan aqrar islahat zamanı paylı mülkiyyətə verilmişdir. Hmin həyətdə əvvəllər onun nənəsinin yaşadığı köhnə bir yaşayış evi də mövcud olmuş, lakin köhnə evdə yaşayış olmadığından və qəzalı vəziyyətdə olduğundan köhnə ev 2019-cu ildə sökülmüşdür. 2019-cu ildə köhnə ev söküldükdən sonra 2020-ci ildə, iki mərtəbəli yeni evə bitişik şəkildə, yəni evin qarşısında eyvan hissəsi artırılmış, hansı ki, həmin eyvan hissəsindən də evin ikinci mərtəbəsinə pilləkən əlavə olunmuşdur. Evə artırma hissəsi iddiaçının atası evində olduğu dövrdə inşa olunmaqla yanaşı o, ayrıca bir ev deyil, iddiaçının gəlin gəlməsinədək mövcud olmuş 2 mərtəbəli evə əlavədir. Hansı ki, əvvəldən mövcud olan 2 mərtəbəli evin bir girişi vardır. Həmin giriş hissəsi də evə artırılmış hissədə yerləşir. Evə bitişik şəkildə inşa edilmiş eyvanın bir hissəsi isə sökülmüş köhnə evin yerləşdiyi ərazinin bir hissəsini əhatə edir. Əvvəldən inşa edilmiş 2 mərtəbəli evin və sonradan artırılmış eyvan hissəsinin inşasında onun heç bir rolu olmamışdır. Hər iki tikilinin inşası atası Tələtin vəsaiti hesabına aparılmışdır. Əvvəlcədən mövcud olmuş və sonradan artırılmış tikilinin inşasında iddiaçının heç bir rolu olmamışdır. Hətta iddiaçının səhhətində narahatlıqlar olduğundan iki xəstə uşaqlarına belə onların köməkliyi ilə baxmışdır. Uşaqları xəstə olduğundan onun işləyib əldə etdiyi qazancının hamısı uşağın müalicəsinə xərclənmişdir. Buna görə də evin bütün inşaat işləri atasının vəsaiti hesabına həyata keçirilmişdir. Bundan başqa iddiaçının onların ünvanında yaşadığı dövrdə anası xəstə olduqda onlar heyvanlara baxmaq üçün kənar baxıcının köməyindən istifadə etmişlər. İddiaçı heç vaxt onların həyətindəki heyvanlara baxmamışdır. Onun yaşadığı ünvanda quraşdırılmış sayğaclara gəlincə həmin ünvanda onun adına bir qaz sayğacı vardır. Belə ki, onlar əvvəllər ipək qurduna baxdıqlarından, həmin sayğac da əvvəldən bu məqsədlə onların yaşadıqları ünvana quraşdırılmış və əvvələr həmin sayğac nənəsinin adına olmuş, nənəsinin vəfatından sonra isə sayğac onun adına rəsmiləşdirilmişdir. Evin sonradan artırılmış hissəsi evin txniki pasportunda əksini tapmasa da 2014-2015-ci illərdə inşa edilmiş evlə bağlı 2018- ci ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Həm 2019-cu ildə, həm də 2021-ci ilin dekabr ayında iddiaçı özü könüllü olaraq uşaqlarını da götürüb, onların yaşadığı evi tərk edib getmiş, ona heç bir təzyiq, təsir göstərilməmişdir. Ona və digər cavabdehlərə qarşı qaldırılmış hazırkı iddia əsassızdır və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı tərəfin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, həm iddiaçı, həm də cavabdeh tərəfin uzaq qohumudur. O, İddiaçı ilə Cavabdeh2 ailə qurması ilə bağlı qız evində keçirilən toy mərasimində iştiarak etmişdir. Lakin toy mərasiminin hansı tarixdə keçirilməsi xatirində deyildir. İddiaçı ilə Cavabdeh2 ailə qurmasından sonra o, Tələtgilin yaşadığı evə getməmişdir. Lakin o, 2019cu ilin yay aylarında Tələtgilin yaşadıqları evin həyətində mövcud olmuş köhnə evin söküntüsündə 2-3 ay müddətində fəhlə işləmişdir. O, Tələtgilin həyətində fəhlə kimi işlədiyi dövrdə İddiaçı da həmin həyətdə olmuşdur. Söküntü işləri başa çatdıqdan sonra onun həmin həyətdə fəhlə kimi işi başa çatmışdır. İddiaçı tərəfin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, onun iddiaçı və cavabdeh tərəflə qohumluq münasibətləri yoxdur. Lakin İddiaçı ilə atası evində qonşuluqda yaşayır. O, İddiaçı ilə Cavabdeh2 ailə qurması ilə bağlı qız evində keçirilən toy mərasimində iştiarak etmişdir. Lakin toy mərasiminin hansı tarixdə keçirilməsi xatirində deyildir. O, 2019-cu ildə Tələtgilin yaşadıqları evdə mebelin quiraşdırılması üçün ölçü işlərinin aparılmasına getmiş, lakin aralarında razılıq əldə edilmədiyindən o, Tələtgilin evinə mebel quraşdırmamışdır. O, həmin ünvana 2019-cu ilin hansı ayında getməsini xatirlamır. Lakin həmin evə getdiyində Tələt evdə olmamış, lakin Tələtin oğlu İbrahim, Esmira və uşaqları evdə olmuşlar. Tələtgilin evində mebel üçün ölçü işlərinin aparılması zərurətini səhv etmirsə həmin vaxt ona Esmiranın qardaşı Orxan demişdir. İddiaçı tərəfin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onun iddiaçı və cavabdeh tərəflə qohumluq münasibətləri yoxdur. O, Esmiranın atası evinə dəfələrlə, Tələtin yaşadığı evə isə bir neçə dəfə televiziya kanallarının yığılması ilə bağlı getmişdir. Belə ki, o, Tələtin evinə bu məqsədlə bir dəfə İbrahimlə Esmiranın yeni ailə qurduqlarında, bir dəfə isə bundan daha əvvəl getmişdir. O, 2019-cu ilin yay aylarında bir dəfə Esmiranın atası Sabirgildə olduğu zaman Esmira evdə olmamış, həmin vaxt anasının Esmira ilə telefonla danışığından Esmiranın ər evində olmasını bilmişdir. İddiaçı tərəfin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun iddiaçı və cavabdeh tərəflə qohumluq münasibətləri yoxdur. O, Qoxmuk kənd sakini kimi Cavabdeh1gilin yaşadıqları evə aid yoldan istifadə etmişdir. Belə ki, Tələtgilin qonşuluğunda onun traktor yoldaşı yaşamışdır. O, həmin ünvanda yaşayan tarktor yoldaşının evinə getdiyi vaxtlar Tələtgilin yaşadıqları evin həyət qapısı açıq olduğunda orada tikinti işlərinin aparılmasını görmüşdür. Həmin vaxt Esmiranı orada görməmişdir. Həmçinin bir dəfə Esmiranın qardaşı Orxan onu idarə etdiyi maşınla Tələtgilin evlərinin yaxınlığında saxlamış və özlərinin yaşadıqları evə gedib-gəlmələrini təklif etmiş, o da buna etiraz etməmiş və Orxangildən uşağı Tələtin yaşadığı evə gətirmişdir. O, 2019-cu ilin yay aylarında Tələtgilin evlərinin yaxınlığından keçərkən orada ev inşasını görmüşdür. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 02 oktyabr 2015-ci il tarixdə cavabdehlərdən Cavabdeh2 ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş və cavabdehlərin yaşadıqları Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların birgə nikahlarından 05 sentyabr 2016-cı il tarixdə Nəzrin, 13 dekabr 2017-ci il tarixdə isə Pərvin adlı uşaqları anadan olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri uyğun gəlmədiyindən 01 noyabr 2019-cu il tarixdən faktiki olaraq ayrılmışlar. Yəni İddiaçı həmin tarixdə cavabdehlərin yaşadığı evi tərk edib, uşaqları ilə birlikdə atası evinə qayıtmışdır. Sonradan Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşaqları analarının himayəsində saxlanılmışlar. Lakin 2021-ci ilin fevral ayında İddiaçı ilə Cavabdeh2 arasında ailə münasibətləri bərpa edilmiş və həmin tarixdən iddiaçı uşaqları ilə birlikdə cavabdehlərin yaşadıqları Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə köçüb orada yaşayışını davam etdirmiş, 2021-ci ilin dekabr ayının 08-nə kimi cavabdehlərlə birlikdə Şəki rayonu Qoxmuq kəndində, mübahisə predmeti olan evdə yaşamasına baxmayaraq 2021-ci ilin dekabr ayının 08-də həmin ünvanı tərk etmişdir. Mübahisə predmeti olan evi tərk etdikdən sonra iddiaçı uşaqları ilə birlikdə atası evində yaşamaqdadır. İddiaçı Cavabdeh2 ilə ailə qurub cavabdehlərin yaşadıqları evə köçüb uzun müddət orada yaşadığını, həmin evdə yaşadığı müddətdə iki uşağının dünyaya gəldiyini, cavabdehlə birgə nikahı dövründə həyətdə mövcud evə bitişik şəkildə yeni bir evin inşa edildiyini, yeni evin inşasında onun da uşaqlara baxmaqla, birgə təsərrüfatın idarə edilməsində iştirak etməklə əziyyətinin olduğunu, gəlin köçdüyü evdən onun cavabdehlər tərəfindən çıxarıldığını, atasının evində iki uşağı ilə birlikdə yaşaması üçün lazımi yaşayış şəraitinin olmadığını göstərməklə məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh və digər cavabdehlərin nümayəndəsi isə yaşadıqları həyətdə iddiaçının gəlin köçməsinədək atasına məxsus iki mərtəbəli fərdi yaşayış evinin mövcud olduğunu, iddiaçının məhz həmin yaşayış evinə gəlin köçdüyünü, həyətdə mövcud olmuş köhnə tikilinin qəzalı vəziyyətdə olması səbəbli söküldüyünü, əvvəldən mövcud olmuş iki mərtəbəli evə bitişik şəkildə sonradan eyvan artırmasının aparıldığını, aparılmış artırma işlərinin də 2 mərtəbəli evin tərkib hissəsini təşkil etdiyini, tikinti işlərinin onun deyil, atası Cavabdeh1 tərəfindən və atasının vəsaiti ilə aparıldığını, iddiaçının həmin evdə və torpaq sahəsində heç bir hüququnun olmadığını göstərməklə iddia tələbini qəbul etməmişdir. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında fərdi yaşayış evi ilə bağlı hüquq münasibətləri 2015-ci ilin oktyabr ayında yaranmışdır. Həmin dövrdə sözügedən yaşayış evi təsərrüfatbaşına kitabda olan məlumatlara əsasən cavabdehlərdən Cavabdeh1 məxsus olsa da, lakin sonuncunun həmin evlə bağlı sərəncam vermək və ya hər hansı əqd bağlamaq səlahiyyəti olmamışdır. İddiaçı həmin evə gəlin köçərkən qaynatası Cavabdeh1 və ailənin digər üzvləri tərəfindən yeni ailə üzvü kimi qəbul olunmuş, iddiaçı bu evdə digər ailə üzvləri ilə birgə yaşamış və ümumi təsərrüfatın aparılmasında (idarə olunmasında) iştirak etmişdir. Yəni 2015-ci ilin oktyabr ayından mübahisəli ev iddiaçının qanuni və daimi yaşayış yeri olmuşdur. Bu hal Şəki şəhər İHB-nın Qoxmuq kənd İƏD üzrə nümayəndəliyinin arayışı və tərəflərin izahatları ilə də öz təsdiqini tapmışdır. Həmin evdə yaşadığı müddətdə iddiaçının 05 sentyabr 2016-cı il təvəllüdlü X1 və 13 dekabr 2017-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşlar. Ailə münasibətləri pozulan iddiaçı 2019-cu ilin noyabr ayında azyaşlı uşaqları ilə birlikdə mübahisəli evi tərk edib həmin kənddəki atası evinə getmiş, aralarında bağlanmış nikahları isə 20 oktyabr 2020-ci il tarixdə pozulmaqla, həmin tarixdən tərəflər arasında rəsmi qaydada qohumluq münasibətlərinə xitam verilmişdir. Lakin iddiaçıya məxsus ev və məişət əşyaları hal-hazıradək gəlin köçdüyü evdə qalmışdır. Şəki rayonu Qoxmuq kəndində yerləşən, iddiaçının 2015-ci ilin oktyabr ayında gəlin köçdüyü mübahisəli fərdi yaşayış evi Cavabdeh1 məxsus olmuş, iddiaçı həmin evə gəlin gələndə Cavabdeh1 həmin evə gözlənilən mülkiyət hüquqları olmuşdur. Bu səbəbdən də hazırkı mübahisənin həlli üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 09 mart 2022-ci il tarixdə Cavabdeh1 ünvanlanmış 906 nömrəli məktubda göstərilmişdir ki, Cavabdeh1 (fərdi yaşayış evi və torpaq sahəsi ümumi birgə) və ailə üzvlərinə (torpaq sahəsi ümumi birgə) məxsus Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə verilmiş **********34- 10301reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə verilmiş A-172480 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi, Şəki rayonu Qoxmuq kənd nümayəndəsinin 28 sentyabr 2018-ci il tarixli, 1183 saylı arayışı və eskiz layihə əsasında verilmişdir. Bir sözlə Cavabdeh1 DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin qeyd etdiyi sənədləri hüquqları qeydə alan orqana təqdim etməklə öz adına mübahisəli evə dair çıxarış əldə etmişdir. Yəni, mübahisəli fərdi yaşayış evi Cavabdeh1 məxsus olan evdir. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. İddiaçı və onun azyaşlı uşaqları isə mübahisəli fərdi yaşayış evinin hazırkı mülkiyyətçisi olan Cavabdeh1 qeyd olunan ailə üzvləri sırasına daxil deyillər və onların istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma mövcud deyildir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında gəlin köçdüyü məqamda cavabdehə məxsus əmlakın mülkiyyət sənədinin olmaması səbəbli belə bir müqavilənin bağlanmadığını göstərsə də, onun tərəfindən gəlin köçdüyü məqamda cavabdehlərə müqavilə bağlanması təklifinin olmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı və onun azyaşlı uşaqlarının mübahisə predmeti olan fərdi yaşayış evinə dair istifadə hüquqları əmələ gəlməmişdir. İddiaçı həmçinin məhkəmə iclasında verdiyi izahatında onun ər evində olduğu müddətdə Cavabdeh1 məxsus evə bitişik şəkildə 2019-cu ildə yeni bir evin inşa edildiyini, Cavabdeh2 isə tikinti işlərinin 2020-ci ildə iddiaçının orada olmadığı dövrdə aparıldığını göstərməsinə baxmayaraq, məhkəmə iclasında tərəflərin iştirakı ilə evə dair videoçəkilişə baxış keçirildikdə, aparılmış əlavə tikinti işlərinin əvvəldən mövcud olmuş evə artırılma olmaqla, inşaat ilindən asılı olmayaraq vahid dam altında əvvəldən mövcud olmuş eyni evə aid olması müəyyən edilmişdir. Aparılan artırma işləri Cavabdeh1 mülkiyyətində olan evə əlavələr olmaqla məhz ona məxsus evin tərkib hissələridir və digər bir dam örtüyü altında olan ayrıca tikililərdən ibarət deyildir. Bu baxımdan iddiaçının orada yaşadığı dövrdə inşası qəbul edilsə belə Cavabdeh1 məxsus evə aparılan artırmaların aparılması iddiaçının və onun uşaqlarının həmin evdən istifadə hüquqlarının əmələ gəlməsi əsası kimi qəbul edilə bilməz. Ona görə ki, Cavabdeh1 məxsus evə aparılan artırmalara da məhz Cavabdeh1 gözlənilən mülkiyyət hüququ mövcuddur. Həmçinin iddiaçı iddia tələdində onun, onun 05 sentyabr 2016-cı il təvəllüdlü Nəzrin və 13 dekabr 2017-ci il təvəllüdlü Pərvin adlı uşaqlarının fərdi yaşayış evi ilə yanaşı Şəki rayonu Qoxmuq kəndində yerləşən cavabdehlərə məxsus 0,07 ha torpaq sahəsinə də istifadə hüququnun tanınması, həmin torpaq sahəsinə köçürülmələri barədə qətnаmə çıxаrılmаsını xаhiş etsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrində şəxsin torpaq sahəsindən deyil, yalnız yaşayış binasının tərkib hissəsindən hüquqlarının tanınması imkanları nəzərdə tutulmuş, iddiaçının uşaqları ilə birlikdə mübahisə predmeti olan, Şəki rayonu Qoxmuq kəndində yerləşən cavabdehlərə məxsus 0,07 ha torpaq sahəsinə istifadə hüququnun tanınması, həmin torpaq sahəsinə köçürülmələri üçün hər hansı bir hüquqi əsasın olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı onun, onun 05 sentyabr 2016-cı il təvəllüdlü Nəzrin və 13 dekabr 2017-ci il təvəllüdlü Pərvin adlı uşaqlarının Şəki rayonu Qoxmuq kəndində yerləşən cavabdehlərə məxsus 0,07 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması, həmin evə (torpaq sahəsi də daxil olmaqla) köçürülmələri tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Şəki Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(075)-611/2022 saylı qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia rədd olunmuş, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı onun, onun 05 sentyabr 2016-cı il təvəllüdlü Nəzrin və 13 dekabr 2017-ci il təvəllüdlü Pərvin adlı uşaqlarının Şəki rayonu Qoxmuq kəndində yerləşən cavabdehlərə məxsus 0,07 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması, həmin evə (torpaq sahəsi də daxil olmaqla) köçürülmələri tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 228-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(075)-930/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında 02 oktyabr 2015-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 430 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan uşaqları 05 sentyabr 2016-cı il təvəllüdlü X1 və 13 dekabr 2017-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmışlar. İşdə olan DƏDRX-nin 12 saylı ərazi İdarəsi tərəfindən 23 oktyabr 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Qoxmuq kəndində yerləşən 241,3 kv/m ölçüdə fərdi yaşayış evi Cavabdeh1, ona aid 0,07 ha torpaq sahəsi isə Cavabdeh1, Cavabdeh3, X3 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərindədir. İşdə olan DƏDRX-nin 12 saylı ərazi İdarəsi tərəfindən 23 oktyabr 2018-ci il tarixdə hüquq sahibi Cavabdeh1 adına verilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, həmin evin yerləşdiyi torpağın sənəd üzrə sahəsi 0,07 ha, faktiki sahəsi, 0,131 ha, tikinti altı sahəsi 0,033 ha, digər sahələr isə 0,1010 ha təşkil edir. İşdə olan Şəki şəhər İHB-nın Qoxmuq kəndindəki nümayəndəsi tərəfindən 08 aprel 2022-ci il tarixdə verilmiş 408 nömrəli arayışdan görünür ki, Qoxmuq kənd İƏD-si üzrə nümayəndəliyinin 2021-2025-ci illər üçün ev təsərrüfatlarının 239 nömrəli şəxsi kitabında 108-ci səhifədə 2014-cü ildə inşa edilmiş 9 otaqlı, ümumi sahəsi 241,3 kv/m, yaşayış sahəsi 146.6 kv/m olan özünə məxsus fərdi yaşayış evi qeyd edilmişdir. Ev 2 mərtəbədən ibarətdir, 2-ci mərtəbədə tamamlama işləri yekunlaşmadığı üçün orada yaşayış yoxdur. Hal-hazırda 1-ci mərtəbədə ümumi sahəsi 64,3 kv/m olan 4 otaqda yaşayış vardır. 2020-ci ildə Cavabdeh1 verdiyi məlumata əsasən evinin bir dam altındakı ön hissəsində olan pilləkənin yerini dəyişmək, ərzaq məhsulları üçün anbar və eyvan yaratmaq məqsədi ilə tikinti işləri aparılmışdır. İşdə olan Şəki şəhər İHB-nın Qoxmuq kəndindəki nümayəndəsi tərəfindən 03 fevral 2022-ci il tarixdə verilmiş 225 nömrəli arayışdan görünür ki, Şəki rayonu Qoxmuq kənd sakini İddiaçı 2015-ci ildən hal-hazıradək Qoxmuq kəndində qayınatası Cavabdeh1 təsərrüfatında qeydiyyata alınmışdır. Hal-hazırda iki azyaşlı övladı ilə atası S.İ.İdrisovun evində yaşayır. İşdə olan Şəki şəhər İHB-nın Qoxmuq kəndindəki nümayəndəsi tərəfindən 22 fevral 2022-ci il tarixdə verilmiş 262 nömrəli arayışdan görünür ki, Şəki rayonu Qoxmuq kənd sakini İddiaçı iki azyaşlı övladları ilə birlikdə hal-hazırda Qoxmuq kəndində atası X4 məxsus 0,07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır. İşdə olan DƏDRX-nin 12 saylı ərazi İdarəsinin 09 mart 2022-ci il tarixli, 906 nömrəli məktubundan görünür ki, Cavabdeh1 (fərdi yaşayış evi və torpaq sahəsi ümumi birgə) və ailə üzvlərinə (torpaq sahəsi ümumi birgə) məxsus Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə verilmiş **********34- 10301reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə verilmiş A172480 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi, Şəki rayonu Qoxmuq kənd nümayəndəsinin 28 sentyabr 2018-ci il tarixli, 1183 saylı arayışı və eskiz layihə əsasında verilmişdir. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş A-172480 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarı əsasında Cavabdeh1 Şəki rayonu Qoxmuq kəndi ərazisində fərdi yaşayış evi tikmət üçün 700 kv/m torpaq sahəsi verilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı Cavabdeh2 qarşı evdən istifadə hüququ və evə köçürülmə ilə bağlı tələbinə dair mübahisəsi üzrə tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İşdə olan Azəriqaz İB-nin 11 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Şəki rayonu Qoxmuq kənd sakinləri Cavabdeh2 (abonent kodu: **********00000, sayğac nömrəsi: **********7), Cavabdeh1 (abonent kodu: **********00000, sayğac nömrəsi: **********9) təbii qaz istehlakçısı kimi Birliyin abonentlərin uçotu bazasında qeydiyyatdadır. Qətnаmədən nаrаzı qаlаn iddiаçı İddiaçı qızı və onun nümayəndəsi, həmçinin vəkili Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiаçı İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-611/2022 saylı qətnaməsi tam qanunsuz və əsassızdır. Belə ki, qətnamə məhkəmə iclasında təqdim olunmuş sübutlar əsassında deyil, hakimin öz mülahizələri əsasında çıxarılmışdır. Qətnamə əvvəldən axıra kimi hakim konkret qanunvericilik aktlarına toxunmaqla işin faktiki hallarını araşdırıb hüquqi qiymət vermək əvəvzinə dəfələrlə tərəflərin izahatlarını təkrarlamış və onlara təkra-təkrar müxtəlif aspektlərdən yanaşmaqla fikir yayındırmaq məqsədi ilə əsas məqamlardan uzaqlaşmışdır. Belə ki, işin əsas özəyi olan hallar demək olar araşdırılmamış və hakim əsas məqamların üzərindən keçmişdir. Hakimə məhkəmə iclasında dəfələrlə 0,07 ha torpaq sahəsində əvvəllər yəni 1975-ci ildə inşa edilmiş (texniki pasportun 4-cü səhifəsi) köhnə ev olsa da sonradan yəni İddiaçı həmin evə gəlin köçdüyü zaman tamamlanmış və iddiaçının orda gəlin olduğu vaxt yəni 2018-ci ildə mülkiyyət sənədi (çıxarış) alınmış ev ümumi birgə mülkiyyətdə olan torpaqda iddiaçının əri Cavabdeh2 tərəfindən tikilmiş, lakin Cavabdeh1 adına sənədləşmişdir. Bundan sonra Cavabdeh2 tərəfindən köhnə (1975-ci ildə inşa olunmuş) ev sökülmüş və yeni ev inşa olunmuşdur. Bu fərqlər məhkəmə iclasında təqdim edilmiş video görüntü, foto şəkillərdə də aydın görünür. Məhkəmə iclasında hakimə 2018-ci ildən sonra inşa olunmuş evin mülkiyyət sənədinin olmaması, həmin evin ayrıca işıq və qaz sayğacının olması və yeni tikilmiş evin hakimin deyişi ilə desək gözlənilən mülkiyyət hüququnun kimin adına olacağı bilinmədiyi halda birgə nikah dövründə və ümumi birgə mülkiyyətdə tikilmiş yeni evin Cavabdeh2 məxsus olması danılmazdır. Məhkəmə iclasında yeni evin tikintisinin çıxarışda və texniki pasportda göstərilmədiyini, həmin evin ümumibirgə mülkiyyətdə olan torpaqda iddiaçının əri Cavabdeh2 tərəfindən tikilməsini, sənədsiz olduğu üçün İddiaçı həmin evə və torpaq sahəsinə istifadə hüquqlarının olmasını bildirdikdə hakim Elçin Mehdiyev bu halların mübahisələndirilmədiyini və bütün bunların cavabdehlər tərəfindən də etiraf edilməsini bildirmişdir. Lakin hakim məhkəmə iclasında bildirdiklərindən tam fərqli bir qətnamə çıxarmış və məhkəmə iclasında bildirdiyi və araşdırılmış halların tam əksinə qətnamə çıxarmışdır. Məhkəmə iclasında mübahisə doğurmayan halları hakim tam əksini yazmışdır. Qətnamədə bu halları mübahisələndirmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlar əsasında və tərəflərin bərabərlik prinsipi əsasında baxmalı olduğu halda bu prinsipləri hansı məqsədlə pozduğu maraq doğurur. 1975-ci ildə tikilmiş birinci evin əvəzinə yeni tikilmiş, ayrıca sayğacları olan, ümumi birgə torpaqda olmasına baxmayaraq iki ailə üçün nəzərdə tutulmuş hazırki evlərlə 2018-ci ildə inşa olunmuş evin texniki pasportunda əsaslı fərq var. Qətnaməyə nəzər salınsa hakim buna başqa bir don geyindirmiş və sözün əsl mənasında cavabdehlərin maraqları daxilində ola biləcək sözləri yazmışdır. Hakimə dəfələrlə torpaq sahəsi və evlərə əyani baxılması ilə baxlı vəsatət versə də evin faktiki vəziyyəti ilə sənəd üzərində olan vəziyyətində olan fərqi açıq-aşkar gördüyünü və buna ehtiyac olmamasını bildirirdi. Məhkəmə iclasının video görüntülərində bunu görə bilərsiz. Hakimin evin qurluşu və faktiki vəziyyətinin hansı qaydada olmasını guya bildiyinə inanmadığı üçün məcburən məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizasının keçirilməsini xahiş etmişdir. Lakin vəsatəti rədd olunmuş və qətnamədən də göründüyü kimi sözügedən 3 ev barəsində natamam anlaşılmış, sübutlara əsaslanmayan və həqiqətlərdən uzaq qətnamə çıxarılmışdır. İddiaçının və azyaşlı uşaqlarının başqa yaşayış yerləri yoxdur. İddiaçı cavabdehlər tərəfindən evdən zorla çıxarılmış və evə daxil olması üçün şərait qərəzli olaraq yaradılmır. İddiaçı gəlin köçdükdən sonra inşa olunmuş evin hələ də sənədinin olmaması (cavabdehlər özləri də bunu etiraf edir), həmin evin çıxarışı və texniki pasportunun olmaması onun sənədsiz ev statusuna aid olmasına dəlalət edir ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə sənədsiz evə köçürülmə hüququna malikdir. 2018-ci ildə sənədləşmiş evin əhatə etdiyi torpaq sahəsinin 0,033 ha hissəsini əhatə etməsi nəzərə alınmaqla, sənədsiz olan yeni tikilmiş evin 0,07 ha torpaq sahəsinin əlavə olaraq 200-300 kv sahəsində tikilməsi ümumi birgə mülkiyyətdə olan 0,07 ha torpağın 0,05-0,06 ha hissəsində tikilinin olmasına dəlalət edir. Ümumi birgə mülkiyyətdə olan torpaqda Cavabdeh2 (iddiaçının ərinin) evi yoxdurmu? Bundan da aydın görünür ki, iddiaçının istifadə hüquqları var və o istənilən halda evlərdən birinə köçürülməlidir. İddiaçı gəlin köçərkən evin sənədi olmamış və ev mülkiyyət sənədi olmamasına baxmayaraq iddiaçı həmin evdə qeydiyyatda olmuş və uşaqlarıda həmin evdə dünyaya gəlmişdir. Bundan əlavə bildirmək lazımdır ki, cavabdeh yüksək əmək haqqı alır və qazancı qənaətbəxş səviyyədədir. Sözügedən ev iddiaçının əri Cavabdeh2 tərəfindən və onun vəsaiti hesabına tikilmişdir. Cavabdeh1 isə işləsə də maaşı İbrahimin maaşından daha azdır. 100-150 min manatlıq evi sadə bir dövlət vəzifəsində işləyən şəxs necə tikə bilər? Bu öz növbəsində araşdırılmalıdır. Bundan əlavə hakim qətnamə çıxararkən Mülki Məcəlləyə istinad etmiş və bu istinadının nə ilə əsaslandırdığını bildirməmişdir. Hadisələrin axımı 2015-ci ildən sonraki dövrə düşsə də evin sənədsiz olması onun 1982-ci ilin mənzil məcəlləsinə istinad edilməsinə əsas verməlidir. Hakimin 2009-cu ildən sonra olan hadisələrə Mülki Məcəlləyə istinad etməsi maraqlı bir haldır. Biz bu səbəbdən də qətnamənin əsassız olması, maddi və prosessual normaların pozulması qənaətindəyik. Bundan əlavə məhkəmə sübut kimi Şəki şəhər İHB-nın Qoxmuq kəndindəki nümayəndəsi tərəfindən 08 aprel 2022-ci il tarixdə verilmiş 408 nömrəli arayışa əsaslanıb. Bu arayışın özünü də hakim təhrif edilmiş qaydada tövsif edir. Arayışa göstərilir ki, “2021-2025-ci illər üçün Ev təsərrüfatının uçotu kitabının 239 №-li şəxsi hesabında 108-ci səhifədə ---“ qeyd olunması (qalan hissəs i önəmsiz olduğu üçün yazmıram) göstərilmişdir. Həmin arayışın 2ci sətrində yazılmışdır ki, “2020-ci ildə Cavabdeh1 verdiyi məlumata əsasən...”. Göründüyü kimi təsərrüfat başına kitab mübahisəli 2015-2020-ci illəri deyil, 2021-2025-ci illərə aiddir. Bundan əlavə 2021-ci ildə hazırlanmış kitabın 108-ci səhifəsi yəqin sorğu verilən gün doldurulmuşdur. 2-ci sətirdə yazılmış Cavabdeh1 verdiyi məlumatlar əsasında sözləri isə ona əsas verir ki, İcra Nümayəndəliyi tərəfindən əvvəldən heç bir qeyd aparılmamış, yalnız ev sahiblərindən olan Cavabdeh1 sözlərinə istinad olunmuşdur. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-611/2022 saylı qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətinə etiraz (ərizə) göndərərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiаçı İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-611/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvləri arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasına tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 217.2-ci mаddəsinə əsаsən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Şəki Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(075)-611/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır, lakin hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən AR Mülki Məcəlləsinin 152 və 228-ci maddələrinə istinad etmişdir ki, bunula da, həm maddi, həm də prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir: İddiaçı 02 oktyabr 2015-ci il tarixdə cavabdehlərdən Cavabdeh2 ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş və cavabdehlərin yaşadıqları Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların birgə nikahlarından 05 sentyabr 2016-cı il tarixdə Nəzrin, 13 dekabr 2017-ci il tarixdə isə Pərvin adlı uşaqları anadan olmuşdur. Tərəflər 01 noyabr 2019-cu il tarixdən faktiki olaraq ayrılmışlar. Yəni İddiaçı həmin tarixdə cavabdehlərin yaşadığı evi tərk edib, uşaqları ilə birlikdə atası evinə qayıtmışdır. Sonradan Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşaqları analarının himayəsində saxlanılmışlar. Lakin 2021-ci ilin fevral ayında İddiaçı ilə Cavabdeh2 arasında ailə münasibətləri bərpa edilmiş və həmin tarixdən iddiaçı uşaqları ilə birlikdə cavabdehlərin yaşadıqları Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə köçüb orada yaşayışını davam etdirmiş, 2021-ci ilin dekabr ayının 08-nə kimi cavabdehlərlə birlikdə Şəki rayonu Qoxmuq kəndində, mübahisə predmeti olan evdə yaşamasına baxmayaraq 2021-ci ilin dekabr ayının 08-də həmin ünvanı tərk etmişdir. İddiaçı apellyasiya şikayətində Cavabdeh2 ilə ailə qurub cavabdehlərin yaşadıqları evə köçüb uzun müddət orada yaşadığını, həmin evdə yaşadığı müddətdə iki uşağının dünyaya gəldiyini, cavabdehlə birgə nikahı dövründə həyətdə mövcud evə bitişik şəkildə yeni bir evin inşa edildiyini, yeni evin inşasında onun da uşaqlara baxmaqla, birgə təsərrüfatın idarə edilməsində iştirak etməklə əziyyətinin olduğunu, gəlin köçdüyü evdən onun cavabdehlər tərəfindən çıxarıldığını, atasının evində iki uşağı ilə birlikdə yaşaması üçün lazımi yaşayış şəraitinin olmadığını göstərməklə məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh və digər cavabdehlərin nümayəndəsi isə yaşadıqları həyətdə iddiaçının gəlin köçməsinədək atasına məxsus iki mərtəbəli fərdi yaşayış evinin mövcud olduğunu, iddiaçının məhz həmin yaşayış evinə gəlin köçdüyünü, həyətdə mövcud olmuş köhnə tikilinin qəzalı vəziyyətdə olması səbəbli söküldüyünü, əvvəldən mövcud olmuş iki mərtəbəli evə bitişik şəkildə sonradan eyvan artırmasının aparıldığını, aparılmış artırma işlərinin də 2 mərtəbəli evin tərkib hissəsini təşkil etdiyini, tikinti işlərinin onun deyil, atası Cavabdeh1 tərəfindən və atasının vəsaiti ilə aparıldığını, iddiaçının həmin evdə və torpaq sahəsində heç bir hüququnun olmadığını göstərməklə iddia tələbini qəbul etməmişdir. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında fərdi yaşayış evi ilə bağlı hüquq münasibətləri 2015-ci ilin oktyabr ayında yaranmışdır. Həmin dövrdə sözügedən yaşayış evi təsərrüfatbaşına kitabda olan məlumatlara əsasən cavabdehlərdən Cavabdeh1 məxsus olsa da, lakin sonuncunun həmin evlə bağlı sərəncam vermək və ya hər hansı əqd bağlamaq səlahiyyəti olmamışdır. Şəki rayonu Qoxmuq kəndində yerləşən, iddiaçının 2015-ci ilin oktyabr ayında gəlin köçdüyü mübahisəli fərdi yaşayış evi Cavabdeh1 məxsus olmuş, iddiaçı həmin evə gəlin gələndə Cavabdeh1 həmin evə gözlənilən mülkiyyət hüquqları olmuşdur. Cavabdeh1 Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə verilmiş A-172480 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi, Şəki rayonu Qoxmuq kənd nümayəndəsinin 28 sentyabr 2018-ci il tarixli, 1183 saylı arayışı və eskiz layihəsini hüquqları qeydə alan orqana təqdim etməklə Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə verilmiş **********34-10301reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışı almışdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 217.2-ci mаddəsinin tələbinə görə hazırki iş üzrə mənzilə istifadə hüququ ilə bağlı hüquq münasibətləri 02 oktyabr 2015-ci il tarixdə, yəni 2009-cu ildən sonra yarandığından Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarının tələbinə əsasən hazırki işə Mülki Məcəllənin 228-ci maddəsi deyil, Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasına tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Yuxarıda göstərilən qanun normalarının və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının tələbləri baxımından hazırki mübahisənin həllinə 2009-cu il oktyabrın 1-dən sonra yaranmış münasibətləri nizama salan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməli, iddiaçının mülkiyyətçi olan qayınatası Cavabdeh1 ailə üzvü və digər qohumu olmadığından, həmçinin, yetkinlik yaşına çatmamış uşaqları məhkəmə qətnaməsi ilə onun himayəsində saxlanıldığından, onun cavabdehə qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbini irəli sürməyə subyektiv hüququnun olmaması nəzərə alınmalıdır. Bu zaman onun digər cavabdeh olan qayınanası Cavabdeh3 qarşı da həmin tələbi irəli sürməyə subyektiv hüququnun olmaması, eyni zamanda mübahisəli yaşayış sahəsinin cavabdeh olan keçmiş əri Cavabdeh2 mülkiyyətində olmaması halı nəzərə alınmışdır. İddiaçının istifadə hüququ tanınmaqla köçürülməsini istədiyi evdə əlavə tikililərin aparılmasında özü və əri tərəfindən çəkilmiş xərclərlə bağlı iddia tələbi mövcud olmadığından həmin hissədə araşdırma aparılmamışdır. İddiаçı İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Nümayəndə məhkəmə tikintitexniki və yerqurluşu ekspertizasının təyin edilməsi barədə elektron kabinet vasitəsilə məhkəmə verdiyi vəsatəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(107)-1027/2022 qərardadı ilə cavabdehin ekspertiza keçirilməsi barədə göstərdiklərinə münasibət bildirilmiş və cavabdehin vəsatəti rədd edilmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyinə görə iddiаçı İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(075)-611/2022 saylı qətnaməsi ləğv edilməli, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı onun, onun 05 sentyabr 2016-cı il təvəllüdlü Nəzrin və 13 dekabr 2017-ci il təvəllüdlü Pərvin adlı uşaqlarının Şəki rayonu Qoxmuq kəndində yerləşən cavabdehlərə məxsus 0,07 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması, həmin evə (torpaq sahəsi də daxil olmaqla) köçürülmələri tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiаçı İddiaçı qızı və onun nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Şəki Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(075)-611/2022 saylı qətnaməsi ləğv edilsin. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı onun, onun 05 sentyabr 2016-cı il təvəllüdlü Nəzrin və 13 dekabr 2017-ci il təvəllüdlü Pərvin adlı uşaqlarının Şəki rayonu Qoxmuq kəndində yerləşən cavabdehlərə məxsus 0,07 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması, həmin evə (torpaq sahəsi də daxil olmaqla) köçürülmələri tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar