Məhkəmə qərarları › İş №2(107)-103/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-103/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-103/2021 05.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və cavabdeh X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5 və Cavabdeh2 qarşı «kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(051)-29/2020 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(051)-29/2020 nömrəli qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddiа tələbi qismən təmin edilmiş, Cavabdeh1 13490 ABŞ dolları məbləğdə əsas kredit borcu, 5136.40 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 18626.40 ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb «xxxx» ASC-nə ödənilməsi, həmin borcun ödənilməsinin ipotekaya qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən, 77.57 kv.metr ümumi, 53.98 kv.metr yaşayış, 23.59 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 45000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manatın və sənədlərin notariat qaydada təsdiqlənməsi üçün 10 manat rüsum məbləğinin Cavabdeh1 alınıb «xxxx» ASC-nin hesabına ödənilməsi, iş üzrə 300 manat ekspertiza xərclərinin Cavabdeh1 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı «xxxx» ASC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1 13490 ABŞ dolları məbləğdə əsas kredit borcu, 6133 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 19623 ABŞ dolları borcun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq əlavə faiz borcunun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsum məbləğinin və ipoteka yüklülüyü çıxarışların surətlərinin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 10 manatın tutulub «xxxx» ASCnəödənilməsi, ödəmənin Cavabdeh2 mülkiyyətində olan, Mingəçevir şəhərinin İncilli küçəsində yerləşən 5 saylı evə yönəldilməsi, evin açıq hərracda satılması, açıq hərracda əldə olunmuş vəsait hesabına borcun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinin həcmini artıraraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 06 may 2014-cü il tarixdə «xxxx» ASC ilə MF-KL/49 saylı kredit müqaviləsinə əsasən ona şəxsi məqsədlər üçün 60 ay müddətinə illik 20 % ödəmək şərtilə 19125 ABŞ dolları məbləğdə kredit verilmişdir. Eyni zamanda Cavabdeh2 həmin tarixdə ipoteka müqaviləsi bağlayaraq Cavabdeh1 öhdəliyinin icra olunmasını təmin etmək üçün mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən 77.57 kv.metr ümumi, 53.98 kv.metr yaşayış, 23.59 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. İpoteka predmetinin ilkin satış qiyməti müqavilədə 40500 manat qiymətləndirilmişdir. Kredit müqaviləsinin 3.4- cü bəndi ilə müəyyən olunmuş şərtlərə görə Cavabdeh1 aldığı kreditə görə kreditora illik 20 faiz ödəyir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən gecikdirildiyi halda o, kredit verənə müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdirilən faizlərin ikiqat həcmində cərimə ödəyir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, müqavilənin 2.4.3-cü yarım bəndində göstərilən vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən kredit alan kredit verənə kredit məbləğinin 5 faizi həcmində cərimə ödəyir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və nəticədə onun banka 13490 ABŞ dolları məbləğdə əsas kredit borcu, 6486 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 19976 ABŞ dolları məbləğdə borcu yaranmışdır. Qeyd olunanlara əsasən Cavabdeh1 13490 ABŞ dolları məbləğdə əsas kredit borcu, 6486 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 19976 ABŞ dolları borcun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq əlavə faiz borcunun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsum məbləğinin və ipoteka yüklülüyü çıxarışların surətlərinin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 10 manatın tutulub «xxxx» ASC-nəödənilməsi, ödəmənin Cavabdeh2 mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, açıq hərracda əldə olunmuş vəsait hesabına borcun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək verdiyi izahatında göstərmişdir ki, 06 may 2014-cü il tarixdə «xxxx» ASC ilə MF- KL/49 saylı kredit müqaviləsi bağlamış və ona şəxsi məqsədlər üçün 60 ay müddətinə illik 20 % ödəmək şərtilə 19125 ABŞ dolları məbləğdə kredit verilmişdir. Aldığı kreditin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. İlk vaxtlar götürdüyü krediti ödəniş cədvəlinə uyğun olaraq ödəmişdir. Lakin sonradan imkanı olmadığıüçün ödəmələri gecikdirməyə başlamışdır. Buna baxmayaraq yaxın vaxtlarda banka olan borcunu ödəyəcəkdir. Bundan başqa bankla arasında bağlanmış ipoteka müqaviləsində mənzilinə qoyulmuş qiymətlə razıdır və iddia tələbinin ekspertin rəyində göstərilən qaydada qismən təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh X5 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X5 apellyasiya şikayətini birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq Mingəçevir Şəhər Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(051)-29/2020 nömrəli qətnaməsinin mülkiyyətin hərraca çıxarılması hissəsində ləğv edib yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki- Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(051)-29/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 06 may 2014-cü il tarixli, MF-KL/49 №li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 «xxxx» ASC ilə müqavilə bağlayaraq 19125 ABŞ dolları məbləğdə kredit almış, aldığı borc məbləğini illik 20 faiz əlavəsi ilə 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan “xxxx” ASC-nin 13 iyul 2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 13490 ABŞ dolları məbləğdə əsas, 6133 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 19623 ABŞ dolları məbləğdə borcu yaranmışdır. İşdə olan “xxxx” ASC-nin 30 avqust 2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 13490 ABŞ dolları məbləğdə əsas, 6486 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 19976 ABŞ dolları məbləğdə borcu yaranmışdır. İşdə olan DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin İncilli küçəsində yerləşən 77.57 kv. metr ümumi, 53.98 kv.metr yaşayış, 23.59 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı, 5 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində 15 may 2012ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylıçıxarışın surətindən görünür ki, ünvan 2 saylı fərdi yaşayış evi yuxarıda qeyd olunan kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi 06 may 2014-cü ildə qeydiyyata alınmışdır. İşdə olan 06 may 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus olan, Mingəçevir şəhərinin İncilli küçəsində yerləşən 77.57 kv.metr ümumi, 53.98 kv.metr yaşayış, 23.59 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı, 5 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İpoteka predmetinin dəyəri 40500 manat məbləğdə qiymətləndirilmişdir. İşdə olan “xxxx” ASC-nin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 60 ay müddətinə, illik 20 faiz əlavəsi ilə 19125 ABŞ dolları məbləğdə krediti hər ay 506.70 ABŞ dolları məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan məhkəmə mühasibatlıq ekspertizasının 18 fevral 2019-cu il tarixli, 24422 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 «xxxx» ASC-nə 15092.87 ABŞ dolları məbləğdə əsas və 5136.40 ABŞ dolları məbləğdə faiz borcu yaranmışdır. İşdə olan məhkəmə mühasibatlıq ekspertizasının 25 sentyabr 2019-cu il tarixli, 10810 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 «xxxx» ASC-nə 15092.87 ABŞ dolları məbləğdə əsas və 5136.40 ABŞ dolları məbləğdə faiz borcu yaranmışdır. İşdə olan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 dekabr 2019-cu il tarixli 31-19 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən, fərdi yaşayış evinin real bazar dəyəri 45000 (qırx beş min) manat təşkil edir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 317.1, 385, 386.1, 425.1, 439.1, 439.2, 442, 443.1, 448.1, 449, 462.1, 463.2, 739 və 742.1-ci maddələrinə, «İpoteka haqqında» Qanunun 1.0.6, 4, 34.1.1, 39.1 və 41.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 317.1-ci maddəsinə görəəgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görəöhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 439.1-ci maddəsinin tələbinə əsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılmasıüçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun əsaslarından biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. Məhkəmədə müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrəöhdəliyini vaxtında icra etməmişdir. Həmin Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 06 may 2014-cü il tarixdə “xxxx” ASC ilə MF-KL/49 saylı kredit müqaviləsi bağlamış və ona şəxsi məqsədlər üçün 60 ay müddətinə illik 20 % ödəmək şərtilə 19125 ABŞ dolları məbləğdə kredit verilmişdir. Eyni zamanda Cavabdeh2 həmin tarixdə ipoteka müqaviləsi bağlayaraq borclu Cavabdeh1 öhdəliyinin icra olunmasını təmin etmək üçün mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən 77.57 kv.metr ümumi, 53.98 kv.metr yaşayış, 23.59 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı, fərdi yaşayış evini ipotekaya qoymuşdur. İpoteka predmetinin ilkin satış qiyməti müqavilədə 40500 manat qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və ipoteka ilə bağlı yaranan mülki münasibətlərdir. Birinci instansiya məhkəməsi işin hallarına kredit-ipoteka qanunvericiliyinə, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsas borcun iddia ərizəsində göstərildiyi qaydada və faiz borcu isə ekspertiza rəyində göstərildiyi qaydada qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə 300 manat məbləğdə ekspertiza xərcləri Cavabdeh1 aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və X1” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Cavabdehin apellyasiya şikayətində göstərdiklərini nəzərə alan məhkəmə kollegiyasının 21 oktyabr 2020-ci il tаrixli, 2(107)-1801/2020 nömrəli qərаrdаdı ilə hаzırkı iş üzrə ipotekа predmetlərinin qiymətləndirilməsi uçün müstəqil qiymətləndirici dəvət edilməsi, ipotekа predmetinin qiymətləndirilməsinin “X4” MMC-yə həvаlə edilməsi və hazırki iş üzrə müstəqil qiymətləndiricinin rəyi məhkəmə kollegiyasına daxil olanadək icraatın dayandırılması qərara alınmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq 12 aprel 2021-ci ildə “X4” MMC tərəfindən verilmiş 1 aprel 2021-ci il tarixli, 033/LBC nömrəli ekspert rəyi Şəki Apellyasiya şikayəti Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, Mingəçevir şəhəri, İncilli küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 5 saylı fərdi yaşayış evinin hazırki dövrə olan orta bazar qiyməti 50000 (əlli min) AZN, likvid qiyməti isə 45000 (qırx beş min) AZN təşkil edir. Məhkəmə kollegiyası “X4” MMC tərəfindən verilmiş 1 aprel 2021-ci il tarixli, 033/LBC nömrəli ekspert rəyini sübut kimi qəbul edir və qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən də qətnamə qəbul edilərkən 06 may 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipоtekа qоyulmuş, cаvаbdеh Cavabdeh2nа məхsus оlаn Mingəçevir şəhərinin İncilli küçəsində yerləşən 77.57 kv. metr ümumi, 53.98 kv.metr yaşayış, 23.59 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı, 5 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 45000 (qırx beş min) manat müəyyən edildiyindən həmin rəyi də ümumilikdə nəzərə alır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Yuxarıda göstərilən maddələrin tələblərindən də göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraicət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(051)-29/2020 nömrəli qətnaməsinin mübahisələndirilən-ipoteka predmetinin hərraca çıxarılaraq açıq hərracda satılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Mingəçevir Şəhər Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(051)- 29/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh X5 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar