Məhkəmə qərarları › İş №2(107)-1032/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1032/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1032/2021 12.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hаkimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X1, cavabdeh Kərimov Əli Əliyusif oğlunun iştirakı ilə, iddiaçı ASC “Xalq” Bankın cavabdehlər Cavabdeh, Kərimov Əli Əliyusif oğlu, X10 və X5 qarşı kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair sazişdən irəli gələn tələblərin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 21 may 2019-cu il tarixli, 2(051)-52/2019 saylı qətnaməsindən iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 21 may 2019-cu il tаrixli, 2(051)-52/2019 saylı (hаkim Ələkbər Hüseynov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Kərimov Əli Əliyusif oğlundan 21 958.92 ABŞ dolları məbləğdə əsas, 2 745.62 ABŞ dolları məbləğdə hesablanmış faiz olmaqla, cəmi 24 704.54 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə və 30.04.2019-cu il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğində illik 19% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi hesablanıb ASC «Xalq» Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində 2 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən 39,10 kv.m yaşayış, 26.27 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 65.37 kv.m təşkil edən 3 otaqlı, 36 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 43000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Kərimov Əli Əliyusif oğlunun banka olan borcu ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manat rüsum Kərimov Əli Əliyusif oğlundan alınıb ASC «Xalq» Bankının hesabına ödənilməsi, iş üzrə ekspertiza xərci olan 100 (yüz) manat cavabdehlərdən alınıb "xxxx" MMC-nin büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 21 may 2019-cu il tarixli, 2(051)-52/2019 saylı qətnaməsindən iddiaçı ASC “Xalq” Bankı və cavabdeh Kərimov Əli Əliyusif oğlu tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(107)-96/2020 saylı qətnaməsi ilə iddiaçı ASC “Xalq” Bankı və cavabdeh Kərimov Əli Əliyusif oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 21 may 2019-cu il tаrixli, 2(051)-52/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, 21940 ABŞ dolları məbləğdə əsas, 2745.62 ABŞ dolları məbləğdə hesablanmış faiz olmaqla, cəmi 24685.62 ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə manat məzənnəsi üzrə; dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manat rüsumun Kərimov Əli Əliyusif oğlundan alınıb ASC «Xalq» Bankına ödənilməsi, iş üzrə qiymətləndirmə və ekspertiza xərclərinin cavabdehdən alınaraq 100 manat "xxxx" MMC-nin büdcəsinə, 145 manat məhkəmə mühasibatlıq espertizasının xərci isə dövlət büdcəsinə ödənilməsi, tutmanın Cavabdeh məxsus olan və qiymətləndirici tərəfindən likvid dəyəri 40.000 manat məbləğində qiymətləndirilmiş Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində 2 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən 39,10 kv.m yaşayış, 26.27 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 65.37 kv.m təşkil edən 3 otaqlı, 36 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 24685.62 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə manata məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manatın, həmçinin qiymətləndirmə xərci 100 manat, ekspertiza xərci 145 manatın ödənilməsinin təmin edilməsi, əmlakın satışından əldə olunmuş məbləğ bütün xərclər çıxıldıqdan sonra qalan vəsaitin mülkiyyətçiyə qaytarılması, ipoteka predmeti olan əmlaka (mənzilə) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Kərimov Əli Əliyusif oğlu, X10 və X9 yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədiyi halda məcburi qaydada çıxarılmaları və evin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 2(107)-96/2020 saylı qətnaməsindən iddiaçı ASC “Xalq” Bankı və cavabdeh Kərimov Əli Əliyusif oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(102)-1765/2021 saylı qərarı ilə cavabdeh Kərimov Əli Əliyusif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 2(107)-96/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları İddiaçı ASC “Xalq” Bankın nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 1) 05.11.2014-cü il tarixli, **********59914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən, 2 nömrəli 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsindəki 39,10 kv.m yaşayış, 26,27 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 65,37 kv.m təşkil edən 3 otaqlı, 36 nömrəli mənzilə tutma yönəldilməsinə, mənzilin açıq hərracda satılmasına və 05.11.2014-cü il tarixli **********59914 №-li Kredit müqaviləsi üzrə cavabdeh Kərimov Əli Əliyusif oğlunun iddiaçı ASC «Xalq» Bankı qarşısında 21 958,92 ABŞ dolları məbləğində əsas borc, 2 975,62 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, cəmi 24 934,54 ABŞ dolları və 22.08.2017-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulmasını, 2) iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasını, 3) mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh, Kərimov Əli Əliyusif oğlu, X10 və X9, onların ailə üzvləri və digər şəxslər mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını, 4) ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin İpoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 40 500 (qırx min beş yüz) manat məbləğində təyin edilməsini xahiş etmişdir. İşə baxılana qədər iddiaçı bank 2018-ci ilin noyabr ayında iddia tələbinin həcminin artırılması barədə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək cavabdehdən faiz borcuna görə 7947,52 ABŞ dolları olmaqla cəmi 29.906,40 ABŞ dollarının tutulmasını xahiş etmişdir. Bank 2019-cu ilin may ayında yenidən iddia tələbinin həcminin artırılması barədə birinci instansiya məhkəməsinə ərizə təqdim etmiş və bu zaman cavabdehdən əsas borca görə 21.958,92 ABŞ dolları, faiz borcuna görə isə 10.022,03 ABŞ dolları, cəmi 31.980,92 ABŞ dollarının tutulmasını xahiş etmişdir Birinci instansiya məhkəməsinin iclasında iddiaçı ASC «Xalq» Bankın etibarnamə üzrə nümayəndəsi X8 iddia tələbini artıraraq verdiyi izahatında göstərmişdir ki, Kərimov Əli Əliyusif oğlu ASC “Xalq” Bankla 05.11.2014-cü il tarixli, **********59914 saylı kredit müqaviləsi bağlayaraq, 48 ay müddətinə, 19 faiz illik dərəcəsi olmaqla 25 000 ABŞ dolları məbləğdə kredit almışdır. Eyni zamanda Cavabdeh 05.11.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlayaraq mülkiyyətində olan, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən, 2 nömrəli 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsindəki 39,10 kv.m yaşayış, 26,27 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 65,37 kv.m təşkil edən 3 otaqlı, 36 nömrəli mənzilini ipotekaya qoymuşdur. İpoteka predmetinin bazar qiyməti müqavilədə 40500 manat qiymətləndirilmişdir. Ə.Kərimov kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir və kredit müqaviləsi üzrə ödənişləri lazımi qaydada etməmişdir. Cavabdeh Kərimov Əli Əliyusif oğluna dəfələrlə xəbərdarılıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmişdir. Buna görə də 1) 05.11.2014-cü il tarixli, **********59914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh məxsus olan Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən, 2 nömrəli 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsindəki 39,10 kv.m yaşayış, 26,27 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 65,37 kv.m təşkil edən 3 otaqlı, 36 nömrəli mənzilə tutma yönəldilməsinə, mənzilin açıq hərracda satılmasını və 05.11.2014-cü il tarixli **********59914 №-li Kredit müqaviləsi üzrə cavabdeh Kərimov Əli Əliyusif oğlununi ddiaçı ASC «Xalq» Bankı qarşısında 21 958,92 ABŞ dolları məbləğində əsas borc, 10 022,03 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, cəmi 31 980,92 ABŞ dolları və 30.04.2019-cu il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulmasını, 2) İddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını, 3) Mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh, Kərimov Əli Əliyusif oğlu, X10 və X9, onların ailə üzvləri və digər şəxslər mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını, 4) İpoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin İpoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 40 500 (qırx min beş yüz) manat məbləğində təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi işə cavabdehlər Cavabdeh, Kərimov Əli Əliyusif oğlu, X10 və X4 iştirakı olmadan baxmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 21 may 2019-cu il tarixli, 2(051)-52/2019 saylı qətnaməsindən iddiaçı ASC “Xalq” Bankı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri İddiaçı ASC “Xalq” Bankı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin faktiki halları araşdırılmadan maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə bank tərəfindən təqdim edilmiş 30.04.2019-cu il tarixli ərizədə göstərilən məbləğ həddində iddianı təmin etməli olduğu halda, ekspert tərəfindən hesablanmış 22.08.2018-ci il tarixə olan məbləği qət etmişdir. Eyni zamanda məhkəmənin “mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlərin onların ailə üzvlərininvə digər şəxslərin mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, onların məcburi qaydada çıxarılması barədə iddia tələbinin təmin edilməməsi barədə” gəldiyi nəticə “İpoteka haqqında” Qanunun müddəlarına ziddir. Ona görə də məhkəmə tərəfindən faiz borcunun düzgün hesablanmaması ilə bağlı məhkəməmühasibatlıq ekspertizası keçirilməsini və Mingəçevir Şəhər Məhkəməsinin 21 may 2019cu il tаrixli qətnаməsinin qismən ləğv edilməsini və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X2 özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Kərimov Əli Əliyusif oğlu iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iş üzrə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(102)-1765/2021 saylı qərarı ilə cavabdeh Kərimov Əli Əliyusif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsasında yoxlamışdır. Eyni zamanda məhkəmə kollegiyası Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 06.10.2020-ci il tarixli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 21 may 2019-cu il tаrixli, 2(051)-52/2019 nömrəli qətnaməsinin “30.04.2019-cu il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğində illik 19% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi hesablanıb ASC “Xalq” Bankına verilməsi” hissəsində ləğv edilərək, iddianın həmin hissədə baxılmamış saxlanılmasını nəzərə almışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli Mingəçevir Şəhər Məhkəməsinin 21 may 2019-cu il tarixli, 2(051)-52/2019 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş 05.11.2014-cü il tarixli, **********59914 saylı kredit müqaviləsindən görünür ki, Kərimov Əli Əliyusif oğlu ASC «Xalq» Bankı ilə müqavilə bağlayaraq 25000 ABŞ dolları məbləğdə kredit almaq barədə razılığa gəlmiş, aldığı borc məbləğini illik 19 faiz əlavəsi ilə, 48 ay müddətində tam ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş 05.11.2014-cü il tarixli, **********59914/ip saylı ipoteka müqaviləsindən görünür ki, ASC «Xalq» Bankının Mingəçevir filialı ilə Kərimov Əli Əliyusif oğlunun arasında bağlanmış 05.11.2014-cü il tarixli, **********59914 №-li kredit müqaviləsi üzrə əmələ gələn öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən, 2 nömrəli 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində 39,10 kv.m yaşayış, 26,27 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 65,37 kv.m təşkil edən 3 otaqlı, 36 nömrəli mənzilini ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsində mənzilin bazar qiyməti 40500 manat müəyyən olunmuşdur. İşdə olan "xxxx" MMC-nin 18 oktyabr 2018-ci il tarixli ML-024/2018 saylı rəyindən görünür ki, 22 avqust 2017-ci il tarixə Kərimov Əli Əliyusif oğlunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 22023,98 ABŞ dolları əsas kredit borcu 2745.62 ABŞ dolları faiz borcu olmaqla cəmi 24769,60 ABŞ dolları məbləğində müəyyən edilir. İşdə olan "xxxx" MMC-nin 25 fevral 2019-cu il tarixli 0059/19 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzilin bazar dəyəri 43000 manat məbləğdə qiymətləndirilmişdir. İşdə olan DƏDRX 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 2 nömrəli 5 mərtəbəli binanın 4cü girişində, 3-cü mərtəbəsindəki 39,10 kv.m yaşayış, 26,27 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 65,37 kv.m təşkil edən 3 otaqlı, 36 nömrəli mənzili yuxarıda qeyd olunan **********59914/ip saylı, 05.11.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi 10 noyabr 2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Əvvəlki apellyasiya icraatı zamanı əldə edilmiş "xxxx" MMC-nin 28 iyul 2020-ci il tarixli, LF№ 07 saylı rəyindən görünür ki, Cavabdeh məxsus olan Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 2 saylı evin 36 saylı mənzilinin 28 iyul 2020-ci il tarixinə bazar dəyəri 45000 manat, likvid dəyəri 40000 manat təşkil edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 445, 462, 467, 470 maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34, 39, 59 maddələrinə istinad edərək hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək Kərimov Əli Əliyusif oğlundan 21 958.92 ABŞ dolları məbləğdə əsas, 2 745.62 ABŞ dolları məbləğdə hesablanmış faiz olmaqla, cəmi 24 704.54 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə və 30.04.2019-cu il tarixdən başlayaraq İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğində illik 19% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi hesablanıb ASC «Xalq» Bankına verilməli, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində 2 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən 39,10 kv.m yaşayış, 26.27 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 65.37 kv.m təşkil edən 3 otaqlı, 36 nömrəli mənzilinə yönəldilərək mənzilin ilkin satış qiyməti 43000 manat müəyyən edilməli, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Kərimov Əli Əliyusif oğlunun banka olan borcu ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyasi birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə razılaşmayaraq qeyd edir ki, həmin nəticə işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun deyildir. Belə ki, tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 2(107)-96/2020 saylı qətnaməsi ilə razılaşmayan və qətnaməni ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(102)-1765/2021 saylı qərarında göstərilmişdir ki, iş materiallarından görünür ki, ASC “Xalq” Bankı 2017-ci ilin sentyabr ayında cavabdeh Ə.Ə.Kərimovdan əsas borca görə 21.958,92 ABŞ dolları, faiz borcuna görə isə 2975,62 ABŞ dolları, cəmi 24.934,54 ABŞ dolları məbləğində borcun tutulması və s. tələblərlə bağlı məhkəməyə müraciət etmişdir. İşə baxılana qədər bank 2018-ci ilin noyabr ayında iddia tələbinin həcminin artırılması barədə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək cavabdehdən faiz borcuna görə 7947,52 ABŞ dolları olmaqla cəmi 29.906,40 ABŞ dollarının tutulmasını xahiş etmişdir. 2019-cu ilin may ayında isə bank yenidən iddia tələbinin həcminin artırılması barədə birinci instansiya məhkəməsinə ərizə təqdim etmiş və bu zaman cavabdehdən əsas borca görə 21.958,92 ABŞ dolları, faiz borcuna görə isə 10.022,03 ABŞ dolları, cəmi 31.980,92 ABŞ dollarının tutulmasını xahiş etmişdir. Lakin məhkəmə instansiyaları həcmi artırılmış iddia tələblərini nəzərə almadan, onlara münasibət bildirmədən və müvafiq hüquqi qiymət vermədən işə baxaraq qətnamə qəbul etmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı işə bank tərəfindən irəli sürülmüş tələblər üzrə tam baxılmadığından, kollegiya hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbi pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin Mülki kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(102)-1765/2021 saylı qərarının göstərişinə uyğun olaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2021-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Qərardadın icrası ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə mühasibatlıq ekspertizasının 09 sentyabr 2021-ci il tarixli, 9/5995 nömrəli ekspert rəyi təqdim olunmuşdur. Rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 11 noyabr 2014-cü il tarixli **********59914 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh Kərimov Əli Əliyusif oğlunun iddiaçı "xxxx" ASC-yə 30.04.2019-cu il tarixə olan borcu 31.915,84 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 21.956,91 ABŞ dolları, faiz borcu üzrə 9.958,93 ABŞ dolları. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və həmin rəyi sübut növü kimi qəbul edir. X3rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, cavabdeh Kərimov Əli Əliyusif oğlu kredit müqaviləsi əsasında iddiaçı ASC “Xalq” Bankdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq cavabdeh Kərimov Əli Əliyusif oğlu iddiaçı Bankdan kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan əsas və faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı bank tərəfindən cavabdehdən əsas kredit borcu ilə bərabər faiz borcunun da ödənilməsi tələb edilir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 05.11.2014-cü il tarixli, **********59914 saylı kredit müqaviləsinin qeyd olunmuş müddəaları baxımından cavabdeh tərəfin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının kredit borcu tələbi qanuni və əsaslıdır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 460.1-ci mаddəsinə əsаsən öhdəliklərin icrаsı girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulаn digər üsullаrlа təmin edilə bilər. Mülki Məcəllənin 317-ci və “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsının Qаnununun 34.1.2-ci mаddəsinə əsаsən öhdəlik üzrə fаizlərin ödənilməsi müddətlərinin аrdıcıl olаrаq iki dəfə pozulmаsı nəticəsində ipotekа sаxlаyаn ipotekа predmetinə tutmаnı yönəltməklə, onun sаtılmаsını, əldə edilmiş puldаn kredit borcunun, hesаblаnmış fаizlərin və cərimələrin, həmçinin bununlа bаğlı çəkilmiş bütün xərclərin ipotekаyа qoyulmuş əmlаk hesаbınа ödənilməsini tələb edə bilər. “İpoteka haqqında” Qаnunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 319.6-cı mаddəsinə və «İpotekа hаqqındа» Azərbаycаn Respublikаsının Qаnununun 47.2-ci mаddəsinə əsаsən ipotekа predmetinin sаtışındаn əldə olunаn vəsаitdən ipotekа sаxlаyаnın ipotekа ilə təmin olunmuş tələbi, o cümlədən əsаs borc öhdəliyinin icrа edilməməsi və yа lаzımıncа icrа edilməməsi, yаxud icrаnın gecikdirilməsi nəticəsində dəbbə pulu və yа vurulmuş zərər, dаhа sonrа isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qаlаn məbləğ ipotekа qoyаnа qаytаrılır. Bunа görə məhkəmə hesаb edir ki, ipotekа predmeti olаn mənzil hərrаcdа sаtışа çıxаrılmаqlа sаtılmаlı və sаtışdаn əldə olunmuş vəsаit hesаbınа iddiаçının tələbləri ödənilməlidir. “İpotekа hаqqındа” Qаnunun 4-cü mаddəsinə görə ipotekа sаxlаyаnın tələbi əsаsə borc, fаizlər,öhdəliyin icrа edilməməsi və yа lаzımıncа icrа edilmməsi, o, cümlədən kecikdirilməsi nəticəsində dəbbə pulu, və (və yа) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipotekа predmetinə tutlmаnın yönəldilməsi ilə əlаqədаr məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də dаxil olmаqlа tаm həcmdə təmin edilir. Həmin Qаnunun 39.3-cü mаddəsinə əsаsn məhkəmə ipotekа predmetinə tutmаnın yönəldilməsi hаqqındа qərаr qəbul edərək, qərаrdа ipotekа predmetinin ilkin sаtış qiyməti ipotekа qoyulаn ipotekа sаxlаyаnın rаzılаşmаsı əsаsındа, mübаhisə olduqdа isə müstəqil qiymətləndiricinin rəyi əsаsındа məhkəmə tərəfindən müəyyən edilir. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etsə də, həmin qiymət mənzilin bazar dəyəri olmuşdur. (43000 manat məbləğində) Əvvəlki apellyasiya icraatı zamanı əldə edilmiş "xxxx" MMC-nin 28 iyul 2020-ci il tarixli, LF№ 07 saylı rəyindən görünür ki, Cavabdeh məxsus olan Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 2 saylı evin 36 saylı mənzilinin 28 iyul 2020-ci il tarixinə bazar dəyəri 45000 manat, likvid dəyəri 40000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti kimi likvid dəyəri (40000 nanat) götürülməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlərin və onların ailə üzvlərinin mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, onların məcburi qaydada çıxarılması barədə dəlillərini də əsaslı sayır. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə iİpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki işə əlavə olunmuş ərizələrin (səhifə 33-35) surətindən göründüyü kimi Kərimov Əli Əliyusif oğlu, X10 və X9 ipoteka predmeti olan evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda həmin evin qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürüblər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdehlərin mənzildən çıxarılması hissəsində təmin etməməkdə haqlı olmamışdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə mütəxəssis rəyinin xərci olan 100 manat cavabdeh Kərimov Əli Əliyusif oğlundan alınaraq "xxxx" MMC-nin büdcəsinə, 245 manat məhkəmə mühasibatlıq espertizasının xərcinin 145 manatı cavabdeh Kərimov Əli Əliyusif oğlundan, 100 manatı isə iddiaçı ASC “Xalq” Bankından alınaraq dövlət büdcəsinə (AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа) ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 21 may 2019-cu il tarixli, 2(051)-52/2019 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 385, 387, 390, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 21 may 2019-cu il tаrixli, 2(051)-52/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Kərimov Əli Əliyusif oğlundan 21.956,91 ABŞ dolları məbləğdə əsas, 9.958,93 ABŞ dolları məbləğdə hesablanmış faiz olmaqla, cəmi 31 915.84 (otuz bir min doqquz yüz on beş beş ABŞ dolları, səksən dörd sent) ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi üzrə; dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manat rüsum Kərimov Əli Əliyusif oğlundan alınıb ASC «Xalq» Bankının xeyrinə ödənilsin. İş üzrə mütəxəssis rəyinin xərci olan 100 manat cavabdeh Kərimov Əli Əliyusif oğlundan alınaraq "xxxx" MMC-nin büdcəsinə, 245 manat məhkəmə mühasibatlıq espertizasının xərcinin 145 manatı cavabdeh Kərimov Əli Əliyusif oğlundan, 100 manatı isə iddiaçı ASC “Xalq” Bankından alınaraq dövlət büdcəsinə (AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа) ödənilsin. Tutma kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan və qiymətləndirici tərəfindən likvid dəyəri 40.000 (qırx min) manat məbləğində qiymətləndirilmiş Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində 2 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən 39,10 kv.m yaşayış, 26.27 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 65.37 kv.m təşkil edən 3 otaqlı, 36 nömrəli mənzili yönəldilsin. Həmin əmlak açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılsın, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 31 915.84 (otuz bir min doqquz yüz on beş beş ABŞ dolları, səksən dörd sent) ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manata məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manatın, həmçinin mütəxəssis rəyi xərci 100 manat, ekspertiza xərci 145 manatın ödənilməsi təmin edilsin. İpoteka predmeti olan əmlaka (mənzilə) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Kərimov Əli Əliyusif oğlu, X10 və X9 yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədiyi halda məcburi qaydada çıxarılsınlar və ev boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tələbləri təmin olunmamış işdə iştirak edən şəxslər qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar