Məhkəmə qərarları › İş №2(107)-1033/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1033/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1033/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ”pul” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 05 mart 2021-ci il tаrixli 2(019)-430/2021 nömrəli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 14 sentyabr 2020-ci il tarixli, SRNPU-2685 saylı kredit müqaviləsi üzrə əsas borca görə 14247,25 (on dörd min iki yüz qırx yeddi manat 25 qəpik) manat, faiz borcuna görə 168.36 (bir yüz altmış səkkiz manat 36 qəpik) manat olmaqla, cəmi 14415,61 (on dörd min dörd yüz on beş manat 61 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 05 mart 2021-ci il tаrixli 2(019)-430/2021 nömrəli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılmış və İddiaçı ASC-nə izah edilmişdir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Balakən Rayon Məhkəməsinin 05 mart 2021-ci il tаrixli 2(019)-430/2021 nömrəli qərardadından İddiaçı ASC şikayət verərək qərardadın ləğv edilərək mülki işin icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı «İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin şikayəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(019)430/2021 saylı qərardadı tamamilə qanunsuz və əsassız, həmçinin İddiaçı ASC-nin mənafelərinə ziddir. Belə ki, Balakən Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(019)-430/2021 saylı qərardadına əsasən, məhkəmə işin hallarını, iddia ərizəsinin formasına və məzmununa əməl edilməməsini, ölmüş şəxsə qarşı iddia qaldırılmasını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsində iddia əriəsinin geri qaytarma halları açıq- aşkar göstərilmişdir. Belə ki, 152-ci maddəyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi geri qaytarılır. Yuxarıda göstərilənləri nəzərə alaraq, sözügedən qərar qanunsuz və əsassızdır. Yəni məhkəmə zamanı müəyyən sorğular verilməli, cavab əldə edilmiş sorğunun nəticəsindən asılı olaraq qərar qəbul etməlidir. Bundan əlavə cavabdehin ölməsi səbəbi ilə mülki iş üzrə icraat dayandırılmalı olduğu halda, geri qaytarılmışdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən iş üzrə tərəf olan şəxs öldükdə hüquqi varisi müəyyən edilənədək mülki işin icraatı dayandırılmalıdır. MPM-nin 254.1.1-ci maddəsində məhkəmənin icraatı dayandırmaq vəzifələrindən biri kimi “işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə, hakim iş üzrə icraatı dayandırmalıdır” təsbit olunmuşdur. MPM-nin iddia ərizəsinin geri qaytarılma tələblərindən də aydın göründüyü kimi cavabdeh öldüyü təqdirdə iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmamışdır. Bu səbəbdən iddia ərizəsi icraata götürülməlidir. Bundan əlavə, iddia ərizəsində qeyd olunan əlavə siyahıda göstərilən sənədlər tam iş materiallarına əlavə edilmişdir. Balakən Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tаrixli 2(019)-430/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı ASC-nin nümayəndəsi X1 şikayətinin təmin edilməsi və Balakən Rayon Məhkəməsinin 05 mart 2021-ci il tаrixli 2(019)-430/2021 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 05 mart 2021-ci il tаrixli 2(019)-430/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 09 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 14 sentyabr 2020-ci il tarixli, SRNPU-2685 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 14247,25 ( on dörd min iki yüz qırx yeddi manat 25 qəpik) manat, faiz borcuna görə 168.36 (bir yüz altmış səkkiz manat 36 qəpik) manat olmaqla, cəmi 14415,61 (on dörd min dörd yüz on beş manat 61 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra müəyyən olunmuşdur ki, Cavabdeh 21 noyabr 2020-ci il tarixdə ölmüşdür. Balakən Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(019)-430/2021 nömrəli qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi iddia ərizəsinin formasına və məzmununa əməl edilməməsi, ölmüş şəxsə qarşı iddia qaldırılması əsası ilə geri qaytarılmışdır. İddiaçı ASC Balakən Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qərardadından şikayət verib qərardadın ləğv edilərək, mülki işin icraata götürülməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsinin formasına və məzmununa əməl edilməməsi, ölmüş şəxsə qarşı iddia qaldırılmasının mülki prosessual qanunvericiliyin tələblərinə zidd olması nəzərə alınaraq İddiaçı ASC-nin iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. İşdən görünür ki, İddiaçı ASC-nin iddia ərizəsində cavabdeh qismində göstərdikləri Cavabdeh 21 noyabr 2020-ci ildə ölmüşdür. İddia ərizəsi isə birinci instansiya məhkəməsinə 04.03.2021-ci il tarixdə daxil olmuşdur. İddiaçı ASC-nin şikayətinin məzmunundan da görünür ki, cavabdeh qismində göstərdikləri Cavabdeh ölməsi iddia qaldırılmamışdan əvvəl onlara da məlum olmuşdur. Buna baxmayaraq onlar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-149.2 və 149.4-cü maddələrinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri də göstərilir. 152-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 05 mart 2021-ci il tаrixli 2(019)-430/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 09 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar