Məhkəmə qərarları › İş №2(107)-1037/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1037/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1037/2021 24.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(019)-342/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 11 mart 2021-ci il tarixli 2(019)-342/2021 nömrəli qətnaməsi ilə İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 2030,72 ABŞ dolları məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə hesablanmış 118,52 ABŞ dolları məbləğində faiz borcu -cəmi 2149,24 ABŞ dolları məbləğində kredit borcu qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya İddiaçı BOKT QSC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 28 oktyabr 2014-cü il tarixli KABal 122677/14 saylı müqaviləyə əsasən hesablanmış 4185,63 ABŞ dolları məbləğində əsas kredit borcun, kreditdən istifadəyə görə hesablanmış 241,88 ABŞ dolları məbləğində faiz borcunun, 124,40 ABŞ dolları məbləğində hesablanmış cərimə borcunun, cəmi 4551,91 ABŞ dolları məbləğində borcun və dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq “xxxx” Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 22 iyul 2016-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında Balakən Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərardadı ilə 22 iyul 2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçirilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianın həcminin azaldılması barədə ərizə verərək Cavabdeh 2030.72 ABŞ dolları əsas, 118.57 ABŞ dolları faiz borcu olmaqla cəmi 2149.24 ABŞ dolları borcun alınaraq təşkilatın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X2 arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli KABal 122677/14 saylı Kredit müqaviləsinə əsasən sonuncuya illik 33 faiz dərəcəsi ilə 24 ay müddətinə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə olan və tərəflər arasında imzalanmış kreditin ödəniş qrafikinə əsasən borclu əsas kredit məbləğindən və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli idi. Lakin borclu müqavilə üzrə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmiş, hazırda onun təşkilata 2030.72 ABŞ dolları əsas, 118.57 ABŞ dolları faiz borcu olmaqla cəmi 2149.24 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı BOKT QSC ilə cavabdeh arasında 28 oktyabr 2014-cü il tarixli KABal 122677/14 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bununla əlaqədar zaminə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Borclular kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən dəfələrlə şifahi və yazılı xəbərdar olunmuşdur. Lakin nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin göstərmişdir ki, cavabdehin mərhum anası Ayşa Qusumova öldükdən sonra onlar kredit borcunun ödənməsi üçün zəruri sənədləri “xxxx” Sığorta Şirkəti ASC-yə göndərmişlər. Lakin sığorta şirkəti mərhum Ayşa Qusumovanın ölümünə səbəb olan xəstəliyin kredit müqaviləsi bağlanandan əvvəl olmasını əsas gətirərək kredit borcunu ödəməkdən imtina etmişdir. Ona görə də onlar zamin olmuş Cavabdeh qarşı məhkəmədə iddia qaldırmışlar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı BOKT QSC ilə mərhum X1 arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli KABal 122677/14 saylı Kredit müqaviləsinə əsasən sonuncuya illik 33 faiz dərəcəsi ilə 24 ay müddətinə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. O, anasına zamin olmuş və iddiaçı ilə onun arasında 28 oktyabr 2014-cü il tarixli KABal 122677/14 saylı zaminlik müqaviləsi bağlanmışdır. X1 02 may 2015-ci il tarixdə vəfat etmişdir. Ona sonradan məlum olmuşdur ki, iddiaçı “İddiaçı BOKT” Qapalı Səhmdar Cəmiyyəti ona qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək anasına verilmiş kreditin ödənilməmiş qalan 4185,63 ABŞ dolları məbləğində əsas kredit borcun , kreditdən istifadəyə görə hesablanmış 241,88 ABŞ dolları məbləğində faiz borcun , 124,40 ABŞ dolları məbləğində hesablanmış cərimə borcun, cəmi 4551,91 ABŞ dolları məbləğində borcun ondan tutularaq “xxxx” Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.O, həmin iddia tələbi ilə razı deyildir. Belə ki, sözügedən kredit borcu sığortalanmışdır. Anası ölən vaxt o bu barədə İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə məlumat vermişdir. Kredit verilərkən onlardan sığorta haqqı tutulmuşdur. Ona görə də qalan krediti İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti sığorta şirkətindən almalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Balakən Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(019)-342/2021 nömrəli qətnaməsi qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin 11 mart 2021ci il tarixli 2(019)-342/2021 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsində verdiyi izahata uyğun əsaslandır və əlavə etmişdir ki, İddiaçı anasının götürdüyü kredit borcunun ödənilməsini birgə iş birliyi qurmuş xxxx sığorta şirkətinə yox, məhz bir zamin kimi ona yönəltmişdir. Anası kredit götürürkən bank əməkdaşları onu məcbur edərək götürdüyü kreditin sığortalanmasında iştirak etmişlər. Ona görə də iddiaçı tələbi xxxx sığorta şirkətinə yönətməli idi. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili X5 izahatında apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(019)-342/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Vəkil izahatında zaminə münasibətdə iddia müddətinin ötürüldüyünü qeyd etdi və Mülki Məcəllənin 477.0.4-cü maddəsinə uyğun olaraq ona münasibətdə iddianın rədd ediməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı BOKT QSC-nin nümayəndəsi Nümayəndə2 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(019)-342/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 28 oktyabr 2014-cü il tarixli KABAL 122677/14 saylı kredit müqaviləsindən görünür ki, X2 28 oktyabr 2014-cü il tarixli KABAL 122677/14 saylı saylı Kredit müqaviləsinə əsasən, “İddiaçı» BOKT QSC-dən illik faiz dərəcəsi 33 faiz olmaqla 24 ay müddətinə 5000 (beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. 28 oktyabr 2014-cü il tarixli KABAL 122677/14 saylı Zaminlik müqaviləsindən görünür ki, “İddiaçı» BOKT QSC ilə Cavabdeh arasında zaminlik müqaviləsi bağlanmış, Zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. Balakən rayonu Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 may 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 683691 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 02 may 2015-ci il tarixdə ölmüşdür. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər аrаsındа bаğlаnmış kredit və zаminlik müqаvilələri iddiа tələbi üzrə cаvаbdehin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi,o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. 742.1-ci mаddəsinə görə isə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. 470-ci mаddəsinə görə, zаminlik müqаviləsi üzrə zаmin bаşqа şəxsin kreditоru qаrşısındа həmin şəxsin öz öhdəliyini tаmаmilə və yа hissə-hissə icrа etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci mаddəsində göstərilmişdir ki, bоrclu zаminliklə təmin edilmiş öhdəliyi icrа etmədikdə və yа lаzımıncа icrа etmədikdə, əgər bu Məcəllədə və yа zаminlik müqаviləsində zаminin subsidiаr məsuliyyəti nəzərdə tutulmаyıbsа, zаmin və bоrclu kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. 472.2-ci mаddəsində nəzərdə tutulmuşdur ki, zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, fаizlərin, bоrc tutulmаsı üzrə məhkəmə xərclərinin və bоrclunun öhdəliyi icrа etməməsi və yа lаzımıncа icrа etməməsi nəticəsində kreditоrа dəyən digər zərərin əvəzinin ödənilməsi də dаxil оlmаqlа, zаmin kreditоr qаrşısındа bоrclu ilə eyni həcmdə məsuliyyət dаşıyır. Birgə zаmin оlmuş şəxslər, əgər zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, hazırkı mülki iş üzrə 28 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşür. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sadalananlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fəramanını faiz borcuna münasibətdə tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, apellyasiya şikayəti qalan hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, 28 oktyabr 2014-cü il tarixdə iddiaçı ilə X2 arasında KABal 122677/14 saylı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtlərinə görə sonuncuya təşkilat tərəfindən 5000 (beş min) ABŞ dolları məbləğində pul ayrılmışdır və o, kreditdən istifadə haqqı illik 33 % olmaqla 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizləri Kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Borclunun öhdəliyinin təminatı kimi 28 oktyabr 2014-cü il tarixdə cavabdeh ilə KABal 122677/14 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə borclunun təşkilat qarşısında öhdəlikləri yerinə yetirilənədək zamin borclu ilə birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kreditalan X2 02 may 2015-ci il tarixdə ölmüşdür. Bundan sonra kredit borcu ödənilməmiş, zamin Cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Cavabdeh apellyasiya şikayətində “kredit borcunun “xxxx” Sığorta Şirkəti ASC tərəfindən ödənilməlidir” dəlilinə münasibət bildirərək məhkəmə qeyd edir ki, işdən göründüyü kimi, borclu Ayşa Qusumova öldükdən sonra iddiaçı kredit borcunun ödənməsi üçün “xxxx” Sığorta Şirkəti ASC-nə müraciət etmiş, onlar isə kredit borcunu ödəməkdən imtina etmişdir. Odur ki, kollegiya apellyasiya şikyətinin həmin dəlilini əsassız hesab edir. Cavabdehin vəkilinin izahatında zaminə münasibətdə iddia müddətinin ötürüldüyünü qeyd etməsi və Mülki Məcəllənin 477.0.4-cü maddəsinə uyğun olaraq ona münasibətdə iddianın rədd ediməsi haqqında qətnamə çıxarılması barədə xahişinə gəldikdə isə, 28 oktyabr 2014-cü il tarixli KABal 122677/14 saylı müqaviləsi üzrə öhdəliklərin icrası ilə əlaqədar iddiaçı 20.07.2016-cı ildə Balakən Rayon Məhkəməsinə müraciət edərək məhkəmə əmri çıxarılmasını xahiş etmiş, Balakən Rayon Məhkəməsinin 22 iyul 2016-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında Balakən Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərardadı ilə 22 iyul 2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçirilmişdir. Göründüyü kimi, zamin Cavabdeh münasibətdə iddia müddəti ötürülməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(019)-342/2021 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh kreditdən istifadəyə görə hesablanmış 118,52 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi faiz borcuna münasibətdə maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(019)-342/2021 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh kreditdən istifadəyə görə hesablanmış 118,52 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(019)-342/2021 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh kreditdən istifadəyə görə hesablanmış 118,52 (bir yüz on səkkiz dollar 52 sent) ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin və iddia həmin hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar