Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1041/2023 26.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əhmədiyyə qızının cavabdehlər X10 və Cavabdeh1 qarşı (açar sözlər: Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və X5 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı Əhmədiyyə qızı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh - Cavabdeh1 iştirakı ilə, İddiaçı Əhmədiyyə qızının cavabdehlər X10 və Cavabdeh1 qarşı maddi ziyan tələbinə dаir” mülki iş üzrə Şəki Rаyоn Məhkəməsinin 12 iyun 2023-cü il tаrixli, e-2(075)- 58/2023 saylı qətnаməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli 1(075)-40/2014 saylı hökmünün surətindən görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
2. Həmin hökmlə müəyyən edilir ki, X13 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sürücülük hüququ olmadan 01 noyabr 2013-cü il tarixdə saat 18:30 radələrində Şəki rayonunun Kiçik Dəhnə kəndində anası X1 yaşadığı evin həyətində əri Cavabdeh1 etibarnamə ilə idarə etdiyi və həmin evin həyətində saxladığı «Opel Astra» markalı **-FZ- *** dövlət nömrə nişanlı avtomobilin mühərrikini işə salıb hərəkətə başlayan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq avtomobili hərəkət etdirməzdən əvvəl avtomobilin hərəkət trayektoriyasının yaxınlığında olan şəxslərin kənara çəkilməsini gözləməli, avtomobilin yaxınlığında hər hansı maneənin olmamasına əmin olduqdan sonra hərəkətə başlamalı olduğu halda, bunlara riayət etməyərək hərəkətini davam etdirmiş və ehtitatsızlıqdan evin qarşısında ayaqqablarını geyinən xalası İddiaçı Əhmədiyyə qızını vurmuş, nəticədə İddiaçı hər iki baldır sümükləri orta və aşağı 1/3-nin qəlpəli yerini dəyişən açıq sınıqları, dəri və yumşaq toxumaların deffekti əzilməsi, çoxsaylı yaraları, hemorraqik 2-3 dərəcəli travmatik şoku ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almışdır.
3. Həmin xasərətlər nəticəsində İddiaçı Əhmədiyyə qızının sol ayağı topuqdan aşağı amputasiya olunmuş, sağ ayağına çıxarılmayan mil qoyulmuşdur.
4. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(075)-2790/2018 saylı qətnaməsindən görünür ki, dəymiş maddi zərərin əvəzi olaraq 2870 manat və 30 manat dövlət rüsumu cavabdehlər X7 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı Əhmədiyyə qızına verilməsi qət edilmişdir.
5. Həmin 10 sentyabr 2018-ci il tarixli, 2(075)-2790/2018 saylı qətnamədə göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş, İddiaçı Əhmədiyyə qızının cavabdehlər X13 və Cavabdeh1 ona vurulmuş ziyana görə 17870 manatın və dövlət rüsumu üçün ödədiyi 30 manatın tutulması tələbinə dair iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 25 fevral 2015-ci il tarixli, 2 (075)-157/2015 nömrəli qətnaməsi ilə də müəyyən edilmişdir ki, həmin hadisədə iştirak etmiş «Opel Astra» mаrkаlı ** FZ *** dövlət nömrə nişаnlı аvtоmоbil X8 məxsus olsa da, o, həmin avtomobili ƏN-İİ seriyalı 735524 nömrəli etibarnamə əsasında 23 noyabr 2007-ci il tarixdən 28 noyabr 2017-ci il tarixədək idarə etmək üçün Cavabdeh1 vermiş, həmin müddətdə qeyd edilən avtomobil Cavabdeh1 istifadəsində və sərəncamında olmuşdur. Cavabdeh1 ona etibarnamə ilə həvalə edilmiş və hadisədə iştirak etmiş həmin avtomobili istəyi və öz razılığı ilə cavabdeh X10 vermişdir. Yəni, Cavabdeh1 yüksək təhlükə mənbəyi sayılan avtomobilinin digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində iradəsinə zidd olaraq onun sahibliyindən çıxdığını sübut edə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, delikt nəticəsində İddiaçı Əhmədiyyə qızına dəymiş maddi zərərin əvəzi cavabdehlər X7 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı Əhmədiyyə qızına verilməlidir.
6. İş materiallarına əlavə edilmiş X21 Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Əhmədiyyə qızı 09 avqust 2022-ci il tarixdə mərkəzə müraciət etmiş və onun amputasiya olunmuş sol ayağına 09 oktyabr 2022-ci il tarixdə silikon kosmetik ayaq protezi qoyulmuşdur. Həmin arayışda həmçinin nəqliyyat xərci kimi 1 gediş 90 manatdan hesablanmaqla 10 gediş üçün 900 manat xərc göstərilmişdir.
7. İş materiallarına əlavə edilmiş X21 Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Əhmədiyyə qızının sol ayağına qoyulmuş silikon kosmetik ayaq protezinin dəyəri 6500 manat təşkil etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Əhmədiyyə qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərin əvəzi olaraq sol ayağına qoyulmuş protezin dəyişdirilməsi ilə əlaqədar çəkdiyi 6500 manatın, hər gedişdə 90 manat olmaqla 10 dəfə protez mərkəzinə getməklə sərf etdiyi 900 manatın və ödənilmiş 94 manat dövlət rüsumunun cavabdehlər X7 və Cavabdeh1 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi işin yuxarıda qeyd edilən faktiki halları ilə əsaslandırılmış, ərizədə əlavə olaraq göstərilmişdir ki, hazırda X13, məhkəmənin hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmışdır. Amma o, ömrünün axırına kimi X9 törətdiyi cinayət əməli nəticəsində həm əzab çəkəcək, həm də ömürlük şikəst olduğundan başqalarının köməyinə və qayğısına ehtiyacı olacaqdır. Cavabdeh X9 və onun əri X14 etibarnamə ilə idarəçiliyində olan avtomaşını sürücülük vəsiqəsi olmayan arvadı X10 verdiyindən onun cavabdehlərə qarşı 17.870 manat pul tələbi ilə bağlı iddiası Şəki Rayon Məhkəməsinin 25 fevral 2015-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək cavabdehlərdən onun xeyrinə 8000 manat və iddia ərizəsi ilə bağlı dövlətə ödənilmiş 30 manat dövlət rüsumu alınıb ona verilmişdir. Həmin qətnamə ilə ona ödənilmiş məbləğ onu qane etməsə də, həmin vaxt qeyd olunan qətnamədən şikayət etməmişdir. Halbuki onun baş vermiş hadisə ilə əlaqədar sol ayağı topuqdan aşağı amputasiya olunduğundan o, Gürcüstan Respublikasına gedib Tbilisi şəhərində "xxxx" MMC-də sol ayağına protez qoyulması üçün, həmçinin bundan ötrü dəfələrlə Mingəçevir şəhərindən Tbilisi şəhərinə gedib-gəlməyə, yol xərcinə, Qazaxdan Gürcüstan Respublikası ərazisinə keçidə görə Tbilisi şəhərində kirayədə yaşamağa 3288 manat pul xərcləmişdir. Bunun müqabilində isə Şəki Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(075)-2790/2018 nömrəli qətnaməsi ilə ona dəymiş maddi zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada cəmi 2870 manat və iddia ərizəsi ilə bağlı dövlətə ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsi qət edilmişdir. Baş vermiş hadisədən xeyli müddət, yəni 8 il keçdiyindən onun sol ayağına qoyulmuş protez artıq indiki halda dəyişilməli olduğundan o, yenidən protez düzəltdirmək məqsədi ilə Bakı şəhərində yerləşən X21 MMC-yə getmişdir. 6500 manat pul ödəyərək yeni protez qoydurmuşdur. Ona yetirilmiş zərər cavabdehlər tərəfindən vurulduğundan onlar bu məbləği birdəfəlik qaydada tam halda ödəməlidirlər.
10. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı Əhmədiyyə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı Əhmədiyyə qızının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hadisə 2013-cü ildə baş vermişdir. Həmin hadisə səbəbindən iddiaçının ayağı amputasiya olunmuş, əvəzinə protez qoyulmuşdur. Sonradan həmin protez sındığından yeni protezlə əvəz olunmuşdur. Yeni protezin qoyulmasına 6500 manat vəsait xərclənmişdir. Eyni zamanda yeni protez qoyulması üçün iddiaçı 10 dəfə Mingəçevir şəhərindən Bakı şəhərinə getmişdir. Xüsusi maşınlar hər gediş üçün 90 manat tələb edirlər. Beləliklə iddiaçı 10 dəfə Bakı şəhərinə getmək üçün 900 manat yol pulu sərf etmişdir. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, yol nəqliyyat hadisəsi olmamışdır, sadəcə ehtiyatsızlıqdan məlum hadisə baş vermişdir. Hadisədən sonra iddiaçıya 4 ay qulluq etmişlər. Birinci dəfə iddiaçı 9000 manat pul vermişlər. Protezə görə isə 4000 manat pul verilmişdir. Hesab edir ki, bundan sonra hər dəfə protez sınarkən cavabdehlər pul verməli deyillər. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh X9 nümayəndəsi X3 bildirmişdir ki, hadisə onların həyətlərində baş vermişdir. Ehtiyatsızlıqdan olmuşdur. İddiaçı Əhmədiyyə qızına 4 ay qulluq etmişlər. Hər dəfə onun protezinin dəyişdirilməsi həkimlərin səhvidir. Qızı xəstədir. Yenidən iddiaçıya tələb edilən məbləği verməyə maddi imkanı yoxdur. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
14. Şəki Rаyоn Məhkəməsinin (hakim Pərviz Hacıyev) 12 iyun 2023-cü il tаrixli, e- 2(075)-58/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 6500 manat məbləğində maddi zərərin əvəzi, 184 manat gediş-gəliş xərci, cəmi 6684 (altı min altı yüz səksən dörd) manat və 94 manat dövlət rüsumu cavabdehlər X7 və Cavabdeh1 müştərək qaydada alınaraq alınaraq İddiaçı Əhmədiyyə qızına verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - Qətnamənin 6 və 7-ci bəndlərində göstərilmiş X21 Mərkəzinin arayışları; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 publik hüquqi şəxsinin 07 aprel 2023-cü il tarixli, T175/2023 saylı rəyindən görünür ki, İddiaçı Əhmədiyyə qızında iki baldır sümüklərinin orta və aşağı 1/3-nin qəlpəli yerini dəyişən açıq sınıqları, dəri və yumşaq toxumaların deffekti, əzilməsi, çoxsaylı yaraları, hemorragik İİ-İİİ dərəcəli travmatik şoku ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma ilə nəticələnən xəsarətlər almış, nəticədə sağ qamış sümüyünün İlizarov aparatı ilə osteosintezi, xx.xx.2013-cü il tarixdə sol ayağın topuq oynağı səviyyəsində amputasiyası olunmuş, xx.xx.2014-cü il tarixdə hər iki baldırdakı geniş həcmli qranulyasion yaraya sərbəst dəri plastikası olunmuşdur. İddiaçı Əhmədiyyə qızının sol ayağına protezin qoyulması ilə xx.xx.2013-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun xəsarət alması arasında səbəbli əlaqə vardır. İddiaçı Əhmədiyyə qızına qoyulmuş protezin istifadə üçün yararlı və yaxud da yararsız vəziyyətdə olmasının təyini məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının sağlamlığının pozulması, onun mütəmadi olaraq digər şəxslərin köməyinə ehtiyacının olması cavabdehlərin təqsirli hərəkətləri nəticəsində əmələ gəlmişdir ki, onlar iddiaçıya vurduqları zərərin əvəzini ödəməyə borcludurlar. Ona görə də, iddiaçı onun amputasiya olunmuş ayağına qoyulmuş, artıq istifadəsi mümkün olmayan və yenisi ilə əvəz olunan protezin dəyərinin cavabdehlərdən tələb etməkdə haqlıdır.
17. Məhkəmə iddia tələbinin hər gedişdə 90 manat olmaqla 10 dəfə protez mərkəzinə getməklə sərf etdiyi 900 manatın tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin məbləğ həddən artıq şişirdilməklə ağlabatan deyil. Belə ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəsmi saytından çıxarılmış tariflərdən görünür ki, Bakı şəhərindən Mingəçevir şəhərinə bir tərəfli gediş haqqı 9.20 manat təşkil edir. Bu qayda ilə hesabladıqda 10 dəfə Bakı şəhərinə gedib qayıtmaq üçün lazım olan vəsait 184 manat təşkil edir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Cavabdeh1 Şəki Rаyоn Məhkəməsinin 12 iyun 2023-cü il tаrixli, e-2(075)- 58/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baş vermiş nəqliyyat hadisəsinə görə X19 rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(075)-40/2014 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən sonra İddiaçı dəymiş zərərin ona ödənilməsi barədə iddia tələbi ilə iki dəfə məhkəməyə müraciət etmişdir. Onun iddia tələbinə baxılaraq xx.xx.2015-ci il tarixli qətnamə ilə cavabdehlər Esmira Hüseynova və Cavabdeh1 8000 manat pulun, xx.xx.2018-ci il tarixli qətnamə ilə 2870 manat pulun müştərək qaydada tutularaq iddiaçı Esmira Hüseynovaya ödənilməsi qət edilmişdir. Bundan sonra İddiaçı hazırkı iddia tələbi ilə yenidən məhkəməyə müraciət edərək maddi ziyan tələb etmişdir. Onun iddia tələbi məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə qismən təmin edilmişdir. Məhkəmənin bu qərarı ilə razılaşmadığı üçün müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, şəxs təqsirli olaraq vurduğu ziyana görə məsuliyyət daşıyır. Uzun illərdir iddiaçı maddi ziyan tələbi ilə məhkəməyə müraciət etmiş və tələbləri təmin edilmişdir. İcra vərəqələri üzrə ziyan məbləğinin onun üzərinə düşən hissəsini ödəmişdir. Amma hesab edir ki, bu günə kimi səhv etmişdir. Bu günə kimi araşdırılmış iddia tələblərində, eyni zamanda Esmira Hüseynovanın təqsirli bilindiyi cinayət işi materiallarında onun nədə təqsirli olmağı sübut olunmur. İş üzrə Esmira Hüseynova təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb edilmişdir. Əgər şəxs idarəçiliyində və ya mülkiyyətində olan nəqliyyat vasitəsini bilərəkdən idarəetmə hüququ olmayan şəxsin istifadəsinə verdikdə inzibati məsuliyyət daşıyır. Hadisədən uzun illər keçmişdir. O, təqsirsiz olduğumdan barəsində nə cinayət, nə də inzibati məsuliyyət tətbiq edilmişdir. Bu günə kimi təqsirsiz olaraq vurulmuş ziyanı ödəyir. Məhkəmə qətnaməsində Mülki Məcəllənin 1096-cı maddəsinə istinad etmişdir. Maddənin tələbinə əsasən delikt, yəni mülki hüquq pozuntusu törətmiş şəxsin təqsili, hüquqa zidd həkəkətləridir. Onun hüquqa zidd hərəkət və hərəkətsizliyi nədə ifadə olunması bu günə kimi araşdırılmamışdır. Məhz buna görədə onun əsasən konstitusion hüquqları pozulur. Ona görə də Şəki Rаyоn Məhəkəməsinin 12 iyun 2023-cü il tаrixli, e-2(075)-58/2023 saylı qətnaməsini ləğv edib iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
23. Məhkəmə kollegiyasının iclasında İddiaçı Əhmədiyyə qızı və onun nünmayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Şəki Rаyоn Məhkəməsinin 12 iyun 2023-cü il tаrixli, e-2(075)-58/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
26. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
27. Apellyasiya şikayətində biirinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
28. Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi.
29. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.
30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
33. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
35. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
36. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 41 . Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
45. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rаyоn Məhkəməsinin 12 iyun 2023-cü il tаrixli, e-2(075)-58/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
51. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
52. Müəyyən edilmişdir ki, 01 noyabr 2013-cü il tarixdə cavabdeh X2 hüququ olmadan anası X1 yaşadığı evin həyətində əri Cavabdeh1 etibarnamə ilə idarə etdiyi və həmin evin həyətində saxladığı «Opel Astra» markalı **-FZ-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətə başlayan zaman evin qarşısında ayaqqabılarını geyinən İddiaçı Əhmədiyyə qızını ehtiyatsızlıqdan əri avtomobillə vurmuş, nəticədə iddiaçının sol ayağı topuqdan aşağı amputasiya olunmuş, sağ ayağına çıxarılmayan mil qoyulmuşdur. Həmin hadisə ilə bağlı cinayət işi başlanmış və Şəki Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli, 1(075)-40/2014 saylı hökmü ilə X13, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra İddiaçı Əhmədiyyə qızının amputasiya olunmuş ayağının əvəsinə Gürcüstan Respublikasında protez qoyulmuşdur. Qoyulmuş həmin protez artıq sıradan çıxdığından Bakı şəhərində yerləşən X21 Mərkəzində iddiaçının amputasiya olunmuş sol ayağına silikon kosmetik ayaq protezi qoyulmuşdur. Bunun müqabilində iddiaçı X21 Mərkəzinə 6500 manat məbləğində pul ödəmişdir. Hazırda iddiaçı qeyd edilən məbləği və protezin hazırlanması məqsədi ilə Mingəçevir şəhərindən Bakı şəhərinə gedib-gəlmək üçün xərclədiyi 900 manat vəsaiti cavabdehlərdən tələb edir. Cavabdehlər isə iddiaçıya yetərincə qulluq etdiklərini və maddi köməklik göstərmələrini əsas gətirərək iddia tələbini qəbul etməmişlər. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnaməni ona aid hissədə ləğv edib iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
53. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir.
54. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, İddiaçı Əhmədiyyə qızı ilə cavabdehlər arasında hər hansı bir müqavilə öhdəlikləri olmadığından İddiaçı Əhmədiyyə qızının ziyanlıqlarının əvəzinin ödənilməsi barədə tələblərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntuları (deliktlər) üçün nəzərdə tutulmuş hüquq normalarına istinad edilməlidir. (31-35-ci bəndlər)
55. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirmədikləri halda ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti, o cümlədən nəqliyyat vasitələrindən istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
56. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
57. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.
58. Müəyyən edilmişdir ki, iddiaçının sağlamlığının pozulması, onun mütəmadi olaraq digər şəxslərin köməyinə ehtiyacının olması cavabdehlərin təqsirli hərəkətləri nəticəsində əmələ gəlmişdir ki, onlar iddiaçıya vurduqları zərərin əvəzini ödəməyə borcludurlar. Ona görə də, iddiaçı onun amputasiya olunmuş ayağına qoyulmuş, artıq istifadəsi mümkün olmayan və yenisi ilə əvəz olunan protezin dəyərini zərər vuranlardan tələb etməkdə haqlıdır.
59. İşdə olan Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin 25 fevral 2015-ci il tarixli, 2(075)-156/2015 saylı qətnaməsi 26 fevral 2015-ci il tarixdə, 10 senyabr 2018-ci il tarixli, 2(075)-2790/2018 saylı qətnaməsi isə 11 oktyabr 2018-ci il tarixdə qanuni qüvvəsini almışdır.
60. Həmin qətnamələr üzrə İddiaçı Əhmədiyyə qızı və cavabdehlər isə məhz Cavabdeh1 və X13 olmuşlar və qətnamələrə əsasən cavabdehlərdən iddiaçıya vurulmuş ziyana görə sonuncunun xeyrinə müvafiq məbləğlərdə müştərək qaydada pul vəsaitinin tutulması qət edilmişdir.
61. Şəki Rayon Məhkəməsinin 25 fevral 2015-ci il tarixli, 2(075)-157/2015 saylı qətnaməsi ilə də müəyyən edilmişdir ki, həmin hadisədə iştirak etmiş “Оpel Аstrа” mаrkаlı ** FZ *** dövlət nömrə nişаnlı аvtоmоbil X11 məxsus olsa da, o, həmin avtomobili ƏN-İİ seriyalı 735524 nömrəli etibarnamə əsasında 23 noyabr 2007-ci il tarixdən 28 noyabr 2017-ci il tarixədək idarə etmək üçün Cavabdeh1 vermiş, həmin müddətdə qeyd edilən avtomobil Cavabdeh1 istifadəsində və sərəncamında olmuşdur. Cavabdeh1 ona etibarnamə ilə həvalə edilmiş və hadisədə iştirak etmiş həmin avtomobili istəyi və öz razılığı ilə cavabdeh X10 vermişdir. Yəni, Cavabdeh1 yüksək təhlükə mənbəyi sayılan avtomobilinin digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində iradəsinə zidd olaraq onun sahibliyindən çıxdığını sübut edə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, delikt nəticəsində İddiaçı Əhmədiyyə qızına dəymiş maddi zərərin əvəzi cavabdehlər X7 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı Əhmədiyyə qızına verilməlidir.
62. Prosessual qanunvericiliyin tələbinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir (39-cu bənd).
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir.
64. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
65. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir.
66. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
67. Aktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər.
68. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir.
69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 hazırkı iddia tələbinə cavab verməli şəxs olduğundan tələb eyni zamanda ona yönəldilmişdir.
70. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni Cavabdeh1 münasibətdə düzgün həll etmişdir.
71. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
72. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
73. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
74. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
75. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
76. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rаyоn Məhkəməsinin 12 iyun 2023-cü il tаrixli, e-2(075)-58/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rаyоn Məhkəməsinin 12 iyun 2023-cü il tаrixli, e-2(075)-58/2023 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov