Azərbaycan Respublikası adından Qətnamə İş № 2(107)-1045/2025 09.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi, apellyasiya şikayəti vermiş iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi nümayəndə1, cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları
Iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ## ### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, 3242,87 (üç min iki yüz qırx iki ABŞ dolları 87 sent) ABŞ dolları əsas, 1278,32 (min iki yüz yetmiş səkkiz ABŞ dolları 32 sent) ABŞ dolları faiz, 2922,89 (iki min doqquz yüz iyirmi iki ABŞ dolları 89 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 472,95 (dörd yüz yetmiş iki ABŞ dolları 95 sent) ABŞ dolları faiz borcu olmaqla – cəmi 7917,03 (yeddi min doqquz yüz on yeddi ABŞ dolları 03 sent) ABŞ dolları məbləğində borcun və iş üzrə ödənilmiş 130,38 (yüz otuz manat 38 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 müştərək qaydada tutularaq, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəki filialı ilə borcalan cavabdeh2 arasında bağlanmış ##.##.2014-cü il tarixli, ***-** nömrəli Kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 28 % dərəcəsi ilə 8.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh2 kredit verilərkən cavabdeh3 və cavabdeh1 ilə Bank arasında ##.##.2014-cü il tarixli, ZM-***-** nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2017-ci il tarixli ** nömrəli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 6168,23 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ##.##.2025-ci il tarixə cavabdeh2 kredit üzrə cəmi borcu 7.917,03 (yeddi min doqquz yüz on yeddi ABŞ dolları 03 sent) ABŞ dolları təşkil edir. Bundan 3.242,87 (üç min iki yüz qırx iki ABŞ dolları 87 sent) ABŞ dolları əsas, 1.278,32 (bir min iki yüz yetmiş səkkiz ABŞ dolları 32 sent) ABŞ dolları faiz, 2.922,89 (iki min doqquz yüz iyirmi iki ABŞ dolları 89 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 472,95 (dörd yüz yetmiş iki ABŞ dolları 95 sent) ABŞ dolları faiz borcu təşkil edir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 445.7, 448.1, 449.1, 449.4, 465, 470.1, 472.2, 474.2 və 739.1-ci maddələri ilə əsaslandırılmışdır). Iş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı ## #### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh cavabdeh2 nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü nümayəndə2 Şəki Rayon Məhkəməsinə “iddia müddətinin tətbiqi” barədə yazılı ərizə (iddiaya etiraz) təqdim edərək, iş üzrə iddia müddətini tətbiq edib, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “borcun tutulması” tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmiş və həmin ərizəsini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan xxxx" ASC cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7917,03 ABŞ dolları kredit borcunun müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, iddiaçı tərəf sözü gedən kredit müqailəsi üzrə borc məbləğinin tələbinə dair iddia müddətini keçirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-ci maddəsinin 2-ci bəndinə əsasən müqavilə tələbləri üzrə və eyni zamanda 3-cü bəndinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. Tərəflər arasındakı bağlanmış kredit müqaviləsi ##.##.2014-cü il tarixində bağlanmış və qüvvədə olma müddəti 24 ay nəzərdə tutulmuşdur. Kredit götürüldükdən bir müddət sonra ölkədə devalvasiya baş vermişdir. Nəticədə əsas borclu cavabdeh2 kredit üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Məhz buna görə də, Bank restrukturizasiya müqaviləsi təklif etmişdir. Tərəflərin razılaşması əsasında ##.##.2017-ci ildə Əlavə Saziş imzalanmışdır. Həmin Saziş üzrə ödənişlərin bir neçə ayı əsas borclu cavabdeh2 tərəfindən ödənilsə də, sonradan tələbkar Bank bağlanmış və borclu ödənişlərini ödəməmişdir. Nəticədə, 2018ci ildən bu günə kimi ödəniş edilməmişdir. Əlavə Sazişlə müəyyən edilmiş ödəniş qrafikinin son müddətindən 2 il 11 ay 28 gün sonra Bank tərəfindən məhkəməyə müraciət edilmişdir. Iş üzrə hesabdan çıxarışdan göründüyü kimi, borclu tərəf 2018-ci ildən bu günə kimi ödəniş etmir və müqavilə üzrə öhdəliklərini pozmuşdur. Bank hüquqların pozulduğunu artıq 2018-cildən bilirdi. Buna görə də hesab edir ki, Bank müqavilə üzrə öhdəliklərin pozulduğu andan etibarən üç il ərzində məhkəməyə müraciət etməliydi. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Iş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı cavabdehlər cavabdeh3 və cavabdeh1 da yazılı ərizələrlə Şəki Rayon Məhkəməsinə müraciət edərək, zaminlərə qarşı iddia verilmə müddəti ötürüldüyündən, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “borcun tutulması” tələbi barədə iddia ərizəsinin onlara aid hissədə təmin edilməməsini və zaminliklərinə xitam verilməsini xahiş etmişlər.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Rayon Məhkəməsinin (hakim Ceyhun Əhmədov) ## #### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ASC (kreditor) ilə cavabdeh2 (borcalan) arasında bağlanmış ##.##.2014-cü il tarixli, ***-** nömrəli kredit müqaviləsindən görünür ki, kreditor borcalana 24 ay müddətinə illik 28 % dərəcəsi ilə 8.000 ABŞ dolları kredit vermişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 56 faiz dərəcəsi ilə aylıq 4,67 faiz dərəcəsi ilə hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İddiaçı ASC ilə cavabdeh3 və cavabdeh1 arasında bağlanmış ZM-***- ** nömrəli ##.##.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin zaminlik müqaviləsi əsasında ***-** nömrəli ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə Ləğv Prosesində olan İddiaçı ASC qarşısında cavabdeh2 ilə birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Həmin müqavilənin 5.1.4-cü maddəsində zaminliyin öhdəliyin icrası müddəti çatdıqdan sonra 1 il ərzində qüvvədə olması göstərilmişdir. İddiaçı ASCnin ödəniş qrafikindən görünür ki, cavabdeh2 götürdüyü 8.000 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə illik 28 % ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh2 ##.##.2025-ci il tarixinə 3.242,87 (üç min iki yüz qırx iki ABŞ dolları 87 sent) ABŞ dolları əsas, 1.278,32 (bir min iki yüz yetmiş səkkiz ABŞ dolları 32 sent) ABŞ dolları faiz, 2.922,89 (iki min doqquz yüz iyirmi iki ABŞ dolları 89 sent) ABŞ dolları cərimə borcu hesablanmışdır. ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 məktub göndərilərək əsas, faiz və cərimə borcunun qaytarılması tələb edilmişdir. Cavabdeh cavabdeh2 etibarnamə üzrə nümayəndəsi nümayəndə2 tərəfindən məhkəməyə göndərilən ##.##.2025-ci il tarixli ərizədə görünür ki, cavabdehin nümayəndəsi hazırkı iddia üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh3 tərəfindən məhkəməyə göndərilən ##.##.2025-ci il tarixli ərizədə görünür ki, cavabdeh hazırkı iddia üzrə zaminlik müqaviləsində göstərilmiş müddət qurtardığından zaminliyə xitam verilməsini və iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh1 tərəfindən məhkəməyə göndərilən ##.##.2025-ci il tarixli ərizədə görünür ki, cavabdeh hazırkı iddia üzrə zaminlik müqaviləsində göstərilmiş müddət qurtardığından zaminliyə xitam verilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış ** nömrəli ##.##.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 6.168,23 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil etdiyi qeyd edilmişdir. ##.##.2025-ci il tarixli ************ saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 130,38 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə cavabdeh2 arasında bağlanmış ***-** nömrəli ##.##.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, kreditor borcalana 24 ay müddətinə illik 28 % dərəcəsi ilə 8.000 ABŞ dolları kredit vermişdir. İddiaçı ASC ilə cavabdeh3 və cavabdeh1 arasında bağlanmış ZM***-** nömrəli, ##.##.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin zaminlik müqaviləsi əsasında ***-** nömrəli ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında cavabdeh2 ilə birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Göründüyü kimi, iddiaçı həm əsas borcludan, həm də zaminlərdən borcun ödənilməsini tələb etmişdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə yaranmış borc məbləğlərini tələb etməsində müddəti ötürmüşdür. Işin hallarından göründüyü kimi, qeyd edilən hala münasibətdə müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Belə ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2014-cü il tarixli ***-** nömrəli kredit müqaviləsinin qüvvədə olma müddəti 24 ay nəzərdə tutulmuşdur. Kredit götürüldükdən bir müddət sonra İddiaçı ASC ilə cavabdeh2 arasında ##.##.2017-ci il tarixdə restrusturizasiya müqaviləsi imzalanmışdır. Həmin sazişdən qrafik üzrə ödənişlərin bir neçə ayı əsas borclu cavabdeh2 tərəfindən ödənilsə də daha sonra iddiaçı xxxx” ASC bağlandığından müqavilə üzrə ödənişlər həyata keçirilməmişdir. Iş materiallarına əlavə edilmiş bank çıxarışlarından göründüyü kimi, cavabdeh tərəf sonuncu ödənişini ##.##.2017ci ildə etmişdir. Ondan sonra borclular tərəfindən ödəniş edilməsi çıxarışda görünmür. Borclu tərəfin sonuncu ödənişinin ##.##.2017-ci tarixində olması işin mübahisəsiz tərəfidir. Ondan sonra ödəniş edilmədiyi üçün iddiaçı tərəf hüquqlarının pozulduğunu bilmişdir. Bu müddət ərizəndə cavabdeh tərəfə dəfələrlə borcun ödənilməsi üçün xəbərdarlıqlar göndərmiş və məhkəməyə isə 2025-ci ilin may ayında müraciət edilmişdir. Iddiaçı hüquqların pozulduğunu artıq 2017-ci ilin noyabr ayından bilirdi. Buna görə də müqavilə üzrə öhdəliklərin pozulduğu andan etibarən üç il ərzində məhkəməyə müraciət etməliydi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyindən göründüyü kimi müqavilə tərəfi öhdəliklərini yerinə yetirməməklə artıq müqaviləyə xitam vermiş sayılır. Müqaviləyə xitam verilmişdirsə artıq xitam verildiyi tarixdən üç illik müddətin axımı başlayır. Yəni 2017-ci ilin noyabr ayından iddia müddətinin axımı başlayıb. Buna görə də iddiaçı iddia müddətini 2020-ci ildə bitmişdir. Iddiaçı isə hazırki iddia ərizəsini ondan da ən azı beş il ötürməklə vermişdir. Bundan başqa, iş materiallarında olan ******** saylı, ** nömrəli ##.##.2017-ci il tarixli Əlavə Sazişlə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəki filialı ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ***-** nömrəli, ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyini restrukturizasiya edilmiş və ödəniş müddətinin sonu ##.##.2022-ci ilə kimi uzadılmışdır. Həmin sazişin tələblərinə əsasən borc məbləği 6168,23 ABŞ Dolları təşkil edilmiş və borclu tərəfindən qrafik üzrə ödənişlər 1 USD = 1,4 AZN məzənnə olmaqla güzəştlə ödənilməsi nəzərədə tutulmuşdur (Sazişin 1.1-ci bəndi). Həmin sazişin 1.6-cı bəndində nəzərdə tutulmuşdur ki, borclu tərəf öhdəliklərinin icrası zamanı növbəti 12 ay ərzində gecikmə günlərinin saylı 30 gündən artıq olduqda kreditor öz təşəbbüsü ilə bu Əlavə sazişə birtərəfli qaydada xitam verə bilər. Müqaviləyə birtərəfli qaydada xitam verildiyi halda güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər bankın ödəniş tarixinə qüvvədə olan məzənnəsi ilə yenidən hesablayır. Iddiaçı tərəf bu gün iddia tələbində ümumi borc məbləğini ödəniş gününə olan məzənnə ilə hesablanaraq ödənilməsini tələb edir. Belə çıxır ki, iddiaçı tərəf ** nömrəli ##.##.2017-ci il tarixli əlavə sazişin şərtləri üzə 1 USD =1,4 AZN məzənnə olmaqla deyil, hal-hazıra olan 1 USD=1,7 AZN məzənnə ilə ödəniş tələbi irəli sürməklə ** nömrəli ##.##.2017-ci il tarixli əlavə sazişin şərtlərini birtərəfli qaydada xitam verdikləri bəyan edir. Belə olan halda əsas müqavilə olan, ***-** nömrəli ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin son günü ##.##.2016-cı ildə bitmişdir. Borclu tərəfin sonuncu ödənişlərindən götürməklə 3 illik iddia müddətinin sonu 2020-ci ilin noyabr ayında bitmişdir. Iddiaçı isə həmin müddətdən təxminən 5 il sonra, 2025-ci ilin may ayında tələb irəli sürməklə iddia müddətini ötürmüşdür. Bundan əlavə, hazırkı zaminlik müqaviləsi üzrə zaminin öhdəliyinin icra müddəti 12 ay, yəni, ##.##.2016-cı il tarixədək müəyyən edilmişdir (Zaminlik müqaviləsinin 5.1.4-cü bəndi). Qeyd edilənlərdən müəyyən edilir ki, zaminliklə bağlı öhdəliyin çatma müddəti ##.##.2016-cı il tarixidir. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndində “Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və təmin etdiyi öhdəlik yerinə yetirələnə qədər qüvvədədir. Qanunvericilik zaminlik müqaviləsinin qüvvədə olduğu 1 ildən sonra müəyyən edilən 5.1.4-cü bəndində (öhdəlik icra edilənədək qüvvədə olur) müddəasına aydınlıq gətirərək (hallardan asılı olaraq 1 il və ya 2 il) müəyyən edilir. Odur ki, cavabdeh3 və cavabdeh1 qarşı iddia tələbi qanunvericiliyin tələblərinə əsasən qeyd edilən öhdəliyin icrası müddətində qaldırıla bilərdi, bu müəyyən edilmədikdə öhdəliyin icrası müddətinin çadığı vaxtdan 1 il müddətində yəni, ##.##.2017-ci il tarixədək iddia qaldırıla bilərdi. Lakin iddiaçı zaminlərə qarşı 9 il 1 ay sonra yəni ## ### 2025-ci il tarixdə iddia qaldırmışdır. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. MM-in 477.0.4-cü maddəsində müəyyən edilən müddətlər (bir illik, hətta iki illik müddət) iddiaçı tərəfindən ötürülmüşdür. Bundan əlavə, tərəflərin zaminlik müqaviləsinin 5.1.4-cü bəndində müəyyən etdiyi qeyri-müəyyən müddət zaminə münasibətdə qanunvericilikdə müəyyən edilən hüquqların məhdudlaşdırılması ilə nəticələnir (MM-in 477.0.4-cü maddəsi). Öhdəlik uzun müddət icra edilməyə bilər. Hətta qanunvericilik kredit müqaviləsi üzrə əsas borclu ilə münasibətdə də müəyyən müddətlərin (öhdəliyin icra vaxtı çatdığı vaxtda 3 illik iddia müddəti) tətbiq edilməsi hallarını istisna etmir. Lakin zaminliyə qarşı 477.0.4-cü maddəsinin normalarının tətbiq edilməməsi və zaminin üzərində öhdəliyin saxlanmasını qeyri-müəyyən müddətdən asılı edilməsi qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2019cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. Iddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə veribverməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Bu səbəbdən MM-in 477.0.4cü maddəsi ilə müəyyən edilən müddət iddia müddəti deyil, bu normanın tətbiqi üçün tərəfin ərizəsi tələb edilmir və həmin müddətin tətbiqi məhkəmənin özü tərəfindən həyata keçirilir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdehlər cavabdeh3 və cavabdeh1 qarşı borcun tutulması tələbi barədə iddiası rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş 130,38 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 377.1, 470.1, 472.1, 477.0.4 və 739-cu maddələrinə və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 121.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 7.917,03 ABŞ dolları - bundan 3.242,87 ABŞ dolları əsas borc, 1.278,32 ABŞ dolları faiz borcu, 2.922,89 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 472,95 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 130,38 manat dövlət rüsumunun cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyindən göründüyü kimi müqavilə tərəfi öhdəliklərini yerinə yetirməməklə, artıq müqaviləyə xitam vermiş sayılır. Müqaviləyə xitam verilmişdirsə, artıq xitam verildiyi tarixdən üç illik müddətin axımı başlayır. Yəni 2017-ci ilin noyabr ayından iddia müddətinin axımı başlayıb. Buna görə də, iddiaçının iddia müddəti 2020-ci ildə bitmişdir. Iddiaçı isə hazırki iddia ərizəsini ondan da ən azı beş il ötürməklə vermişdir”. Iddiaçı tərəf hesab edir ki, iddia tələbinin rədd edilməsi aşağıdakı qanunvericilik müddəalarının pozulmasına gətirib çıxarmışdır: Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qətnaməsində qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.” Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Müqavilənin ləğv olunması həm qarşılıqlı razılıq əsasında, həm də birtərəfli qaydada (qanun və ya müqavilədə nəzərdə tutulmuş əsaslara görə) həyata keçirilə bilər. Müqavilənin birtərəfli qaydada ləğvi yalnız qanunla və ya müqavilə ilə nəzərdə tutulmuş hallarda mümkündür. Əgər belə hal mövcuddursa, müqavilənin birtərəfli ləğv üçün iradənin aydın və birmənalı şəkildə ifadə edilməsi zəruridir. Iddiaçı Bank tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradənin ifadəsi, nə tərəflər arasında imzalanmış əlavə razılaşmada, nə də ki, cavabdehə ünvanlanmış xəbərdarlıq məktubunda əks olunmamışdır. Belə ki, ##.##.2014-cü il tarixli Kredit müqaviləsi üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** nömrəli Əlavə Saziş mövcud müqavilə münasibətlərinə dair yeni hüquqi şərtləri müəyyən etməklə, əvvəlki razılaşmalara dəyişikliklər etmiş, bu dəyişikliklər tərəflərin qarşılıqlı öhdəlik və məsuliyyətlərinin yenidən tənzimlənməsi ilə nəticələnmişdir. Əlavə Saziş üzrə cavabdehin üzərinə götürülmüş müqavilə öhdəliklərinin müəyyən edilmiş qaydada və müddətdə yerinə yetirilməməsi müqavilə şərtlərinin pozulması halı kimi qiymətləndirildiyindən, iddiaçı Bank tərəfindən müvafiq hüquqi müdafiə vasitələrindən istifadə olunaraq, hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət edilmişdir. Həmçinin, qarşı tərəfə xəbərdarlıq məktubunun göndərilməsi - məsələn, öhdəliyin pozulması, vaxtında yerinə yetirilməməsi və ya hər hansı şərtlərin dəyişdirilməsi ilə bağlı müraciət hüquqi baxımdan öncədən xəbərdarlıq və ya pozuntuya qarşı reaksiya xarakteri daşıyır. Lakin bu, avtomatik olaraq müqavilənin ləğvi anlamına gəlmir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bildirilir ki, İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 28% dərəcəsi ilə 8.000 (səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra həmin Kredit müqaviləsinə ##.##.2017-ci il tarixdə ** saylı Əlavə Saziş bağlanmış və kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, sonuncu dəfə bağlanmış ##.##.2017-ci il tarixli Əlavə Saziş üzrə Kredit müqaviləsinin bitmə tarixi ##.##.2022-ci il, iddia müddətinin son günü isə ##.##.2025-ci il tarix olmuşdur. Bank isə müvafiq kredit borcunun qaytarılması tələbi ilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ##.##.2025-ci il tarixdə, yəni iddia müddətini ötürmədən vaxtında müraciət etmişdir (“Elektron məhkəmə” sistemindən çıxarış əlavə olunur). Elektron Məhkəmə Sistemindən çıxarışdan da görünür ki, iddia ərizəsinin göndərilmə tarixi - ##.##.2025-ci il, statusu isə - göndərilmiş yazılmışdır. Həmçinin, bildirilir ki, ##.##.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə bağlanmış ##.##.2017-ci il tarixli ** saylı Əlavə Sazişin 1.1-ci bəndinin qeyd edilir ki, “Restruktruzasiya edilmiş kredit üzrə bu Əlavə saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir”. ##.##.2017-ci il tarixli Əlavə Saziş üzrə cavabdeh cavabdeh2 tərəfindən öz üzərinə götürülmüş öhdəliklərin icra edilməməsi, yəni ödənişlərin müəyyən olunmuş müddətlərdə və tam şəkildə yerinə yetirilməməsi nəticəsində müqavilə şərtlərinin pozulması halı yaranmışdır. Bu səbəbdən, iddiaçı Bank tərəfindən əsas borc məbləğinin, müqavilə üzrə hesablanmış faizlərin, gecikməyə görə tətbiq edilən cərimənin, həmçinin borcun 5 faizi miqdarında əlavə ödənişin cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Lakin, məhkəmənin “##.##.2017-ci il tarixli, ** saylı Əlavə Sazişin 1.6-cı bəndinə istinad edərək, iddiaçı Bank tərəfindən həmin Əlavə Sazişə birtərəfli qaydada xitam verildiyi” qənaətinə gəlməsi və bu əsasla ilkin Kredit müqaviləsinin — yəni ##.##.2014-cü il tarixli Kredit müqaviləsinin şərtlərinin qüvvədə qalmasını qəbul etməsi, habelə iddia müddətinin başlanğıcını məhz həmin müqavilə üzrə öhdəliyin bitmə tarixindən hesablaması hüquqi baxımdan əsassız və yanlış olmuşdur. Göründüyü kimi, Bank iddia müddətini ötürmədən məhkəməyə müraciət etmiş, lakin buna baxmayaraq məhkəmə qeyd edilən xüsusatları nəzərə almayaraq, iddia tələbini əsassız olaraq rədd etmişdir. Yəni, hakim həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını məqsədəmüvafiq hesab etməmiş və nəticədə Bankın maraqlarına toxunan səhv qətnamə qəbul etmişdir. Həmçinin, məhkəmə iddiaçının iddia müddəti ilə bağlı məsələyə münasibətini nəzərə almadan, yalnız bir tərəfin sübutlarını qiymətləndirərək əsassız qətnamə qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları düzgün qiymətləndirməməsi, yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh cavabdeh2 müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin də daşıyıcısı olmuşdur. Cavabdeh Bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir.
- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. Iş üzrə apellyasiya icraatı:
– 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi nümayəndə1 və cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 gəlmişlər. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi və 3242,87 ABŞ dolları məbləğində əsas borc, 1278,32 ABŞ dolları məbləğində faiz borcu, 2922,89 ABŞ dolları məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən illik 5%-lə hesablanmış 472,95 ABŞ dolları məbləğində faiz olmaqla – cəmi 7917,03 ABŞ dolları məbləğində borcun və iş üzrə ödənilmiş 130,38 manat məbləğində dövlət rüsumunun cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 müştərək qaydada tutularaq, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh cavabdeh2 isə apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını və Şəki Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh cavabdeh3 da apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını və Şəki Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh cavabdeh1 da apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını və Şəki Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bundan əlavə, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli qərаrdаdına əsasən apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq, apellyasiya şikayəti üzrə işin mübahisələndirilən hissədə hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması və mübahisənin obyektiv həlli məqsədi ilə mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ## ###### 2026-cı il tarixli */**** nömrəli Ekspert Rəyindən görünür ki, keçirilmiş ekspertiza nəticəsində borcalan cavabdeh2 ilə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ## ##### 2014-cü il tarixli ***-** nömrəli Kredit Müqaviləsi əsasında imzalanmış ## ### 2017-ci il tarixli ** nömrəli Əlavə Sazişin sonunadək, yəni ## ### 2022-ci il tarixinədək borcalan cavabdeh2 1836,49 ABŞ dolları məbləğində əsas borcunun və 825,87 ABŞ dolları məbləğində müqavilə müddətində ödənilməmiş faiz borcunun, eləcə də maliyyə arayışında qeyd edilən tarixə, yəni iddia tələbində borcun hesablandığı ## ##### 2025-ci il tarixə isə borcalan cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 1836,49 ABŞ dolları məbləğində əsas borcunun, 825,87 ABŞ dolları məbləğində müqavilə müddətində ödənilməmiş faiz borcunun və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum Qərarına əsasən illik 5 %-lə hesablanmış 264,25 ABŞ dolları məbləğində faiz borcunun olduğu müəyyən edilmişdir.
- 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi – iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
- 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 369.1. Illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı ay bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlanır. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; .... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: --- 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739. Borc müqaviləsi (hazırkı iş üzrə mübahisə predmeti olan kredit müqaviləsi bağlandığı dövrdə qüvvədə olan redaksiyada): 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin dəlillərini araşdırıb, iddia tələbinin dəlillərinə və iddiaçı tərəfin izahatlarına, cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə, tərəflərin iddia tələbi üzrə mövqelərinə, işdə olan sübutlara və mübahisənin konkret hallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi tamamlə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilib, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması” barədə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, borcverən İddiaçı ASC-nin Şəki filialı ilə borcalan cavabdeh2 arasında bağlanmış ##.##.2014-cü il tarixli, ***-** nömrəli kredit müqaviləsi üzrə Borcalana 24 ay müddətinə illik 28 % dərəcəsi ilə 8000 ABŞ dolları məbləğində kredit verilmiş və Bankla cavabdehlər cavabdeh3 və cavabdeh1 arasında bağlanmış ##.##.2014-cü il tarixli, ZM-***-** nömrəli zaminlik müqaviləsinə əsasən onlar ##.##.2014-cü il tarixli, ***-** nömrəli kredit müqaviləsi ilə götürülən kreditə görə Borcalana zamin olmuşlar. Həmin Kredit Müqaviləsi üzrə bağlanmış ## ### 2017-ci il tarixli, ** nömrəli Əlavə Sazişə əsasən borcalan cavabdeh2 Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 6168,23 ABŞ dolları (3760,89 ABŞ dolları əsas borc, 1504 ABŞ dolları faiz borcu və 903,34 ABŞ dolları cərimə borcu) təşkil etmiş və restrukturizasiya edilmiş kreditin qaytarılması müddəti həmin Sazişlə 60 ay, yəni ## ### 2022-ci il tarixədək müəyyən olunmuşdur. Eyni zamanda, zaminlər cavabdeh3 və cavabdeh1 ilə bağlanmış Zaminlik müqavilələrinə də ## ### 2017-ci il tarixli ** nömrəli Əlavə Sazişlər imzalanmaqla, həmin zaminlərin zaminlik müddətləri də ## ### 2022-ci il tarixədək müəyyən olunmuşdur. Iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ## ### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, 3242,87 ABŞ dolları əsas, 1278,32 ABŞ dolları faiz, 2922,89 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 472,95 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7917,03 ABŞ dolları məbləğində borcun və iş üzrə ödənilmiş 130,38 manat dövlət rüsumunun cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 müştərək qaydada tutularaq, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və bununla bağlı kredit və digər sənədləri məhkəməyə təqdim etmişdir. Iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi ## ##### 2025-ci il tarixli Maliyyə Arayışına görə ## ##### 2025-ci il tarixə borcalan cavabdeh2 3242,87 ABŞ dolları əsas, 1278,32 ABŞ dolları faiz, 2922,89 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 472,95 ABŞ dolları faiz borcu olmaqla, kredit üzrə cəmi borcu 7917,03 ABŞ dolları təşkil etmişdir. Lakin, Şəki Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-2(075)-1638/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfin “iddia müddətinin tətbiqi” barədə ərizəsi nəzərə alınıb, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması” barədə iddia tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası, işin yuxarıda təsvir olunan konkret hallarını və aşağıda göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə iddia müddətini tətbiq etməklə, iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Çünki, iş materiallarından və "AZEMIS" Elektron Məhkəmə Informasiya Sistemindəki məlumat bazasında olan məlumatlardan görünür ki, borcalan cavabdeh2 ilə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında ## ##### 2014-cü il tarixli, ***-** nömrəli Kredit Müqaviləsi əsasında bağlanmış ## ### 2017-ci il tarixli ** nömrəli Əlavə Sazişlə kreditin qaytarılması müddəti 5 il, yəni 60 ay müəyyən edilərək, kreditin qaytarılmasının son müddəti ## ### 2022-ci il tarixi təyin edilmişdir. Iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu isə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair hazırkı iddia ərizəsi ilə ## ### 2025-ci ildə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Yəni, müqavilə öhdəlikləri üzrə üç illik iddia müddətinin bitməsinə iki gün qalmış iddiaçı tərəfindən müvafiq iddia ərizəsi məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" ## #### 2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Göründüyü kimi, hazırkı iddia tələbinin əsaslandırıldığı Borcalanla bağlanmış ##.##.2017-ci il tarixli Əlavə Saziş üzrə kredit müqaviləsinin bitmə tarixi ## ### 2022-ci il tarixi və həmin müqavilə üzrə hesablanan iddia müddətinin son günü ## ### 2025-ci il tarixi olmuş, iddiaçı isə kredit borcunun qaytarılması barədə iddia ərizəsini məhkəməyə ## ### 2025-ci il tarixdə təqdim etmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin iddia müddətinin hesablanması və tətbiqi ilə bağlı nörmalarının tələbləri və eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi ilə müəyyən olunur ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ## ### 2025-ci ildə cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, kredit müqavilələri əsasında yaranan mübahisələr üzrə nəzərdə tutulan üç illik iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən, cavabdeh cavabdeh2 nümayəndəsinin “iddia müddəti tətbiq edilməklə, iddianın rədd olunması” barədə ərizəsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, işin konkret hallarına və yuxarıda təsvir olunanlara əsasən cavabdeh cavabdeh2 qarşı yönəlmiş ##.##.2017-ci il tarixli Əlavə Saziş üzrə kreditin qaytarılması barədə hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olması - məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, zaminlər cavabdeh3 və cavabdeh1 ilə bağlanmış Zaminlik Müqaviləsi üzrə imzalanmış ##.##.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən zaminliklə təmin edilən öhdəlik olaraq “borcalan cavabdeh2 ##.##.2017-ci il tarixli Əlavə Sazişlə yaranmış kredit öhdəliklərinin” icra olunmasının, yəni kreditin qaytarılma vaxtının son müddəti ## ### 2022-ci il tarixidir və həmin tarixdə məlum kredit müqaviləsinin müddəti bitmişdir. Yəni, cavabdehlər cavabdeh3 və cavabdeh1 zaminliyi ilə təmin olunmuş kredit müqaviləsinin və kreditin qaytarılmasının son müddəti ## ### 2022-ci il tarixi olmuşdur. Lakin, iddiaçı zaminliklə təmin edilmiş həmin öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni müvafiq olaraq ## ### 2022-ci il tarixdən 1 (bir) il ərzində həmin zaminlərə qarşı iddia irəli sürməmişdir (hazırkı iddia ərizəsi ## ### 2025-ci ildə məhkəməyə təqdim edilmişdir). Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. və 477.0.4-cü maddələrinin tələblərinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir və belə müddət təyin edilmədikdə isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məlum kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini - qeyd olunan müddət (bir illik müddət) keçdikdən sonra, yəni ## ### 2025-ci ildə məhkəməyə təqdim etmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə görə, yəni “məlum Kredit Müqaviləsi üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminlərə qarşı iddia irəli sürülmədiyi” üçün, hazırkı iddia ərizəsi üzrə Kredit Müqaviləsi üzrə tələb edilən borclar zaminlərdən tutulmamalı və zamin qismində cavabdeh3 və zamin qismində cavabdeh1 qarşı məlum zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, məlum ##.##.2017-ci il tarixli Əlavə Saziş əsasında kredit öhdəliklərini lazımi qaydada yerinə yetirməyən borcalan cavabdeh2 kredit ödənişlərini həmin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, yaranmış borc - “Borcalan” olaraq cavabdeh cavabdeh2 tutulmalıdır. Lakin, ##.##.2017-ci il tarixli Əlavə Saziş üzrə cavabdeh cavabdeh2 tutulmalı olan əsas borc, müqavilə müddətinə hesablanmış faiz borcunun və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış faiz borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ## ###### 2026-cı il tarixli, */**** nömrəli Ekspert Rəyi mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehdən tutulmalı olan borc məbləğləri həmin Rəyə uyğun olaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ## ###### 2026-cı il tarixli, */**** nömrəli Ekspert Rəyindən isə görünür ki, iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında qeyd edilən tarixə, yəni iddia ərizəsində tələb olunan borcun hesablandığı ## ##### 2025-ci il tarixə borcalan cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 1836,49 ABŞ dolları məbləğində əsas borcu, 825,87 ABŞ dolları məbləğində müqavilə müddətində ödənilməmiş faiz borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum Qərarına əsasən illik 5 %-lə hesablanmış 264,25 ABŞ dolları məbləğində faiz borcu olmuşdur. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, iddianın "2922,89 ABŞ dolları cərimənin tutulması" tələbinə aid hissəsi üzrə işin halları və ödənilməyən əsas borcun məbləği nəzərə alınmaqla, həmin cərimə məbləği azaldılaraq, cavabdeh cavabdeh2 cəmi 80 ABŞ dolları məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələblərinə görə kreditin qaytarılma müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, Ödəniş Qrafikinə riayət olunmadığı halda - iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər görülməyərək uzun müddət sonra məhkəməyə müraciət edilməsi, bununla əlaqədar hesablanmış cərimə məbləğinin də yüksək həddə artması və bu cərimə məbləğinin artmasına iddiaçı tərəfin hərəkətsizliyinin də səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan əlavə, həmin Məcəllənin hüquqdan sui-istifadənin qadağan edilməsini nəzərdə tutan 560-cı maddəsinin tələblərinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1); Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.2). Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddiası qismən təmin edilərək, cavabdeh cavabdeh2 ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 1836,49 ABŞ dolları məbləğində əsas borc, müqavilə müddətinə hesablanmış 825,87 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 264,25 ABŞ dolları məbləğində faiz borcu və 80 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 3006,61 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumunun 71,10 manat hissəsi Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməlidir. Iddia tələbi qalan hissədə təmin edilməməli və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Eləcə də, işin yuxarıda qeyd olunan halları nəzərə alınmaqla, iş üzrə apellyasiya instansiyasında aparılan məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ: Iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. Cavabdeh cavabdeh2 ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 1836,49 (min səkkiz yüz otuz altı dollar 49 sent) ABŞ dolları məbləğində əsas borc, müqavilə müddətinə hesablanmış 825,87 (səkkiz yüz iyirmi beş dollar 87 sent) ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 264,25 (iki yüz altmış dörd dollar 25 sent) ABŞ dolları məbləğində faiz borcu və 80 (səksən) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 3006,61 (üç min altı dollar 61 sent) ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumunun 71,10 (yetmiş bir manat 10 qəpik) manat hissəsi Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Iddia qalan hissədə təmin edilməsin. Iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.