Məhkəmə qərarları › İş №2(107)-1047/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1047/2023

04.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1047/2023 04.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı 4492 manat pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ərazi aidiyyatı) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 4492 manat pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Oğuz Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 2(054)-479/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 4492 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 2(054)-479/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı 4492 manat pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Oğuz Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli 2(054)-479/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 2(054)- 479/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci insansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia ərizəsi araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1054-cü məhəllə, ev 103, mənzil 89-da qeydiyyatda olmaqla yaşayır. İddia ərizəsinə əsasən cavabdehin qeydiyyat ünvanı Xocalı rayonu, Kosalar kəndi olmaqla faktiki olaraq Oğuz rayon “Azərbaycan-60” qəsəbəsində məskunlaşmaqla yaşayır. Şəxsiyyət vəsiqəsi məlumatlarının elektron sistemindən çıxarışından da göründüyü kimi cavabdehin qeydiyyat ünvanı Xocalı rayonu Kosalar kəndidir. İş materiallarına əsasən cavabdehin qeydiyyat ünvanı Xocalı rayonu olduğundan iddia ərizəsinin ərazi aidiyyəti üzrə baxılması üçün Xocalı Rayon Məhkəməsinə verilməli olduğu iddiaçıya izah edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin qeydiyyat ünvanına istinad etməklə nəticəyə gəlməkdə haqlı olmamış, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 2-ci maddəsini nəzərə almamışdır. Cavabdehin qeydiyyat yeri Xocalı rayonu, Kosalar kəndi olsa da, o, məcburi köçkün olmaqla daimi yaşayış yeri Oğuz rayonu ərazisi olduğuna görə mülki işin Oğuz Rayon Məhkəməsində baxılması həm iddiaçının, həm də cavabdehin mənafeyinə uyğundur. Sözügedən qərardadın ləğv edilməsi, əks təqdirdə şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun “yaşayış yeri və olduğu yer anlayışlarının müəyyən edildiyi” 2-ci maddəsinin birinci abzasına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun “yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər” başlıqlı 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarının elektron çıxarışından göründüyü kimi Cavabdeh xx.xx.2020-ci il tarixdə verilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinə əsasən o xx.xx.1992-ci il tarixdə Laçın rayonunda anadan olmaqla yaşayış yeri Xocalı rayonu Kosalar kəndidir. Göründüyü kimi, iddiaçının şikayətinin dəlilləri əsassızdır və qanuni və əsaslı qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Oğuz Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 2(054)-479/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 2(054)-479/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 2(054)-479/2023 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar